Ana səhifə »  Müəlliflər »  Radikal düşərgədə daxili ziddiyyətlər son həddə çatıb
A+   Yenilə  A-
Radikal düşərgədə daxili ziddiyyətlər son həddə çatıb
Yazdı: Mübariz Abdullayev

Radikallar adətləri üzrə çəkişirlər, gərgindirlər ki, birdən “Milli şura”da kimsə rəqib namizəd kimi irəli çıxar, digərlərinin planları pozular...
Radikal müxalifət düşərgəsində illərdir ki, davam edən və görünür ki, heç vaxt səngiməyəcək antaqonist ziddiyyətlər onların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”da daha qabarıq şəkildə özünü göstərir. Əslində, bu qondarma qurumun daxilində qarşıdurmalar bir neçə istiqaməti əhatə edir. Məsələn, aralarında “çürüdülməmiş çoxlu haqq-hesab” olan “Müsavat”la ACP arasında ziddiyyətlər açıq-aşkar düşmənçilik müstəvisinə keçib. Bu iki partiya arasında ədavət o həddə çatıb ki, “Müsavat”ın başqanı İsa Qəmbərin və ACP-nin lideri Rəsul Quliyevin, eləcə də, partiya funksionerlərinin qarşılıqlı ittihamlarında bütün etik sədlər keçilir.
Qondarma “Milli şura” daxilində qarşıdurmaların digər bir istiqamətini əzəli və əbədi rəqiblər olan AXCP ilə “Müsavat”, eləcə də, Əli Kərimli ilə İsa Qəmbər arasında yaşanan “soyuq müharibə” təşkil edir. Qurumda iddialar sərgiləyərək üstün mövqeyə çıxmağa çalışan İsa Qəmbəri küncə sıxışdırmaq istəyən qrupa Əli Kərimlinin başçılıq etdiyi bildirilir. AXCP sədrinin açıq və gizli səyləri sayəsində İsa Qəmbərə qarşı gözdənsalma kampaniyası aparılır.
“Milli şura”da ən dramatik, ən qaynar “münaqişə ocağı”nın isə yenə “Müsavat”ın başqanı İsa Qəmbərlə qondarma qurumun sədri və hələ ki, “vahid namizəd”i Rüstəm İbrahimbəyov arasında olduğunu söyləmək mümkündür. Düzdür, radikal düşərgənin köhnə və təzə simaları zahirən qarşılıqlı təmkin nümayiş etdirirlər, bir-birlərinə hansısa dəyər verdiklərini dilə gətirirlər. Lakin “Müsavat” başqanının və “Milli şura”nın sədrinin qarşılıqlı “simpatiya jestləri”nin arxasından onların arasından keçən “qara pişik” aydın görünür.
İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında yaşanan gərginliyə bir sıra amillər səbəb olsa da, onlardan qondarma qurumun “vahid namizəd”i məsələsini xüsusi fərqləndirmək gərəkdir. Məlum olduğu kimi, “Milli şura” sədr Rüstəm İbrahimbəyovun timsalında “vahid namizəd”ini müəyyənləşdirib. Bununla belə, qurumun digər bir üzvü olan İsa Qəmbər seçkilərə namizəd kimi qatılmaq iddiasından geri çəkilmir. Sözdə “Mən də Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirəm” deyən “Müsavat”ın başqanı namizədlik iddiasından geri çəkilmək üçün qarşıya şərt qoyub: Yetər ki, Rüstəm İbrahimbəyov Vətənə dönsün və namizədliyini qeydə aldırsın! İsa Qəmbərin partiyadakı çiyindaşları tərəfindən də dəstəklənən bu şərti, əslində, yol verdiyi cinayətlərin məsuliyyətindən qorxaraq Vətənə dönməyə cəsarət etməyən və namizəd kimi qeydə alınmasından ötrü gərəkən sənədləri qaydasında olmayan Rüstəm İbrahimbəyovun qarşısına kötük itələmək, ondan bacarmadığını, imkanı xaricində olanı istəmək deməkdir.
“Milli şura” təmsilçilərinin bu günlərdə Tbilisidə baş tutan görüşündən sonra qondarma qurumda və bütövlükdə radikal düşərgədə yeni situasiyanın yarandığını söyləmək mümkündür. Çünki “iyulun 31-də mütləq Vətənə dönəcəyəm” deyən qoca kinodramaturqun “Milli şura”dakı çiyindaşlarına qoşulub Bakıya dönməkdən vaz keçməsi radikalların ona bəslənən ümidlərini qırıb. Radikallar artıq onun seçkiqabağı çox qısa zaman kəsiyində ikili vətəndaşlıq problemindən qurtulub Bakıya dönəcəyini və namizədliyini qeydə aldıracağını heç nəzəri cəhətdən də qiymətləndirmirlər. İndiyədək “birləşdirici” fiqur kimi səciyyələndirilən Rüstəm İbrahimbəyov faktorunun sıradan çıxması isə “Milli şura”da və bütövlükdə radikal düşərgədə “iti görüm, qurdu görüm, onu görməyim” prinsipi ilə yaşayan AXCP, “Müsavat” kimi partiyaların, “El” hərəkatının təmsilçiləri arasında yeni qarşıdurmalara rəvac verib.
“Milli şura” təmsilçilərinin Tbilisi görüşündə Rüstəm İbrahimbəyovun Vətənə dönməsi növbəti dəfə qeyri-müəyyən müddətədək təxirə salındıqdan sonra belə görünürdü ki, “Müsavat”ın İsa Qəmbərdən “vahid namizəd” düzəltmək niyyəti gerçəkləşə bilər. “Müsavat”çılar bu qənaətdə idilər ki, “Milli şura”nın məhdud zaman kəsiyində yeni namizəd axtarmaq imkanı olmayacaq və qurum hazır namizəd İsa Qəmbəri dəstəkləmək zorunda qalacaq. Bu məqamı nəzərdə tutan siyasi müşahidəçilər diqqəti İsa Qəmbərin və “Müsavat” funksionerlərinin “Milli şura” təmsilçilərinin Tbilisi görüşündən sonra verdikləri açıqlamalara yönəldirlər. İsa Qəmbərin özü Tbilisi görüşünün nəticələrindən (başa düşmək olmur, hansı nəticələrdən-M. A.) razı qaldığını dilə gətirərək Rüstəm İbrahimbəyovu bir növ “cəngavər” kimi xarakterizə edir. Tbilisi görüşü ərəfəsində “Rüstəm İbrahimbəyov kimdir ki, biz onun ayağına gedək” deyən “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da indi valı dəyişərək belə deyir: “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyov uğurlu, yaxşı namizəddir, Azərbaycan cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən bir sıra sosial qruplar, təbəqələr, ictimai birliklər, siyasi partiyalar tərəfindən “vahid namizəd” kimi qəbul olunmuş şəxsdir. Müsavat Partiyasının da resursları daxil olmaqla “Milli şura”da Rüstəm İbrahimbəyovun seçki kampaniyasını yüksək səviyyədə təşkil etmək imkanına malik olan qüvvələr var”.
“Müsavat” təmsilçilərinin bir-birlərinin ardınca Rüstəm İbrahimbəyova “tərif yağışı” yağdırmaları indiki mərhələdə “Milli şura” daxilində keçici “sülh” yaratmaqla İsa Qəmbərin “vahid namizəd”liyə gedən yolunu açmağa uğursuz cəhd kimi dəyərləndirilir. Hər kəlməbaşı “ehtiyat namizəd” məsələsindən danışan İsa Qəmbərin bu statusda yalnız özünü gördüyü ortadadır.
Lakin “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun və qurumun digər təmsilçilərinin açıqlamalarından görünür ki, radikallar arasındakı ədavətin kökləri çox dərinə işləyib və onlar bir-birlərinin önə keçmələrinə heç bir vəchlə razı olmazlar. “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov İsa Qəmbərin “ehtiyat namizəd” təklifinə qarşı çıxıb və öz təbirincə desək, onun ağzından vuraraq deyib: “Bu İsa bəyin fikridir. Biz hamımız “Milli şura”nın üzvləriyik... Söhbət məndən getdiyi üçün bu barədə danışmağım düzgün çıxmır, amma mən düşünürəm ki, “Milli şura”dan bir namizəd olmalıdır və o da sona qədər qalmalıdır”.
Başqa bir açıqlamasında isə Rüstəm İbrahimbəyov “yeni vahid namizəd” məsələsində İsa Qəmbərə güvənmədiyini açıq mətnlə ifadə edib: “İsa bəydən əlavə orada (“Milli şura” nəzərdə tutulur-M. A.) “vahid namizəd” olmağa layiqli insanlar var”.
Bu arada “Müsavat”ın başqanına növbəti zərbə ALP-nin lideri Lalə Şövkət Hacıyevadan gəlib. ALP-nin lideri də İsa Qəmbərin namizədliyinə ehtiyac duymadıqlarını söyləyib. Onun adından danışan partiyanın sədri Əvəz Temirxan bildirib ki, L.Ş.Hacıyeva R.İbrahimbəyovu dəstəkləyir və hesab edir ki, o, seçkilərdə qalib gələcək: “Biz alternativ namizədə ehtiyac duymuruq”.
Ə.Temirxan İbrahimbəyovun namizədliyini L.Şövkətin irəli sürdüyünü, onun özünün taktikası olduğunu və bu taktikaya uyğun hərəkət etdiyini bildirib.
Bu yerdə bəzi detalları xatırlatmaq yerinə düşər. Yəni, biri var “ana müxalifət”, biri də var “müxalifətin anası”. Bax, “müxalifətin anası” olan L.Şövkət öz “analıq” missiyasına həmişə sadiqdir, gözə görünmür, seçkidə peyda olur, küsən tərəfləri barışdırmağa çalışır, onlara əsl “analıq” qayğısı göstərir. 2003-cü ildə Ə.Kərimli ilə F.Mustafanı necə barışdırmağa çalışdığı yadınızdadırmı? Düzdür, sonra Ə.Kərimli qəzetində “ananı” biabır etdi. Əslində, Ə.Kərimlidən yaxşı nə gözləmək olar. Amma L.Şövkət də borclu qalmadı, Ə.Kərimliyə “kişilik şalvar deyil” cavabını verdi. Amma keçmiş tez unudulur, olaylar yaddan çıxır, “analıq” isə əbədidir. İbrahimbəyov da sevinə bilər. Uzun illər YETİMLİKDƏN sonra, nəhayət, o da “analıq” qayğısı ilə əhatə olundu.
AXCP-nin sədri Əli Kərimlinin “Facebook” yazışması da müxalifətdaxili gərginliyin kuliminasiya nöqtəsinə çatdığından xəbər verir. Belə ki, AXCP sədri “Facebook”da “Milli şura”nın “vahid namizəd”i ilə bağlı fikirlərini aşağıdakı şəkildə qeyd edib: “İlk gündən “Milli şura”nı vuranlar, müxtəlif “arqumentlərlə” onu gözdən salmaq istəyənlər “Milli şura”ya və onun “vahid namizəd”inə yaradılan maneələrdən çox ruhlanıblar. “Milli şura”nı, onun “vahid namizəd”ini Rusiyaya bağlamaq üçün dəridən-qabıqdan çıxanlar Rusiyanın əli ilə “Milli şura”ya yaradılan maneədən çox məmnun görünürlər. Qalib ədası ilə hər kəsə irad tutub, ağıl verirlər... Səhvmi edib ən müxtəlif qüvvələri “Milli şura”da birləşdirdik? Səhvmi edib Azərbaycanın bütün dünyada ən çox tanınmış ziyalısını prezidentliyə “vahid namizəd” irəli sürdük?”
Əli Kərimli iddia edir ki, guya hakimiyyət Rüstəm İbrahimbəyovun namizəd olacağına görə gərginlik içindədir. Əslində isə kimin gərginlik içində olduğu Əli Kərimlinin paylaşdığı fikirlərdən açıq-aydın sezilir. Bu insanın məntiqinə baxın. Guya Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsinə Azərbaycan hakimiyyəti mane olur və təzyiqlər göstərir. “Milli şura”nın Rusiyanın müəyyən dairələrinin layihəsi olmasını pərdələmək üçün İbrahimbəyov tərəfindən ortaya atılan qondarma tezisi öz açıqlamaları ilə alt-üst edənlər tutuquşu kimi eyni fikri təkrarlamaqdan yorulmurlar. Özləri gərgindirlər ki, birdən “Milli şura”da kimsə rəqib namizəd kimi irəli çıxar, digərlərinin planları pozular. Ona görə çəkişirlər... Adətləri üzrə.

 
  • Oxunub:  26250  |  
  • Tarix:  08-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA