Ana səhifə »  Müəlliflər »  Azərbaycan gəncliyi öz siyasi taleyini Heydər Əliyev ideyaları ilə bağlayır
A+   Yenilə  A-
Azərbaycan gəncliyi öz siyasi taleyini Heydər Əliyev ideyaları ilə bağlayır
Yazdı: Aqşin Şahinoğlu

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə partiyamızın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə ilk olaraq, Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Gənclər Birliyinin (GB) sədri Seymur Orucov xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında məlumat verib. Onun sözlərinə görə, bu gün Azərbaycanın hər bir bölgəsində Ulu öndərimizin izləri görünür. O, dahi liderimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını söyləyib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin əziz xatirəsini yad edir. Hər il dekabr ayının 12-də Ulu öndəri yad edən Azərbaycan xalqı bir yandan Heydər Əliyevin böyük şəxsiyyətinə, Onun ideyalarına, Onun qoyub getdiyi zəngin irsə öz hörmət və ehtiramını ifadə edir, digər yandan isə bu hörmət və ehtiramda bütövlükdə Azərbaycan dövlətçiliyinə, azərbaycançılığa, Vətənə hörmət və ehtiram ifadə olunur. Çünki Azərbaycan xalqının və hər bir Azərbaycan vətəndaşının düşüncəsində Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsaslarını qoymuş insan kimi qavranılır. Onun sözlərinə görə, bugünkü gənclik Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqımızın qarşısında xidmətlərinin misilsiz bəhrələrini görməkdədir. Azərbaycanın uğurları, bugünkü Azərbaycanın gerçəklikləri və bu gerçəkliklər kontekstində bütövlükdə qarşımızda açılan perspektivlər birbaşa Ulu öndər Heydər Əliyevin titanik xidmətlərinin, müdrikliyinin və Onun müəyyənləşdirdiyi siyasətin nəticəsidir: “İstər ötən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi nəticəsində o zaman SSRİ-nin tərkibində olan Azərbaycanın inkişafı və bu inkişaf nəticəsində yaradılmış zəngin infrastruktur olsun, istərsə də ötən əsrin 90-cı illərində Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda həyata keçirilən siyasət və onun nəticələri olsun, bütövlükdə bugünkü müasir Azərbaycanın reallıqlarının formalaşmasında əhəmiyyətli rol oynamışdır. Bu reallıqlar həm də gələcək Azərbaycanın inkişaf perspektivlərini müəyyənləşdirir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz o ideyaları reallaşdırır və bunun əsasında Azərbaycan öz inkişafına davam edir”.
Bütövlükdə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışarkən bir neçə daha vacib və daha əhəmiyyətli məqamları vurğulayan Əli Əhmədovun bildirdiyinə görə, birinci məqam Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə bağlıdır. YAP Sədrinin müavini deyib ki, yüksək intellektual səviyyəsi, müdrikliyi, uzaqgörənliyi, qətiyyəti, cəsarəti, şəxsi keyfiyyət parametrləri Heydər Əliyevin qarşısına qoyduğu vəzifələri həyata keçirməsini şərtləndirən əsas amillərdəndir. Bu keyfiyyətləri Onun böyük bir lider kimi formalaşmasına zəmin yaratmışdır. Digər bir məqam isə Ulu öndər Heydər Əliyevin Azərbaycana dərindən vurğun olması, Azərbaycan sevgisi idi. Bu, Onun həyata keçirdiyi siyasətin uğurlar qazanmasının kökündə dayanan fundamental əsaslardan biridir. İstedad, müdriklik, şəxsi keyfiyyətlər o zaman dövlət və millət qarşısında müstəsna xidmətlər göstərmək üçün şərt ola bilir ki, eyni zamanda, öz millətinə, dövlətinə, xalqına dərindən bağlı olasan. “Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə, xalqına dərindən bağlılığı Onun özündə birləşdirdiyi şəxsi keyfiyyətləri ilə qovuşaraq Azərbaycan xalqı qarşısında məlum olan xidmətlərinin həyata keçirilməsini təmin edib. Üçüncü məqam - Azərbaycan xalqının Ulu öndərə inamı, Onu dəstəkləməsi, Onun həyata keçirdiyi siyasi kursa sadiqliyi də Heydər Əliyevin qarşısına qoyduğu vəzifələrə nail olmağa, bu qədər əzəmətli tarixi missiyanı yerinə yetirməyə əsas yaratmışdır. Beləliklə, bu üç amili birlikdə nəzərdən keçirərək Heydər Əliyev fenomenini, Onun Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin daxili məntiqini, fəlsəfəsini dərindən dərk etmək düzgün olardı”, - deyən YAP Sədrinin müavini əlavə edib ki, Heydər Əliyevin Sovetlər dövründə Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərinin ən böyük mənası Azərbaycanın yüksəlişi, iqtisadi inkişafı, mədəni, mənəvi tərəqqisi zəmnində xalqımızın özünəinamının gücləndirilməsində, özünü ifadə etmək istəklərinin möhkəmləndirilməsində ifadə olunur. Əli Əhmədov deyib ki, bu hissləri formalaşdırmaq üçün hər şeydən əvvəl Azərbaycanı inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək lazım idi. O zaman XX əsrin 60-cı illərində SSRİ-nin tərkibində 15 müttəfiq respublikadan biri olan Azərbaycan digər respublikalarla müqayisədə çox geri qalırdı. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi və təqribən 1-2 ildən sonra Azərbaycan SSRİ-nin ən qabaqcıl, ən sürətlə inkişaf edən respublikasına çevrildi. Bu, həm sənayenin, kənd təsərrüfatının sürətli inkişafında, həm də mədəniyyətin tərəqqisində ifadə olunurdu. Beləliklə də, respublikanın sürətli inkişafı Azərbaycan vətəndaşlarında milli iftixar, milli qürur, özünəinam, özünü ifadə etmək hisslərini formalaşdırdı. “Millətin inkişafı özünəinamdan və özünə inam əsasında özünü ifadə etmək istəyinin qabarıq şəkildə özünü göstərməyindən asılıdır. Bu mənada vurğulamaq istəyirəm ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda geniş vüsət almış milli hərəkatda da Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı siyasət nəticəsində Azərbaycanın inkişafı və bütövlükdə azərbaycançılıq məfkurəsinin güclənməsi, möhkəmlənməsi həlledici rol oynayırdı. Millət özünü dərk etmişdi və özünü dərk edən millət özünü ifadə etməyə çalışırdı”, - deyən Əli Əhmədov qeyd edib ki, 1969-cu ildə Azərbaycan böhranlı bir vəziyyətə gəlib çıxanda iqtisadi, mənəvi-psixoloji durumda Ulu öndər Heydər Əliyev bu missiyanı öz üzərinə götürdü. O, qısa müddətdə bu missiyanı layiqincə yerinə yetirərək Azərbaycanı SSRİ-nin geridə qalmış bir ölkəsindən ən inkişaf etmiş respublikasına çevirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində bizə məlum olan səbəblərdən Azərbaycan çox ağır bir vəziyyətə düşəndə yenə də tarix Heydər Əliyevin üzərinə ölkəni böhranlı vəziyyətdən çıxarmaq kimi əzəmətli və çətin, eyni zamanda, şərəfli bir missiyanı qoydu. Ulu öndər Heydər Əliyev bu missiyanı da layiqincə, şərəflə yerinə yetirdi. Azərbaycan həm böhrandan çıxdı, həm də ölkəmizin sürətli inkişafının fundamental bünövrəsi yaradıldı. Heydər Əliyev müdrikliyi Azərbaycanın gələcək, yeni dövrün çağırışlarına uyğun olaraq inkişafı üçün konseptual islahatlar həyata keçirilməsinin strategiyasını hazırladı. Həmin konsepsiya bütün sahələri əhatə etməklə, yeni, müasir Azərbaycanın ilk olaraq konturları müəyyənləşdirildi, sonra isə həmin konsepsiyaya uyğun olaraq yeni Azərbaycanın yaradılmasına başlanıldı.
O, həmçinin, vurğulayıb ki, Heydər Əliyevin şəxsiyyətinin miqyasını göstərən ən mühüm göstərici Heydər Əliyevdən sonra Onun ideyalarının yaşaması və Azərbaycana xidmət etməsidir: “Bütövlükdə şəxsiyyətin tarixi miqyası onunla müəyyənləşir ki, onun ideyaları şəxsiyyətin yaşadığı dövrün xronoloji çərçivəsindən kənara çıxır. Bu ideyalar özündən sonra da yaşayır, xidmət edir, inkişafa təkan verir. Bu parametrlə yanaşdıqda, sözün həqiqi mənasında Ulu öndər Heydər Əliyevin çox genişmiqyaslı tarixi şəxsiyyət olduğunu biz bir daha qavrayırıq”.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin, eyni zamanda, Heydər Əliyev ideyalarını yaşadan, bu ideyaların daşıyıcısı kimi çıxış edən Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin rəhbərliyi altında yaradıldığını xatırladan YAP İcra katibi əlavə edib ki, ötən 20 il ərzində genişlənmiş, güclənmiş, möhtəşəm bir siyasi təşkilata çevrilmiş Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarından qidalanır, həmin ideyaları daşıyaraq, yayaraq, həmin ideyaların həyata keçirilməsi yönündə fədakarlıqlar göstərir. Bu missiyanın həyata keçirilməsində YAP-ın gənclərinin üzərinə böyük vəzifələr düşür. Düşünürəm ki, YAP-ın gəncləri bu şərəfli missiyanı, vəzifəni ləyaqətlə yerinə yetirirlər. Xüsusi məmnunluqla qeyd etmək istəyirəm ki, YAP-ın sıralarına hər il 25-30 min yeni üzvlər daxil olur ki, bunların da 50 faizindən çoxunu gənclər təşkil edir. Bu o deməkdir ki, Azərbaycan gəncliyi də siyasi taleyini Heydər Əliyev ideyalarına bağlayır, Heydər Əliyevin ideyalarından qidalanan və bu ideyaların daşıyıcısı kimi özünü ifadə edən YAP ilə siyasi talelərini bağlayırlar. Onlar öz gələcəklərini YAP-da görürlər. Bu, heç də təsadüfi deyil. Bununla Azərbaycan gəncliyi öz həyatlarından məmnunluqlarını ifadə edir, ölkəmizdəki inkişaf, siyasi sabitlik, inkişafın hər bir Azərbaycan ailəsinə gətirdiyi faydalar YAP-ın populyarlaşmasının və çoxlu sayda vətəndaşlarımızın YAP sıralarına daxil olmasını şərtləndirir.
“Həyat dəyişir, inkişaf edir və bu inkişaf fonunda qarşımıza yeni-yeni vəzifələr çıxır. YAP 20 il ərzində mütəmadi olaraq bütün vəzifələrin öhdəsindən şərəflə gəldiyi kimi bu gün də həyatın bizim qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gələcək”, - deyən YAP Sədrinin müavini Əli Əhmədov qarşıda duran hədəflərdən də danışıb. Onun sözlərinə görə, Azərbaycan xalqının 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təsəvvürlərinin mayasını təşkil edən ideya növbəti beş ildə də ölkəmizə İlham Əliyevin rəhbərlik etməsi ilə əlaqədardır. Əli Əhmədov hesab edir ki, belə bir ictimai düşüncənin formalaşması Azərbaycanın inkişafı, bu inkişafın hər bir Azərbaycan vətəndaşının ailəsində özünü göstərməsi ilə əlaqədardır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da ölkəmizin inkişafını cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etməsində gördüyündən 2013-cü il prezident seçkilərində də özünün namizədi kimi məhz İlham Əliyevi görür: “Düşünürəm ki, bu fikirləri, bu yanaşmanı sizin təmsil etdiyiniz Azərbaycan gəncliyi də görür. Çünki Azərbaycan gəncliyi İlham Əliyevin rəhbərliyinin ortaya qoyduğu reallıqlardan, inkişafdan, əmin-amanlıqdan faydalanır. Bütün bunlar toplum halında Azərbaycan gəncliyinin də 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar namizədini məhz İlham Əliyevin şəxsiyyətində görməsini şərtləndirir. Hesab edirəm ki, YAP-ın bütövlükdə, bu partiyanın sıralarında birləşmiş hər bir gənc üzvünün də qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, Heydər Əliyev ideyalarına, Onun siyasi irsinə sədaqətinizi bir daha sübut etməklə 2013-cü ilin prezident seçkilərində yüksək ictimai-siyasi fəallığı nümayiş etdirək, Azərbaycanımızın Heydər Əliyev ideyaları əsasında bundan sonra da inkişafı üçün ən vacib şərtlərdən biri olan İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi üçün lazım olan fədakarlığı göstərək”.
Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP GB ofisinin rəhbəri Sərraf Hüseynov, ofisin koordinatoru Vüsalə Niftəliyeva, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb, bu gün müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətinin uğurlarından danışıblar.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  42240  |  
  • Tarix:  13-12-2012  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib
18 İyul 14:21
Lerikdə YAP gəncləri flaşmob təşkil ediblər
18 İyul 13:57
Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
18 İyul 13:51
FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
18 İyul 13:44
“Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq
18 İyul 13:40
Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib
18 İyul 13:38
Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var
18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25