Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etməyib

Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etməyib

22.08.2013 [12:07]

Nardar Bayramlı

Amma bu ermənipərəst kinodramaturq Azərbaycandan da, onun vətəndaşlığından da imtina etməyə hazırdır
Müxalifətin radikal qanadının toplaşdığı “Milli şura” hazırda çox ağır günləri yaşamaqdadır. Son günlər təşkilatın nümayəndələrinin bədbin açıqlamaları, verilən qərarlar bunu deməyə əsas verir. Artıq qurumun sədri və prezident seçkilərində “vahid namizəd”i Rüstəm İbrahimbəyovun fikirlərindən belə görünür ki, onun özü də seçkidə rəsmi şəkildə iştirak edə biləcəyinə inanmır. Qoca kinodramaturq bir neçə gün öncə mətbuata verdiyi açıqlamada razılaşma əsasında təşkilatdakı üzvlərdən bəzilərinin namizədliyinin verilməsini təklif etmişdi: “O adamlar “Milli şura”ya yaxın şəxslər olmalıdır. Əgər məni qeydiyyata almasalar, “Milli şura” həmin namizədlər sırasından birini özünün namizədi elan etsin”.
Qoca kinodramaturq özünün də bir neçə namizədinin olduğunu demişdi. “Mən özümü heç namizədlər arasında görmürdüm. Amma sonra gördüm ki, mən vahid namizəd olmağa razılıq verməsəm, işlər korlanacaq” deyən “şura” sədri guya bu səbəbdən vahid namizəd olmağa razılıq veribmiş.
Ötən günlər ərzində R.İbrahimbəyov dəfələrlə Rusiya vətəndaşlığından çıxmaq üçün müvafiq qurumlara ərizə ilə müraciət etdiyini bildirmişdi. Amma “Facebook”da yayılan məlumata görə, qoca kinodramaturq Rusiya vətəndaşlığından çıxmaq üçün heç bir ərizə yazmayıb. Müxalifət mətbuatının yazdıqlarından belə aydın olur ki, Moskvada müxtəlif ünvanlarda mənzilləri olduğu üçün onun Rusiya vətəndaşlığından imtinası həmin mənzillər üzərindəki hüquqlarını sual altında qoyduğundan R.İbrahimbəyov ehtiyatlı tərpənib. Sadəcə, “Milli şura” daxilində biabır olmamaq üçün vaxtı uzadıb və zaman keçdikcə avtomatik başqa namizəd üzərində dayanılması üçün gözləyib. Əgər bu deyilənlər doğru olmasaydı, İbrahimbəyov çoxdan vətəndaşlıqdan imtina ilə bağlı ərizəsini çap etdirərdi. Məsələ ilə əlaqədar R.İbrahimbəyov bildirib: “Mənim prezidentliyə namizədliyimi “Milli şura” iyulun 6-da irəli sürüb. Bir gün sonra mən Rusiya vətəndaşlığından çıxarılmağım üçün müvafiq hökumət komissiyasına rəsmi ərizə yazmışam. Amma ərizə ilə bərabər bir neçə sənəd də təqdim etmək lazım idi. O sənədləri əldə etmək üçün də vaxt gərək idi. Həmin sənədləri topladıqdan sonra həm həmin ərizəni, həm də digər lazımi sənədləri təqdim etmişəm. Sənədləri məndən qəbul etdikləri barədə mənə qəbz də verilib. Mən də həmin qəbzin surətini və digər lazımi sənədləri əgər Mərkəzi Seçki Komissiyası tələb edəcəksə, oraya təqdim edilməsi üçün artıq Bakıya göndərmişəm. Ya bu gün, ya da sabah sənədlər Bakıda olacaq”.
Bu fikirlərdən görünən odur ki, qoca kinodramaturq sadəcə, baş aldatmaqla məşğuldur. O, hər dəfə özü-özünü dolaşdırmaqla yanaşı, “Milli şura”dakıları da ələ salır. Çünki onun bütün fəaliyyəti yalan üzərində qurulub. Diqqət yetirək, iyulun 9-da namizədliyi irəli sürülüb, amma vətəndaşlıqdan imtina ilə bağlı ərizənin təqdim olunması haqqında qəbz hələ bir-iki gündən sonra Bakıya çatacaq. Bəs məsələ nə üçün bu qədər yubanır? Kimə desən ki, bir ərizəni və bir-iki sənədi təqdim etmək üçün ay yarım vaxt tələb olunub, adamı məsxərəyə qoyarlar. Digər tərəfdən, R.İbrahimbəyovun namizədliyi irəli sürüləndən dərhal sonra onun ikili vətəndaşlıq məsələsi üzə çıxdı. Bundan bir neçə gün sonra isə bəyan etdi ki, artıq vətəndaşlıqdan imtina ilə bağlı ərizə təqdim edib. Amma indi də bildirir ki, hələ sənəd hazırlayırmış(?). Bu prosesləri təhlil edəndə aydın olur ki, R.İbrahimbəyov heç Rusiya vətəndaşlığından imtinanı ağlına belə, gətirməyib. Çünki onun üçün Rusiya vətəndaşlığı hər şey, ömrünün mənası deməkdir. Bunu itirməmək üçün, o, 10 dəfə Azərbaycandan da, onun vətəndaşlığından da imtina etməyə hazırdır. Zatən bütün ömrü boyu öz fəaliyyəti ilə bunu təsdiq edib. Artıq çox qısa zamanda bütün məsələlərin üstü açılacaq və R.İbrahimbəyov əsl xislətini bir daha göstərəcək.

Paylaş:
Baxılıb: 1273 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30