Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın iflası gerçəkləşdi
A+   Yenilə  A-
“Milli şura”nın iflası gerçəkləşdi
Yazdı: Nurlan Qələndərli

Ekspertlər və müxtəlif qütbləri təmsil edən siyasətçilər də xüsusi olaraq vurğulayırlar ki, əslində, dağıdıcı qüvvələrin mütləq şəkildə fiaskoya uğraması labüd və qaçılmaz proses idi
“Milli şura” adlı qondarma qurumun çətiri altında ermənipərəst və anti-azərbaycançı dairələrin direktivləri əsasında zorən müttəfiq halına gətirilmiş antimilli ünsürlər təşkil etdikləri son aksiya ilə rəsmən fiaskoya uğradılar. Daha dəqiq desək, radikalların “birlik” şousu iflasa düçar oldu. Yəni, radikal müxalifətin “fəallıq” görüntüsü və yaratdığı “vahid namizəd” mifi artıq fiaskoya uğradı. Bu cür siyasi təşkilatlanma və hazırlıq, həmçinin, yoxa bərabər olan sosial baza radikal müxalifətin seçkilərə yox, iflasa getdiyini aşkar etdi.
Ekspertlər və müxtəlif qütbləri təmsil edən siyasətçilər də qeyd edirlər ki, əslində, dağıdıcı qüvvələrin mütləq şəkildə iflasa uğraması labüd və qaçılmaz proses idi. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, “Milli şura”nın bu günə kimi sosial bazası olmayıb və bundan sonra da olmayacaq: “Demək olar ki, onların yanında olan barmaqla sayıla biləcək insanlar da onların ətrafından getməyə başlayıb. “Milli şura” prezident seçkilərinə qısa müddət qalmış aksiyaya bu qədər az insan çıxarırsa, deməli, onlar artıq bu yarışı uduzublar. Buna görə də, onlardan heç bir nəticə gözləmək lazım deyil. Hətta onlar düzgün qərar verməməklə öz ətraflarında olan insanları da uzaqlaşdırırlar”.
Onun sözlərinə görə, “Milli şura”nın Azərbaycan dilində səlist danışa bilməyən, eləcə də, burada yaşamayan birini “vahid namizəd” kimi təqdim etməsi qurumun tərkibində olan insanların psixoloji durumunun yerində olmamasından xəbər verir: “Rüstəm İbrahimbəyovdan siyasi lider olmaz. Zamanında hansısa kinoları çəkmiş ola bilər, lakin bu onun siyasətdə hər hansı bir uğura imza atacağına zəmin yaratmır. Seçkilərə 50 gündən az vaxt qalmasına baxmayaraq, namizədlərinin hələ də mövcud olmaması onların “fəaliyyəti”nin səmərəsiz olduğundan xəbər verir. 20 ildir ki, bu siyasətin içində olub, hələ də müxalifətçiliyi öyrənə bilməmələri onlar haqqında gərəkli fikiri formalaşdırmağa kifayət edir. Onların bu hərəkəti sinifdə qalan şagirdi xatırladır. Bir sözlə, radikal müxalifət liderləri sinifdə qalan uşaqlardır”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə “Milli şura”nın məlum mitinqi “demokratik qüvvələr”in “izdihamlı” mitinqi adlandırılsa da, əvvəlkilərdən heç nəyi ilə fərqlənmirdi” deyib. Onun sözlərinə görə, radikal müxalifət nümayəndələri heç vaxt xalqın dəstəyini qazanmayıb, qazana da bilməz.
Tahir Kərimli “Milli şura”da yeni “vahid namizəd”in təyin olunması ilə bağlı məsələyə də münasibət bildirib: “Milli şura” özünə “vahid namizəd” müəyyən edən zaman nəzərə almalı idi ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. Seçkilərə az vaxt qalıb. Amma onlar “vahid namizəd” məsələsində bir qərara gələ bilməyəcəklər. Çünki bir-birlərinə qarşı qeyri-səmimi münasibətdədirlər, biri digərinin fikrini dinləmir. Artıq onların özləri də məğlubiyyətin qaçılmaz olduğunu çox gözəl dərk edirlər. Ona görə də boş vədlər vermələri gülünc görünür”.
Tahir Kərimli qeyd edib ki. “Milli şura” seçkilərdən sonra məğlubiyyətini kiminsə üzərinə atmaq üçün plan hazırlayır. Ona görə də, “vahid namizəd” məsələsini bu qədər uzadırlar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə məsələyə bu cür münasibət bildirib: “Milli şura”nın iflasa uğrayacağı öncədən bəlli idi. Azərbaycan xalqının iradəsinə zidd mövqe sərgiləyən, xarici güclər, özəlliklə də Azərbaycanın dövlətçilik maraqlarına qarşı yönəlmiş qüvvələr tərəfindən himayə olunmağa cəhd göstərən insanların toplaşdığı qondarma qurumun heç bir perspektivi ola bilməz. Bu, “Milli şura” yox, antimilli şura idi”.
“Radikalların mitinq adlandırdıqları son aksiya piket səviyyəsində idi. Bu da növbəti dəfə onu göstərdi ki, onları nəinki ictimaiyyət, hətta qondarma quruma daxil olan siyasi partiyaların bir çox nümayəndələri də dəstəkləmirlər. Bu, təkcə “Milli şura”nın yox, bütövlükdə, radikal düşərgənin iflası oldu”, - deyə E.Mirzəbəyli qeyd edib.
Siyasi şərhçi Cümşüd Nuriyev isə bildirib ki, “Milli şura” daha çox Eldar Namazovun layihəsi idi: “O, yüksək siyasi ambisiyalarla çıxış etməyə çalışırdı, hiyləgər planlarını gerçəkləşdirməyə nail olacağını zənn edirdi amma bunların heç biri baş tutmadı. “Milli şura” ideyası Rüstəm İbrahimbəyovu bitirdi və o, Azərbaycan xalqı üçün lazımsız bir insana çevrildi. Bu ssenaridə rol alan ikinci məkrli siyasətçi isə Əli Kərimli idi. O, həm İsa Qəmbərdən keçmiş haqq-hesabları çəkmək, həm də canını tapşıran AXCP-ni reanimasiyadan çıxarmaq istəyirdi”.
Onun sözlərinə görə, “Milli şura” zorən nikah idi, ona görə də, uzun çəkmədi: “İbrahimbəyovun Bakıya gəlməyəcəyi məlum idi, əminliklə söyləmək olar ki, o, bundan sonra da gəlməyəcək. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, onun prezidentliyə namizəd olması şansı yoxdur. Beləliklə, bundan sonra “Milli şura”nı qoruyub saxlamağa cəhdlər edilsə belə, bu, mümkün olmayacaq”.
“Milli şura” artıq dağılmış və növbəti uğursuz bir qurum kimi radikal müxalifətin tozlu “tarixi”nə düşüb”. Bunu isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
“Bu gün Rüstəm İbrahimbəyovun adıçəkilən qurumdan namizəd olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Aksiyalarında bir daha sübut olundu ki, xalqın bu siyasi qüvvələrə heç bir dəstəyi yoxdur”, - deyə N. Orduxanlı əlavə edib.
Onun sözlərinə görə, az sayda mitinq iştirakçılarının olması radikalların seçkidən yenidən məğlubiyyətlə ayrılacağını ortaya qoydu: “Müsavat partiyasının əsas aparıcı şəxslərindən biri olan Rauf Arifoğlunun mitinqlə bağlı “İbrahimbəyov bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı - sübut etdi ki, o, lider deyil, siyasətçi heç deyil, sadəcə yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir” deməsi onlar üçün açıq və acı etirafdır”.

 
  • Oxunub:  29190  |  
  • Tarix:  21-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA