Ana səhifə »  Müəlliflər »  Mətbuatımızın XXI əsrdəki əsas konsepsiyası
A+   Yenilə  A-
Mətbuatımızın XXI əsrdəki əsas konsepsiyası
Yazdı: Hikmət BABAOĞLU

Prezident İlham Əliyevin jurnalistlərin qarşısındakı nitqi XXI əsr Azərbaycan jurnalistikasının konseptual əsaslarını özündə əks etdirir, yeni istiqamətlər və prinsipləri müəyyənləşdirir

Jurnalistikamıza verilən ədalətli və obyektiv qiymət
22 iyul 2013-cü il tarixində Azərbaycan mətbuat tarixində əlamətdar bir hadisə gerçəkləşdi. Milli Mətbuat Günündə Azərbaycanda fəaliyyət göstərən böyük jurnalist ordusundan 156 nəfərə mənzil verildi. Bu, 138 illik Azərbaycan mətbuatında heç vaxt olmayan hadisədir. Ümumiyyətlə, əgər hadisənin miqyasını bir qədər də dərinləşdirsək, dünya mətbuatı tarixində də rast gəlinməyən bir hadisədir. Bu gün qətiyyətlə deyə bilərik ki, heç bir ölkədə bu vaxta kimi heç bir dövlət başçısı tərəfindən mənzil tikilib təmir etdirilərək jurnalistlərə paylanmayıb. Jurnalistlər bunu, ilk növbədə, Azərbaycan dövlətinin və hakimiyyətinin Azərbaycan Milli Mətbuatına dəstəyi və qayğısı kimi qiymətləndirməlidirlər. Və bu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin - jurnalistlərin böyük dostunun ölkə jurnalistikasına hədiyyəsidir. 
Jurnalistika və mətbuat çox böyük imkanlara sahib olan ciddi bir ictimai institutdur. O, günümüzdə çox müxtəlif funksiyaları özündə ehtiva edir. Nəzərə alsaq ki, son dövrlərdə informasiya - kommunikasiya texnologiyalarının inkişafı fonunda jurnalistikanın əhəmiyyəti bir qədər də artıb, o zaman Azərbaycan ictimai fikrində, canlı orqanizm olan Milli Mətbuatın necə böyük rol oynadığını görmüş olarıq. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elə giriş nitqindəcə qeyd etdi ki, jurnalistlərin peşəsi çox ağırdır və məsuliyyətlidir. Hesab edirik ki, bu, Azərbaycan jurnalistlərinə və bütövlükdə jurnalist peşəsinə verilən ən doğru, ən obyektiv, ən ədalətli qiymətlərdən biridir. Çünki jurnalistlər həyatı boyunca intellektual əməklə məşğul olan bir zümrədir. Və iş prosesində onların zehni əməkləri daima istismar olunur. Buna görə də, müəyyən bir yaş həddindən sonra jurnalistin jurnalist kimi fəaliyyət göstərməsi bir qədər çətinləşir. Amma bununla bərabər, bu çətin və eyni zamanda, şərəfli peşənin sahibləri cəmiyyət, millət, daha geniş mənada isə dövlət üçün çox ciddi işlər görmüş olurlar. Əgər onlar doğrudan da jurnalistikanın əxlaq kodeksinə və peşə etikasına riayət edirlərsə və yaradıcılıqları boyunca milli-mənəvi dəyərləri unutmurlarsa bu onların ciddi bir vətəndaş kimi cəmiyyətə təsir etmək imkanlarını artırır. Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti bu ağır əməyi yüksək qiymətləndirdiyi üçün belə bir qətiyyətli addım atdı. 
Hakimiyyət-mətbuat münasibətlərinin orijinal nümunəsi 
Qeyd etdik ki, jurnalistikanın əsas funksiyalarından biri də təşkilatlandırmaq, inteqrasiya etdirmək, səfərbər etmək, milli maraqları qorumaqdır. Amma jurnalistikanın əsas funksiyası heç şübhəsiz ki, cəmiyyətdə fikir plüralizmini təmin etmək, azad sözə dəyər verməkdir. Ayrı-ayrı fikirlərə, dünya görüşünə sahib olan insanların, vətəndaşların öz fikirlərini, düşüncələrini geniş ictimaiyyətə çatdırmaq demokratik cəmiyyətin formalaşmasına yardım etmək və alternativ fikirlərlə cəmiyyəti tanış etməkdir. Azərbaycanda da söz və mətbuat azadlığı təmin edildiyi üçün Azərbaycan Respublikasının Prezidenti jurnalistlərlə görüşdə diqqəti məhz bu məsələnin üzərinə yönəltdi. Cənab Prezident qeyd etdi ki, mənzil alan jurnalistlər arasında müxtəlif mətbu orqanların əməkdaşları, müxtəlif siyasi baxışlara sahib olan insanlar var. Bu isə olduqca təbiidir. Və bu bölgünün özü onu göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir. Bu fikir bugünkü Azərbaycan reallığını və dövlət - mətbuat münasibətlərinin hansı səviyyədə olduğunu göstərir. Təşəkkül tapmış söz və mətbuat azadlığı Konstitusion əsaslara və siyasi iradəyə söykənir. Hər nə qədər müxtəlif fikirlər səslənsə belə, ortada bir həqiqət var: bu gün Azərbaycandakı siyasi hakimiyyət özünü məhz söz azadlığının, demokratik hüquqların bərqərar olunması yönündə qətiyyətli addımlar atmaqla cəmiyyətdəki azadlığın və demokratik inkişafın qarantı kimi görür. Ona görə də, Azərbaycanda hər bir jurnalist öz fikirlərini açıq və sərbəst şəkildə bildirir və müxtəlif siyasi təmayüllü mətbu nümunələri formalaşdırıb inkişaf etdirir. Əgər biz Azərbaycan mətbuatının son on ildəki inkişaf tarixinə nəzər salsaq görərik ki, dövlət Milli Mətbuatın inkişafı üçün əlindən gələni edib. Nəzərə alsaq ki, Azərbaycanda Milli Mətbuatın maliyyə əsasları bir qədər zəif və kövrək təməllər üzərində qurulub, o zaman 2008-ci ildə qəbul edilən “KİV-in inkişafina dövlət dəstəyi konsepsiyasi”nın nə qədər əhəmiyyətli olduğunu görərik. Və eyni zamanda, biz onu da qeyd edə bilərik ki, 2009-cu ildən başlayaraq, siyasi təmayülündən, mövqeyindən, tənqidçi, təqdirçi və yaxud orta mövqedə olan hansı növ milli mətbuatı təmsil etməsindən asılı olmayaraq, gündəlik çıxan bütün qəzetlərə eyni məbləğdə yardım edilib. Bu isə əlbəttə ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsinə söykənərək baş verib.
Azad internet sosial medianın inkişafını şərtləndirir
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilib. Bununla bərabər, bu gün “sosial media” və ya “internet mediası” deyilən yeni bir jurnalistika forması meydana çıxmaqdadır. Əlbəttə, bu, dünyanın istənilən ölkəsində qəbul edilən reallığa çevrilib. Hər nə qədər bəziləri tərəfindən bu media qurumları qəbul edilməsə də, dünyada qəbul edilən məqam ondan ibarətdir ki, bu gün belə bir ictimai kommunikasiya vasitəsi, cəmiyyətin bütün üzvlərinin rahatlıqla bir-biri ilə ünsiyyət qura bildiyi bir platforma var və bu bir gerçəklikdir. Ona görə də, məhz öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, Azərbaycanda internet sözün əsl mənasında azaddır. Bu fikirdən biz belə bir nəticəyə gəlirik ki, cənab Prezident interneti də söz və mətbuat azadlığını təmin edən vasitələrdən və modellərdən biri kimi görür. Bu baxımdan hər zaman Azərbaycanda internetin azad və sərbəst olması diqqət mərkəzində saxlanılır. Yeni yaranan bu sferaya Azərbaycan dövlətinin diqqəti sonsuzdur. 
Milli mətbuatımızın inkişafı yüksək qiymətləndirildi
Bundan başqa, cənab Prezident bir daha ölkəmizdə jurnalistika - cəmiyyət, Milli Mətbuat - dövlət münasibətlərini xarakterizə edərkən bildirdi ki, ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən çox yüksək qiymətləndirirəm. Bu indiki mərhələdə Azərbaycan Respublikasının Prezidentinin mətbuatımıza verdiyi qiymət idi və hesab edirəm ki, bu yüksək qiymət Azərbaycan mətbuatının nümayəndələrinin üzərinə həm böyük məsuliyyət, həm də ciddi vəzifələr qoyur. Əslində, jurnalistikanın cəmiyyətdə oynadığı rolla bağlı cənab Prezident ətraflı fikirlər səsləndirdi və qeyd etdi ki, müstəqil Azərbaycan dövləti sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi heç şübhəsiz bizim gücümüzü artırır. Bu fikirlər indiki mərhələdə Azərbaycanda ictimai ahəngdarlığın təmin olunmasında, Azərbaycanda siyasi proseslərin düzgün istiqamətdə getməsində, siyasi sistemin formalaşmasında jurnalistikanın rolunun nə qədər yüksək olduğunu bildirən bir məqamdır. Amma bununla bərabər Azərbaycan mətbuatında bəzi hallarda tənqidçi, bəzi hallarda isə təhqirçi və şantajedici materiallara da rast gəlmək mümkündür. Cənab Prezidentin çıxışında da bu məqamlar öz əksini tapdı. Bütövlükdə, Azərbaycan mətbuatının indiki vəziyyətini yüksək qiymətləndirən cənab Prezident bu məsələlərə də diqqət yetirdi. 
Jurnalistlər vətənpərvər olmalıdırlar
Əslində, Prezident İlham Əliyevin jurnalistlərin qarşısındakı çıxışı XXI əsr Azərbaycan jurnalistikasının konseptual əsaslarını, yeni istiqamətlər və prinsipləri özündə əks etdirdiyini desək yanılmarıq. Burda bir məqamı qeyd etmək istərdim ki, cənab Prezident iki məsələnin üstündə xüsusi olaraq dayandı. Bunlardan biri jurnalistlərin obyektiv olması, vətəndaşlıq, öhdəçilik vəzifələrini unutmaması, ikincisi isə dövlətinə və dövlətçilik prinsiplərinə sədaqətlə yanaşaraq Vətənin və millətin maraqlarını ifadə etmələri ilə bağlı idi. 
Azad mətbuat həm də məsuliyyətli mətbuat kimi qavranılmalıdır
Cənab Prezident bir məqamı da xüsusi ilə vurğuladı ki, mətbuat azad olanda jurnalistlərin sözə qarşı məsuliyyəti ön plana çıxır. Hesab edirik ki, bu çağırış, bu tezis Azərbaycan milli mətbuatının bugünkü inkişaf mərhələsi ilə sözün əsl mənasında səsləşir və onun inkişaf tempinə bir növ işıq tutur. Əslində, vətənpərvərlik mövzusu bu və ya digər platformada, hər zaman aktual olmuşdur. Biz bilirik ki, vətənpərvərlik milli-mənəvi dəyərlər kateqoriyasına aid olmaqla, ölkədə həm ictimai münasibətləri, həm siyasi münasibətləri, həm də xüsusi ilə müharibə şəraitində olan dövlətdə hərbi - psixoloji münasibətləri tənzimləyən əsas vasitələrdən biridir. Ona görə də, cənab Prezident öz çıxışında jurnalistlərin vətənpərvərliyi məsələsini ön plana çəkdi - Azərbaycan hazırda müharibə şəraitində yaşayır. Qloballaşan dünyada hər bir ölkə bu gün rəqabət şəraitində yaşayır. Bu gün dünyada gedən proseslər millətlərin, xalqların rəqabətinin fonunda baş verir. Beynəlxalq münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Bu keşməkeşli dövrdə, qloballaşan dünyada, internet resurslarının, digər sosial media təsisatlarının istər ölkədaxili, istərsə də ölkədən kənarda baş verənlərə, ölkədəki ictimai rəyə ciddi mənada təsir etdiyi bu zamanda hər bir jurnalistin boynuna çox ciddi vəzifələr düşür. Çünki yazılan, deyilən hər bir söz həm Azərbaycanın ümumi mənafeyinin xeyrinə ola bilər, həm də ziyanımıza olub bizə qarşı silah kimi də istifadə oluna bilər. Hesab edirik ki, cənab Prezidentin “jurnalist vətənpərvərliyi” məfhumu altında qeyd etdiyi fikirlərin məzmunu da məhz bundan ibarət idi. 
Prezident qeyd etdi ki, jurnalistlərin vətənpərvər olmaları çox vacib bir məsələdir və bundan dərhal sonra sözü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin üzərinə gətirdi. Cənab Prezident Azərbaycanın media nümayəndələrinə çağırış edərək bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması üçün daha da böyük işlər görülməlidir. Biz bilirik ki, Azərbaycanda 2007-ci ildən başlayan hücum diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında çox ciddi və mühüm işlər görülüb. Bu gün artıq dünya ictimai rəyində Azərbaycan həqiqətləri oturuşmağa başlayıb. Təsadüfi deyil ki, artıq dünyanın bir çox ölkələrində Azərbaycanla bağlı həqiqətlər qəbul olunub. Xocalı soyqırımına diqqət çəkən cənab Prezident qeyd etdi ki, bu həqiqətlərin dünya mediasında işıqlandırılması olduqca vacibdir. Cənab Prezidentin jurnalistlər qarşısındakı çıxışında da bu çağırış var idi. Daxili informasiya bazarında baş verən bəzi neqativ hallara da toxunan cənab Prezident, eyni zamanda, Azərbaycan mediasının inkişaf tendensiyasının ciddi və rasional istiqamətdə getdiyini jurnalistlərin diqqətinə çatdırdı. 
Bəllidir ki, zaman-zaman xarici mətbuatda Azərbaycan haqqında müxtəlif qərəzli, böhtan dolu, yalan informasiyalar dərc olunur və bu bizim xaricdəki imicimizə mənfi təsir edir. Bəzən isə Azərbaycan mətbuatında elə materiallar yer alır ki, onlar xarici mətbuatda sadəcə tərcümə olunaraq dərc edilir. Məhz bu cür məsələlərin yolverilməz olduğunu bildirən cənab Prezident qeyd etdi ki, tənqid etmək olar, lakin Azərbaycan dövlətçiliyinin, Azərbaycanın milli mənafeyinin əleyhinə olan yazıları yazmaq yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı mətbuat nümayəndələrinin diqqətini bu məqama da yönəltmiş oldu.
Sosial mediaya ayrıca vurğu
Sonda internet mediasının önəmini vurğulayan cənab Prezident bildirdi ki, bu gün dünyada internet mediası çox böyük önəmə sahibdir. Bu gün bizim əlimizdə internet resursları var və biz bundan yetərincə ciddi bir şəkildə istifadə etməliyik. Söylənilən bu fikir Azərbaycandakı internet istifadəçilərini daha da cəsarətləndirdi ki, Azərbaycanda əsla və əsla internet məhdudiyyəti olmayacaq. Amma eyni zamanda, üzərimizə vəzifə qoyuldu ki, internet mediasında olan Milli Mətbuatımızın nümayəndələri məsuliyyətli olmalıdırlar. Yəni, bu universal vasitədən milli maraqlarımız naminə istifadə etməlidirlər. 
Əlbəttə, görüş yüksək əhval-ruhiyyədə keçdi və Prezident İlham Əliyev ölkənin siyasi-ictimai, sosial-iqtisadi gələcəyi ilə bağlı öz fikirlərini bildirdi. Jurnalistlər üçün bundan başqa yenə də mənzillərin tikiləcəyini söyləyən ölkə başçısı elə dərhal da yeni binanın əsasını qoydu. 
Jurnalist peşəsinə verilən yüksək qiymət mətbuata intellektualların axınını təmin etməklə yeni keyfiyyət dəyişikliyi yaradır
Cənab Prezident ölkənin mətbuat nümayəndələrinə bildirdi ki, bu binada mənzillə təmin olunmayan, amma buna layiq olan jurnalistlərin mənzillə təmin olunması üçün əlavə tədbirlər görüləcək. Bu yerə gələcəkdə “jurnalistlər şəhərciyi” deyiləcək. Bu da o deməkdir ki, cənab Prezident hesab edir ki, bu gün Azərbaycanda mənzil almağa layiq olan xeyli sayda jurnalist var və hesab edirik ki, bu cür qiymətləndirmə Azərbaycan jurnalistlərinə verilən bir avansdır. Çünki dünyanın heç bir yerində heç bir peşə sahibinə belə mənzil verilmir. Bu, eyni zamanda, jurnalist peşəsinin cəmiyyətdəki ictimai nüfuzunun artırılmasına yönəlmiş bir addımdır. Jurnalist peşəsinin nə qədər ciddi nüfuza sahib olduğunu elə cənab Prezident bu addımla bir daha təsdiqləmiş oldu. Bu diqqət və qayğının nəticəsində yeni intellektual, təfəkkürlü gənclik Azərbaycan jurnalistikasına üz tutacaq. Biz bu gün qəti əminliklə deyə bilərik ki, sosial təminat baxımından jurnalistika ölkəmizin ən perspektivli sahələrindən biridir. Növbəti mənzilin özülünün atılması ilə cənab Prezident bu prosesin bundan sonra da davam etdiriləcəyinə toxundu və qeyd etdi ki, buraya gələcəkdə “jurnalistlər şəhərciyi” deyəcəklər. Bu isə o deməkdir ki, həmin ərazidə bundan sonra da belə binalar tikiləcəkdir. 
Zərdabiçilərin arzularının təntənəsi günü
22 iyul 2013-cü il tarixi Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin arzularının çin olduğu, ruhunun şad olduğu bir gündür. Çünki Azərbaycan mətbuatı fəaliyyət göstərdiyi 138 illik tarixi boyunca heç bir zaman bu qədər azad və müstəqil olmayıb. Söz və mətbuat azadlığı heç bir zaman bu qədər dövlət tərəfindən dəstəklənməyib və himayə edilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan Respublikasının Prezidenti ölkəmizdə sivil, demokratik, hüquqi cəmiyyətin bərqərar olmasında maraqlıdır, siyasi iradə olaraq alternativ fikrə dözümlüdür. Fərqli düşüncəli mətbuatı qəbul edir, amma haqlı olaraq neqativ tendensiyaların doğru olmadığı fikrini də irəli sürür. 
Bu hadisə Azərbaycan mətbuat tarixinə qızıl hərflərlə yazıldı. Eyni zamanda, bu hadisə jurnalistikamızın və Milli Mətbuatımızın inkişafını stimullaşdırdı. Bu məsuliyyətli dövrdə, ziddiyyətli məqamların olduğu, bəzi anti-azərbaycançı qüvvələrin ölkəmizə qarşı aqressiv fəaliyyət göstərdiyi bu zamanda milli mətbuatımız milli maraqlarımızı, dövlətçiliyin əsaslarını, dövlət maraqlarını qorumaq üçün əlindən gələni etməlidir. Və əminəm ki, Milli Mətbuatımız Prezident İlham Əliyevin bu çıxışını mətbuatımızın XXI əsrdəki fəaliyyətinin əsas konsepsiyası kimi görəcək və öz fəaliyyətlərində bu istiqamətləri rəhbər tutacaqlar.

 
  • Oxunub:  30630  |  
  • Tarix:  26-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA