Ana səhifə »  Müəlliflər »  Gülünc günə qalmışlar...
A+   Yenilə  A-
Gülünc günə qalmışlar...
Yazdı: Mübariz Abdullayev

“Milli şura”nın təmsilçiləri bu qondarma qurumun dalana dirənməsinin fərqinə varmayaraq, məsuliyyətsiz açıqlamalar səsləndirməkdə davam edirlər
Siyasi müşahidəçilərin ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi əsasında gündəmə gətirilən qondarma “Milli şura” ilə bağlı öncədən verdikləri bədbin proqnozlar özünü tam şəkildə doğrultmaqdadır. Belə ki, yaradıldığının bəyan edilməsinin üstündən cəmi iki ay keçən qondarma qurum artıq çıxılmaz duruma düşüb.
“Milli şura”nın süqutunu şərtləndirən amillər hansılardır?
Əslində, “Milli şura”nın sonunu gətirən bir neçə səbəbi sadalamaq mümkündür. İlk növbədə isə qondarma qurumun Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi kimi təzahür etməməsini vurğulamaq gərəkdir. Yəni, heç bir kataklizm yaşamayan, əksinə sosial-iqtisadi-mədəni sahələrdə dinamik inkişaf dövrü keçən, stabil daxili ictimai-siyasi vəziyyətin hökm sürdüyü Azərbaycanda radikalların ermənipərəst Rüstəm İbrahimbəyovun felinə uyaraq “Milli şura” yaratmaları onların utopik düşüncə tərzlərinin, ümumiyyətlə, reallığı düzgün qiymətləndirə bilməmələrinin nəticəsidir.
“Milli şura”nı elə bəyan edildiyi gündən süquta doğru sürükləyən digər bir səbəb isə ermənipərəst Rüstəm İbrahimbəyov başda olmaqla təmsilçilərin qondarma quruma dəstəyi xarici dairələrdə axtarmaları oldu. Daha konkret ifadə etsək, xaricdəki antimilli dairələrin mətbəxinin məhsulu olan “Milli şura” Azərbaycan cəmiyyətində “yad element” kimi qarşılandı. Qurumun ideya müəllifi, sədri Rüstəm İbrahimbəyov torpaqlarımızı işğal edən ermənilərə xüsusi hüsnü-rəğbət bəsləyir və bunu heç gizlətmir də. Bundan başqa, Rüstəm İbrahimbəyov xaricdə “Milli şura”ya dəstək təşkil etməklə məşğul olduğunu dəfələrlə açıq mətnlə dilə gətirib. Onu bu gün Moskvada, sabah Vaşinqtonda, növbəti gün isə Almaniyada görmək mümkündür.
“Milli şura”nın digər təmsilçiləri də xaricdəki məlum qaranlıq dairələrlə təmaslara qoca kinodramaturqdan az maraq göstərmirlər. Bütün bu və digər faktlar isə cəmiyyətdə “Milli şura”ya yönəlik adekvat münasibət formalaşdırıb.
“Milli şura”nı yaşamaq qabiliyyətindən məhrum qoyan amillər sırasında qurumdaxili ziddiyyətləri xüsusi vurğulamaq gərəkdir. Qondarma qurum sırf konyuktur məqsədlərlə yaradıldığından burada təmsil olunan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər korporativ maraqlarının təmin olunması naminə müxtəlif çabalamalar nümayiş etdirirlər ki, bu da qurumda cəmləşən rəqiblərdə dərhal əks-reaksiyalar doğurur.
“Milli şura”nın boynuna sıyrılan qılınc-partiyaların “vahid namizəd”lik iddiaları
Bu məqamda “vahid namizəd” məsələsi qondarma quruma gözləntilərin müqabilində üz tutan AXCP, “Müsavat”, ACP kimi partiyaların, “El” hərəkatının təmsilçilərini üz-üzə qoyub desək, əsl həqiqəti ifadə etmiş olarıq. İsa Qəmbərin, Əli Kərimlinin, Rəsul Quliyevin, Eldar Namazovun və digərlərinin iddiaları, həmçinin, Rüstəm İbrahimbəyovun avantürası ucbatından hələ də qurumun “vahid namizəd”i ilə bağlı mübahisələrə son qoyulmayıb. Qurumun “vahid namizəd”i kimi müəyyənləşdirilən Rüstəm İbrahimbəyov vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən qorxaraq Vətənə dönməyə cəsarət etmir. O, öz cəsarətsizliyini ikili vətəndaşlıq probleminin həllinin yubanması ilə pərdələməyə çalışır. Qurumun digər bir üzvü-İsa Qəmbər də “vahid namizəd”lik iddiasından geri çəkilmir. AXCP təmsilçiləri isə Əli Kərimlidən zorən namizəd düzəltmək istəyirlər. ACP lideri Rəsul Quliyev partiyanın sədri Sülhəddin Əkbərə “partiyalar o yan-bu yan etsələr, mənim namizədliyimi irəli sürün” tapşırığını verib.
“Milli şura”nın xəyali “vahid namizəd”i Rüstəm İbrahimbəyovun Vətənə dönməyə cəsarət etməməsi və partiyaların yaranmış “vahid namizəd” boşluğuna öz iddialarını gerçəkləşdirmək üçün bir fürsət kimi baxmaları qondarma qurumda yeni böhran yaradıb. Bir sıra partiyalar ehtiyat “vahid namizəd” qərarında israr etsələr də, ALP, ACP, KXCP və “El” hərəkatı buna qarşı barışmaz mövqe ortaya qoyurlar. Məsələn, “El” hərəkatının rəhbərliyində təmsil olunan Zəfər Quliyev “Milli şura”nın ehtiyat “vahid namizəd”lə bağlı qərarından narazı qalan 4 təsisçinin mövqeyini ifadə edərək deyib: “Hesab edirik ki, “Milli şura”nın 19 avqust sessiyasında qəbul olunan qərar yanlışdır və buna görə də, həmin qərarın həyata keçməsi yönündə hər hansı bir addıma dəstək verməyəcəyik”.
“Milli şura” gülünc durumda qalıb
Yeri gəlmişkən, “Milli şura” təmsilçiləri səsləndirdikləri cəfəng fikirlərlə, sərgilədikləri əməllərlə qondarma qurumu gündən-günə daha acınacaqlı duruma salırlar. Qurumun çıxılmaz duruma düşməsindən söhbət açan “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı acı etiraflarını dilə gətirib: “Etiraf etməliyik: dalana dirənmişik”.
Qondarma qurumun avqustun 18-də keçirdiyi mitinq isə cəmiyyətin “Milli şura”ya və bütövlükdə radikal düşərgəyə münasibətini bütün cəhətləri ilə bir daha ortaya qoydu. Qondarma qurumun üzvlərinin süni ajiotaj yaratmalarına, sosial şəbəkələrdə çağırışlar etmələrinə rəğmən, mitinqə qatılanların sayı həddindən ziyadə az oldu. İş o yerə çatıb ki, indi “Milli şura”da təmsil olunan partiyaların təmsilçiləri belə, qondarma qurumu reallığa uyğun gəlməyən qərarlar verməkdə günahlandırırlar. Məsələn, ACP funksioneri Zəminə Dünyamalıyeva 18 avqust mitinqinin onu qane etmədiyini vurğulayaraq deyib: “Niyə düşünülməmiş qərar verildi, anlamıram. Hər bir aksiyanın, mitinqin mənası olmalıdır. Hazırlıqsız ola-ola nə cür avqustun 18-də mitinqin keçirilməsinə qərar verilməsi mənim üçün, o cümlədən, “Milli şura”da çox adam üçün maraqlıdır. Baza yox idisə, bazaya arxayın deyildisə, niyə mitinq qərarı verildi, “Milli şura” gülünc vəziyyətdə qaldı?”
Qondarma qurumun təmsilçiləri isə yenə də öz amplualarındadır
Sədr Rüstəm İbrahimbəyov və qurumun digər təmsilçiləri “Milli şura”nın gülünc günə düşməsinin fərqinə varmayaraq, yenə də mətbuata məsuliyyətsiz açıqlamalar verməkdə davam edirlər. Məsələn, Rüstəm İbrahimbəyov KİV-lərdən birinin müxbirinin “Milli şura”da narazılıqların olduğu, qurumun dağılacağı haqda fikirlər səsləndirilir. “Milli şura” fəaliyyətini davam etdirəcəkmi?” sualını belə cavablandırıb: “Bunlar hamısı əsassız, uydurma söhbətlərdir. “Milli şura” niyə dağılmalıdır, nə olub ki? Təşkilat işləyir, orada çox hörmətli insanlar təmsil olunur. Rusiya vətəndaşlığından çıxmağımla bağlı problem həll olunmasa, sənədi ala bilməsəm, onda “Milli şura” seçkidə başqa namizədlə iştirak edəcək. Mən də onun qələbə qazanması üçün əlimdən gələni edəcəm. “Vahid namizəd”in seçki kampaniyasına rəhbərlik edəcəm. Hansı formada lazımdırsa dəstək verəcəm. Hesab edirəm ki, ehtiyat namizədin müəyyənləşdirilməsi də düzgün strategiyadır və bunu dəstəkləyirəm. Təbii ki, mənim də namizədim var. Yaxın adamlarım namizədimin kim olduğunu bilirlər”.
Beləliklə, Rüstəm İbrahimbəyovun müsahibəsindən onun özünün də çaşqınlıq içində olduğu görünür. Həm deyir “şura” kimi namizəd seçsə, onu qəbul edəcəm, həm də bildirir ki, mənim özümün inandığım namizədim var. Şura üzvləri az qala yalvarırdılar ki, Bakıya gəl, deyirdi gələ bilmərəm, seçkiyə pul yığıram, nə bilim başım qarışıqdı, montaj edirəm. Özünə umac ova bilməyən Rüstəm bəy Bakıya gəlib başqa namizədə əriştə kəsəcək. Təşkilatın “monolit birliyindən” danışır. Amma “Milli şura”nın digər üzvləri qurumun dalana dirəndiyini, məyus olduqlarını, kritik vəziyyətin olduğunu və s. etiraf edirlər.
Əslində, “Milli şura”ya baxanda “Başsız atlı” filmi yada düşür. Sadəcə, bir fərq var ki, filmdə həqiqətən baş kəsilib, “Milli şura”da isə baş yerində deyil. “Milli şura”nın başı sayılan Rüstəm İbrahimbəyov indi də Şeyx Nəsrullanın yolunu getməyə başlayıb. Müxalifət başbilənlərinə söz verib ki, sizin fatihəsi verilmiş 20 illik siyasi nüfuzunuzu dirildəcəm. Amma sonda özü də onların gününə düşdü.
Bu arada radikal düşərgəyə məxsus bəzi KİV-də iddia olunur ki, guya “Milli şura”nın avqustun 19-da keçirdiyi sessiya hakimiyyəti təşvişə salıb. Guya iqtidar avqustun 19-da qurumun parçalanacağını gözləyirmiş, lakin bu baş verməyib. İndi iqtidar bütün qüvvələrini səfərbər edib ki, qısa zamanda “Milli şura”nın parçalanmasına nail olsun.
Əslində radikallar canlı meyidi reanimasiya etmək istəyirlər. Bir şey ki özü dağılır, onu dağıtmağa nə lüzum? Bəlkə, gözləyirsiniz ki, hakimiyyət gəlib sizin əvəzinizə “Milli şura”nın problemlərini həll etsin? Bunlar nə qədər də cılız və miskindirlər.
Bu məqamda “El” hərəkatının nümayəndəsi Eldəniz Quliyevin müsahibəsində dediyi sözləri xatırlatmaq yerinə düşər: “Milli şura”da bir dağınıqlıq əhval-ruhiyyəsi var və artıq bunu gizlətmək də mümkün deyil”.
Onun sözlərinə görə, “Milli şura”da fikir ayrılığı mövcuddur: “Milli şura”da vacib əhəmiyyət kəsb edən məsələlər səsvermədə tam əksəriyyətin səsi ilə qəbul edilməlidir. Əgər avqustun 19-dakı kimi səsvermədə 1 səs fərq yaranırsa, deməli, həyəcan siqnalı çalınmalıdır”.
Belə yerdə deyirlər ki, “ağası gülüm olanın, başına külüm olar”. Bir halda ki, “Milli şura”nın “strategiyasını” kino işçiləri R.İbrahimbəyov və E.Quliyev kimi adamlar müəyyənləşdirə, onda bu qondarma qurumdan nə gözləyəsən? Bunlar siyasət meydanı ilə kinostudiyanı səhv salıblar. Daha dəqiq desək, siyasi məsələlərə kino çəkilişlərində istifadə etdikləri priyomlarla yanaşırlar. Görəsən, R.İbrahimbəyovla E.Quliyev “Milli şura” personajlarına neçə dəfə “dubl 1, dubl 2” deyirlər? Tamaşaçılar onların “Milli şura” tragikomediyasının ərsəyə gəlməsini böyük səbirsizliklə gözləyirlər.

 
  • Oxunub:  21000  |  
  • Tarix:  22-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

26 Aprel 16:01
Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb
26 Aprel 15:57
Elçin Quliyev: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır
26 Aprel 15:41
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib
26 Aprel 15:38
Formula 2: sıralanma turuna start verilib
26 Aprel 15:30
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
26 Aprel 15:19
Türkiyənin CNN Türk kanalı Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri haqqında reportaj yayımlayıb
26 Aprel 15:17
Paytaxtın inkişafı mərkəzdən kənarlara doğru irəliləyir
26 Aprel 15:15
Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edib
26 Aprel 15:03
Rauf Əliyev: İşğalçı ölkə çox yaxşı başa düşür ki Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir
26 Aprel 14:51
Azərbaycan-Türkiyə İstehsalat Birliyinın “Belarus” markalı traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq
26 Aprel 14:50
“Vüqar Həşimov” şahmat klubu təsis edilib
26 Aprel 14:46
İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda iştirak edib
26 Aprel 14:42
DİA-da “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib
26 Aprel 14:28
Nazir İnam Kərimov: Subsidiyaların ödənilməsi gələn ildən elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək
26 Aprel 14:26
Bakıda Formula 1 pilotlarının ilk avtoqraf sessiyası təşkil olunub
26 Aprel 14:17
Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” adlı elmi konfrans keçiriləcək
26 Aprel 14:14
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Pekində görüşü olub
26 Aprel 14:10
Nazir müavini: Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır
26 Aprel 13:35
Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu işə başlayıb
26 Aprel 13:17
Elman Rüstəmov: Azərbaycanda dövriyyədə 213 milyon pul nişanı var
26 Aprel 13:11
Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik
26 Aprel 13:04
DİA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün ixtisasartırma kursu təşkil edilib
26 Aprel 13:00
Cəbhəboyu zonada tikintisi davam etdirilən hərbi obyektlərdə inşaat işlərinin gedişi yoxlanılıb
26 Aprel 12:52
Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında görülən işlər müzakirə olunub
26 Aprel 12:49
Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir
26 Aprel 12:40
Azərbaycanda qadınların İKT bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçiriləcək
26 Aprel 12:24
Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar
26 Aprel 12:16
Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb
26 Aprel 12:13
Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib
26 Aprel 12:07
"Anti-Azərbaycan qüvvələr ölkəmizin nüfuzuna xələl gətirə bilməz"
26 Aprel 11:55
“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda konfrans panel iclaslarla davam edib
26 Aprel 11:38
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
26 Aprel 11:31
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb
26 Aprel 11:26
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb
26 Aprel 11:19
Naxçıvan Dövlət Universitetində startap layihələrin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib
26 Aprel 11:13
Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib
26 Aprel 10:35
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir
26 Aprel 10:32
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
26 Aprel 10:28
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir
26 Aprel 10:23
Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq
26 Aprel 10:17
Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
26 Aprel 10:16
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub
26 Aprel 10:14
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb
26 Aprel 10:12
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
26 Aprel 10:11
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir
26 Aprel 10:07
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
26 Aprel 09:53
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır
26 Aprel 09:50
Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
26 Aprel 09:48
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:44
“Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”
26 Aprel 09:43
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:40
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünü qeyd edib
26 Aprel 09:38
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
26 Aprel 09:36
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
26 Aprel 09:33
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
26 Aprel 09:32
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
26 Aprel 09:30
Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12