Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyov xaricdə “dilənçiliklə” məşğuldur

Rüstəm İbrahimbəyov xaricdə “dilənçiliklə” məşğuldur

14.08.2013 [08:43]

Nardar Bayramlı

Qoca kinodramaturq ermənipərəst və islamofob dairələrdən dəstək gözlədiyini açıq şəkildə etiraf edir
Müxalifətin “Milli şura”sı nə qədər gülünc olsa da, qoca kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməyə qərar verib. Halbuki, Azərbaycanın seçki qanunvericiliyi bu şəxsin namizədliyinin rəsmi olaraq qeydiyyata alınmasını mümkünsüz edir. Doğrudur, guya R.İbrahimbəyov öz problemləri ilə əlaqədar Rusiya rəhbərliyinə müraciət edib. Amma nəzərə almaq lazımdır ki, artıq seçki kampaniyası başlayıb və hazırda imzatoplama mərhələsi gedir. Bir neçə gündən sonra isə imzatoplama prosesi də başa çatacaq. Belə bir şəraitdə R.İbrahimbəyovun sənədləri yoluna qoyulmasa, təşkilatın digər namizədlə seçkidə iştirakı ən azı vaxt baxımından sual doğurur. Beləliklə, “Milli şura” özünü ya bilərəkdən seçkidən kənarda qoymağa çalışır, ya da daxili ziddiyətlər seçkidə iştiraka imkan vermir.
“Milli şura”nın son sessiyasında da verilən qərarlar heç bir məna kəsb etmir və özünü aldatmaqdan başqa bir şey deyil. Məsələnin digər tərəfi ondan ibarətdir ki, qurumun seçkilərdə vahid namizədi elan olunmuş R.İbrahimbəyov hər vəchlə Azərbaycana gəlməkdən imtina edir. O, özünə haqq qazandırmaq üçün guya xaricdə vacib işlər gördüyü və bunun müxalifətin xeyrinə olduğunu iddia edir. Sual olunur: seçki Azərbaycanda keçirilirsə, xaricdə nə iş görülməlidir? Yəni, seçkinin taleyi ölkəmizdə həll olunduğu halda, qoca kinodramaturq xaricdə kimdən dəstək axtarır? Onun özü də etiraf edib ki, xaricdə olduğu müddətdə maliyyə məsələlərini həll edir. Başqa sözlə, əcnəbilərdən pul toplamaq, maliyyə dilənçiliyi işini həyata keçirir. R.İbrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib: “Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən, vəsait problemini”.
Göründüyü kimi, R.İbrahimbəyov maliyyə məsələlərində də xarici dairələrə güvənir. O, bu reallığı müxalifət mətbuatına verdiyi müsahibələrdə də etiraf edir. Beləliklə də, öncədən verilən proqnozlar özünü doğruldur. Yəni, “Milli şura”nın Azərbaycana heç bir dəxli yoxdur. Artıq cəmiyyət “Milli şura”nın və R.İbrahimbəyovun xarici anti-Azərbaycan dairələrinin layihəsi olduğuna heç bir şübhə etmir. Bu məsələyə dair faktları dəfələrlə müşahidə etmişik. Müəyyən xarici dairələr Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmir, müxtəlif vasitələrlə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Xüsusilə, demokratiya və insan hüquqları amillərindən ölkəmizə qarşı istifadə edilir ki, bu prosesdə indiki “Milli şura”da cəmləşənlərdən istifadə olunur. O da məlumdur ki, “Milli şura”da toplaşanlar bundan əvvəl də müxtəlif təşkilatların adı ətrafında yığışırdılar və eyni missiyanı həyata keçirməklə məşğul olurdular. Hazırda da həmin adamlar qoca kinodramaturqun rəhbərlik etdiyi “Milli şura”nın çətiri altına toplaşıblar. Doğrudur, bəziləri bu qurumda təmsilçilikdən xoşhal deyil. Amma bu yanaşma qurumun anti-Azərbaycan maraqlarına xidmət etməsi ilə bağlı deyil, sadəcə burada birincilik əldə edə bilməmələri ilə əlaqədardır. Bununla belə həmin radikal ünsürlər şəxsi maraqlar naminə bu çətirin altında qalmağa davam edirlər.
Görünür, xaricdən maliyyələşməklə qoca kinodramaturq və onun himayədarları nəyəsə ümid bəsləyirlər. Amma unudurlar ki, indiyə qədər belə niyyətlərin hamısı puça çıxıb. Bu mənada hazırkı mərhələdə də xarici dairələrin layihələrinin iflasa uğrayacağı şübhəsizdir.

Paylaş:
Baxılıb: 1223 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30