Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov hər zaman ermənipərəst mövqeyi ilə seçilib
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov hər zaman ermənipərəst mövqeyi ilə seçilib
Yazdı: Mübariz Abdullayev

Xaricdəki anti-azərbaycançı dairələr qondarma “Milli şura” layihəsini qoca kinodramaturqun adına bağlayarkən, ilk növbədə, bu cəhəti əsas götürüblər
Bir vaxtlar kinodramaturq kimi az-çox tanınan, ömrünün ahıl çağında isə siyasətə “kəllə vuran” Rüstəm İbrahimbəyovu bir çox cəhətdən xarakterizə etmək mümkündür. Lakin qoca kinodramaturqun xarakterinin əsas xüsusiyyəti onun ermənipərəst olmasıdır. Bu cəhət onun tərcümeyi-halından qırmızı xətlə keçir, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Rüstəm İbrahimbəyov həmişə Azərbaycan cəmiyyətinə ögey münasibət sərgiləyib
Qoca kinodramaturqun müxtəlif dönəmlərdə səsləndirdiyi fikirlərdə, sürdüyü həyat tərzində bunun təsdiqini tapmaq mümkündür - “Ermənilərsiz Bakının ziyalı mühiti korlanıb”, “Ermənilərsiz Bakıda nəfəs almaq olmur”. Təsəvvür etmək çətindir ki, bu və bu qəbildən olan fikirləri azərbaycanlı soyadı daşıyan qoca kinodramaturq hələ ötən əsrin 90-cı illərinin əvvəllərində səsləndirib. Bu o dövr idi ki, ermənilərin başladıqları elan olunmamış müharibədə oğul-qız itirən azərbaycanlı anaların yaraları qövr edirdi, hər gün cəbhə bölgəsindən ermənilərin ağlasığmaz qəddarlığı ilə bağlı yeni xəbərlər gəlirdi. Lakin maddi-mədəni itkilərimiz, torpaqlarımızın işğalı, soydaşlarımızın ev-eşiklərindən didərgin düşmələri özünü “ziyalı” adlandıran Rüstəm İbrahimbəyovun, necə deyərlər, heç tükünü də tərpətmirdi. O, belə ağır, kədərli günlərdə Azərbaycan cəmiyyətinə acıq verirmiş kimi, Moskva mətbuatında Bakıdan evlərini sataraq sağ-salamat köçüb gedən ermənilərə görə nostalji hisslər yaşadığına dair məqalələr dərc etdirirdi. Bəs, Rüstəm İbrahimbəyovun milli hissləri, “ziyalı” mövqeyi harada qalmışdı? Nə üçün ermənilərin Bakıdan köçməsinə dəsmal götürüb ağlayan qoca kinodramaturq həmin o Moskva mətbuatında dərc etdirdiyi məqalələrdə bircə kəlmə də olsun soydaşlarının Ermənistanda, Dağlıq Qarabağda üzləşdikləri məhrumiyyətlərdən yazmırdı?
Rüstəm İbrahimbəyov aradan illər ötəndən sonra da ermənipərəstliyini eyni fəxarətlə dilə gətirir. Onun Rusiyanın “Rosbalt” agentliyinə müsahibəsini xatırlayaq. Sözügedən müsahibədə qoca kinodramaturq tarixi faktları ermənilərə sərf edəcək tərzdə saxtalaşdırmağa cəhdlər göstərir. O, Dağlıq Qarabağın Ermənistanla daha artıq dərəcədə bağlı olduğunu iddia edir, bu ərazilərin tarixi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirir.
Son müsahibələrindən də Rüstəm İbrahimbəyovun öz ermənipərəst ampluasında qaldığı aydın nəzərə çarpır. Bu dəfə də “ermənilər dərrakəli xalqdır” deyərək onları tərifləyib dağ başına qaldıran qoca kinodramaturq regionlardan Bakıya gələn azərbaycanlıları “onlar paytaxtın arxitekturasını korlayırlar” deyərək qınaq obyektinə çevirir.
Bu yaxınlarda Rüstəm İbrahimbəyovla bağlı üzə çıxan “donuz əhvalatı” məsələsi də qoca kinodramaturqun xalqımızın milli-mənəvi-dini dəyərlərinə sayğısız münasibətini bir daha göstərdi. Sən demə, o, Rusiya kanallarının birində özünün etiraf etdiyi kimi, müsəlmançılıqda haram buyrulan donuz qonaqlıqlarını çox xoşlayırmış...
Bütün bu və digər faktlar Rüstəm İbrahimbəyovun Azərbaycan cəmiyyətinə nə dərəcədə “bağlı” olduğunu tam çılpaqlığı ilə açıb ortaya qoyur. Təbii ki, Azərbaycan cəmiyyəti də qoca kinodramaturqun personasına məhz layiq olduğu qiyməti verir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı insanlarda qoca kinodramaturq haqqında yaranmış ictimai rəyi ifadə edərək deyib: “Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına aidiyyəti yoxdur. Heç vaxt Azərbaycan xalqı ilə bərabər olmayıb. Mətbuatı vərəqləyin, Azərbaycanın girmiş olduğu ən ağır tarixi məqamlara diqqət yetirin, orada Rüstəm İbrahimbəyovun imzası yoxdur. Azərbaycan torpaqlarının işğalı zamanı, xalq hərəkatının qaynar vaxtlarında və s. heç vaxt Rüstəm İbrahimbəyov Azərbaycan xalqı ilə bərabər olub, onun səsini beynəlxalq aləmə çıxarmayıb. Halbuki, onun həmişə buna imkanı olub”.
“Milli şura” ermənipərəst Rüstəm İbrahimbəyovun xarakterinə biçilmiş layihədir
Beləliklə, sadalananlar Rüstəm İbrahimbəyovun “milli kimliyi”ni aydın şəkildə ifadə edir. Bu isə həm də diletant və ermənipərəst İbrahimbəyovun başçılıq etdiyi qondarma “Milli şura” haqqında da fikir sahibi olmağa imkan verir. Məlumdur ki, bu qondarma qurum Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi əsasında deyil, xaricdəki əsasən erməni lobbisinin təsir dairəsində olan anti-Azərbaycan mərkəzlərin diktəsi ilə yaradılıb. Həmin mərkəzlər qondarma “Milli şura” vasitəsilə Azərbaycanın dövlət maraqlarına, sosial-iqtisadi inkişafına, möhkəm daxili sabitliyinə, gündən-günə artan beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdürlər. Belə bir antimilli layihənin kosmopolit, hər zaman Azərbaycan cəmiyyətinə sayğısız münasibət sərgiləyən Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilməsi tam başadüşüləndir. Xaricdəki məlum dairələr bu layihəni milli soyad daşıyan qoca kinodramaturqun adına bağlayarkən, ilk növbədə, onun ermənipərəstliyini əsas götürüblər.
Yəni, daha çox ermənipərəst kimi tanınan Rüstəm İbrahimbəyov ssenarisi xaricdə yazılan “Milli şura” layihəsinin ona tapşırılan baş rolunu hələlik xüsusi canfəşanlıqla icra etməyə çalışır. Azərbaycan cəmiyyətinə yad olan “Milli şura” layihəsinin Rüstəm İbrahimbəyov üçün göydəndüşmə bir fürsət olduğunu xüsusi vurğulamaq gərəkdir. Belə ki, qoca kinodramaturq qondarma qurumda “qənaətbəxş işi” ilə həm əlaqədə olduğu məlum mərkəzlərin etimadını doğruldaraq daha artıq maddi təminatlara çatmaq, həm də iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən yaxa qurtarmaq, Azərbaycan cəmiyyətində itirdiyi nüfuzunu bu yolla bərpa etmək istəyir.
Kosmopolit Rüstəm İbrahimbəyov “Milli şura”nın dayaqlarını da xaricdə axtarır
Təbii ki, Rüstəm İbrahimbəyov sədri olduğu “Milli şura” layihəsinin əsl mahiyyətinin nədən ibarət olduğunun fərqindədir. Buna görə də, o, öz kosmopolit xarakterinə uyğun olaraq Azərbaycan cəmiyyətinə yad olan “Milli şura”nın da dayaqlarını xaricdə axtarır. Rüstəm İbrahimbəyov son günlərdə mətbuata verdiyi müsahibələrində Rusiyada, ABŞ-da, Avropa ölkələrində çoxlu görüşlərə qatıldığını və bunların “Milli şura” məsələlərinin nizama salınması zərurəti” ilə bağlı olduğunu vurğulayır. Qarşıdan gələn seçkilərə “xaricdən müdaxilənin vacib olduğunu” əsaslandırmağa çalışan Rüstəm İbrahimbəyov bildirir ki, “xaricdə bu məsələləri ondan başqa bir kimsə nizamlaya bilməz”. Bu isə onun xalqa zərrə qədər də bağlı olmadığını bir daha təsdiqləyir.

 
  • Oxunub:  24990  |  
  • Tarix:  23-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA