Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın mitinq taktikası baş tutmadı
A+   Yenilə  A-
“Milli şura”nın mitinq taktikası baş tutmadı
Yazdı: Nardar Bayramlı

18 avqust mitinqi “Milli şura” ideyasının, bu qurumun, orada cəmləşən dağıdıcı müxalifətin tam iflası, fiaskosu oldu
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sının uzun müddətdir hazırlaşdığı və “təmtəraqla” təbliğ etdiyi 18 avqust mitinqi fiaskoya uğradı. Bu mitinqin nəticələri müxalifətin radikal qanadının cəmiyyətdə heç bir dəstəyinin olmadığını bir daha sübut etdi. Faktlar da bunu göstərir.
Belə ki, “Milli şura” təmsilçiləri böyük iddialarla çıxış edib mitinqdə 20 min nəfərin iştirak edəcəyindən dəm vururdular. Amma mitinqdə 800-900 nəfərin iştirakı sübut etdi ki, “Milli şura”da təmsil olunan müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Mitinq göstərdi ki, bu qurumda ailə müxalifəti təmsil olunur. Eyni zamanda, bu aksiya radikal, dağıdıcı müxalifətin təbliğ etdiyi “müxalifətin birliyi” ideyasının sabun köpüyü olduğunu açıq nümayiş etdirdi. “Milli şura”nın mitinqində əsasən AXCP-nin bayraqları görünüb, “Müsavat”ın bayraqları isə çox az nəzərə çarpıb. “Müsavat” üzvlərinin azlığı mitinq iştirakçılarının da narazılığına səbəb olub. Onlar “Müsavat”ı zəiflikdə, İsa Qəmbəri isə mitinqi sabotaj etməkdə günahlandırıblar. Partiyalar, onların rəhbərləri və funksionerləri arasında ciddi ziddiyyətlər və fikir ayrılığı tam çılpaqlığı ilə diqqəti çəkib. Bir daha təsdiq edildi ki, xalq dağıdıcı müxalifəti dəstəkləmir, onun iddialarına, şüarlarına biganədir. Digər tərəfdən, Azərbaycan xalqı “Milli şura”nı mövcud iqtidara alternativ hesab etmir, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kursu dəstəkləyir və Ona sadiqliyini nümayiş etdirir.
Həmçinin, başqa bir məqam hüquq-mühafizə orqanları tərəfindən aksiyanın təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır. Belə ki, radikalların müəyyən təxribat cəhdlərinə baxmayaraq, mitinqin təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları öz funksiyalarını tam və heç bir məhdudiyyət yaratmadan yerinə yetiriblər. Mitinq iştirakçılarının hərəkətinə heç bir maneə yaradılmayıb, media nümayəndələri sərbəst şəkildə informasiya toplamaq və yaymaq imkanlarından yararlanıblar.
Onu da qeyd edək ki, “Milli şura”nın təsisçiləri aksiyada çox məyus görünürdülər. Səbəb isə mitinq iştirakçılarının sayının azlığı idi. Hətta İ.Qəmbərin pafoslu çıxışı belə bu bədbinliyi aradan qaldıra bilmədi. Mitinqin sonunda faktiki olaraq AXCP sədri Əli Kərimli boş meydana üz tutaraq tələsik nitqini yekunlaşdırmaq məcburiyyətində qaldı.
18 avqust aksiyasındakı şüarlar da diqqəti cəlb edirdi. Məsələn, mitinqdə R.İbrahimbəyovun şəkli əks olunmuş plakatın altında “Hər kəsin haqqı özünə qaytarılacaq” yazılmışdı. Bu nə məna verir, onu “Milli şura”nın təsisçilərindən başqa heç kim bilmir. Əgər söhbət qoca dramaturq haqqından gedirsə o, indiyə qədər haqq etmədiklərinə belə sahib olub. Amma görünür bunların “haqq” dedikləri başqa şeydir. VHP funksioneri Samir Əsəd mitinq iştirakçılarına müraciət edərək deyib: “Partiyalarla durun ki, sonra monitorinq aparacağıq”. Görünür, mitinq haqqının əvvəlcədən partiyalara verilməməsi və sonraya saxlanması “soğan olsun, nağd olsun” prinsipi ilə işləyən müxalifətin kefinə əməllicə soğan doğrayıb.
Təəssüf doğuran digər məqam ondan ibarətdir ki, radikallar hələ də etik davranış qaydalarına əməl etməyi öyrənməyiblər. Belə ki, tədbirdə mitinqin təşkilat komitəsinin müraciətində əks olunmamış və BŞİH-lə razılaşdırılmamış şüarlar da səsləndirilib. Bəzi çıxışçılar isə küçə ifadələri işlətməklə “Milli şura”nın səviyyəsizliyini, orada əxlaqsız, tərbiyəsiz insanların cəmləşdiyini açıq nümayiş etdirdilər. Onlar tərbiyəsiz şüarlarla hüquq-mühafizə orqanlarını təxribata çəkməyə, mitinqin baş tutmamasının məsuliyyətini hakimiyyətin üzərinə yıxmağa cəhd göstərdilər.
Mitinqdə “Müsavat” funksioneri İbrahim İbrahimlinin AXCP sədri Ə.Kərimlini uzun-uzadı vəsf etməsi də “Müsavat”çıların narazılığına səbəb olub. İ.Qəmbərin bununla əlaqədar İ.İbrahimliyə öz iradını bildirdiyi deyilir. Amma yəqin ki, İ.İbrahimli aparıcı qonorarını Əli Kərimlidən alıb.
Çıxışlara gəlincə, həmişə olduğu kimi bu dəfə də “Müsavat” başqanı İ.Qəmbər özünü fərqli göstərməyə çalışıb. O, çıxışında bildirib ki, guya xalq dəyişiklik, bu hakimiyyətin getməsini istəyir. Ona görə də, mitinqə minlərlə adam gəlib (!). Amma əvvəllər belə hallarda onlar iştirakçıların sayını “onminlərlə” deyirdilər. İndi gör bu mitinqdə vəziyyət nə qədər acınacaqlı olubsa, yalnız 3 sıfır şişirdə bilirlər. İddiaların əksinə olaraq 20 min nəfər əvəzinə mitinqdə cəmi 800-900 adam olub. Əgər bunlar iddia etdiyi kimi “birləşmiş” müxalifətin “Milli şura”sının mitinqinə 800-900 adam gəlirsə, görəsən bunlar hansı xalqdan və onun dəyişiklik istəyindən dəm vururlar? Xalq müxalifəti istəmir və onun çağırışlarını, iddialarını, tədbirlərini boykot edir. Əsl reallıq bax budur.
Ümumiyyətlə, 16 avqust mitinqi “Milli şura” ideyasının, bu qurumun, orada cəmləşən dağıdıcı müxalifətin tam iflası, fiaskosu oldu. Müxalifət qəzetlərinin və saytlarının mitinq haqqında xəbərlərini oxuyanda isə belə təsəvvür yaranır ki, AXCP ilə “Müsavat” ayrı-ayrı aksiyalarda iştirak ediblər. “Müsavat”a yaxın saytlar aksiyada 3-5 min adamın olduğunu iddia edir, “Azadlıq” qəzeti isə “izdihamdan” dəm vurur. Əslində isə, mitinq iştirakçılarının sayı 800-900-dan artıq olmayıb. 10 il əvvəl onlar bəlkə də adi vətəndaşları aldada bilərdilər. İndi isə internet dövrüdür, istənilən saytda mitinqin yüzlərlə şəkillərini və video çəkilişləri izləmək mümkündür. Elə isə, bunlar necə gülünc göründüklərinin fərqində deyillərmi? Yəqin ki, yox.

 
  • Oxunub:  28620  |  
  • Tarix:  20-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA