Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat” “Milli şura” daxilində “ikinci cəbhə” açdı

“Müsavat” “Milli şura” daxilində “ikinci cəbhə” açdı

02.08.2013 [09:52]

Mübariz Abdullayev

Arif Hacılı: Əvvəlcədən bəlli idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdən qorxur. O, kimdir ki, onun da ayağına gedək
Radikalların yeni “birlik” formatı kimi təqdim olunan “Milli şura”nı, əslində, AXCP, “Müsavat”, ACP kimi partiyaların, “El” hərəkatının partiya və qrup maraqlarından, özlərini dağıdıcı düşərgənin “ağır çəkili” fiqurları sanan Əli Kərimlinin, İsa Qəmbərin, Rəsul Quliyevin, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun şəxsi iddialarından yaranan saxta qurum kimi xarakterizə etmək mümkündür. Bəyan edilməsindən təxminən iki ay vaxt ötməsinə rəğmən, hələ də bu qurum ümumi məqsədlərə xidmət edəcək hər hansı bir əməl sərgiləməyib. Bunun əksinə olaraq, Azərbaycan cəmiyyəti daim “Milli şura”da təmsil olunan partiyalar, qruplar, ayrı-ayrı şəxslər arasında, “Azadlıq” Partiyasının sədri Əhməd Orucun təbirincə desək, dartışmaların şahidi olur. Qurumun üzvləri bir-birlərinin səsləndirdikləri cəfəng fikirlərə dözümsüz yanaşaraq dərhal əks-reaksiya verirlər. Partiyalardan gələn qarşılıqlı ittihamlar bir-birlərini aşağılamaq səviyyəsinədək çatır. Hazırda “Milli şura” daxilində yaşanan ziddiyyətləri bir neçə istiqamətdə təhlil etmək mümkündür.
“Müsavat”-ACP qarşıdurması
Acı bağırsaq kimi uzanan “vahid namizəd” məsələsi qondarma “Milli şura”nın iki üzvü-ACP ilə “Müsavat” arasında illərdir ki, gah səngiyən, gah da qızışan “soyuq müharibə”ni yenidən alovlandırıb. Məlumdur ki, “Milli şura”da böyük çoxluq sədr Rüstəm İbrahimbəyovu qiyabi olaraq “vahid namizəd” müəyyənləşdirib. Bununla belə, “Müsavat” seçkilərə İsa Qəmbərin namizədliyi ilə getməklə bağlı qərarını geri götürmək istəmir. “Müsavat”çılar öz inadlarını Rüstəm İbrahimbəyovun Vətənə dönməyə məlum səbəblərdən cəsarət etməməsi, həmçinin, onun namizədliyinin qeydə alınmasında hüquqi problemlər yaranacağı barədə ehtimallarla əsaslandırmağa çalışırlar. Partiya təmsilçiləri bununla, əslində “köç geri dönəndə axsaq irəli düşər” pinsipini əsas tuturlar. Onlar bu qənaətdədirlər ki, haqqında bəhs olunan ehtimalların doğrulacağı təqdirdə “Milli şura”nın “hazır namizəd” olan İsa Qəmbəri dəstəkləməkdən başqa çıxış yolu qalmayacaq.
“Müsavat”çıların “çoxbilmişliyi “Milli şura” daxilində partiyaya qarşı çıxan qrupun fəallaşmasına əsl bəhanə olub. İndi qondarma qurum daxilində “Müsavat”ı və partiyanın başqanı İsa Qəmbəri gözdənsalma kampaniyası aparılır və bu kampaniyada Rəsul Quliyevin lideri olduğu ACP xüsusi canfəşanlığı ilə seçilir.
ACP lideri İsa Qəmbərin namizədlik iddiasında israr etməsini “yaramazlıq” kimi dəyərləndirərək ona rişxəndlə belə bir sual ünvanlayıb: “Alacağı 2, yaxud 3 faiz səs, bilmirəm onu mənəvi cəhətdən nə qədər təmin edəcək?” “Müsavat”ın başqanı İsa Qəmbər radikalların “siyasi qaçaq” ləqəbi verdikləri Rəsul Quliyevin ironiyasını küçə ritorikası ilə cavablandırıb: “Müsavata qarşı əxlaqsız açıqlamalara son qoyulmalıdır”.
Bunun ardınca “Müsavat”ın başqanının namizədlik iddialarını həzm edə bilməyən ACP lideri İsa Qəmbəri dağıdıcı siyasət aparmaqda günahlandırıb və vurğulayıb ki, onda prezidentlik keyfiyyətləri yoxdur.
“Müsavat” təmsilçiləri Rəsul Quliyevin açıqlamalarında bütün hədləri aşmasına eyni aşağılayıcı tonda cavab verirlər. “Müsavat”ın başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli mətbuata açıqlamasında Rəsul Quliyevi səviyyəsizlikdə ittiham edib. “Rəsul Quliyev iki cümləni quraşdırıb düzgün ifadə edə bilmir, amma 1992-ci ildəki səviyyədən danışır. Sadəcə olaraq, o qədər savadsızdır ki, özünün savadsız olduğunu dərk etmir”.
“Müsavat” funksionerləri ACP liderini aşağılamaq üçün sanki növbəyə düzülüblər. “Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi, saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu”. Bu fikri isə mətbuata açıqlamasında “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı səsləndirib. “Müsavat” funksioneri ACP liderinə pataloji nifrətini “buqələmun” sözü ilə ifadə edib.
ACP liderinin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu isə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının R. Quliyev haqqında işlətdiyi fikirlərə münasibət bildirərkən onu “parazit” adlandırmaqdan belə çəkinməyib.
“Müsavat” “Milli şura”nın sədri Rüstəm İbrahimbəyova qarşı
Siyasi müşahidəçilər özünü radikal düşərgənin əsas güc mərkəzlərindən sanan “Müsavat”ın siyasətdə yeni “zühr” edən Rüstəm İbrahimbəyovun “Milli şura”sına qatılmasını lap başlanğıcdan zorən müttəfiqlik kimi səciyyələndirirdilər. Bildirilirdi ki, “Müsavat” radikal düşərgədə təklənməkdən çəkinərək və həm də maddi gözləntilər umaraq qondarma quruma üz tutub. Hadisələrin sonrakı inkişafı, o cümlədən də “Milli şura”da Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyinə münasibətdə “Müsavat”çıların sərgilədikləri mövqe bu fikirlərin həqiqət olduğunu təsdiqlədi. “İyulun 31-də Bakıya gələcəm” deyən Rüstəm İbrahimbəyovun Vətənə dönmə tarixini növbəti dəfə qeyri-müəyyən müddətədək təxirə salması isə “Müsavat”ın “Milli şura”ya və onun sədri Rüstəm İbrahimbəyova inam limitini tamam tükədib. Artıq “Rüstəm İbrahimbəyovdan nəsə gözləməyinə dəyməz” qənaətinə gələn “Müsavat” təmsilçiləri ona qarşı “Milli şura” daxilində bir növ “ikinci cəbhə” açıblar. Onlar bəlli səbəblərdən onsuz da Azərbaycana qayıtmağa cəsarət etməyən qoca kinodramaturqu sözün əsl mənasında küncə sıxışdıraraq ondan ciddi şəkildə mümkün olmayanı tələb edirlər-könlündən “vahid namizəd”lik keçirsə, mütləq Vətənə dönməlisən!
“Müsavat” başqanının müşaviri Səxavət Əlisoy mətbuata açıqlamasında bildirib: “Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gələcəksə, prezidentliyə “vahid namizəd” olacaq, gəlməyəcəksə, qiyabi namizəd necə olur? Mən bunu anlaya bilmirəm. Rüstəm İbrahimbəyov gəlməyəcəyi tədqirdə, “Milli şura”da təmsil olunan partiyaların özlərinin bir “vahid namizəd” seçməsinin tərəfdarıyam”.
“Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdan “Milli şura” sədrinə yönəlik ittihamlar isə daha sərt notlar üstündə köklənib. Qoca kinodramaturqun radikalları Tbilisiyə öz ayağına aparmasından hiddətlənən “Müsavat” funksioneri deyib: “Əvvəlcədən bəlli idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdən qorxur. O, kimdir ki, onun da ayağına gedək. Kifayət qədər ona güzəştə getdik. Onun “Milli şura”nın sədri olmasına dəstək verdik. Bundan sonra İsa Qəmbərin namizədliyinin dəstəklənməsi haqqında düşünməliyik”.
Katalizator AXCP-dir və yaxud Əli Kərimli odun üstünə yağ tökür
Hamı bilir ki, “Milli şura”da “Müsavat”ın seçkilərə öz namizədi ilə getmək iddiasından hiddətlənən, buna görə də, İsa Qəmbərə qarşı gözdənsalma kampaniyasına rəvac verən AXCP və yaxud onun rəhbəri Əli Kərimlidir. İsa Qəmbərin “vahid namizəd”liklə bağlı bir neçə mərhələ qabağa hesablanan planını “vicdansızlıq” adlandıran Əli Kərimli deyib: “Milli şura” vahid namizəd kimi Rüstəm İbrahimbəyovu müəyyənləşdirsə də, “Müsavat” hələ də öz namizədindən imtina etməyib. Bu, qurumun fəaliyyətində qeyri-müəyyənlik yaradır”.
AXCP əzəli və əbədi rəqibi “Müsavat”ın qondarma “Milli şura” daxilində olsa belə üstün mövqeyə çıxmasını əngəlləmək üçün hər bir tədbirə əl atmağa hazır görünür. “Cəbhəçi”lər qondarma qurumda təmsil olunan partiyaların, o cümlədən də ACP-nin “Müsavat”ın üstünə getməsində bir növ katalizator rolunu oynayırlar. “Müsavat”da və ona yaxın çevrələrdə AXCP sədri Əli Kərimlinin İsa Qəmbərə qarşı necə bir gizli və məkrli planlar cızdığının fərqindədirlər. Bu xüsusda açıqlama verən “Əhrar” Partiyasının sədri Vaqif Hacıbəyli vurğulayıb: “...Əli Kərimli Sülhəddin Əkbər vasitəsi ilə Rəsulu qızışdırıb saldı “Müsavat”ın üstünə, özü isə yaxasını çəkdi kənara. İndiki idbar durumun baş memarı Əli Kərimlidir. Prosesləri elə bir dalana gətirib çıxardıb ki, indi hətta situasiyaya hər hansı şəkildə şərh verməyə də üzü yoxdur. Siyasətçi üçün bundan miskin durum təsəvvür etmək çətindir”.

Paylaş:
Baxılıb: 1118 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30