Ana səhifə »  Müəlliflər »  Radikallar qarşı-qarşıya
A+   Yenilə  A-
Radikallar qarşı-qarşıya
Yazdı: Mübariz Abdullayev

Onları “birləşdirən” və ayıran səbəblər konyuktur maraqlardan, ambisiyalardan qaynaqlanır
AXCP, “Müsavat”, ACP, ALP kimi radikal müxalifət partiyaları, qondarma “El” hərəkatı və bu qəbildən olan digərləri eyni düşərgəni paylaşsalar da, onların arasında kəskin, bir çox hallarda isə antaqonist xarakter daşıyan ziddiyyətlər var. Radikalların qarşılıqlı münasibətləri barədə düşünərkən, yada ilk növbədə, rus yazıçısı Krılovun məşhur təmsili düşür. O, mənada ki, Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Eldar Namazov və digərləri heç vaxt arabanı eyni istiqamətə çəkmək istəməyiblər. Yəni, radikallar arasında səngimək bilməyən, mühüm ictimai-siyasi hadisələr ərəfəsində daha da qızışan ixtilafları müxtəlif istiqamətlərdə təhlil etmək mümkündür.
Radikalları üz-üzə qoyan səbəblər hansılardır?
İlk baxışda təzadlı səslənsə də, deyək ki, radikalları ayıran və “birləşdirən” səbəblər eynidir. Bu səbəblər konyuktur maraqlardan qaynaqlanır. Daha dəqiq desək, müxtəlif partiyalar və onların təmsilçiləri “it yiyəsini tanımayan” radikal düşərgəyə hansısa ümumi məqsədlər naminə deyil, sırf korporativ maraqlar, ambisiyalar üzündən qatılıblar. Buna görə də, onların çabalamaları da dağıdıcı düşərgədə rəqiblərdən bir baş üstün mövqeyə yüksəlməyə və beləliklə də, əllərinin imtiyazlara (oxu: pozuculuq əməllərinin müqabilində xaricdəki antimilli dairələrdən ayrılan qrantlara, ianələrə-M.A.) daha gen-bol çatmasının təmin olunmasına xidmət edir. Bu məqsəd radikal düşərgə təmsilçilərinin kredosuna çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Əslində, bunu radikalların özləri də etiraf edirlər. Məsələn, Müsavat Partiyasının üzvü olan Adil Qeybulla mətbuata verdiyi açıqlamasında açıq mətnlə vurğulayıb: “Müxalifətin birləşməsi” ifadəsi öz-özlüyündə absurd ifadədir. Çünki Azərbaycan müxalifətinin içərisində siyasi oriyentasiyası müxtəlif olan qüvvələr var. Bunların birliyi yalnız konyuktur məqsəd daşıya bilər. Konsensusun olmadığı, psixoloji fərqlərin olduğu, siyasi oriyentasiyaların fərqli olduğu, şəxsi münasibətlərin kifayət qədər ziddiyyətli, nifrət həddində olduğu bir yerdə hansı perspektivdən danışmaq olar?”
Əzəli rəqiblərin yeni düşmənçiliyi
“Milli şura”da özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP və “Müsavat” arasında yaşanan gərginliyi məhz belə xarakterizə etmək mümkündür. Hər iki partiya bundan əvvəl “İctimai palata” və bu kimi digər qondarma qurumlarda sərgilədikləri “mehriban düşmənçilik” siyasətini indi də “Milli şura”da davam etdirirlər. Fərq ondadır ki, qarşıdan gələn seçkilər öncəsi “cəbhəçilər”lə “müsavat”çıların münasibətləri bir qədər də korlanıb və onlar arasında çəkişmələr daha şiddətli xarakter alıb.
AXCP ilə “Müsavat” arasında qovğaların yeni mərhələsi hər iki partiya rəhbərinin-Əli Kərimlinin və İsa Qəmbərin qondarma qurumun “vahid namizəd”liyinə iddialarda bulunmalarından qaynaqlanır. Cari seçki marafonuna bir-birlərinə yönəlik “şaxta baba” və “yolka bəzəyən” atmacaları ilə start verən “cəbhəçilər” və “müsavat”çılar iddialarında çox israrlıdırlar. “Milli şura”nın üzvü olmasına və dildə “mən də qurumun “vahid namizəd”ini dəstəkləyirəm” deməsinə rəğmən, İsa Qəmbər namizədlik iddiasından geri çəkilmir. Radikallar arasında “cəncəl”, “ortaya başıpozuqluq salan” xarizması ilə tanınan İsa Qəmbərin namizədlik iddiasından geri çəkilmək məsələsini Rüstəm İbrahimbəyov Vətənə dönənə və namizədliyini qeydə aldıranadək “dondurması” ondan xəbər verir ki, “Müsavat”ın başqanı namizədlik üçün sözün əsl mənasında sinə sürtür. Düzdür, İsa Qəmbər tez-tez “gəlin “Milli şura”ya ehtiyat “vahid namizəd” tapaq” deyir. Ancaq onun bu canfəşanlığı kənardan “Rüstəm İbrahimbəyov gəlmirsə, heç gəlməsin, mən hazır namizəd varam” istəyi kimi görünür. Şübhə yoxdur ki, “Milli şura”nın növbəti toplantısında kimsə dilucu onun ehtiyat “vahid namizəd”liyindən danışsa, “Müsavat”ın başqanı bu təklifə heç bir təvazökarlıq jesti etmədən ikiəlli “hə” deyəcək.
Lakin bəri başdan demək mümkündür ki, bu baş verməyəcək. Çünki İsa Qəmbərin qarşısında, necə deyərlər, AXCP kötüyü var. Partiyanın sədri Əli Kərimlidən zorən namizəd düzəltmək xülyalarından hələ də vaz keçməyən “cəbhəçilər”in rəqibin qondarma “Milli şura” daxilində olsa belə, üstün mövqeyə çıxmasına imkan verməyəcəkləri şübhəsizdir. Əli Kərimlinin təhriki ilə qondarma qurumda İsa Qəmbəri gözdənsalma kampaniyasına start verilməsi, ona qarşı koalisiya yaradılması deyilənlərin təsdiqidir.
“Müsavat” iki “cəbhədə” döyüşür
“Milli şura”da Əli Kərimlinin təhriki ilə İsa Qəmbərə və bütövlükdə “Müsavat”a qarşı formalaşan koalisiyada radikal düşərgədə baş verənləri okeanın o tayından izləyən Rəsul Quliyevin lideri olduğu ACP xüsusi fəallıq nümayiş etdirir. “Müsavat”ın başqanına pataloji nifrətini heç vaxt gizlətməyən Rəsul Quliyev İsa Qəmbərin namizədlik iddiasında dirəniş göstərməsinə ən sərt şəkildə münasibət sərgiləyərək onun prezidentlik keyfiyyətlərinə malik olmadığını dilə gətirib. İsa Qəmbər ACP liderinin ona qarşı apardığı əks təbliğatı “yaramazlıq” kimi səciyyələndirib. Bundan sonra, necə deyərlər, döyüş meydanına partiyaların funksionerləri atılıblar. Tərəflər mətbuat səhifələrində bir-birlərini ardı-arası kəsilmədən “buqələmun”, “parazit”, “baş mafioz” ifadələrinə “qonaq” edirlər. “Müsavat”ın funksioneri Mustafa Hacıbəyli ACP liderinin İsa Qəmbərə səslənmələrinə belə cavab verib: “Rəsul Quliyev o qədər savadsızdır ki, savadsız olduğunu özü də dərk etmir”.
Rəsul Quliyevin son günlərdə mətbuatda yayılan müraciəti isə, heç şübhəsiz ki, ACP-“Müsavat” münasibətlərinin kəskinləşməsində yeni səhifə açacaq. “Müsavat”ın başqanını “öz namizədliyinin davasını aparmaqda” qınayan, onu “oyunbaz” adlandıran Rəsul Quliyev sonda daha kəskin ittiham səsləndirir: “Yeni Müsavat” qəzeti vasitəsilə İsa Qəmbər demokratik qüvvələrə böyük təxribat hazırlayır”.
Radikal düşərgədə yeni böhran
Qondarma “Milli şura”nın sessiyasında Rüstəm İbrahimbəyova etimad limitinin tükənməsi kimi dəyərləndirilən ehtiyat “vahid namizəd” müəyyənləşdirilməsi ilə bağlı çıxarılan qərar radikallar arasında yeni böhrana rəvac verib. Bu məsələdə də təmsilçilərin mövqeləri haçalanır.
Bəzi partiyalar ehtiyat “vahid namizəd” ideyasını təqdir edirlər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Milli şura”nın avqustun 21-də keçirilən toplantısında qəbul olunan qərara münasibət bildirərkən deyib ki, əldə olunan razılaşmaya görə, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıqla bağlı problemi avqustun 26-da həll oluna bilər. Əgər həll olmayacaqsa, ayın 26-da “Milli şura” ehtiyat “vahid namizəd” məsələsi ilə bağlı qərar qəbul edəcək. Və razılaşma əldə olundu ki, bu qərara qarşı əks təbliğat aparılmasın: “Baxmayaraq ki, seçkiyə az qalıb. Biz bu ağır şərtlə kompromisə getməli olduq. Əminəm ki, bu qərar imzatoplama və digər seçki prosedurlarında xeyli maneə yaradacaq”.
Əslində, “Müsavat”ın “Milli şura”da bu qədər kompromislərə getməsinin özü çox şübhəlidir. İsa Qəmbər burada nə isə bir biclik işlətmək istəyir. Onun Ə.Kərimli, E.Namazov və E.Quliyev kimi siyasi diletantların nazı ilə oturub-durması elə-belə məsələ deyil. Amma bir şey dəqiqdir ki, o, “tülkü həccə gedir” sayağı “Milli şura”nın üzvlərini torbaya yığmağa çalışır. Lakin necə və nə cür, bunu onun özü yaxşı bilir və yəqin ki, bu məsələdən yaxın vaxtlarda hamı xəbərdar olacaq.
“Milli şura”nın ən azı 4 təsisçisi isə sözügedən qərara qarşıdır. “El” hərəkatının rəhbərlərindən biri olan Zəfər Quliyev deyib ki, onun təmsil olunduğu təşkilatın üzvlərinin 99 faizi ehtiyat “vahid namizəd” təklifini dəstəkləmir. “El” hərəkatı “Milli şura”nin cəmi 1 səs üstünlüyü ilə qəbul olunan məlum qərarına qarşıdır. Z.Quliyev deyib ki, onlar ACP, ALP və KXCP ilə də əlaqə saxlayıblar və bu 4 təşkilat yeni “vahid namizəd” mövzusunda ortaq qərar veriblər: “Biz Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyini dəstəkləyirik. Hesab edirik ki, “Milli şura”nin məlum qərarı yanlışdır və buna görə də, həmin qərarın həyata keçməsi yönündə hər hansı bir addıma dəstək verməyəcəyik”.
Yeri gəlmişkən, “Azadlıq” qəzetinin əməkdaşı Elnur Astanbəyli də “Milli şura” daxilində yaranan yeni böhranla əlaqədar fikir ifadə edib. O, “Azadlıq” radiosuna müsahibəsində bildirib: “Milli şura”da olan 5-6 partiyanın birləşərək toplantı keçirməsi absurddur. Digər “Milli şura” üzvlərinin kənarda saxlanılaraq keçirilən bu görüş kifayət qədər şübhələr yaradır”.
O, qeyd edib ki, “Milli şura”da ikinci “vahid namizəd”in seçilməsinə qarşı çıxan dörd partiyadan üçünün rəhbəri - Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov vaxtı ilə hakimiyyət mövqeyində yer tutublar. Bu gün onların belə qərar vermələri, yalnız İbrahimbəyovu dəstəkləmələri təsadüfdürmü? Bu suala da onlar cavab verməlidirlər”.
Zamin Hacı isə bildirib: “Bir az ümid “Milli şura”yadır. Onun da odu sönüb, külü qalıb. Üfürürük, o da olmur”.
Əslində, Elnur Astanbəyli tam haqlıdır. Məsələyə ciddi yanaşsaq, necə olur ki, Köçəri Nağıbəyli, Zəfər Quliyev, vəzifələrindən qovulmuş Rəsul Quliyev, Eldar Namazov və s. ünsürlər “Milli şura”da təmsil olunurlar, amma gecəsini gündüzə çevirib müxalifət qəzetlərində palaz-palaz məqalələr yazan Elnur Astanbəyli yox. Elə bunun özü böyük ədalətsizlikdir. Zamin Hacıya da məsləhət görürük ki, özünün dediyi kimi, “Milli şura”nın sönmüş odunu üfürməkdən əl çəksin.

 
  • Oxunub:  23250  |  
  • Tarix:  23-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA