Ana səhifə »  Müəlliflər »  “Milli şura” AXCP - “Müsavat” münasibətlərini daha da gərginləşdirib
A+   Yenilə  A-
“Milli şura” AXCP - “Müsavat” münasibətlərini daha da gərginləşdirib
Yazdı: Nardar Bayramlı

Belə davam etsə, bu qondarma qurum “müttəfiqləri” açıq-aşkar düşmənə çevirəcək
Radikal müxalifət təmsilçiləri “Milli şura”nın prezident seçkilərində “vahid namizəd”ini elan etsələr də, bu istiqamətdə gərginlik səngimir. Çünki qondarma qurumun bəzi üzvləri qoca kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd kimi gəlib ölkədə seçki kampaniyası aparacağına inanmırlar. Ona görə də, “Milli şura”nın seçkilərə “vahid namizəd”lə gedəcəyi şübhə doğurur. Təbii ki, yaranmış situasiya öz növbəsində “Müsavat” ilə AXCP arasındakı münasibətləri daha da gərginləşdirib.
Ümumiyyətlə, “Müsavat” başqanı İsa Qəmbər indiyə qədər “vahid namizəd”likdə heç kimə güzəştə getməyib və yəqin ki, indi də getməyəcək. Sadəcə bu dəfə vəziyyət belədir ki, “Milli şura”nın “xeyir-duasını” verən xarici anti-azərbaycançı dairələr qoca kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində dayanıblar. R.İbrahimbəyovun bu qondarma qurumun sədri seçilməsi də təsadüfi deyil. Yəni, siyasətə dəxli olmayan bir adamın seçkidə iştirak məqsədilə yaranmış təşkilata rəhbər təyin olunması prosesin xarici sifariş əsasında baş verdiyini göstərir.
Ona görə də, “Müsavat” ciddi çaşqınlıq içərisindədir. Belə ki, bu partiyada həm “Milli şura”, həm də “vahid namizəd”lə əlaqədar ciddi fikir ayrılığı var. Eyni zamanda, partiya funksionerləri sözügedən məsələyə fərqli yanaşırlar. Məsələn, “Müsavat” başqanı İsa Qəmbər Rüstəm İbrahimbəyovun “Milli şura”nın prezidentliyə namizədliyini qəbul etsə də, müəyyən şərtlər irəli sürüb. O deyib ki, R.İbrahimbəyov seçkidə iştirak etmək üçün mütləq Azərbaycana gəlməlidir. Həmçinin, İ.Qəmbər R.İbrahimbəyovu “ən layiqli”, “lazımlı” namizəd hesab etməməklə diqqətə çatdırır ki, o, “keçid dövrü” üçün bir vasitədir. Göründüyü kimi, “Müsavat” başqanı burada ehtiyatlı davranış sərgiləməyə çalışır. Yəni, R.İbrahimbəyovu “məntiqli namizəd” hesab etməklə yanaşı, buna da işarə edir ki, qoca kinodramaturq Azərbaycana gəlmək iqtidarında deyil. Əgər gələ bilməsə, faktiki olaraq seçkilərdən kənarda qalmaq məcburiyyətində olacaq.
AXCP funksionerləri isə “Müsavat”ın bu yanaşmasına etiraz edirlər. Onlar tələb edirlər ki, İ.Qəmbərin namizədliyi ilə bağlı “Müsavat” tərəfindən qəbul edilən qərar geri götürülməli, R.İbrahimbəyovun namizədliyi bu partiya tərəfindən qəbul olunmalıdır. “Müsavat”çılar isə hələ də müqavimət göstərməkdə davam edirlər. İş o həddə çatıb ki, AXCP ilə “Müsavat” üzvləri arasında sosial şəbəkələrdə polemikalar qarşılıqlı ittihamlara, hətta təhqirlərə keçib. Xüsusilə də, AXCP-nin bir sıra üzvlərinin Facebook-da onlara məxsus “Susma” qrupunda Müsavat partiyasının və Arif Hacılı başda olmaqla, bəzi “Müsavat”çıların ünvanlarına təhqirlər yazmaları vəziyyəti daha da dramatikləşdirib. İş o həddə çatıb ki, Müsavat partiyası İcra Aparatının rəhbəri A.Hacılı Facebook paylaşımında mövcud olan “Basta” qrupunda AXCP üzvlərinə cavab vermək məcburiyyətində qalıb. A.Hacılı xüsusilə də AXCP rəsmisi Natiq Ədilovun, Rövşən Quliyevin və üç saxta profilin admin olduğu “Susma” qrupunda “Müsavat”ın ünvanına səsləndirdikləri fikirlərə dözməyərək münasibətini kəskin şəkildə bildirib. A.Hacılı qeyd edib ki, Natiq Ədilovun, Rövşən Quliyevin və üç saxta profilin admin olduğu “Susma” qrupunda “Müsavat”ın ünvanına hədyanlar, şəxsən özünün ünvanına təhqir və söyüşlərlə dolu yazılar var: “Bu əxlaqsızlar artıq qırmızı xətti keçdilər”.
Onun sözlərinə görə, “bu söyüşlər, təhqirlər, böhtanlar çirkinlikdir, murdarlıqdır”.
A.Hacılı, həmçinin, mətbuata açıqlamasında cəbhəçilərə xitabən müxalifət düşərgəsində çirkin siyasətin yox, çirkin insanların olduğunu deyib. A.Hacılı iddia edib ki, “Müsavat”ın iştirakı olmadan müxalifət düşərgəsində heç bir siyasi birlik yaradıla bilməz: “Bizim partiya istəməsəydi, “Milli şura” yaradılmazdı, Rüstəm İbrahimbəyov “vahid namizəd” seçilə bilməzdi. Amma kimsə deyirsə ki, Müsavat partiyası “Milli şura”nın vahid namizədlə seçkilərdə iştirakını istəmir, bu yalandır. Biz istədiyimiz şərtlərin yerinə yetirilməsini gözləyirik”.
AXCP funksioneri Həsən Kərimov isə bildirib ki, “Müsavat” müxalifətin daha geniş birliyinə qoşulubsa, reallıqla razılaşacaq və “Milli şura” kimi müdafiə edəcəksə, həmin namizədi müdafiə etməlidir. O əvvəlki seçkilərdə də müxalifət birliyinin “Müsavat” tərəfindən pozulduğunu xatırladıb. H.Kərimov qeyd edib ki, Müsavat partiyasının hansısa funksionerləri müxalifətdaxili inteqrasiyalarda maraqlı deyillər. “Bəzi “Müsavat” funksionerləri iki partiya arasında nifaq salacaq mövqe sərgiləyirlər, amma biz buna ciddi əhəmiyyət vermirik” - deyə, AXCP funksioneri bildirib.
H.Kərimovun dediklərinə isə “Müsavat”ın gənclər təşkilatının sədri Tural Abbaslı münasibət bildirib. T.Abbaslının fikrincə, son zamanlar müttəfiq adlandırdıqları AXCP funksionerləri ara qatmaqla məşğuldurlar: “Facebook” sosial şəbəkəsində “Müsavat”ın qərarlarını təftiş etməklə məşğuldurlar, az qala hansı rayon təşkilatımızda nə vaxt iclas keçirməyimizi məsləhət görmək istəyirlər. Bu, müttəfiqliyə sığmayan hərəkətlərdir. “Milli şura” yarananda da belə hərəkətlərə yol verilməməsi haqda ümumi razılıqlar var idi. Bu, Həsən Kərimovun birinci müsahibəsi deyil, artıq neçənci dəfədir ki, açıq və ya dolayısı ilə “Müsavat”ın mövqeyini tənqid edir. Ona və digərlərinə də xatırlatmaq istəyirəm ki, partiyamız atdığı hər bir addımı nə Həsən Kərimovla, nə də qeyri- partiyalarla hesablaşmır”.
T.Abbaslı “Müsavat”ı təftiş edənlərə çağırış da etdi: “Enerjilərini “Milli şura” qarşısındakı vəzifələrin həllinə sərf etsinlər. Bizi lazımsız atmacalarla yormasınlar”.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan isə AXCP sədrinin müavini Nurəddin Məmmədlini “500 manatlıq müavin” adlandırıb. Lakin N.Məmmədli də qarşı tərəfi cavabsız qoymayıb: “Xain xoflu olar, onlar narahatdırlar”.
Beləliklə, bu gərgin münasibətlər fonunda radikalların seçkiyə necə gedəcəyi aydın görünür.

 
  • Oxunub:  26160  |  
  • Tarix:  17-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA