Ana səhifə »  Müəlliflər »  ABŞ-dan əli üzülən Rəsul Quliyev indi də Rusiyadan “siyasi dəstək” umur
A+   Yenilə  A-
ABŞ-dan əli üzülən Rəsul Quliyev indi də Rusiyadan “siyasi dəstək” umur
Yazdı: Mübariz Abdullayev

Bu isə bir tərəfdən ACP liderinin səbatsızlığının, digər tərəfdən isə okeanın o tayında ona heç bir dəyər verilmədiyinin təzahürüdür
Hakimiyyət hərisliyi radikal müxalifət düşərgəsinin təmsilçilərinin iliyinə, qanına işləyib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Lakin hakimiyyətə gəlmək təşnəsi ilə alışıb-yanan radikallar bunun üçün zəruri olan amilləri yaddan çıxarırlar. Mətbuata verdikləri açıqlamalardan, sərgilədikləri əməllərdən bəlli olur ki, onlar qaragüruhçuluq, hərki-hərkilik əhval-ruhiyyəsindən hələ də qurtula bilməyiblər, siyasi mübarizə vasitələrini inkar edirlər, ən əsası isə hakimiyyətə gəlməyin yeganə yolunun xalqın, Azərbaycan cəmiyyətinin iradəsindən keçdiyini ciddiyə almayaraq dəstəyi xarici dairələrdə axtarırlar. ACP-nin lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev kimi.
Bu gün ABŞ-da oturub Azərbaycanda hakimiyyətə gəlmək iddiaları sərgiləyən Rəsul Quliyev də vəzifədən qovulanda, cəmiyyətin etimadını itirəndə yerini radikalların sırasında tapan sabiqlərdəndir. O da vaxtilə bir sıra vəzifələr tutub, ölkənin siyasi hakimiyyətində təmsil olunub. Lakin Rəsul Quliyev dövlətin, xalqın ona göstərdiyi etimadı dəyərləndirməyib, daşıdığı vəzifələrə şəxsi istəklərini həyata keçirmək, sərvət toplamaq vasitəsi kimi baxıb və nəticədə radikal düşərgədəki çiyindaşlarının təbirincə desək, “baş mafioza” çevrilib. Ondan intizam, məsuliyyət, yol verdiyi iqtisadi xarakterli cinayətlərin haqq-hesabı tələb olunanda isə dabanına tüpürüb okeanın o tayına qaçıb.
Neçə illərdir ki, ABŞ-da vaxtilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək gizli yollarla xaricə ötürdüyü maliyyə vəsaitlərini dövr etdirməklə məşğul olan Rəsul Quliyev bir müddət radikal düşərgənin “xaç atası” rolunda çıxış etdi-müəyyən müddət kasıbçılıq çəkən ayrı-ayrı müxalifət partiyalarına bu və ya digər həcmdə maliyyə vəsaitləri ayırdı. Rəsul Quliyevin maliyyə kisəsinə əlləri girən və yaxud bu istəkdə bulunan radikallar isə məddahlıq edir, “səndən yoxdur” deyərək onu hava şarı kimi şişirdib göylərə qaldırırdılar. 2005-ci ildə Rəsul Quliyev- radikal düşərgə təmsilçiləri əməkdaşlığı pik həddə “yüksəldi”. Radikallar onu inandırdılar ki, Vətənə dönməsindən ötrü nə lazımdırsa, ediblər, Bakı aeroportunda onu 100 minlik mitinqçilər ordusu qarşılayacaq. Radikalların vədlərinə uyub eyforiyaya qapılan və Azərbaycana dönməyə qərar verən Rəsul Quliyevə son anda bəlli oldu ki, onu Bakıda nəinki 100 min mitinqçi, heç 100 nəfərlik dəstə də gözləmir. Çiyindaşları tərəfindən aldadıldığını yəqin edən Rəsul Quliyev yol verdiyi iqtisadi xarakterli cinayətləri və bu cinayətlərə görə məsuliyyətə alınmaq qorxusunu göz önünə gətirərək təyyarəsini Bakıya deyil, Ukraynanın Simferepol şəhərinə yönəltdi.
O vaxtdan bəri ACP liderinin Vətənə dönmək mövzusu zaman-zaman gündəmə gəlir. O, pul verdiyi radikalları məsuliyyətsizlikdə, iş bacarmamaqda, hətta müftəxorluqda ittiham edir, radikallar isə təhərlərini pozmadan “günah onun özündədir, cəsarətsizlik etdi, qorxdu, buna görə də dönüşü baş tutmadı” deyirlər.
Rəsul Quliyev hər seçki ərəfəsində Vətənə dönmək istəyini müxtəlif formalarda yenidən qabardır. Bu cəhətdən qarşıdan gələn prezident seçkiləri də istisna deyil. ACP lideri son vaxtlarda bu mövzuda heç bir sağlam məntiqə sığmayan səslənmələri ilə bir neçə dəfə gündəmə gəlib. Bir qədər bundan əvvəl o, seçkilərdə iştirakını təmin etmək üçün “Azərbaycana yaxınlaşacağam” kimi əcaib-qəraib bir fikir səsləndirmişdi və iddia edirdi ki, guya bu məqsədlə Ankara, Tbilisi, Moskva ilə hansısa danışıqlar aparır. Bunun ardınca ACP lideri qondarma “Milli şura”ya “məni “vahid namizəd” etsəniz, mütləq və mütləq Bakıya qayıdaram” mesajını ünvanladı. Təbii ki, onun bu səslənmələri ciddiyə alınmadı və tez də gündəmdən çıxdı.
Son günlərdə isə Rəsul Quliyev Vətənə dönmək mövzusunu yenidən qabardıb. ACP lideri bu dəfə Rusiyanın xarici işlər nazirinə ünvanladığı məktubla və onun hakimiyyətə gətirilməsi üçün bu ölkənin müəyyən dairələrindən siyasi dəstək istəməsi ilə diqqət mərkəzinə gəlib. Mətbuatda Rəsul Quliyevin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla görüşü haqqında məlumat yayılıb. ACP lideri rusiyalı diplomatla görüşdə rəsmi Moskvadan siyasi dəstək istəyib. O, bu dəstəyin müqabilində Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəyini, Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik iştirakını gücləndirəcəyini vəd edib. Verilən məlumatlarda vurğulanır ki, Rəsul Quliyev prezident seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın maraqları və tövsiyələri əsasında həll edəcəyini bildirib. Görüş zamanı R.Quliyev Rusiya XİN-nin rəhbəri Sergey Lavrova müraciət göndərib. Müraciətində ACP lideri Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır.
R.Quliyev Rusiya xarici işlər nazirinə müraciətində onunla görüşmək niyyətini açıqlayıb: “1993-1996-ci illərdə mən parlament sədri ikən Rusiya rəhbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləni sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”.
Rəsul Quliyev mətbuata açıqlamalarında Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlamadığını israr edir. Lakin “Azadlıq” radiosu ACP liderinin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşünün detallarını dəqiqləşdirə bilib. Radio R.Quliyevin Rusiya XİN-nin rəhbərinə müraciətinin surətini əldə edib.
ACP liderinə növbəti zərbə isə Ukraynanın “Kievskaya Xronika” qəzetindən gəlib. Qəzet “əşyayi-dəlil” kimi Rəsul Quliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrova yazdığı müraciətin fotolarını tirajlayıb. “Kiyevskaya Xronika”nın məlumatına görə, müraciət Rusiya XİN-in rəhbərinə cari il iyunun 17-də göndərilib.
Rəsul Quliyevin Rusiyanın xarici işlər nazirinə müraciət ünvanlaması və hakimiyyət iddiasını gerçəkləşdirmək üçün qonşu ölkədən siyasi dəstək istəməsi bir sıra mülahizələrə əsas verir. Əvvəla, bu müraciət “Müsavat”ın funksioneri Mustafa Hacıbəylinin “Rəsul Quliyev o qədər savadsızdır ki, savadsız olduğunu özü də dərk etmir” ifadəsi ilə dəyərləndirdiyi ACP liderinin həqiqətən siyasi və digər nöqteyi-nəzərlərdən səbatsızlığını ortaya qoyur. Okeanın o tayında-ABŞ-da gün keçirən Rəsul Quliyev hansı məntiqlə Rusiyadan dəstək umur? Bu məntiqsizlik iki ölkə arasında münasibətlərin səviyyəsini dəyərləndirə bilməyən ACP liderinin diletantlığının, savadsızlığının, siyasi təhlil qabiliyyətindən məhrum qalmasının təzahürüdür.
Digər tərəfdən, haqqında bəhs olunan müraciət Rəsul Quliyevin “lövbər” saldığı ABŞ-da sayılmadığını, ona bu ölkədə heç bir dəyər verilmədiyini sübut edir. Necə deyərlər, ABŞ-dan əli üzülən ACP lideri indi də Rusiyadakı dairələrə üz tutmaq məcburiyyətində qalıb. Lakin bunun da bir faydası olmayacaq.

 
  • Oxunub:  23700  |  
  • Tarix:  14-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA