Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin namizəd oyunu yeni mərhələyə qədəm qoyur
A+   Yenilə  A-
Radikal müxalifətin namizəd oyunu yeni mərhələyə qədəm qoyur
Yazdı: Pərviz Sadayoğlu

AXCP ilə “Müsavat” alternativ namizəd üçün gizli fəaliyyətə keçib
Bir müddət öncəyə qədər “vahid namizəd” tapdıqları üçün sevincləri yerə-göyə sığmayan radikal müxalifət düşərgəsinə yenidən ölü bir sükut çöküb. Belə ki, illərdir məğlubiyyətə məhkum radikal düşərgə partiyaları xarici ermənipərəst qüvvələrin maliyyə dəstəyilə yenidən “birlik oyunu” nümayiş etdirməyə cəhdlər göstərirdlilər. Təbii ki, öz xələflərindən heç bir özəlliyi ilə fərqlənməyən bu “birlik” də zorən və sifariş əsasında yaradılan bir qondarma qurum kimi xarakterizə olunurdu. Sadəcə, hər zaman bir-birləri ilə apardıqları intriqalarla yadda qalan AXCP və “Müsavat” arasında bu dəfə daha kəskin bir qarşıdurma yaşanır. Belə ki, bu partiyaların təmsilçiləri seçkiyə az bir müddət qalmasına baxmayaraq artıq bir-birlərinə qarşı açıq mübarizə aparır, sosial şəbəkələrdə təhqirlərlə dolu fikirlər ifadə edirlər.
Vurğulamaq yerinə düşər ki, son günlərdə sözügedən iki partiya arasında yaşanan gərginliklər xüsusilə diqqətçəkicidir. Rüstəm İbrahimbəyovun “Milli şura”sının toplantısında qarşıdan gələn prezident seçkilərində iştirakla bağlı qərarından dönməyəcəyini söyləyən İsa Qəmbər bununla “şura”nı saymadığını, daha doğrusu, bu “şura”da iştirakının yalnız formal xarakter daşıdığını nümayiş etdirdi. Belə demək mümkündürsə, İ.Qəmbər Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib seçkilərdə namizəd ola bilmə şansının aşağı olduğunu bildiyi üçün öz namizədliyini geri götürmədi. Vergi qaçaqçısı, başqa ölkənin vətəndaşlığını daşıyan İbrahimbəyovun namizəd olması isə hüquqi cəhətdən mümkünsüz görünür. Bu baxımdan, iki partiya arasındakı namizədlik qovğası yenidən alovlanmağa başlayıb.
Birmənalı şəkildə vurğulamaq lazımdır ki, AXCP və “Milli şura”da yer alan bir sıra partiyaların-ACP, ALP və başqalarının İsa Qəmbərin namizədliyini dəstəkləmək fikirləri yoxdur. Ən azından son dövrlərdə ACP lideri Rəsul Quliyevlə İsa Qəmbğər arasında yaşanan və tənqiddən çox təhqir ruhunda ifadə olunan fikirlər bunu deməyə əsas verir. Yəni, hətta R.İbrahimbəyovun namizəd olma perspektivi tam bitəcəyi halda belə, həmin siyasi partiyalar İsa Qəmbəri öz namizədləri qismində görməyəcəklərini bəyan ediblər.
Təbii ki, “Müsavat” başqanının və partiyanın funksionerlərinin açıqlamasından belə anlamaq olar ki, onlar da başqa namizədi qəbul etmək fikrində deyillər. Yəni, “ya İsa Qəmbər, ya heç kim” ideyasına sadiq qalan partiya bu uğurda “müttəfiqlərini” itirməyi də gözə alıb. Onsuz da İbrahimbəyovun namizədliyinə yarıkönül razılaşan “müsavat”çılar isə yaranan situasiyadan öz xeyirlərinə istifadə etməyə və “şura”da İ.Qəmbərin namizədliyini təsdiq etdirməyə qərarlı görünürlər.
Lakin AXCP və digər partiyaların R.İbrahimbəyovun namizəd olmaycağı halda hətta boykota razılaşıb, amma İsa Qəmbəri dəstəkləməmə haqda fikirləri bir daha göstərir ki, vəziyyət bir az fərqlidir. O mənada ki, artıq İbrahimbəyovla bağlı ümidlərin puça çıxdığını anlayan AXCP əl altından yeni “vahid namizəd” axtarışına çıxıb. Bu mənada özünə yaxın olan mətbu orqanlarda bu mövzunu müzakirə etdirən, radikal partiyaların münasibətini öyrənməyə çalışan AXCP Cəmil Həsənli, Mehman Əliyev və başqa isimləri ortaya atmaqla bir növ “Müsavat”dan da özünün bu yeni oyununda istifadə etmək fikrindədir. Partiyanı “şura birliyini” qorumaq üçün yeni “vahid namizəd”in müəyyənləşməsi istiqamətində apardığı təbliğatın bir hissəsi də “Müsavat”ın bu prosesə mane olmaq istəyini yaymaqdan ibarətdir. Yəni, Müsavat Partiyası yeni namizədi qəbul etməməklə “müxalfətin birliyinə” zərbə vuracaq.
Əlbəttə ki, Əli Kərimli ilə İsa Qəmbərin şəxsi mənada biri-birlərinə qarşı duyduqları antipatiyadan irəli gələn bu oyunlar son nəticəsi xarici ermənipərəst dairələrdən alınan ianələrə sahiblənmək istəyindən doğur. Yəni, İ.Qəmbər düşərgənin “vahid namizəd”i və ya sadəcə, Müsavat Partiyasının namizədi olmaqla həmin maddi vəsaitləri öz inhisarında saxlamaq niyyəti güdür. İ.Qəmbərin əzəli rəqibi Əli Kərimli isə dərk edir ki, indiki halda İ.Qəmbərə qarşı alternativ olma imkanına malik deyil və yeni “vahid namizəd” ideyası ilə özünü kompensasiya etmək fikrindədir. Bu “yeni namizəd” isə kimliyindən asılı olmayaraq birmənalı şəkildə Ə.Kərimlinin istək və arzuları əsasında hərəkət etməli olacaq. Belə demək mümkündürsə, Ə.Kərimli həmin şəxsin vasitəsilə ermənipərəst dairələrin verdiyi pulları əldə etmək niyyəti güdür.
Artıq görünən mənzərə radikal düşərgənin hansı duruma düşdüyünü deməyə əsas verir. O mənada ki, yalançı birliklər yaradan, xalqın etimad göstərmədiyi antimilli fəaliyyətlə məşğul olan bu qüvvələr üçün heç bir dəyər qalmayıb. Bu gün verdikləri sözü sabah rahat şəkildə danan və ya ona qarşı gedən radikal düşərgə təmsilçiləri bir daha göstərir ki, onların savaşı məhz şəxsi mənfəətləri uğrundadır.

 
  • Oxunub:  27150  |  
  • Tarix:  25-07-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA