Ana səhifə »  Müəlliflər »  Kinorejissor, yoxsa beynəlxalq fırıldaqçı?
A+   Yenilə  A-
Kinorejissor, yoxsa beynəlxalq fırıldaqçı?
Yazdı: Mübariz Abdullayev

“Milli şura” sədrinin sərgüzəştləri bitmir ki, bitmir...
Rüstəm İbrahimbəyov kimdir? Onun dünəni, bu günü, lap elə həyatının ötən səhifələrinə istinadən gələcəyi barədə nə demək mümkündür? Qeyd edək ki, diqqəti Rüstəm İbrahimbəyovun personasına yönəldən bir sıra səbəblər var. Belə ki, o, son dövrlərdə siyasət meydanında “zühr” edib, 20 ildən artıq müddətdə müxalifətçiliklə məşğul olan AXCP, “Müsavat”, ACP, ALP və bu qəbildən olan digər partiyaların öndəgedəninə çevrilib, radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”nın sədri və “vahid namizəd”i seçilib.
Beləliklə, Rüstəm İbrahimbəyovun tərcümeyi-halının əsasında onun kimliyinə və radikal düşərgənin “olimp”inə necə yüksəlməsinə aydınlıq gətirək. Rüstəm İbrahimbəyovun kimliyini, ilk növbədə, onun ermənipərəstliyi şərtləndirir. O, qatı bir ermənipərəstdir. Bu adamın qəlbində onu bütün şüurlu həyatı boyu izləmiş və bundan sonra da heç vaxt sönməyəcək əbədi bir sevgi var-bu azərbaycanlıların düşməni olan ermənilərə sevgidir. Ötən əsrin 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan torpaqlarını işğal edəndə Rüstəm İbrahimbəyov Moskva mətbuatında Bakıdan köçüb gedən ermənilərə görə yaşadığı nostalji hisslər barədə silsilə məqalələr dərc etdirirdi. Rüstəm İbrahimbəyovun yaxın çevrəsini daim ermənilərdən təşkil etməsi, yenə Moskva mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirməsi, erməniləri yeri gəldi-gəlmədi tərifləməsi və digər belə faktlar onun qatı ermənipərəstliyinin, necə deyərlər, möhürüdür. Rüstəm İbrahimbəyovun ermənipərəstliyi həm də onun Azərbaycan cəmiyyətinə münasibətini ifadə edir.
Bir müddət öncə kinorejissor Rüstəm İbrahimbəyovun fəaliyyətinin qaranlıq tərəfləri ilə bağlı da təkzibolunmaz faktlar aşkarlandı. Sən demə, kinorejissor Rüstəm İbrahimbəyov kinematoqrafçılar ittifaqını, necə deyərlər, dədə malı kimi idarə edirmiş və burada əsl talançılıqla məşğul olurmuş. Qoca kinorejissor ittifaqın balansında olan avtomobillərin bəzilərini satıb, bəzilərini isə ayrı-ayrı şadlıq evlərinə kirayəyə verirmiş. İttifaqa ayrılan 83 min dollar vəsait Rüstəm İbrahimbəyovun barmağının işarəsi ilə “yoxa çıxıb”. Kinorejissor Kinematoqrafçılar İttifaqı üçün ayrılan əraziyə tamah salaraq orada ailəsi üçün kotteclər inşa etdirib. İttifaqın Şəkidə yerləşən ərazisinin bir hissəsi də kinorejissorun xeyir-duası ilə satılıb, Rüstəm İbrahimbəyov isə bunu “ərazini sel aparıb” bəhanəsi ilə ört-basdır etməyə çalışıb. İttifaqın Mingəçevirdəki ərazisi də oxşar aqibətlə üzləşib. Kinorejissor Rüstəm İbrahimbəyovun neqativ əməllərinin siyahısına ona məxsus “İbrus” şərab firmasında baş verən maliyyə fırıldaqlarını, böyük məbləğdə vergidənyayınma hallarını da əlavə edək.
Kinorejissorun bu və digər əməllərinin üstü açılanda, ondan haqq-hesab sorulanda isə o, əlifbasını belə bilmədiyi siyasətə üz tutdu, yerini radikalların sırasında tapdı. O düşünür ki, cəfəng fikirlər siyasətçi libasına bürünüb respublikanın əlaqədar qurumlarının ünvanına əsası olmayan ittihamlar səsləndirməklə yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən yaxa qurtara biləcək.
Beləliklə, ahıl yaşında kinorejissorluğun daşını atıb siyasətə “kəllə vuran” Rüstəm İbrahimbəyovun yeni statusda sərgilədiyi əməllərə, daha doğrusu, sərgüzəştlərə nəzər salaq. Yuxarıda vurğuladığımız kimi, Rüstəm İbrahimbəyov radikalların küyə gedən olmalarından, fərasətsizliklərindən istifadə edərək qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i seçilib. Yeni statusda da biz onun yalan vədlərinin, despotizm nümayiş etdirməsinin və əlbəttə ki, ermənipərəstliyinin, Azərbaycan cəmiyyətinə ögeyliyinin şahidi oluruq. Son günlərdə üzə çıxan faktlar isə Rüstəm İbrahimbəyovun həm də beynəlxalq səviyyəli bir fırıldaqçı olduğunu təsdiqləyir.
Məlumdur ki, son günlərədək Rüstəm İbrahimbəyov “Milli şura”nın “vahid namizəd”i kimi seçkilərə qatılması üçün Rusiya vətəndaşlığından çıxmasının an məsələsi olduğunu deyirdi. O, dəstə düzəldib aeroportda onu qarşılamağa hazırlaşan radikallara elə hey “bütün əlaqələrimdən istifadə edib bu işi sürətləndirmişəm, gözləyin, gəlirəm” mesajları ünvanlayırdı. Vətənə dönmə tarixlərini hər dəfə ertələyəndə isə yeni bəhanələr gətirir, prosesin hansısa “həlledici mərhələyə” çatdığını deyirdi. Bununla bağlı aşkara çıxarılan faktlar isə onun sərgüzəştlərinin sonunu gətirdi.
Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova Rüstəm İbrahimbəyovun avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət etdiyini və sənədlərinin baxılması üçün qəbul edildiyi haqda ona qəbz verildiyini deyib. Z.Vladimirovanın verdiyi digər məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənəd də var.
Beləliklə, Rüstəm İbrahimbəyovun fəaliyyəti “Blef” filminin qəhrəmanlarının fırıldaqlarını xatırladır. Bu adam iyulun 7-də “Milli şura”nın sədri seçilib, 9-da isə onun “vahid namizəd”i olub. Həmin vaxt özü və yaxın ətrafı bilirdilər ki, onun başqa dövlət qarşısında məsuliyyəti var. Bundan bir neçə gün sonra Rüstəm İbrahimbəyov Rusiya Federal Miqrasiya Xidmətinə Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı ərizə ilə müraciət etdiyini bildirdi. İndi də məlum olur ki, sənədlər avqustun 13-də verilib və müvafiq qəbz alınıb. Üstəlik, Rüstəm İbrahimbəyovun ABŞ “qrin-kartı” da var. Belə çıxır ki, düz bir aydan artıqdır Rüstəm İbrahimbəyov və Eldar Namazov “Milli şura”da təmsil olunan müxalifət partiyalarının rəhbərlərini, funksionerlərini, digər üzvləri sadəcə barmaqlarına dolayıblar və bunu çox məharətlə ediblər. Belə çıxır ki, Rüstəm İbrahimbəyov sıravi yox, super “moşennik”dir. “Səhranın bəyaz günəşi” filminə verilən “Oskar” mükafatının ona heç bir aidiyyəti yoxdur. Amma indi “Milli şura” Amerika Kinoakademiyasına müraciət edərək “Ən yaxşı rol” nominasiyasını Rüstəm İbrahimbəyova verilməsini istəməlidir.

 
  • Oxunub:  25470  |  
  • Tarix:  24-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA