Ana səhifə »  Müəlliflər »  Müttəfiq partiyalar arasında gərginlik pik həddə çatıb
A+   Yenilə  A-
Müttəfiq partiyalar arasında gərginlik pik həddə çatıb
Yazdı: Pərviz Sadayoğlu

Rəsul Quliyev də İsa Qəmbəri hədəfə aldı, “Müsavat” sədri isə onu “əxlaqsız bəyanat” verməkdə günahlandırdı
Xarici ermənipərəst dairələrin sifarişi əsasında radikal müxalifətin yaratdığı “Milli şura” gülünc bir duruma düşüb. Belə ki, düşərgə təmsilçiləri, o cümlədən, Rüstəm İbrahimbəyov və ətrafındakılar yalnız lokal “məhəllə savaşları” ilə başlarını girləməkdədirlər. Söhbət ondan gedir ki, İbrahimbəyovun şurasının “yarızor üzvlərindən” sayılan Müsavat Partiyasının təmsilçiləri ilə şuranın digər üzvləri arasında baş verənlər radikalların əsl kimliyini ortaya çıxarır. Düşərgənin, daha doğrusu şuranın bir neçə hissəyə parçalanaraq bir-biriləri ilə “ölüm-dirim” savaşı aparması göstərir ki, onların məqsədləri hər zaman olduğu kimi, yalnız düşərgədaxili marafonda önə çıxmaqdan ibarətdir.
Vurğulamaq lazımdır ki, düşərgə daxilindəki bu anlaşmazlığın əsasında da məhz önə keçmək istəyi dayanır. Rüstəm İbrahimbəyovun öz şurasının “vahid namizəd”inə çevrilməsi ilə bu şansdan məhrum olan “Müsavat” başqanı İsa Qəmbər şuranın ikinci toplantısında bildirmişdi ki, partiyasının 4 yanvar qərarının ləğv edilməsi istiqamətində addımlar atılmayacaq. Yəni, İ.Qəmbər də radikal düşərgənin seçkilərdə namizədi qismində iştirak edəcək.
Məhz bu açıqlama başda AXCP və ACP olmaqla, şura üzvlərinin əksəriyyətinin İsa Qəmbərə qarşı birləşməsinə start verib. Hətta vəziyyət o yerə çatıb ki, AXCP rəsmiləri açıq şəkildə bəyan edirlər ki, İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə (nəzərə almaq gərəkir ki, Rüstəm İbrahimbəyov vergi qaçaqçısıdır və Azərbaycan qanunlarından yayınır) boykota üstünlük verilməli, İ.Qəmbəri dəstəklənməməlidir.
Ancaq “Müsavat” funksionerləri də öz növbəsində şuranın bu qərarını və ya təklifini məntiqsiz sayıb. Amma son baş verənlər göstərir ki, partiyalar arasındakı münasibətlər heç də səmimi mübarizəyə deyil, çirkab dolu bir düşmənçiliyə köklənib. Belə ki, İ.Qəmbərin bəyanatının ardından mətbuata açıqlamasında ACP lideri Rəsul Quliyev etiraf edib ki, illərdir özünü müxalifət adlandıran kəsimin arasında lider yoxdur. O deyib ki, bütün müxalifət rəhbərləri ilə danışıb və onların arasında müxalifəti birləşdirə bilən bir siyasətçi olmayıb. İ.Qəmbərə söz atan R.Quliyev deyib ki, onun namizədliyini geri götürməməsi çox təhlükəli və yaramaz bir ideyadır.
Təbii ki, belə bir bəyanat özü partiyalararası münasibətlərin normal olmadığını deməyə əsas verir. Müsavat Partiyasının rəhbəri İsa Qəmbər isə bildirib ki, bu gün “Milli şura” mövcuddursa, buna səbəb Müsavat Partiyasının dəstəyidir.
İ.Qəmbər AXCP-dən səslənən boykot təkliflərinə toxunaraq deyib ki, boykota meyilli qüvvələr hələ də mövcuddur. O, AXCP-nin “Müsavat”la bağlı apardığı antitəbliğata toxunub: “İndi bəzi qüvvələr açıq şəkildə təbliğat apararaq bildirdilər ki, guya Müsavat Partiyası “Milli şura” namizədinin qeydə alınmaması üçün çalışır. Seçkiyə getmədən cəmiyyətin fəallığına nail olmaq olmaz. Hər kəs məsuliyyətini bilməlidir. Partiya ilə bağlı səsləndirilən əxlaqsız açıqlamalara son qoyulmalıdır”.
Göründüyü kimi, bir-birilərinə qarşı bu cür açıq münasibət ortaya qoyan partiya sədrləri artıq iplərin gərildiyini hiss etdirirlər. Funksionerlər səviyyəsində özünü göstərən bu mübarizədə tərəflər bəllidir. Yəni, R.İbrahimbəyov özü də daxil olmaqla ətrafı, AXCP, ALP, ACP və digər partiyalar birləşərək İ.Qəmbərin namizədliyinə qarşı çıxırlar. “Müsavat” isə bu kampaniyanı “müttəfiq səmimiyyəti” kimi qarşılamır. Məsələn, Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli Rüstəm İbrahimbəyovu mövqe dəyişikliyində ittiham edib və bildirib ki, R.Quliyev tərəfindən verilən açıqlama Əli Kərimli və Rəsul Quliyevin qeyri-sağlam iddiaları nəticəsində ortaya çıxan, heç bir siyasi səmərəsi olmayan, siyasi qüvvələr arasında yaranan birliyə təhlükə yaradan qeyri-konstruktiv və məsuliyyətsiz mövqenin təzahürüdür: “Bu müraciətin fonunda İsa Qəmbərə və Müsavat Partiyasına qarşı bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə başlanan total şantaj və iftira kampaniyası həmin pozucu qüvvələrin özünü ifşasından başqa bir şey deyil”.
Başqa bir “Müsavat”çı Vurğun Əyyub isə öz müsahibəsində R.İbrahimbəyovu “siyasi təcrübəsi olmayan adam” adlandırıb. Partiyanın başqa bir funksioneri Arif Hacılı isə bildirib ki, “Azərbaycanda çirkin siyasət yoxdur çirkin insanlar var”.
O qeyd edib ki, Müsavat Partiyası istəməsəydi “Milli şura” yaradılmazıdı, Rüstəm İbrahimbəyov “vahid namizəd” seçilə bilməzdi.
Təbii ki, “Müsavat”ın bu hücumunu şuranın digər qanadı da analoji sərtliklə cavablandırır. Məsələn, dünənə qədər müəyyən mənada bir az daha loyal səviyyədə münasibət bildirən AXCP funksionerləri indi açıq danışmağa üstünlük verirlər. Partiyanın sədr müavini Nurəddin Məmmədli deyib ki, onun təmsil etdiyi partiya heç də “Müsavat”ın iddia etdiyi kimi boykota hazırlaşmır. O, “Müsavat”ı AXCP-yə qarşı kampaniya aparmaqda günahlandırıb: “AXCP-ni seçkilərin boykot edilməsinə tərəfdar olan bir qurum kimi təqdim etməyə çalışanlar partiyanın taktikasını gözdən salmaq istəyən şəxslərdir”.
Göründüyü kimi, seçkiyə bir neçə ay qalmış birləşdiyi iddia olunan radikal müxalifət partiyalarının “birliyi” hansı vəziyyətdə, hansı səviyyədədir. Əgər yaranan “şura” və qeyd olunan bu fikir ayrılıqlarının fonunda aparılan fəaliyyət birlik deməkdirsə, müxalifətin yaratdığı birliyin effektinin hansı dərəcədə olacağı indidən aydındır. Əslində, bu dartışmalar radikal müxalifət haqqında hər zaman söylənilən bir həqiqəti ortaya çıxardı. Ənənəvi radikal müxalifət artıq özünün siyasi karyerasının son nəfəsini alır...

 
  • Oxunub:  22260  |  
  • Tarix:  16-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5