Ana səhifə »  Müəlliflər »  Radikalların sıfıra qayıdışı...
A+   Yenilə  A-
Radikalların sıfıra qayıdışı...
Yazdı: Nardar Bayramlı

Bu amil onların siyasi səhnədən tamamilə silinməsi ilə nəticələnəcək
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sı radikal müxalifət düşərgəsinin ümidlərini doğrulda bilmədi. Bu səbəbdən də sözügedən düşərgənin mənsubları tərəfindən, necə deyərlər, sıfıra qayıdış başlanır. Belə ki, onların bir qismi artıq yenidən “İctimai palata”ya üz tutmağa üstünlük verirlər. Bununla da, “Milli şura” növbəti zərbəni kənardan deyil, məhz radikal müxalifət düşərgəsinin daxilindən almaqdadır. Faktiki olaraq fəaliyyəti dayandırılmış “İctimai palata”nın (İP) işini aktivləşdirmək təşəbbüsləri məhz bundan xəbər verir.
Xatırladaq ki, bu yaxınlarda “İctimai palata”nın Koordinasiya Şurasının bir qrup üzvü təşəbbüslə çıxış edərək təşkilatın dönəm sədri İsa Qəmbərdən qurumun təcili iclasının çağırılmasını tələb etmişdilər. Bu prosesdə AXP sədri Pənah Hüseyn daha çox fəallıq göstərməkdədir. Təşəbbüsçülər “Milli şura” formatında baş verən son hadisələrdən və digər məsələlərdən dərin narahatlıq keçirdiklərini bildirmişdilər. Onlar iddia edirdilər ki, İP-i təmsil edən “Milli şura”nın qurulmasında iştirak edən siyasi liderlərin ciddi yanlışlığı nəticəsində demokratik düşərgənin maraqları zərbə altına düşüb. “Bu səbəbdən də uzun müddətdir yığışmayan İP KŞ-nin, daha sonra isə qurumun sessiyasının çağırılması zərurəti yaranıb” - deyə, təşəbbüsçülər iddia etmişdilər.
Artıq belə təşəbbüslər əsasında “İctimai palata”nın Koordinasiya Şurasının bir neçə toplantısı keçirilib. Toplantıda “Milli şura” ilə bağlı gəlişmələr, seçkilərdə müxalifətin iştirakı, o cümlədən, “İctimai palata”nın fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Əslində, nəzəri baxımdan, İP Koordinasiya Şurasının toplantısının keçirilməsində elə bir qəbahət yoxdur və bu, normal qarşılana bilər. Amma radikal müxalifət düşərgəsində baş verən proseslər fonunda bu hadisənin hansı məqsədlərə xidmət etməsi aydın görünür. Yəni “Milli şura”dakı “vahid namizəd”lik məsələsi gərginliyi o qədər artırıb ki, İ.Qəmbərin tərəfdarları İP-i gündəmə gətirməklə “Milli şura”nı kölgədə qoymağa çalışırlar. İstisna deyil ki, İP də öz namizədi ilə seçkidə iştiraka qərar versin. Nəzərə alaq ki, “Milli şura”da təmsil olunanların bir çoxu İP-in üzvlədir. Onda belə çıxır ki, “Milli şura”dan İP-ə qayıdış başlayır.
Ümumiyyətlə, ənənəvi radikal müxalifətin indiyə qədər müxtəlif adlar altında təşkilatlar yaratması bütün ictimaiyyətə məlumdur. 1993-cü ildən bu yana sağlı-sollu-mərkəzli müxalifət düşərgəsinin onlarca birlik formatları olub - “Demkonqres” (sonradan “Demkonqres-1” və “Demkonqres-2”), “SİDSUH”, “DUH”, “DUBB”, “Birləşmiş Müxalifət Hərəkatı (BMH), “Azadlıq” Seçki (sonradan Siyasi) Bloku, “Bizim Azərbaycan” Seçki (sonradan Siyasi) Bloku, “YES”, “İctimai Palata”, “El” və indi də “Milli şura”... Amma indi radikal müxalifətin sıfıra qayıdışı ilə “Milli şura” özünün sonunu yaxınlaşdırır.
Elə radikal müxalifət düşərgəsində də “Milli şura”nın ona bəslənən ümidləri doğrultmadığı qənaətində olanlar çoxdur. Bu fikirdə olanlar hesab edirlər ki, təşkilat nə özü seçki ilində müsbət nəyəsə nail ola bildi, nə də “İctimai palata”nın fəaliyyətinə imkan verdi. İP üzvü Adil Qeybulla da bildirib ki, “Milli şura”nın məlum səmərəsiz fəaliyyəti fonunda müxalifət “İctimai palata”nı da itirmək üzrədir. Bu da onu göstərir ki, radikal müxalifətin aydın fəaliyyət proqramının, strategiyanın olmaması həmişə onun yarımçıq, tələsik, məqsədsiz və məzmunsuz fəaliyyətini şərtləndirən əsas səbəblərdən biridir. Yəni, radikallar bir qurum yaradırlar, deyirlər ki, bu işi görəcəyik, amma real addım atmadan onun fatihəsini verməmiş başqa bir qurum yaradırlar. Yenə eyni sözlər, eyni iddialar eşidirik. Azərbaycanda normal siyasi müxalifət olmadığına görə, onun mübarizə metodları, birlikləri də anormaldır.
Məsələnin digər tərəfi odur ki, radikallar bu kimi qondarma qurumlar yaratmaqla ölkəmizin siyasi palitrasının şəffaflığına ziyan vururlar. Qanunun tələblərinə uyğun şəkildə qeydiyyatdan keçmədikləri halda müxtəlif iddialarla çıxış etmək heç bir məntiqə uyğun deyil. Ən əsası ona görə ki, normal cəmiyyətlərdə bu tipli qurumlar qəbul edilmir. Müəyyən hədəfləri qarşısına məqsəd qoyan, taleyüklü müzakirələrdə iştirak etmək niyyətini ifadə edən və bunun üçün də iqtidarla dialoqa hazır olduğunu bəyan edən hər hansı təşkilat, ilk növbədə, özünün qanuniliyini təmin etməli, konstruktiv mövqe nümayiş etdirməlidir. Əks halda, bu tipli təşkilatlar nə ciddi fəaliyyət göstərə, nə də cəmiyyətdə heç bir dəstək qazana bilməz.
Bir sözlə, sivil formada fəaliyyət göstərməyən və bununla cəmiyyətdə heç bir dəstək qazanmayan bu tipli qondarma qurumlar iflasa məhkumdurlar. Bu mənada, “İctimai palata”ya qayıtmaqla geriyə dönən “Milli şura” da perspektivsiz bir qurum olduğunu isbatlayır. Ölkəmizdə konstruktiv, sağlam müxalifətin formalaşması günün tələbidir. Məhz cəmiyyətimiz də buna doğru gedir. Radikallar isə ildən-ilə zəifləyərək siyasi səhnəni tərk etməkdədirlər. Bu dəfə radikalların tədricən sıfıra qayıdışı isə onların siyasi səhnədən tamamilə silinməsi ilə nəticələnəcək.
Qeyd etdiyimiz kimi, artıq radikallar “Milli şura”nın iflasını aydın dərk edirlər. Bununla belə, yenə də özlərini sığortalamaq üçün müxtəlif bəhanələr gətirməkdən yorulmurlar. Məsələn, “Azadlıq” qəzeti iddia edir ki, guya çoxlu sayda şəxsin prezidentliyə namizədliyini irəli sürməsinə şərait yaratmaqla hakimiyyət müəyyən məqsədlər güdür. Guya bu, hər namizədə düşən pulsuz efir vaxtının azaldılmasına imkan verir. Burada bir atalar məsəli yada düşür: aşığın sözü qurtaranda “neynim-neynim” deyir. Yəni, radikallar daha irad tutmağa, seçkiləri gözdən salmağa arqumentləri olmadığı üçün dəlinin də ağlına gələ bilməyəcək absurd iddialar irəli sürürlər. Görəsən, həmin namizədlərə imza vərəqələri verilməsəydi nə deyəcəkdilər? Təbii ki, “vətəndaşların seçki hüquqları pozulur”, “hakimiyyət birnamizədli seçki keçirmək planlaşdırır” və s. Digər tərəfdən, imza vərəqələri götürmək, namizəd olmaq deməkdir ki, bunlar indidən İTV-nin pulsuz efir vaxtını ora-bura qayçılayırlar? Radikalların özləri bir-birinə mane olub, namizəd irəli sürə bilmirlər, başqalarına ağız büzürlər. Yaxşı deyiblər, “utanmasan, oynamağa nə var ki”.

 
  • Oxunub:  30030  |  
  • Tarix:  23-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA