Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xalqdan dəstək görməyən qondarma “Milli şura” xarici təşkilatlara və dövlətlərə üz tutur

Xalqdan dəstək görməyən qondarma “Milli şura” xarici təşkilatlara və dövlətlərə üz tutur

02.08.2013 [09:53]

Hülya Məmmədli

Bu fakt bir daha onların satqın olduqlarını və milli maraqlara zidd fəaliyyət göstərdiklərini ortaya qoydu
Məlum olduğu kmi, bu günlərdə “Milli şura”nın Tbilisidə qəbul etdiyi bəyanat xarici dairələrin layihəsi olan “Milli şura”nın kölə psixologiyasını bir daha ortaya qoydu. Qondarma qurumun bəyanatında bildirilir ki, “2013-cü il Azərbaycan xalqının dinc yolla azad seçkilər keçirilməsi və demokratiyaya qovuşması üçün axırıncı şansdır. Biz bu şansı itirməmək üçün daxildə bütün demokratik qüvvələrin birliyinə - “Milli şura”nın yaradılmasına və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak etmək qərarı vermiş, azad və ədalətli seçkilərin keçirilməsinə dəstək vermələri üçün ABŞ, Aİ və beynəlxalq təşkilatlara müraciətlər etmişik... Biz ümid edirik ki, ABŞ Konqresi və hökuməti, BMT, AŞ, ATƏT, AP kimi nüfuzlu beynəlxalq və regional təşkilatlar buna yol vermək niyyətində olmayan xalqın yanında olacaq və Azərbaycan hökumətindən verdiyi sözə əməl etməyi qətiyyətlə tələb edəcək”.
Bu bəyanat radikal müxalifətin ənənəvi manipulyasiya üsulunu və siyasi mübarizə taktikasını özündə aydın ifadə edir. Radikal müxalifət daim xalqın adından danışmağa, öz siyasi ambisiyalarını ölkə əhalisinin istəyi kimi təqdim etməyə çalışır. Halbuki, xalqın kimi dəstəklədiyini bu vaxta qədərki seçkilərin, “exit-poll”ların, sosial sorğuların nəticələri, beynəlxalq müşahidəçilərin rəyləri aydın göstərir. “Milli şura” və orada təmsil olunanların timsalında üzvləri “liderin” qohum-əqrəbasından, dost-tanışından ibarət olan siyasi partiyanın və ya digər bir siyasi qurumun xalqın adından danışmağa haqqı yoxdur.
Diqqət yetirdikdə görünür ki, bəyanatdakı “xalq” anlayışı, əslində, elə radikal müxalifətin “şifrələnmiş” formasıdır. Yəni, “Milli şura”da cəmləşən radikallar üçün bəyanatda da deyildiyi kimi, 2013-cü il hakimiyyətə gəlmək üçün son şansdır və özləri də anlayırlar ki, bunun baş tutmayacağı təqdirdə birdəfəlik tarixin arxivinə gömüləcəklər. Sözügedən müraciəti yaymaqla “Milli şura”da təmsil olunanlar özlərinin siyasi ömürlərini uzatmaq üçün xarici dövlətlərin və təşkilatların yardımına möhtac olduqlarını bildirirlər. Bununla da bəyanatda daha bir ziddiyyətli məqam ortaya çıxır. Guya öz mövqeyi ilə xalqın istəyi üst-üstə düşən radikal müxalifət nədənsə köməyi və dəstəyi xalqdan deyil, xarici ölkələrdən, beynəlxalq təşkilatlardan umur. Bunun isə iki mühüm səbəbi var: sosial bazanın olmaması və radikal müxalifətin antimilli təfəkkürü.
Seçkilərdəki məğlubiyyətini seçkinin ədalətli keçməməsi ilə əsaslandırmağa çalışan radikal müxalifətin mitinq çağırışları da partiya üzvlərindən və 3-5 nəfər muzdlu şüarçıdan başqa heç kimi cəlb etmir. Bu zaman sual meydana çıxır: radikal müxalifətin bəhs etdiyi “çoxsaylı elektorat” “xalq” haradadır?
Reallıq göstərir ki, sosial bazası olmayan, xalqın dəstəyindən məhrum, mənfi ictimai imicin daşıyıcısı olan radikal müxalifət siyasi və korporativ maraqlarını gerçəkləşdirmək üçün hər bir yola əl atır. Onlar bunun üçün anti-Azərbaycan dairələrlə əməkdaşlığa, hətta onlara xoş görünmək üçün ermənilərə hər cür güzəştə getməyə də hazırdırlar. Müstəqil iradədən məhrum, öz siyasi iddialarını reallaşdırmaq üçün xalqa, seçicilərə deyil, BMT-yə, Avropa Şuasına, ATƏT-ə, Avropa Parlamentinə, ABŞ-a və digər xarici dairələrə üz tutan, qarşılarında istənilən öhdəliyi götürməyə hazır olan radikal müxalifətin dövlət idarəçiliyinə iddia etməsinə mənəvi haqqı yoxdur. Üstəlik, qeyd olunan xarici təşkilat və dövlətlərə üz tutan “Milli şura” boş yerə ümid bəsləyir. Çünki heç bir xarici güc Azərbaycan xalqının iradəsinə qarşı çıxmaq niyyətində deyil və bu o deməkdir ki, radikal müxalifətin hakimiyyəti zorla qəsb etmək niyyəti gerçəkləşə bilməz. Radikallar üçün yalnız bəzi təşkilatlardakı və ölkələrdəki ermənipərəst çevrələrin, erməni lobbisinin təsiri altında olan dairələrin anti-Azərbaycan kampaniyası təsəlli verə bilər. Belə kampaniyalar daim iflasa uğrayır və eyni zamanda, onları dəstəkləyən radikal müxalifətin gerçək simasını Azərbaycan cəmiyyətinə göstərir. Ona görə də, ictimai rəydə “Milli şura” və orada toplaşan müxalifətin antimilli mahiyyəti barədə rəy formalaşıb. Onlar anlamalıdırlar ki, Azərbaycan seçiciləri heç vaxt ölkənin gələcəyini belə ünsürlərə etibar edə bilməz.

Paylaş:
Baxılıb: 792 dəfə

Müəllifin digər məqalələri:

İnflyasiya və monopoliya Ermənistanın boşalmasını sürətləndirir

İşğalçı ölkədə əsl...

22.10.2014 [09:28]

“Moody’s” Ermənistanla bağlı bədbin proqnozlar verir

Hazırda işğalçı ölkə...

20.09.2014 [10:15]

Ermənistanda yeni etiraz aksiyaları gözlənilir

Sosial, iqtisadi problemlərin...

18.09.2014 [09:53]

Qərb sanksiyaları Ermənistan iqtisadiyyatına zərbə vurur

Erməni diasporu nümayəndələri...

13.09.2014 [10:49]

Erməni diasporu Sarkisyan hakimiyyətindən qisas almağa çalışır

Ermənistan hakimiyyəti ilə erməni...

28.08.2014 [09:45]

Ermənistan hakimiyyəti diaspordakı dayaqlarını itirməkdədir

Sarkisyan rejimi Ermənistan...

20.08.2014 [09:38]

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31