Ana səhifə »  Müəlliflər »  AXCP ilə “Müsavat”ın mövqe savaşı pik həddə çatıb
A+   Yenilə  A-
AXCP ilə “Müsavat”ın mövqe savaşı pik həddə çatıb
Yazdı: Mübariz Abdullayev

İki partiya arasında illərdir ki, davam edən və yəqin ki, bundan sonra da səngiməyəcək mehriban düşmənçilik münasibətlərinin kökündə qarşısıalınmaz qısqanclıq, özəl maraqları daha gen-bol təmin etmək istəyi dayanır
Sirr deyil ki, AXCP və Müsavat Partiyası eyni düşərgəni paylaşırlar. Özlərini radikal düşərgənin əsas güc mərkəzləri sanan hər iki partiyanın rəhbərləri olan Əli Kərimli ilə İsa Qəmbər, həmçinin, bu partiyaların funksionerləri müxtəlif tədbirlərə birgə qatılırlar. Radikal düşərgənin müxtəlif “birlik” formatlarında-”İctimai palata”da, “Milli şura”da və digər qurumlarda bu iki partiyanın adı bir qayda olaraq qoşa çəkilir və onlar “müttəfiq” kimi təqdim olunurlar.
Lakin bütün bunlar yalnız zahiri görüntülərdir. “Cəbhəçi”lərin və “müsavat”çıların zaman-zaman səsləndirdikləri fikirlərə, sərgilədikləri əməllərə istinadən məşhur “iki qoçun başı bir qazanda qaynamaz” atalar məsəlini bütünlüklə AXCP ilə “Müsavat” partiyaları, onların rəhbərləri və funksionerləri arasında yaşanan münasibətlərə şamil etmək mümkündür. Azərbaycan cəmiyyəti çox tez-tez bu iki partiya arasında gah səngiyən, gizli gedən, gah da qızışıb alovlanan, bütün etik, siyasi davranış hədlərini aşan intriqaların, çəkişmələrin şahidi olur. Demək lazımdır ki, AXCP ilə “Müsavat”ın mövqeləri daim üst-üstə düşmür, Əli Kərimli ilə İsa Qəmbərin sözləri həmişə çəp gəlir.
AXCP ilə “Müsavat”, Əli Kərimli ilə İsa Qəmbər arasında illərdir ki, davam edən və yəqin ki, bundan sonra da səngiməyəcək mehriban düşmənçilik münasibətlərinin kökündə qarşısıalınmaz qısqanclıq, şiddətli özəl maraqları daha gen-bol təmin etmək istəyi dayanır. Hər iki partiyanın təmsilçiləri əksər hallarda sağlam məntiqə söykənməyən müxtəlif çabalamalarla rəqiblərini bir baş üstələməyə çalışırlar. Məqsəd də odur ki, radikallar arasında, necə deyərlər, söz sahibi olsunlar, xaricdəki məlum dairələrdən düşərgəyə yönələn qrantlara, ianələrə daha geniş miqyasda əllərinin çatmasını təmin etsinlər.
Əzəli və əbədi rəqiblər olan AXCP ilə “Müsavat” arasında qarşıdurmalar qarşıdan gələn seçki marafonunun lap əvvəlindən daha antaqonist formada davam edir. Seçki marafonuna bir-birlərinə yönəlik “Şaxta Baba”, “Yolka bəzəyən” atmacaları ilə başlayan “cəbhəçi”lər və “müsavat”çılar sonradan cəmiyyətin rişxənd obyektinə çevrilən “Facebook” seçkiləri ilə gündəmə gəldilər. AXCP təmsilçiləri saxta profillərdən Əli Kərimliyə daha artıq sayda səs göndərməklə onun İsa Qəmbər üzərində beşqat üstünlüyünü təmin etdilər. “Müsavat”dakılar AXCP üzvlərinin belə qəfil gedişlərindən sarsılan kimi görünsələr də, sonradan özlərini toparlayaraq rəqiblərinə oxşar “oyun qaydaları” ilə cavab verdilər.
İki partiya, həmçinin, Əli Kərimli ilə İsa Qəmbər arasında ziddiyyətlər radikalların yeni “birlik” formatı kimi təqdim etmək istədikləri “Milli şura”da pik həddədək yüksəlib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. “Milli şura” nədirsə ondan da pay uman, qondarma quruma “dağlanmış ət iyinə” üz tutan AXCP ilə “Müsavat” burada “yorğan davası”nı daha intensiv şəkildə davam etdirirlər.
“Milli şura”da “vahid namizəd” məsələsi Əli Kərimli ilə İsa Qəmbər, eləcə də onların çiyindaşları arasında əsl derbiyə çevrilib. Məlumdur ki, qondarma qurum ermənipərəst Rüstəm İbrahimbəyovu “vahid namizəd” kimi müəyyənləşdirsə də, “Müsavat”ın başqanı İsa Qəmbər öz namizədlik iddiasından geri çəkilməyib. Rüstəm İbrahimbəyovun yol verdiyi vergi cinayətlərinin qorxusu və ikili vətəndaşlıq problemini vaxtında çözə bilməyəcəyi üzündən Vətənə dönməyəcəyini qabaqcadan hesablayan “Müsavat”çılar bu qənaətdə idilər ki, seçkiqabağı dövrdə “vahid namizəd”siz qalacaq “Milli şura” çıxış yolunu elə “hazır namizəd” olan İsa Qəmbəri dəstəkləməkdə görəcək.
İsa Qəmbərin və onun çiyindaşlarının bu çoxbilmişliyi Əli Kərimlini və onun partiyasının təmsilçilərini, sözün əsl mənasında, cin atına mindirib. “Milli şura”da Əli Kərimlinin təhriki ilə İsa Qəmbəri gözdənsalma kampaniyasına start verilib. ACP-nin, ALP-nin, “El” hərəkatının, elə Rüstəm İbrahimbəyovun özünün qoşulduğu bu kampaniyanın katalizatoru rolunda Əli Kərimli çıxış edir. O, bir növ odun üstünə yağ tökərək “Milli şura” təmsilçilərindən İsa Qəmbərə yönəlik hücumlara daha intensiv və barışmaz xarakter verir.
Artıq “cəbhəçi”lərlə “müsavat”çılar arasında “düz gəlməyən” münasibətlərin açıq savaş müstəvisinə keçdiyini və hər cür etik normalardan kənara çıxdığını söyləmək mümkündür. AXCP-nin sədrinin əməllərini həzm edə bilməyən “Müsavat”ın təmsilçisi Rauf Arifoğlu öz şəxsi profilində Əli Kərimlini nəzərdə tutaraq, onun ünvanına çox kəskin ifadələr səsləndirib. “İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb... Üç seçkidi doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayır. Amma nə olsun, bəhanəsi var. Həmin şəxs “Yeni Müsavat”ı, Müsavat Partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib, durur kənarda. Mən həyatım boyu bunca həyasız birisini görmədim. Əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq... Özü də bilir ki, nələri bilirəm...” R.Arifoğlu sonrakı açıqlamalarında bir az da qabağa gedərək konkret ad çəkir, “cəbhəçi”ləri satqınlıqda ittiham edir: “Cəbhəçi dostlarımızın bir satqın fobiyası var. Qınamaq olmur. Əli bəyin dostları da daxil, nə qədər keçmiş AXCP rəhbəri, funksioneri, fəalı hazırda fərqli düşərgədə, fərqli mövqedədir. Həm də fərqli məkanlarda”.
“Cəbhəçi”lərdən Rauf Arifoğluna gələn cavablar da eyni məzmunda və eyni tondadır. Əli Kərimli öz statusunda R.Arifoğlunun fizionomiyasını təhqir edəcək səviyyədə etik normaları aşıb. Məsələ ilə əlaqədar danışan AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Asəf Quliyev bəzi məsələlərin deyilməsinə ehtiyac olduğunu vurğulayıb. “Müsavat”ı “müxalifətə badalaq vurmaqda” suçlayan AXCP funksioneri açıqlamasında “Yeni Müsavat”ı “rüşvət alma” ittihamına “qonaq etməkdən” də çəkinməyib: “Həqiqətən də, bəzi qəzetlər öz mövqelərində dəyişikliklər edib, hansısa məmurlardan maliyyə alıb”.
AXCP və “Müsavat” təmsilçiləri arasında, necə deyərlər, mövqe döyüşləri davam edir. “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun məlum səbəblərdən vətənə dönmə ehtimalının sıfır səviyyəsinədək aşağı düşdüyü bir ərəfədə qondarma qurumda yeni situasiya-”vahid namizəd” boşluğu yaranıb. Açıqlamalarından göründüyü kimi, Əli Kərimli də bu boşluqdan istifadə edərək keçmiş “vahid namizəd” olmaq istəyini gerçəkləşdirmək niyyətini ortaya qoyur. Şübhə yoxdur ki, AXCP sədrinin köhnə istəyini gündəmə gətirməsi özünü “vahid namizəd”liyə “hazır namizəd” sanan İsa Qəmbərlə yeni çəkişmələrə rəvac verəcək...

 
  • Oxunub:  25290  |  
  • Tarix:  13-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA