Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP də “Milli şura” nağılının bitdiyini etiraf etdi

AXCP də “Milli şura” nağılının bitdiyini etiraf etdi

16.08.2013 [09:17]

Nardar Bayramlı

Əli Kərimli vahid namizəd məsələsinin reallaşmamasında R.İbrahimbəyovu əsas təqsirkar sayır və yeni namizəd axtarışına çıxır
Ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sı prezident seçkilərində vahid namizədlərini elan etsələr də, bu barədə gərginlik davam edir. Məlumdur ki, bu qurum artıq qoca dramaturq Rüstəm İbrahimbəyovun vahid namizədi olması haqda qərar verib. Amma görünən odur ki, atalar demişkən, “bu xəmir hələ çox su aparacaq”. Çünki təşkilatın bəzi üzvləri qoca kinodramaturqun prezidentliyə namizəd kimi gəlib ölkədə seçki kampaniyası aparacağına inanmırlar və artıq R.İbrahimbəyovun namizədliyinin baş tutmayacağını bilərək yeni namizəd axtarışına çıxıblar. Amma bu məsələdə də mövqelər uyğun gəlmir. Çünki o qədər namizəd olmaq istəyən var ki, onların iddiaları ortaq məxrəcə gəlməyə imkan vermir. Bu arada AXCP sədri Əli Kərimli saxta səmimiyyət nümayiş etdirərək guya “konstruktiv” təkliflərlə çıxış edib. O, Rüstəm İbrahimbəyovun sənəd məsələsi həll olunmasa, yeni namizədin müəyyənləşməsi üçün “ideyalar” təqdim edib. Ə.Kərimli “Obyektiv.tv”yə müsahibəsində bu mövzuda danışarkən Müsavat başqanı İsa Qəmbərin bostanına da daş atıb. İ.Qəmbərin vahid namizədliyini müdafiə edə biləcəyini deyən AXCP sədri bunun ardınca deyir ki, gərək Müsavat başqanı hamının dəstəyini qazansın. Yəni Ə.Kərimli indidən İ.Qəmbərin namizədliyinə qarşı çıxmaq üçün əl yeri qoyur. Digər tərəfdən, AXCP sədri hələ ötən ilin payızında vahid namizədin müəyyənləşməsi üçün ilkin seçkilər keçirilməsini təklif etdiyini, amma bunun qəbul olunmadığını xatırladıb. Bununla da, Ə.Kərimli yenə İ.Qəmbəri hədəfə alır. Çünki o təklif səslənən zaman buna daha çox Müsavat Partiyası qarşı çıxmışdı.
Ümumiyyətlə, Müsavat başqanı İsa Qəmbər indiyə qədər vahid namizədlikdə heç kimə güzəştə getməyib və yəqin ki, indi də getməyəcək. Sadəcə, bu dəfə vəziyyət belədir ki, “Milli şura”nın “xeyir-duasını” verən xarici qüvvələr qoca kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində dayanıblar. Məhz R.İbrahimbəyovun bu təşkilatın sədri seçilməsi də təsadüfi deyil. Siyasətə dəxli olmayan bir adamın seçkidə iştirak məqsədilə yaranmış təkilata rəhbər təyin olunması xarici sifariş əsasında baş verdiyini göstərir.
Ona görə də, “Müsavat” ciddi çaşqınlıq içərisindədir. Bu partiyada həm “Milli şura”, həm də vahid namizədlə əlaqədar ciddi fikir ayrılığı var. Eyni zamanda, partiya funksionerləri bu məsələyə fərqli yanaşırlar. Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər R.İbrahimbəyovun “Milli şura”nın prezidentliyə namizədliyini qəbul etsə də, müəyyən şərtlər irəli sürüb. O deyib ki, R.İbrahimbəyov seçkidə iştirak etmək üçün mütləq Azərbaycana gəlməlidir. Həmçinin, İ.Qəmbər R.İbrahimbəyovu “ən layiqli”, “lazımlı” namizəd hesab etməməklə diqqətə çatdırır ki, o, “keçid dövrü” üçün bir vasitədir. Yəni R.İbrahimbəyovu “məntiqli namizəd” hesab etməklə yanaşı, İ.Qəmbər buna da işarə edir ki, qoca kinodramaturq Azərbaycana gəlmək iqtidarında deyil. Əgər gələ bilməsə, faktiki olaraq seçkilərdən kənarda qalmaq məcburiyyətində qalacaq. Yəqin ki, İ.Qəmbərin bu qənaəti Tbilisi səfərindən sonra daha da güclənib.
İ.Qəmbərin bu yanaşmasını isə AXCP-çilər süngü ilə qarşılayır. Doğrudur, bu partiyada R.İbrahimbəyovun ölkəyə gələ bilməyəcəyini başa düşürlər. AXCP sədri Ə.Kərimli yaranmış vəziyyətə görə, qoca kinodramaturq R.İbrahimbəyovu günahkar çıxarır. O deyib: “Birincisi, R.İbrahimbəyovun Rusiya vətəndaşlığı olması barədə cəmiyyətə açıqlamanı kim verməli idi? Mən deməli idim, yoxsa R.İbrahimbəyov? R.İbrahimbəyov da bu məlumatı verib. Nə vaxt verib, bu başqa söhbətin mövzusudur. İkincisi, biz mart ayından bu barədə danışmışdıq ki, Rüstəm bəyin vəkilləri bu işlə məşğul olsunlar”.
Göründüyü kimi, Ə.Kərimli bu dəfə də sudan quru çıxmağa çalışır. İndi də bütün uğursuzluqları “dostlarının” üzərinə qoyur, onları borclu çıxarır. Fərq yalnız ondadır ki, əvvəllər bütövlükdə müxalifət düşərgəsini qınayan Ə.Kərimli bu dəfə konkret Rüstəm İbrahimbəyovu günahkar sayır. Burdan da belə nəticəyə gəlmək olur ki, Ə.Kərimli vahid namizəd məsələsində başlıca təqsirkar R.İbrahimbəyovu günahkar sayır. Amma bununla belə, Müsavat başqanının da namizədliyini müdafiə etmək niyyətində deyil.

Paylaş:
Baxılıb: 1325 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30