Ana səhifə »  Müəlliflər »  “Milli şura” yeni “vahid namizəd” tapa bilmir
A+   Yenilə  A-
“Milli şura” yeni “vahid namizəd” tapa bilmir
Yazdı: Mübariz Abdullayev

Bu isə radikalların qondarma quruma ümumi məqsədlər naminə üz tutmadıqlarını bir daha təsdiqləyir
Radikallar ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”nı böyük hay-küylə özlərinin yeni “birlik” formatı kimi təqdim etsələr də, lap əvvəldən bəlli idi ki, bu məzmunlu səslənmələr reallığı əks etdirmir və yalnız görüntü xatirinə ortaya atılır. Qondarma quruma inamsızlıq və şübhələr isə ondan qaynaqlanır ki, burada aralarında antaqonist ziddiyyətlər olan, düşmənçilik səviyyəsində intriqalar yaşanan AXCP, “Müsavat”, ACP, “El” hərəkatı və başqa bu kimi partiyaların, siyasi qrupların təmsilçiləri cəm olublar. Əbədi olaraq “mehriban düşmənlər” rolunda çıxış edən Əli Kərimli ilə İsa Qəmbərin, radikalların sırasına gec qatılsa da, özünü “yeni qüvvə” kimi gözə soxub təşəbbüsə yiyələnmək istəyən reneqat Eldar Namazovun, puluna güvənərək “nə üçün radikallar məni özlərinə lider hesab etmirlər” xülyasına cavab tapa bilməyən Rəsul Quliyevin, bu qəbildən olan digərlərinin saxtakarcasına “Milli şura” adlandırılan qurumda bütün olub keçənləri unudaraq və yaxud özlərindən çox-çox böyük görünən iddialarından geri çəkilərək səmimiyyətlə davranacaqlarını təsəvvürə sığışdırmaq belə mümkün deyil.
Azərbaycan cəmiyyətinin qondarma qurumla bağlı qənaəti özünü doğruldur. Cəmi iki ay bundan əvvəl bəyan edilən saxta qurum daxilində mövcud olan ziddiyyətlər artıq pik həddə çatıb, daha radikallar incikliklərin, umu-küsülərin, qarşılıqlı jest nümayiş etdirmələrinin üstünü heç pərdələməyə də cəhd göstərmirlər. Radikal düşərgənin təsir dairəsində olan ayrı-ayrı mətbuat orqanları, sosial şəbəkələr “Milli şura” üzvlərinin qarşılıqlı ittihamlar, bir-birlərini etikadankənar ifadələrlə aşağılamaq poliqonuna çevrilib.
Qondarma qurumda fikir ayrılığı, təmsilçilər arasında barışmaz ziddiyyətlər “vahid namizəd” məsələsində bütün cəhətləri ilə aydın görünür. Seçki marafonunun qızğın bir dövrünə-namizədlərin irəli sürülməsinə başlanılsa da, “Milli şura”nın “vahid namizəd”i ilə bağlı müzakirələr, daha doğrusu, bu xüsusda partiyalar və onların üzvləri arasında çəkişmələr hələ də səngimək bilmir, əksinə getdikcə mövqelərdə daha çox uzaqlaşmalar müşahidə edilir.
“Milli şura”da “vahid namizəd” müşkülü bu statusa qurumun sədri Rüstəm İbrahimbəyovun dəstəklənməsi ilə başladı. Bu bir nonsesdir ki, 20 ildən çox müxalifətçilik edən, yeri gəldi, gəlmədi özlərini radikal düşərgənin əsas güc mərkəzi adlandıran AXCP-nin, “Müsavat”ın, iddialarında onlardan geri qalmayan ACP-nin və bu qəbildən olan digər siyasi partiyaların təmsilçiləri “vahid namizəd”liyi indiyədək özünü siyasətdən uzaq sanan, kino çəkməklə məşğul olan birisinə-Rüstəm İbrahimbəyova “güzəştə” getdilər. Sonda radikal düşərgə seçkilərdə siyasətdə naşı kinodramaturqa güvənəcəkdisə, onda Əli Kərimlinin, İsa Qəmbərin, Rəsul Quliyevin uzun illər ərzində müxalifətçilik etmələri nəyə gərək idi?
“Milli şura”da cəmləşən partiya təmsilçilərinin öz siyasi ambisiyalarını Rüstəm İbrahimbəyova “güzəştə” getmələrini radikallardan bir “centlmen hərəkəti”, təvazökarlıq jesti və yaxud “sülhyaratma missiyası” kimi dəyərləndirmək mümkün deyil. Nə üçün belə jestlər, deyək ki, Rəsul Quliyevdən İsa Qəmbərə və yaxud sonuncudan Əli Kərimliyə yönəlik edilmir? Çünki adıçəkilən və bu qəbildən olan digər partiya təmsilçiləri bir-birlərini düşmən gözündə görürlər və qarşı tərəfin bir baş üstün mövqeyə yüksəlməsini qətiyyən istəmirlər. “Vahid namizəd”liyin Rüstəm İbrahimbəyova “güzəşt”edilməsi ondan xəbər verir ki, radikallar daxillərindəki bir-birlərinə qısqanclıq hisslərini boğmaq üçün, hətta siyasi ambisiyalarından zahirən də olsa geri çəkilmək kimi onlara utanc gətirən bir addım atmaqdan belə çəkinməzlər.
“Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq probleminin Rusiya qanunlarında nəzərdə tutulan prosedur qaydalarına görə uzanması (adama deyən gərək ki, bunun əlacını niyə vaxtında qılmırdınız, ay radikallar-M.A.) sonuncunun seçkilərə namizəd kimi qatılmaq şanslarını gündən-günə azaldır. Bu səbəbdən də hazırda “Milli şura”da, necə deyərlər, namizəd boşluğu yaranıb. Yəni qoca kinodramaturqun “gözləyin, bu gün gəlməsəm də, sabah, birisi gün gələcəm” deyərək üzünü dalana dirədiyi qondarma qurum yeni “vahid namizəd” müəyyənləşdirmək zorunda qalıb.
Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsinin həllinin uzanmasını və yaxud qoca kinodramaturqun bunu bilərəkdən etməsini, bəlkə də, radikallar üçün bir şans kimi dəyərləndirmək olardı. Yəni indi onların vaxtilə “vahid namizəd”liyi siyasətdən uzaq ermənipərəst birisinə həvalə etməklə işlətdikləri günahlarını yumaq üçün bir imkan yaranıb. Lakin radikalların açıqlamalarından bəlli olur ki, “Milli şura”da yaranan “vahid namizəd” boşluğunu yenə də AXCP-nin, “Müsavat”ın, ACP-nin, “El” hərəkatının təmsilçilərinin qarşılıqlı hikkələri, ambisiyaları üzündən doldurmaq elə də asan olmayacaq. İş o yerə çatıb ki, qondarma qurumun üzvləri Vətənə dönməyə cəsarət etməyən qoca kinodramaturqu əvəzləyəcək yeni “vahid namizəd”i müəyyənləşdirə bilmirlər və vaxtı bir-birlərinə xoş gəlməyən açıqlamalar səsləndirməklə fövtə verirlər.
“Milli Şura”nın son toplantısında yeni “vahid namizəd”in müəyyənləşdirilməsi məsələsi gündəmə gəlsə də, bununla bağlı ümumi razılıq əldə olunmadı. ACP, ALP, KXCP və “El” hərəkatı “ehtiyat namizəd” məsələsinin əleyhinə fikirlər ifadə etdilər. “Müsavat”çılar “Milli şura”nın “hazır namizəd” İsa Qəmbəri dəstəkləməkdən özgə yolu qalmadığı qənaətlərindən çıxış edərək “ehtiyat namizəd”in müəyyənləşdirilməsinin zəruriliyini əsaslandırmaq üçün bir növ dəridən-qabıqdan çıxırlar. AXCP təmsilçiləri isə bir tərəfdən Rüstəm İbrahimbəyova “sədaqət” nümayiş etdirərək, digər tərəfdən isə qondarma qurumun digər təmsilçilərini “Müsavat”ın üstünə qaldırmaqla, İsa Qəmbəri gözdənsalma kampaniyasına rəvac verən Əli Kərimlidən zorən “vahid namizəd” düzəltmək istəyirlər. “Milli şura”nın son toplantısında Rafiq Əliyevin, Cəmil Həsənlinin, Mehman Əliyevin, hətta Gültəkin Hacıbəylinin adı “vahid namizəd”liyə səsləndirilsə də, aydın görünür ki, “Müsavat”çılar bu statusa İsa Qəmbəri, “cəbhəçilər” isə Əli Kərimlini ən layiqli namizəd sanırlar. Əli Kərimlinin son açıqlamasından bir daha aydın olur ki, “cəbhəçilər” bundan sonra da “Milli şura”da İsa Qəmbərin namizədliyinin qarşısına kötük itələməkdə davam edəcəklər. AXCP sədri deyir: “İsa bəy “Milli şura”nın “vahid namizəd”i olmaq istəsə, mən ona dəstək verməyə hazıram, ancaq gərək hamının dəstəyini alsın...”
Əli Kərimli əzəli rəqibinə “rəğbət” nümayiş etdirərkən fərqindədir ki, İsa Qəmbər ən azından Rəsul Quliyevin və Lalə Şövkət Hacıyevanın dəstəyini qazanmayacaq.
AXCP-nin və onun “Milli şura”da yaratdığı qrupun İsa Qəmbərin “vahid namizəd”liyə gedən yolunu bağlamağa yönəlik hərəkətlərindən bezən “müsavat”çılar, eyni zamanda, öz başlarının çarəsini özləri qılmaq barədə düşünürlər. “Müsavat”ın İcra Aparatının rəhbəri Arif Hacılı vurğulayıb ki, “Milli şura” onların “vahid namizəd” məsələsi ilə bağlı təklifini ciddiyə almasa və qəbul etməsə, onda “Müsavat” seçkilərdə öz namizədinin iştirakı ilə bağlı müzakirələrə başlayacaq. Partiya funksioneri “bundan artıq ləngiməyi yolverilməz” hesab edir.
“Milli şura”da partiyaların “vahid namizəd”i müəyyənləşdirə bilməmələri radikalları bir-birlərinə bağlayan tellərin ümumiyyətlə mövcud olmadığına dəlalət edir. Bu isə o deməkdir ki, iki aylıq qondarma qurum tezliklə ömrünü onu yaradanlara bağışlayacaq.

 
  • Oxunub:  28260  |  
  • Tarix:  17-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA