Ana səhifə »  Müəlliflər »  “Milli şura” da fiaskoya məhkumdur
A+   Yenilə  A-
“Milli şura” da fiaskoya məhkumdur
Yazdı: Nurlan Qələndərli

Qondarma qurumun üzvləri artıq “Milli şura”nın parçalanması ehtimalından danışır, qurum daxilindəki qarşıdurmaları iflasa aparan yol kimi səciyyələndirirlər
Məlum olduğu kimi, bəzi anti-Azərbaycan dairələri, qərəzli xarici qüvvələr bu və ya digər məsələlərlə bağlı dövlətimizə təzyiq etmək, respublikamızdakı ictimai-siyasi sabitliyi pozmaq üçün ən müxtəlif vasitələrə baş vururlar. Bu istiqamətdə ölkə daxilindəki antimilli ünsürlərin xidmətindən xüsusilə, istifadə edilir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, xarici anti-azərbaycançı dairələrdən maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən antimilli ünsürlərin nümayiş etdirdiyi fəaliyyət bəhs olunan dağıdıcı qüvvələrin nəyə “qadir olduğunu” aşkar surətdə ortaya qoyur. Bu qüvvələr sırasında “Milli şura” adlanan qondarma qurumda “birləşmiş” və qurumun fəaliyyətinə dəstək verən autsayderlər, xüsusilə, fərqlənirlər.
Belə ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran qondarma qurumun nümayəndələri son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir, ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışırlar.
Amma sirr deyil ki, bu ünsürlər bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Bunun əsas səbəbi isə qondarma qurumda “birləşən” şəxslərin milli maraqlara zidd və korporativ, şəxsi mənafelər əsasında fəaliyyət göstərmələridir. Onu da qeyd etmək lazımdır ki, radikal müxalifət nümayəndələri bu günədək müxtəlif qondarma qurumlar və bloklar daxilində “birləşdikləri”ni elan etsələr də, öz aralarındakı nüfuz savaşını davam etdiriblər və nəticə tərəflərin fiaskosu ilə müşahidə olunub. Başqa sözlə, daha çox seçkilər ərəfəsində “fəallaşan” dağıdıcı düşərgə təmsilçiləri hər dəfə guya ortaq məxrəcdə “birləşdikləri”ni bəyan ediblər, amma son məqamda “mehriban düşmənlər”in savaşı daha kəskin xarakter alıb.
Məhz bu gün də radikal müxalifət cəbhəsində ənənəvi surətdə mövcud olan fikir ayrılıqları, ziddiyyətlər davam edir. Belə ki, “Milli şura”da birləşdiklərini iddia edən dağıdıcılar, əslində, bu qondarma qurum daxilində növbəti parçalanma mövsümünə qədəm qoyublar. Baş verənlər isə radikal müxalifətin necə “fəaliyyət” göstərdiyini növbəti dəfə nümayiş etdirir. Bütün bunları nəzərə alaraq, tərəddüdsüz demək olar ki, dağıdıcı düşərgə nümayəndələrinin yaratdığı növbəti qondarma qurum da iflasa məhkumdur.
Yeri gəlmişkən, müxalifət cəbhəsinin nümayəndələri də açıqlamalarında Rüstəm İbrahimbəyovun “şura”sını kəskin tənqid atəşinə tutur, bəhs edilən qondarma qurumun son aqibətinin məhz iflas olacağını bəyan edirlər. Məsələn, AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır bildirib ki, “Milli şura” millilikdən çox uzaq, satqınların toplandığı bir qurumdur. “Başlanğıcdan “Milli şura” düzgün formalaşdırılmadı. “Şura”ya üzvləri düzgün seçməmək indiki problemlərin yaranmasına səbəb olur. Necə ki, “İctimai Palata”da, Demkonqresdə, SİDSUH-da bu proses baş vermişdi. Eyni adamlar, eyni düşüncə, eyni siyasətdir. “Milli şura”da olanların 90 faizi agenturaya bağlı adamlardır. Mən bunu bəyan edirəm. Əgər buna etirazları varsa, sübut etsinlər ki, mənim dediklərim yalandır”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da mətbuata açıqlamasında “Milli şura” daxilindəki ziddiyyət və qarşıdurmalardan danışıb. “Milli şura” daxilindəki ziddiyyətlərin tərəflərindən bəhs edən ADP sədri deyib ki, AXCP ilə “Müsavat” illərdən bəri davam edən qarşıdurmalarını indi də Rüstəm İbrahimbəyovun əli ilə ortalığa atılmış “Milli şura”da davam etdirirlər.
S.Cəlaloğlu bildirib ki, əgər AXCP sədri ilə “Müsavat” başqanı öz aralarında namizədlik məsələsi ilə razılığa gəlsəydilər, o zaman bu məsələ “İctimai Palata”da həll olunardı: “Əli Kərimli və İsa Qəmbər bir-biriləri ilə dil tapa bilsəydilər, o zaman öz namizədliklərini “İctimai palata”da elan edərdilər. Daha “Milli şura”ya ehtiyac qalmazdı”.
Bunlarla yanaşı, ayrı-ayrı siyasətçilər, siyasi ekspertlər və siyasi qurumların nümayəndələri də “Milli şura”nın perspektivsizliyini vurğulayırlar. Məsələn, Vəhdət Partiyasının sədri Tahir Kərimli mətbuata açıqlamasında “Milli şura”nı tənqid atəşinə tutub. O bildirib ki, “Milli şura”nın üzvləri əsaslı sosial baza yarada bilmədiklərinə görə xaricdən havadarlar axtarışındadırlar. “Milli şura” da “İctimai Palata” kimi vaxtından tez qocalaraq sıradan çıxacaq”-deyə, T. Kərimli əlavə edib.
Sabiq “Müsavat” funksioneri Qabil Hüseynli isə vurğulayıb ki, “Milli şura” hazırda dağınıq haldadır. “Oradakılar çaşqınlıq içindədirlər. Hətta özləri özlərinin məram və məqsədlərinin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər” - deyə, Q.Hüseynli əlavə edib.
Beləliklə, sadalananlar da göründüyü kimi, xalqımıza qarşı yönəlmiş təhqiramiz, ermənipərəst fikirlər səsləndirməklə gündəmdə olan, dövlətimizin milli maraqlarına zidd çağırışlar edən və anti-Azərbaycan dairələrin direktivlərini əsas tutan qondarma qurum nümayəndələrinin mövqeyi və əməlləri cəmiyyətdə kütləvi narazılıq doğurmaqdadır. Cəmiyyət nümayəndələri, həmçinin, siyasi ekspertlər və siyasətçilər sözügedən qondarma qurumun xalqımıza qarşı yönəlmiş fəaliyyətini antimilli əməllər kimi səciyyələndirir, eyni zamanda, “Milli şura”nın fiaskoya məhkum olacağını əminliklə ifadə edirlər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, sözügedən qondarma qurumda təmsil olunan şəxslər də “Milli şura”nın dərin ziddiyyətlər məngənəsində olduğunu etiraf edir, qurum daxilindəki qarşıdurmaları iflasa aparan yol kimi səciyyələndirirlər. Məsələn, “Milli şura”nın üzvü Zəfər Quliyev mətbuata açıqlamasında bildirib ki, “Müsavat” Məclisinin qərarı ziddiyyət yaradır, “Milli şura”nın bütün fəlsəfəsini, konsepsiyasını pozur və cəmiyyəti çaşdırır.
Bu məqamda sual yaranır ki, görəsən, müxalifət nəyə görə cılız iddialarını böyük adlar arxasında gizlətməyi sevir?! Bəllidir ki, “Milli şura”da ciddi ziddiyyətlər var və “Müsavat”ın qərarı sadəcə bu ziddiyyətləri dərinləşdirir. İkincisi, “Milli şura”nın hansı fəlsəfəsindən, konsepsiyasından söhbət gedir? Heç kimin başa düşmədiyi cızma-qara nə vaxtdan bəri konsepsiya olub? Üçüncüsü, cəmiyyətin neçə faizinin “Milli şura”nın mövcudluğundan xəbəri var? Ən yaxşı halda, 1-2 faizinin. Belə olan halda, “Müsavat”ın qərarının cəmiyyətə nə dəxli var?
Məlum açıqlamasında Zəfər Quliyev namizədlik məsələsinə də toxunub və qurumun parçalanması ehtimalından danışıb: “Birincisi, ehtiyat namizədlər məsələsi “Milli şura”nın “vahid namizəd” fəlsəfəsinə ziddir. Onda nəyə görə “Milli şura” yaranırdı, məhz cəmiyyətin istəyi nəzərə alınaraq “vahid namizəd” məsələsi ilə bağlı qızğın müzakirələr gedirdi? Bu durum cəmiyyəti çaşdırır, “Milli şura”ya inamı, etimadı azaldır. Eyni zamanda, hakimiyyətin manevr imkanlarını artırır. “Milli şura”da təmsil olunanlardan heç biri ehtiyat namizəd kimi “Milli şura”nın dəstəyini ala bilməz. Rüstəm İbrahimbəyov isə 100 faizlik dəstəyi alıb. Əgər sabah ehtiyat namizəd məsələsi gündəliyə çıxsa, bu, “Milli şura”nı dağıdan məsələ ola bilər. Ona görə də, mən hesab edirəm ki, ehtiyat namizəd məsələsi “Milli şura”ya böyük zərbə vura bilər, qurumu parçalayıb dağıda bilər”.
Əslində, bu açıqlamanın özü də “Milli şura” daxilindəki anomal vəziyyətdən xəbər verir. Yəni, “Milli şura”da bəziləri deyir ki, əsas namizəddən başqa heç bir namizəd nəzərdə tutulmasın. Digərləri bildirir ki, ehtiyat namizəd müəyyən olunsun, lakin bu, İsa Qəmbər olmasın. İsa Qəmbər və qəmbərçilər isə deyir ki, “vahid namizəd” Rüstəm İbrahimbəyov olsun, ehtiyat namizəd Cəmil Həsənli və ya Mehman Əliyev, yaxud yoldan keçənin biri, fərqi yoxdur. İsa Qəmbər “əsas” namizəd olsun. Gəl, indi bunlara ciddi yanaş...

 
  • Oxunub:  29010  |  
  • Tarix:  17-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib
18 İyul 14:21
Lerikdə YAP gəncləri flaşmob təşkil ediblər
18 İyul 13:57
Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
18 İyul 13:51
FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
18 İyul 13:44
“Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq
18 İyul 13:40
Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib
18 İyul 13:38
Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var
18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA