Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Kinodramaturq siyasətbazın ziddiyyətli məntiqi

Kinodramaturq siyasətbazın ziddiyyətli məntiqi

01.08.2013 [09:36]

Mübariz Abdullayev

“Milli şura”nın qiyabi sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov qondarma qurumun Tbilisidə keçirilən toplantısında yenə özüsayağı baş-ayaq fikirlər səsləndirib
Hər bir insan seçdiyi sahədə özünü təsdiqləməsi, hansısa uğurlara imza atması üçün mütləq məşğul olduğu, qulpundan yapışdığı işin peşəkarı olmalıdır. Bunun üçünsə sənətin, peşənin incəliklərini öyrənmək, illərin təcrübəsindən keçmək tələb olunur. Bu cəhətdən siyasət də istisna deyil, bəlkə də, daha mürəkkəb, daha arıq təcrübə, bilik, təhlil bacarığı, insanlarla işləmək, ünsiyyət qurmaq vərdişləri və digər belə keyfiyyətlər tələb edən sahədir.
Təəssüf doğuran haldır ki, radikal müxalifət düşərgəsində cəm olan partiyaların təmsilçiləri bu kimi keyfiyyətlərdən uzaqdırlar. Əksinə, diletantlıq, populizm, səbatsızlıq, hadisələrə səthi yanaşmaq, hər bir məsələdə ancaq şəxsi məqsədlər güdmək bu düşərgəyə hakim kəsilib. İndi radikal müxalifət düşərgəsi bir növ əvvəllər məşğul olduğu sahədə uğur qazana bilməyənlərin, müxtəlif cinayət əməllərinə yol verənlərin, vəzifədən qovulanların poliqonuna çevrilib. Buna görə də, Azərbaycan cəmiyyəti indiyədək heç vaxt AXCP, “Müsavat”, ACP kimi partiyaların, “El” hərəkatının, “Ziyalılar forumu”nun, “Milli şura”nın təmsilçilərinin ölkənin, xalqın ümumi maraqları naminə məqsədyönlü fəaliyyət sərgilədiklərinin şahidi olmayıb. Bunun əvəzində, onlar daim səsləndirdikləri cəfəng fikirlərlə, heç bir ictimai məzmun daşımayan əməlləri ilə gündəmə gəlirlər.
Bütün bu deyilənlərə son vaxtlar radikalların özlərinə “başbilən” etdikləri Rüstəm İbrahimbəyov tipik nümunədir. Yox, söhbət siyasi mövzuda qələmə alınan və yaxud səhnələşdirilən hansısa əsərdəki məqsədli şəkildə ümumiləşdirilmiş bədii, uydurma obrazdan deyil, konkret bir personadan, daha dəqiq desək, əvvəllər kinodramaturq kimi az-çox tanınan, 75 yaşında isə radikalların sırasına qatılıb həmən onların önünə keçən Rüstəm İbrahimbəyovdan gedir. İndi o, radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”nın sədri və “vahid namizəd”idir.
Bu şəxs lap yaxın keçmişədək yalnız kino sənəti ilə məşğul idi və daim siyasətdən uzaq olduğunu vurğulayırdı. Aşağıdakı sitat onun mətbuata verdiyi açıqlamadan götürülüb: “Mən də özümü siyasətdə görmürəm, bu barədə mənə çox sual verilir. Mən də həmişə demişəm ki, siyasətdən uzağam”.
Bəs nə dəyişdi? Nə baş verdi ki, 75 yaşlı Rüstəm İbrahimbəyov qəfildən kinonun daşını ataraq, illər uzunu bir yerdə çalışdığı əməkdaşlara arxa çevirərək siyasətə “zühr” etdi, özünü radikalların sıralarında tapdı?
Rüstəm İbrahimbəyovun alababat kinoçudan piyada “siyasətçi”yə çevrilməsi sırf özəl səbəblər üzündən baş verib. Belə ki, o, vergi cinayətlərinə yol verməsinin, etimaddan sui-istifadə edərək “Şərq-Qərb” festivalı üçün ayrılan vəsaitləri təyinatı üzrə yönəltməməsinin məsuliyyətindən yaxa qurtarmaq, son vaxtlar üstü açılan mənəvi düşkünlüyünü ört-basdır etmək, xaricdəki erməni əsilli iş adamları ilə birləşərək bizim üçün müqəddəs bir məkanda-Şəhidlər xiyabanının yaxınlığında əyləncə obyekti tikdirmək xülyasına düşdüyünə görə cəmiyyətin ona yönələn qınaqlarından yayınmaq üçün radikal müxalifət düşərgəsini özünə meydan seçib. Radikal düşərgə təmsilçiləri isə oxşar subyektiv amillər, daha doğrusu, xaricdəki Azərbaycana yönəlik pozuculuq hərəkətlərinə məmnuniyyətlə pul xərcləyən antimilli dairələrlə sıx əlaqələri olan qoca kinodramaturqdan maddi gözləntilərə görə ona geniş qucaq açdılar.
Ömrünün 75 yaşında təzə peşəsinin əlifbasını yenicə öyrənməyə başlayan Rüstəm İbrahimbəyovun bu sahədə naşılığı onun hər addımında, səsləndirdiyi hər fikirdə aydın şəkildə özünü büruzə verir. Məsələn, “siyasətçi” kinodramaturq onun mövqeyini bölüşməyən çiyindaşlarına “təxribatçı” adı verərək “belələrinin ağzından mən özüm vuraram” deyir. Görəsən, “siyasətçi” Rüstəm İbrahimbəyov öz “həmfikirləri”nə diktator ritorikası ilə müraciət edərkən bunun cəmiyyətdə necə bir effekt yaradacağının fərqindədirmi? Görünür ki, fərqində deyil və bunun hansı anlama gəldiyini də heç təsəvvürünə sığışdırmır.
Rüstəm İbrahimbəyovun qeyri-ardıcıllığı və siyasətdə naşılığı onun Vətənə dönməsi ilə bağlı səsləndirdiyi açıqlamalarda da qabarıq şəkildə özünü göstərir. Yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən yayınmaq üçün “dabanına tüpürüb” xaricə qaçan qoca kinodramaturq əvvəllər Vətənə dönməməsinin səbəbinin “həbsə alınmaq qorxusu” ilə bağlı olduğunu açıq mətnlə dilə gətirirdi. Onu başa saldılar ki, siyasətçi olan kəs belə aciz-aciz danışmaz. Bundan sonra Rüstəm İbrahimbəyov Azərbaycana dönməklə bağlı sualları cavablandıranda notları dəyişərək belə deməyə başladı: “Mütləq Azərbaycana gəlməliyəm. Ehtimal var ki, gələndə məni tutsunlar. Amma mən bundan qorxmuram. Mən deyəndə ki, həbs ehtimalı var, bu, o demək deyil ki, ondan qorxub-çəkinirəm”.
Bu cür danışmasına rəğmən, qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i Vətənə dönmək tarixlərini hər dəfə təxirə salır. Onun “iyulun 31-də mütləq Azərbaycana dönüşümü reallaşdıracağam” vədi də boşa çıxdı. Belə ki, qoca kinodramaturq onu Bakıda gözləsələr də, qonşu Gürcüstanın paytaxtına bilet aldı və “Milli şura”sının təmsilçilərini Tbilisidə görüşə çağırdı. Rüstəm İbrahimbəyov Vətənə dönməsini növbəti dəfə qeyri-müəyyən müddətədək təxirə salmasının səbəblərindən danışarkən yenə baş-ayaq fikirlər səsləndirib. O bu xüsusda belə deyib: “Əvvəl fikirləşirdim ki, Bakıya gedərəm və lazım olandan-olana Moskvaya gələrəm, sənədləşmə işlərini axıra çatdıraram. Məni Bakıda saxlasalar, bütün işlər yarımçıq qalar, seçkidə iştirak edə bilmərəm. Buna mən yalnız qərar verməmişəm. Amerikada yüksək səviyyəli məsləhətçilərim var. Onlar mənə bildirirlər ki, sənədi almamış getmək olmaz. Daha sonra “Milli şura” nə qərar versə, ona uyğun addım atılacaq”.
Bu açıqlamada Rüstəm İbrahimbəyovun hələ siyasətin heç əlifbasını da düz-əməlli öyrənmədiyi, kukla kimi başqalarının ağzına baxıb hərəkət etdiyi və danışdığı aydın görünür. Belə məlum olur ki, 75 yaşlı “siyasətçi” başqalarının diqtəsi ilə oturub durur. Aydın görünür ki, prezidentliyə namizədlik iddiasında olan qoca kinodramaturq heç Seçki Məcəlləsini də öyrənməyib. Öyrənsəydi, namizədin qeydə alınmasına hüquqi əsas verməyən tələbin ödənilməsinə-Rusiya vətəndaşlığından imtina edilməsinə vaxtında əncam çəkərdi. Bir də ki, Rüstəm İbrahimbəyov “Bakıya dönsə, onun ölkədən çıxmasına imkan verilməyəcəyindən” danışır. “Siyasətçi” kinodramaturq belə düşünürsə, sual edirik: Bəs o, xaricə üz tutarkən nə üçün ölkədən çıxmasına imkan verildi?
“Siyasətçi” Rüstəm İbrahimbəyov toplantını nədən məhz Tbilisidə keçirməyə qərar verdiklərinə dair suala özüsayağı belə cavab verib: “Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırdıq. Yəni onsuz da mən Tbilisiyə gələcəkdim. Ancaq ən önəmlisi Azərbaycanın ilk “Milli şura”sı burada toplanaraq önəmli qərarlar veriblər. Yəni Tbilisi bizim sevdiyimiz şəhərlər sırasında ona görə var ki, buradan Azərbaycanın inqilabi hərəkatı başlayıb. Yəni bu, bir ənənədir. Ona görə də, “Milli şura”nın 100 ildən sonra yenidən Tbilisidə toplaşması olduqca əsaslıdır”.
Bunlar hələ də özlərini Topçubaşov, Xoyski, Rəsulzadə, Yusifbəyli, Hacınski və Azərbaycan Xalq Cümhuriyyətinin digər qurucuları ilə bir cərgəyə qoymaq mərəzindən əl çəkmirlər. Kinoçəkənin ətrafına yığılmış siyasi avantüristlər hər addımlarında Azərbaycanın şanlı tarixi səhifələrini, o səhifələri yaradan ünlü simaları gözdən salmağa çalışırlar. Fantaziya qıtlığı və siyasi natamamlıq səbəbindən tarixi hadisələri mexaniki şəkildə təqlid etməklə, müasir dövrdə dünyada baş verən hadisələrlə Azərbaycanın ictimai-siyasi həyatı arasında kor-təbii paralellər aparmaqla özlərini şişirdib xalqa sırımağa çalışırlar. “Siyasətçi” R.İbrahimbəyovdan soruşmaq lazımdır ki, 100 il qabaq baş vermiş o hadisələr haqqında, ümumiyyətlə Azərbaycan tarixi barədə nə bilir?

Paylaş:
Baxılıb: 1060 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30