Ana səhifə »  Müəlliflər »  Eldar Namazov və Əli Kərimli Azərbaycanda Suriya variantını yetişdirmək istəyirlər
A+   Yenilə  A-
Eldar Namazov və Əli Kərimli Azərbaycanda Suriya variantını yetişdirmək istəyirlər
Yazdı: Aqşin Şahinoğlu

“El” hərəkatının keçmiş sədr müavininin sözlərinə görə, radikal müxalifət partiyaları Azərbaycanda sabitliyi pozmaq və təxribatlar törətmək planı hazırlayıblar
Azərbaycan cəmiyyəti radikal müxalifət partiyalarının ölkəmizin və xalqımızın milli maraqlarına qarşı fəaliyyətinin dəfələrlə şahidi olub. Hələ müstəqilliyin ilk illərində ölkədə yaranan hakimiyyət boşluğu, xaos və anarxiyadan istifadə edərək idarəçilik sükanına yiyələnən bu günkü radikal qruplar o zamandan bəri şakərlərini əllərindən yerə qoymurlar. Onların siyasi fəaliyyətinin başlıca qayəsi dağıdıcılıq, təxribat törətmək, ölkədə çaxnaşma yaratmaq və bu kimi mənfi tendensiyalardan bəslənərək müəyyən imtiyazlara nail olmaqdır. Elə buna görədir ki, bir sıra antiazərbaycançı mərkəzlərin ölkəmizdə sabitliyə qarşı yönəlmiş planlarında məharətlə rol alırlar. Ötən 20 ildə dəfələrlə bunun əyani sübutunu görmüşük. 2003-cü ilin oktyabr hadisələri, 2005-ci il AXCP-nin o zamankı Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin Əli Kərimlinin tapşırığı ilə Gürcüstanda ermənilərlə görüşməsi və onlardan aldığı maliyyə dəstəyi ilə ölkədə sabitliyə qarşı yönələcək təxribatlar hazırlamağı öhdəlik götürməsi, həmin ilin parlament seçkiləri ərəfəsində yenə də müəyyən təxribat iddialarında bu siyasətbazlarının adlarının da hallanması bu faktlardan sadəcə bir neçəsidir. Ölkəmizdə seçki proseslərinə start verildikdən sonra isə bu kimi cəhdlərin artdığını müşahidə etməkdəyik. Bir neçə ay əvvəl radikalların təsiri altında olan bir qrup gəncin evində aparılan araşdırmalar zamanı bəzi yanıcı, partlayıcı maddələrin aşkarlanması, daha sonra İsmayıllıda baş verən təxribat xarakterli və dağıdıcı hadisələrdə birdən - birə radikalların yaxın ətraflarının orada “zühr etməsi” də antimilli ünsürlərin seçki ilində hansı proseslərə hazırlaşdığını aydınlaşdırmaq üçün ilkin işartı idi. 10-12 gün öncə isə ortaya çıxan Azərbaycanda sabitliyi pozub vəziyyəti gərginləşdirməyə ayrılmış 20 milyon dolların hələ də hara və hansı məqsədlə xərclənməsi ilə bağlı müəmmalar, eyni zamanda, radikalların bu iddialar qarşısında susqunluq nümayiş etdirməsi həyacan təbilinin ciddiliyini ortaya qoyur. Son olaraq isə bəlli olub ki, radikallar növbəti dəfə ölkəmizdə sabitliyi pozmağa yönəlmiş təxribatlara hazırlaşırlarmış. “El” hərəkatından istefa vermiş Əflan İbrahimovun iki gün öncə cəmiyyətə təqdim etdiyi yeni faktlar həm radikalların cəm olduğu qondarma “Milli şura”nın üzvlərinin təhlükəli “rəqslərini”, həm də onların əsl mahiyyətini ifşa edib. Onun sözlərinə görə, dağıdıcı müxalifət ərəb ölkələrində - Misirdə, Liviyada, Suriyada baş verən qanlı hadisələrin Azərbaycanda təkrarlanmasına çalışır.
Bu həyacan, qorxu niyə?
Təbii ki, bu iddiaların həqiqət payının yüksək olduğunu göstərən əsas məqamlardan biri dağıdıcı düşərgə üzvlərinin Ə.İbrahimovun bununla bağlı fikirlərinin mətbuatda yer almasından sonra sərgilədikləri psixoliji durumlarıdır. Silahdaşlarının etirafları qarşısında özlərini itirən radikallar müxtəlif yalançı çırpınışlarla əslində, özlərini ələ verdilər. Eldar Namazov dərhal özünü ortalığa atıb “El” hərəkatında belə bir adamın olmadığını söyləməklə işin içindən sıyrılmaq yolunu tutduğu halda, onun “sağ əli” Eldəniz Quliyev isə rəhbərini təkzib edən fikirlər səsləndirdi. Əslində isə Ə.İbrahimov bu il martın 12-də yaradılmış “El” hərəkatının Məclisinin sədr müavini olub. O, mətbuata açıqlamasında bunları deyib: “Məclisin sədri Eldəniz Quliyev oldu, mən də onun müavini. Həm də hərəkatın rəhbəri Eldar Namazovun iqtisadiyyat üzrə sədr müaviniyəm... Yəni “El” hərəkatının yaradılmasında mənim də rolum olub, oradakı insanların da əksəriyyəti mən tərəfin adamları idi. Hərəkat yaranandan sonra Eldar Namazov vəzifə bölgüsü apardı və mən də oldum Məclis sədrinin müavini, həm də İdarə Heyətinin üzvü. İndi bunlar çəkinmədən deyirlər ki, bizim təşkilatda belə bir adam olmayıb”.
Eyni məsələ haqqında bu üç fikir həqiqətin kim tərəfindən ifadə olunduğunu göstərir. İki nəfər tərəfindən təsdiq olunan məlumatı üçüncü şəxs inkar edirsə, burada kimin yalan danışdığını ayırd etmək elə də çətin olmamalıdır. Digər əyani sübutlar da yalanın kim tərəfindən səsləndirildiyini göstərir. E.Namazovun yaddaşını bərpa etmək və əslində, Ə.İbrahimovun “El” hərəkatında təmsil olunub olumaması ilə bağlı məsələni dəqiləşdirmək üçün “Azadlıq” qəzetinin 23 aprel 2013 tarixli sayında “El”-də yeni təyinatlar və seçimlər” məqaləsinə nəzər yetirək. Maraqlananlar, http://www.azadliq.info/xeberler/358-xeber/29840-el.html ünvanına girib məqaləni tam oxuya bilərlər. (Həmçinin, şəkil 1)
Bu kifayət deyilsə, bu fotoya da diqqət edək (şəkil 2):
Burada Eldar Namazovun sağında Eldəniz Qliyev, onun yanında isə adıçəkilən Əflan İbrahimov əyləşib.
Bu faktlar ortada olduğu halda, görəsən, E.Namazovu yalan danışmağa vadar edən nədir? Əlbəttə ki, belə bir psixoloji tezis var ki, ancaq qorxaqlar yalan danışar. Eyni zamanda, insanlar yalan danışmağa o zaman ehtiyac duyur ki, o, nəyisə ört-basdır etmək və həqiqətləri gizlətmək məcburiyyətini hiss edir. Belə isə, E.Namazov nəyi gizlətmək istəyirmiş?
“Gördüm ki, bunlar burada Suriya variantını yetişdirmək istəyirlər”
Bütün paralellər Ə.İbrahimovun ölkədə iğtişaşlar hazırlanması ilə bağlı fikirlərinin nə dərəcədə həqiqət olduğunu təsdiqləyir. Əflan İbrahimov isə mətbuata açıqlamalarında deyib ki, “Milli şura” adlanan qurumda təmsil olunan dağıdıcı müxalifət Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq planları qurur və öz məkrli niyyətini həyata keçirmək üçün fürsət axtarır: “Eldar Namazov mənə dedi ki, Əflan müəllim, Əli bəylə danışmışam, biz istəyirik, Rüstəm müəllim gəlsin, onun namizədliyini bunlar qeydə almasın və biz də burada, rayonlarda xaos yaradaq, Quba, İsmayıllı variantlarını həyata keçirək...Onların məqsədi ondan ibarət olub ki, Eldar Namazov Əli Kərimli ilə, İsa Qəmbərlə birləşsin, Rəsul Quliyevin imkanlarından, Əli İnsanovun pulundan istifadə edib hakimiyyətə qarşı kampaniya aparsınlar, xaos yaratsınlar... Gördüm ki, bunlar burada Suriya variantını yetişdirmək istəyirlər. Ona görə də, bu məsələləri açmaq qərarına gəldim. Dağıdıcı müxalifət ərəb ölkələrində - Misirdə, Liviyada, Suriyada baş verən qanlı hadisələrin Azərbaycanda təkrarlanmasına çalışır. Onlar hakimiyyətə gəlməyin yeganə yolunu ölkəni dinamik inkişaf yolundan döndərərək 1992-ci ilin anarxiya və xaos dövrünə qaytarmaqda görürlər”.
Göründüyü kimi, Azərbaycanın radikal müxalifəti yenə də ampluasındadır. Azərbaycanın maraqlarına qarşı fəaliyyəti özünün başlıca prinsipi seçən, ölkəmizin uğurlarına hər vəchlə mane olmağa çalışan bu antimilli ünsürlər hətta sabitliyi pozmağa, Azərbaycanın hər gün yüzlərlə insanın qətlə yetirildiyi, dövlətin çökdüyü Misirin, Suriyanın taleyini yaşamasına da hazırdırlar.
Baş Prokurorluq Əflan İbrahimovun müraciətini araşdırır
Şübhəsiz ki, “Milli şura” iğtişaşa getmək və ölkədə sabitliyi pozmağa cəhd etməklə, yalnız öz qəti iflasını sürətləndirəcək. Dəfələrlə təsdiq olunub ki, Azərbaycanda qeyri-demokratik yolla hakimiyyətə gəlmək ənənəsinə artıq son qoyulub. Bu ənənə bu gün hakimiyyətə iddialı olan həmin radikal antimilli ünsürlərin əsas mübarizə metodu olsa da, müasir Azərbaycan dövləti üçün 1992-93-cü illərdə qalmış köhnəlmiş bir üsuldur. Azərbaycan xalqı və dövlətinin inkişaf traektoriyasında və strategiyasında bu kimi dağıdıcı taktiki gedişlərə yer yoxdur. Bu gün Azərbaycan dinamik iqtisadi inkişafı, Avropanın enerji xəritəsinin formalaşmasında rolu, regionun inkişafına verdiyi töfhələri ilə kifayət qədər güclü imicə malikdir. Ona görə də, təbii olaraq, Azərbaycan ictimaiyyəti, ziyalılar, gənclər dağıdıcı müxalifətin bu niyyətini şiddətlə qınayır və bu cəhdlərə qarşı tədbirlər görülməsini tələb edirlər. Eyni zamanda, ölkəmizdə möhkəm dayaqlara söykənən hüquqi təsisatlar, müvafiq təhlükəsizlik orqanları fəaliyyət göstərir ki, onlar da dövlətin və xalqımızın təhlükəsizliyinin, ölkəmizdə sabitlik və əmin - amanlığın qorunmasına məsuliyyət daşıyırlar. Heç şübhəsiz, bu kimi məlumatlar diqqətlə araşdırılır, zərurət yarandığı təqdirdə isə lazımi hüquqi tədbirlər həyata keçirilir. Bu günə qədər olduğu kimi, bundan sonra da bu qərarlılıqda davam ediləcək. Hər halda Əflan İbrahimovun “Milli şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilməsi də bunu göstərir. Qeyd edək ki, Ə.İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında “Milli şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.

 
  • Oxunub:  28230  |  
  • Tarix:  24-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır
14 Noyabr 10:03
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib
14 Noyabr 09:57
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
14 Noyabr 09:51
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib
14 Noyabr 09:45
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir
14 Noyabr 09:42
Milli Məclisin növbəti iclası keçirilib
14 Noyabr 09:39
Səhiyyə işçilərinə yüksək əməkhaqqı, vətəndaşlara keyfiyyətli tibbi xidmət...
14 Noyabr 09:38
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, dini-mədəni abidələrin dağıdılması erməni vandalizminin bariz nümunəsidir
14 Noyabr 09:35
“İP”i qırıqlar...
14 Noyabr 09:30
Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib
14 Noyabr 09:27
Azərbaycanın regionlarında yeni yol layihələrinin icrası uğurla tamamlanıb
13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +16
gecə+9 +12