Ana səhifə »  Müəlliflər »  Taylı-tayını tapmasa, günü ah-vayla keçər
A+   Yenilə  A-
Taylı-tayını tapmasa, günü ah-vayla keçər
Yazdı: Mübariz Abdullayev

Yaxud Ştrasser və İbrahimbəyov siam əkizləridir
Kosmopolit, daha çox da ermənipərəstliyi ilə ad çıxaran Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”nın ssenarisi xaricdəki antimilli mərkəzlərdə yazıldığı kimi, onun təmsilçiləri qurumun dayaqlarını da məhz həmin dairələrdə axtarırlar. “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov, həmçinin, digər təmsilçilər son vaxtlar qondarma quruma xaricdən hansısa dəstək göstərilməsi ilə bağlı sözün əsl mənasında piar kampaniyası aparırlar. Guya qondarma “Milli şura”ya Rusiyada, ABŞ-da, Avropa ölkələrində maraq göstərilir və qoca kinodramaturq sözügedən ölkələrə turneləri çərçivəsində “mühüm” görüşlər keçirməyə nail olub. Rüstəm İbrahimbəyovun nə üçün adına “milli” sözü yapışdırılan qurumun məsələlərini Azərbaycan xalqı ilə deyil, Avropada, okeanın o tayında “həll etməyə” üstünlük verməsi başqa bir söhbətin mövzusudur. Bəs xarici ölkələrə səfərləri çərçivəsində qoca kinodramaturq kimlərlə görüşür və yaxud hansısa ölkədə onun “Milli şura”sına kimlər maraq göstərirlər?
Aydın məsələdir ki, qoca kinodramaturq Rusiyada, ABŞ-da və yaxud Avropa ölkələrində rəsmi instansiyaların çox aşağı səviyyəli məmurlarının köməkçilərinin qapısı arxasında saatlarla gözləmək məcburiyyətində qalır. Ona bu instansiyalarda hər hansı dəstək ifadə olunmur, “qara qəpiyimiz də yoxdur” deməsinə rəğmən, heç maddi yardım da göstərilmir. Xaricdə qoca kinodramaturqun “üzünə baxanlar” isə əsasən erməni lobbisinin təsir dairəsində olan məlum mərkəzlər və həmin mərkəzlərlə əməkdaşlıq edən bəzi “siyasətçilər”, “hüquq müdafiəçiləri”dir. Belələrinin Azərbaycana münasibətdə məqsədləri bəllidir. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafını, dünya birliyinin layiqli üzvünə çevrilməsini gözü götürməyən həmin qüvvələr “Milli şura” kimi qondarma layihələrlə bu inkişafa əngəllər yaratmaq məqsədi güdürlər. Təbii ki, onlar öz çirkin məqsədlərinə çatmaqdan ötrü “sapı özümüzdən olan baltalar”ın xidmətlərindən bəhrələnirlər.
Əslində, Ermənipərəst Rüstəm İbrahimbəyovla onun xarici tərəfdaşları bir-birlərinin timsalında özlərinə layiq tay tapıblar. Milli mənsubiyyət fərqləri olmasına baxmayaraq, onları eyni məqsəd-Azərbaycana xoş olmayan münasibət birləşdirir. Qoca kinodramaturqun Almaniyaya səfəri çərçivəsində Kristofer Ştrasserlə də görüşdüyü bildirilir. Məşhur “taylı-tayını tapar” atalar məsəli bu iki Azərbaycan cəmiyyətinə yad simanın bir araya gəlməsini necə də dəqiq ifadə edir!
Bəli, təəccüblənməyin, söhbət həmin Ştrasserdən, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi olan Ştrasserdən gedir. Bu, o “hüquq müdafiəçisi”dir ki, dəfələrlə Azərbaycana qarşı qərəz nümayiş etdirib, ölkəmizdə həyata keçirilən demokratik islahatlar, insan hüquq və azadlıqlarının qorunması, siyasi məhbuslar barədə birtərəfli hesabatlar hazırlayıb. Kristofer Ştrasserin Bakıda keçirilən “Eurovison-2012” mahnı müsabiqəsi ərəfəsində qaldırdığı əsassız hay-küy hələ yaddaşlardan silinməyib. Həmin vaxt ölkəmizdə keçiriləcək musiqi bayramı özünü beynəlxalq səviyyəli “hüquq müdafiəçisi” kimi təqdim edən, əslində isə müəyyən dairələrin “siyasi sifariş aləti” funksiyasını yerinə yetirən Ştrasseri qəm dəryasına qərq etmişdi. Azərbaycana yönəlik qərəzli açıqlamalarının eşidilməməsi Ştrasseri özündən çıxarır və daha da aqressivləşdirirdi.
Azərbaycan cəmiyyəti Ştrasserin ölkəmizə, xalqımıza arzuolunmaz münasibətini bir daha AŞ PA-nın qış sessiyasında gördü. AŞ PA-nın qış sessiyasının 23 yanvar gününü Azərbaycan günü də adlandırmaq olar. Həmin gün, həm də, “Azərbaycanda siyasi məhbusların izlənilməsi”nə dair məruzəsi rədd edilən Ştrasserin “qara günü” idi. Ştrasser məruzəsində azadlığa buraxılmış məhbusları, AŞ PA baş katibinin 2001-ci ildə təyin etdiyi müstəqil ekspertlərin siyasi məhbus saymadıqları dustaqları, terrorçuları, Azərbaycanda mövcud dövlət quruluşunu dəyişməyə cəhd göstərmək kimi ağır cinayətdə ittiham olunanları və digər belə cinayət törətmiş şəxsləri “siyasi məhbus” kimi təqdim etmişdi. Şübhəsiz ki, onun subyektiv mülahizələrə söykənərək və siyasi sifariş yerinə yetirərək hazırladığı məruzə rədd edildi. Ştrasserin hazırladığı məruzənin rədd edilməsi bu kimi ucuz vasitələrlə Azərbaycana təsir etməyin perspektivinin olmadığını göstərdi.
Qondarma “Milli şura”nın dayaqlarını xaricdə axtaran Rüstəm İbrahimbəyovu AŞ PA-da Azərbaycan üzrə məruzəçi mandatı aldıqdan dərhal sonra ölkəmizə qarşı xəbis niyyətlərini gerçəkləşdirməyə çalışan Ştrasserlə eyni “dəyərlər” birləşdirir. Ştrasserin (eləcə də, bu qəbildən olan digərlərinin-M.A.) və Rüstəm İbrahimbəyovun səsləndirdiyi fikirlərdə çoxlu paralellər aparmaq mümkündür. Almaniya turnesində Ştrasserlə görüşməyi özünə şərəf bilən Rüstəm İbrahimbəyov da Azərbaycan cəmiyyətinə eyni dərəcədə sayğısız, ögey münasibət bəsləyir. Qoca kinodramaturq içində əbədi bir erməni sevgisi daşıyır. O, Bakıdan köçüb gedən ermənilərə görə nostalji hisslər yaşadığını etiraf etməkdən çəkinmir, hətta bu barədə xarici mətbuatda məqalələr dərc etdirir. Rüstəm İbrahimbəyovu Azərbaycan cəmiyyətinə necə aid etmək olar ki, o, yenə xarici mətbuata müsahibəsində Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirir, bu regionun Ermənistanla daha çox bağlı olduğunu iddia edir? Son müsahibəsində isə qoca kinodramaturq yenə ermənilərə yarınaraq onları tərifləyib, dağ başına qaldırıb, regionlardan paytaxta gələn soydaşlarımızı isə aşağılayıb.
Yeri gəlmişkən, qondarma “Milli şura”dan bəhs edən R.İbrahimbəyov iddia edir ki, “bu dəfə ssenarini mən yox, bizim xalqımız yazıb”.
Görəsən, Azərbaycan xalqı tanımadığı birisi haqqında necə ssenari yaza bilər? Yəqin ki, o, xəyalında yenə də xarici faktor canlandırır və hələ də vətəndaşı olduğu şimal qonşumuzu nəzərdə tutur.
Rüstəm İbrahimbəyov Almaniyanın “Zenit” jurnalına müsahibəsində isə bildirib ki, onun “Milli şura”ya sədrliyi ilə bağlı iştirakı olmadan, operativ qərar verilib: “Lakin heç vaxt düşünmürdüm ki, mən bu qurumun sədri olaram”.
Hə, bu proses çox operativ olub. Bu gün “Milli şura” ideyası yaranıb, səhəri gün qurum təsis olunub, o biri gün də İbrahimbəyov onun sədri seçilib. Yazığın heç nədən xəbəri olmayıb. Gecə saat 2-də zəng edib deyəndə ki, “Milli şura”nın sədri seçilirsən, həyəcandan çarpayıdan aşıb. Hamının gözü qarşısında, xarici ssenari əsasında baş verən bu iyrənc prosesi belə yüksək statusa mindirmək, özünü məzlum birisi kimi qələmə vermək tipli eybəcərliyi yalnız İbrahimbəyovdan gözləmək olar.
Bütün bunlar “Milli şura” sədrinin və artıq “vahid namizəd”inin milli-mənəvi dəyərlərdən çox uzaq olduğunu təsdiqləyir. Bu sıraya Rüstəm İbrahimbəyovun özünün dilə gətirdiyi “donuz əhvalatı”nı da əlavə etsək, onda qoca kinodramaturqun daxili-mənəvi keyfiyyətləri barədə daha dolğun təsəvvür yaranar. Belə birisinin Avropa miqyasında Azərbaycanı nüfuzdan salmaq kampaniyası aparmağa çoxsaylı cəhdlər göstərən Ştrasserlə (tək Ştrasserləmi?-M.A.) görüşməsi və bunu özünə şərəf sanması başadüşüləndir. Necə deyərlər, taylı-tayını tapmasa, günü ah-vayla keçər...

 
  • Oxunub:  25080  |  
  • Tarix:  27-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA