Ana səhifə »  Müəlliflər »  “Milli şura” “vahid namizəd” fabrikidir
A+   Yenilə  A-
“Milli şura” “vahid namizəd” fabrikidir
Yazdı: Mübariz Abdullayev

Rəsul Quliyev də Azərbaycansayağı “Koza Nostra”nın vahid “don”u olmaq iddiasını ortaya qoydu
AXCP, “Müsavat”, ACP kimi partiyaların, qondarma “El” hərəkatının cəm olduğu radikal müxalifət düşərgəsində mövqe savaşı gündən-günə daha şiddətli xarakter alır. Radikallar düşərgə daxilindəki rəqiblərindən bir baş üstün mövqeyə çıxmaq üçün bir-birlərinin səsləndirdikləri fikirlərə dərhal əks reaksiya verir, hətta qarşılıqlı ittihamlar səsləndirməkdən, bir-birlərini aşağılamaqdan belə çəkinmirlər.
Radikallar arasında illərdir ki, hökm sürən antaqonist münasibətlər ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”da daha qabarıq şəkildə təzahür edir. Radikal düşərgənin yeni “birlik” formatı kimi təqdim olunan qondarma qurum yarandığı gündən çəkişmələr, ziddiyyətlər meydanına çevrilib. Hazırda “Milli şura” üzvlərinin ətrafında sonu görünməyən çək-çevir apardıqları “vahid namizəd” məsələsi radikal düşərgənin bir nömrəli probleminə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Azərbaycan cəmiyyəti son bir neçə ayda radikalların “vahid namizəd” məsələsi ətrafında, necə deyərlər, min oyundan çıxdıqlarının şahidi olub. Qarşıdan gələn seçkilərdə radikal düşərgəni hansı partiya təmsil etsin? “Vahid namizəd” kim olsun? Özlərini radikal düşərgənin əsas qüvvəsi sayan AXCP-dən, “Müsavat”dan, ACP-dən, dağıdıcıların sırasına bir qədər gec qoşulan reneqat Eldar Namazovun yaratdığı “El” hərəkatından, “Milli şura”nın digər üzvlərindən bu və digər suallara gələn cavablarda birmənalı şəkildə partiya maraqları və Əli Kərimlinin, İsa Qəmbərin, Rəsul Quliyevin, Eldar Namazovun ambisiyaları ifadə olunur.
Qondarma qurum qarşıdan gələn seçkilərə sədr Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyi ilə gedəcəyini bəyan etsə də, “Müsavat”ın başqanı İsa Qəmbər öz namizədlik iddiasından geri çəkilmir. “Müsavat”çılar İsa Qəmbərin bu mövqeyini Rüstəm İbrahimbəyovun Bakıya dönməyəcəyi və onun namizədliyinin qeydə alınmasında hüquqi problemlərin meydana çıxacağı ehtimalları ilə əsaslandırmağa çalışırlar. Partiya təmsilçiləri o qənaətdədirlər ki, haqqında bəhs olunan ehtimallar doğrulacağı təqdirdə seçkiqabağı dövrdə ən azı vaxt məhdudiyyəti üzündən “Milli şura”nın hazır namizəd olan İsa Qəmbəri dəstəkləməkdən başqa çıxış yolu qalmayacaq.
Təbii ki, “Müsavat”ın əzəli və əbədi rəqibi olan AXCP-də İsa Qəmbərin bir neçə mərhələ qabağa və radikal düşərgədə Əli Kərimlidən bir baş üstün mövqeyə çıxmağa hesablanan planını həzm edə bilmirlər. Buna görə də, “cəbhəçilər” sədr Əli Kərimlinin təlimatları əsasında İsa Qəmbəri gözdənsalma kampaniyasına start veriblər. Bu kampaniyada “Müsavat”la lap əvvəldən “çürüdülməmiş çox haqq-hesabı” olan ACP xüsusi fəallıq göstərir. Partiyanın lideri Rəsul Quliyev İsa Qəmbərin namizədlik iddiasından geri çəkilməməsini “yaramazlıq” kimi səciyyələndirib. “Müsavat”ın başqanı İsa Qəmbər də Rəsul Quliyevə eyni tərzdə cavab verib: “Müsavat”a qarşı əxlaqsız açıqlamalara son qoyulmalıdır”. Bunun ardınca ACP lideri Müsavatın başqanını dağıdıcı siyasət aparmaqda günahlandıraraq vurğulayıb ki, onda prezidentlik keyfiyyətləri yoxdur. Qarşı tərəfin təmsilçiləri isə ACP liderini “buqələmun”, “baş mafioz”, “savadsız” kimi sözlərə “qonaq” ediblər.
“Vahid namizəd” məsələsi üstündə ACP ilə “Müsavat”, eləcə də digər partiyalar arasında münasibətlər açıq düşmənçilik səviyyəsinə çatdığı bir məqamda bəlli oldu ki, Rüstəm İbrahimbəyov Vətənə dönmə tarixini növbəti dəfə qeyri-müəyyən müddətədək təxirə salıb. Qoca kinodramaturqun bu qərarı paralel surətdə onun isminin “Milli şura”nın “vahid namizəd”liyindən çıxarılması ehtimalını da gündəmə gətirib. Qondarma qurumun üzvləri yaranmış bu fürsətdən maksimum dərəcədə bəhrələnməyə çalışırlar.
Belə ki, əldə edilən məlumatlara görə, bu günlərdə Rəsul Quliyevin təşəbbüsü ilə ACP rəhbərliyinin toplantısı keçirilib. R.Quliyev təklif edib ki, “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovla görüşmək üçün Tbilisiyə yollanan nümayəndə heyətinin tərkibində olan S.Əkbər görüşdə alternativ “vahid namizəd” məsələsi gündəmə gələrsə, ACP liderinin namizədliyini irəli sürsün. R. Quliyev müraciətində bildirib ki, əgər “Milli şura” onun “vahid namizəd”liyini dəstəkləsə, o, heç nədən çəkinməyərək, hətta həbsə alınsa belə, Bakıya qayıtmağa razıdır. Bunun üçün ACP liderinin yeganə şərti “Milli şura”nın “vahid namizəd”i olmasıdır.
Qəribə məntiqdir, deyilmi? “Baş mafioz” (ifadə “Müsavat”ın funksioneri A.Hacılıya məxsusdur-M.A.) bir tərəfdən deyir ki, “İsavat” klanı İsa Qəmbəri namizədliyini geri götürməyə məcbur etməlidir. “Hədəf Müsavat Partiyası yox, namizədliyin irəli sürülməsi və geri götürülməməsidir”. Digər tərəfdən, “Milli Mafiya Şurası”nın (Azərbaycansayağı “Koza Nostra”) vahid “donu” olmaq iddiasını açıq-aşkar bəyan edir. Bunlar 1990-cı illərdə olduğu kimi, ölkəni mafiya qanunları ilə idarə etməyə hazırlaşırlar.
Yaranmış yeni şəraitdə Müsavat Partiyasında da oxşar əhval-ruhiyyə hökm sürür. Məsələn, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiya divanının toplantısında bildirib: “Əvvəlcədən bəlli idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdən qorxur. O, kimdir ki, onun da ayağına gedək. Kifayət qədər ona güzəştə getdik. Onun “Milli şura”nın sədri olmasına dəstək verdik. Bundan sonra İsa Qəmbərin namizədliyinin dəstəklənməsi haqqında düşünməliyik”.
İsa Qəmbər 2005-ci ildə R.Quliyevin ayağına Simferopola gedəndə niyə Arif Hacılı dillənmədi? Mafiozun ayağına getmək olar, artistin ayağına yox? Bu ayrı-seçkiliyin səbəbi nədir? Arif Hacılı başa düşməlidir ki, İsa Qəmbər bu dəfə çox mühüm bir missiya yerinə yetirir, özü ilə qorxudan bəlli fizioloji problemlərlə üzləşmiş R.İbrahimbəyova zəruri tibbi-texniki vasitələr aparır...

 
  • Oxunub:  23100  |  
  • Tarix:  31-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA