Ana səhifə »  Müəlliflər »  Radikallar Azərbaycanın gələcəyini xaricdə axtarırlar
A+   Yenilə  A-
Radikallar Azərbaycanın gələcəyini xaricdə axtarırlar
Yazdı: Mübariz Abdullayev

Və ya qondarma “Milli şura”da cəmləşənlər antimilli ünsürlər olduqlarını bir daha təsdiqləyirlər
Azərbaycan cəmiyyətinə dəfələrlə sayğısız münasibət sərgiləyən ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”nın konturlarının xaricdəki anti-Azərbaycan dairələrin mətbəxində hazırlandığına heç kəsdə şübhə yoxdur. Müəyyən vədlərin müqabilində radikalları bir çətir altına toplamağa çalışan həmin dairələrin məqsədi Azərbaycanın beynəlxalq miqyasda getdikcə artan nüfuzuna, ölkədəki möhkəm daxili sabitliyə, dinamik xarakter alan sosial-iqtisadi inkişafına xələl gətirməkdən ibarətdir.
Onu da qeyd edə ki, ideyası, fəaliyyət prinsipləri xaricdə hazırlanan qondarma “Milli şura”, gözlənildiyi kimi, ölkə daxilində heç bir maraq və dəstək tapmayıb. Təxminən bir ay bundan qabaq bəyan edilməsinə baxmayaraq, onun fəaliyyəti əsla hiss olunmur, əksinə cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri bu qondarma quruma qarşı qınaqlarla çıxış edir, Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığı bir vaxtda belə bir qurumun yaradılmasına, ümumiyyətlə, ehtiyac olmadığını bildirirlər.
Yeri gəlmişkən, cəmiyyətdə sosial dayaq kimi mühüm amildən məhrum qalan və buna görə də, seçkiqabağı dövrdə aktiv elektoratdan təcrid olunan “Milli şura” təmsilçiləri ümidlərini xaricdən tapa biləcəkləri hər hansı dəstəyə bağlayırlar. Məhz buna görə də, qondarma qurumun ideya müəllifi, sədri və artıq “vahid namizəd”i Rüstəm İbrahimbəyov, İcra Aparatının rəhbəri Eldar Namazov, sonuncunun “sağ əli” sayılan Eldəniz Quliyev və digərləri mətbuata verdikləri açıqlamalarında tez-tez “Milli şura”ya guya xaricdən dəstək göstərilməsi ilə bağlı müxtəlif cəfəng fikirlər səsləndirirlər.
Əlbəttə, burada hansısa xarici ölkənin Azərbaycanda bir qrup autsayder radikal müxalifətçinin təşkil etdiyi qondarma “Milli şura”ya verdiyi dövlət dəstəyindən söhbət gedə bilməz. Çünki radikalların tez-tez adını çəkdikləri Rusiyanın, ABŞ-ın, Avropa dövlətlərinin ölkəmizlə qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri formalaşıb. Bu səbəbdən də sözügedən ölkələrin Azərbaycanın dövlət maraqlarına qarşı çıxan “Milli şura”ya dəstək vermələrini heç təsəvvürə gətirmək belə mümkün deyil. Qondarma “Milli şura”ya xarici dəstək dedikdə, ancaq və ancaq məlum antimilli dairələrin öz çirkin məqsədləri naminə ayırdıqları maliyyə vəsaitləri və bunun müqabilində qurumun sədrinə, ayrı-ayrı təmsilçilərinə müəyyən təlimatlar vermələri başa düşülməlidir. İş ondadır ki, tez-tez “Milli şura”ya xaricdən dəstək var”, deyən Rüstəm İbrahimbəyov, Eldar Namazov, Eldəniz Quliyev və digərləri bununla bir növ “piar” kampaniyası aparırlar. Guya ki, qondarma “Milli şura” ciddi bir qurumdur və ona beynəlxalq dəstək göstərilir.
Radikalların “Milli şura”ya xaricdən hansısa dəstək göstərilməsi ilə bağlı təşkil etdikləri “piar” kampaniyası Rüstəm İbrahimbəyovun ABŞ-a səfəri ilə bağlı qaldırılan ajiotajda isə bütün sədləri, təvazökarlıq hədlərini aşdı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. İndi də qondarma qurumun sədri Rüstəm İbrahimbəyov Belçikaya, icra aparatının rəhbəri Eldar Namazov ABŞ-a, Eldəniz Quliyev isə Türkiyəyə səfərə yollanıblar. Bu səfərlərin məqsədi nədir? Bəlkə, Namazovla Quliyev yay mövsümü olduğundan “Milli şura”nın pullarından cibxərcliyi götürüb xaricə turist səfərlərinə çıxıblar? Orada da Rüstəm İbrahimbəyovla görüşüb bir “donuz qonaqlığı” təşkil edəcəklər? Yəni, qondarma “Milli şura”nın təmsilçiləri xaricə səfərləri barədə bəri başdan səhih məlumat vermədiklərindən hər cür ehtimallara əsas yaranır...
Ancaq bir şey bəllidir ki, “Milli şura”da təmsil olunan ünsürlər qapı-qapı düşüb Azərbaycanın gələcəyini xaricdə axtarırlar. Özü də necə? Biri Ankarada, biri Brüsseldə, digəri isə Vaşinqtonda Azərbaycanı Türkiyənin, AB-nin və ABŞ-ın protektoratlığına vəd edirlər. Yəni, tək bu hakimiyyət getsin, yerinə kim gəlir-gəlsin. Daha hesablamaq yoxdur ki, bunların hər birinin də öz maraqları var. Hələ Moskvanı, Tehranı demirik. Ona görə də, çox düz olaraq deyilir ki, bu, milli müxalifət deyil, 5-ci kolondur. Artıq dəfələrlə təsdiqləndiyi kimi, onlar üçün əsas olan ölkənin, xalqın ümummilli maraqları deyil, şəxsi gözləntilərinin təmin olunmasıdır. Adına “milli” sözü yapışdırılan qondarma qurumun təmsilçilərinin Belçikaya, ABŞ-a, Türkiyəyə növbəti səfərləri, özgə qapı döymələri bir daha sübut edir ki, radikallar milli təəssübkeşlik hissindən çox uzaqdırlar, onlar Azərbaycanın məsələlərini daxildə, cəmiyyətimizin nümayəndələri ilə deyil, xaricdə, ölkəmizə münasibətləri heç də xoş olmayan dairələrdə müzakirələrə çıxarılmasına məmnuniyyətlə razılıq verirlər. Təbii ki, buna görə həm də yaxşı “qonorar” alırlar.
Şübhə yoxdur ki, “Milli şura” təmsilçiləri xaricə növbəti səfərdən (oxu: turist səfərindən - M.A.) qayıtdıqdan sonra təsir dairələrində olan mətbuatın nümayəndələrini başlarına yığıb növbəti “şirin nağıllar” uydurmağa başlayacaqlar. Onların söyləyəcəklərinin təxminən bu qəbildən olacağı şübhə doğurmur: “ABŞ, Avropa demokratik dəyərlərə böyük önəm verir”, “Milli şura”nın fəaliyyəti ABŞ-da. Avropa ölkələrində dərin maraqla izlənilir”, “Biz Konqresdə mühüm görüşlər keçirdik”, “Çox gərgin iş cədvəlimiz var idi”, “Seçkiqabağı dövrdə vaxtımız çox məhdud olduğundan planlaşdırılan görüşlərin bir çoxunu təxirə salmaq məcburiyyətində qaldıq” və s.
Çünki Azərbaycan cəmiyyəti “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun ABŞ səfəri ilə bağlı bu məzmunlu açıqlamaları ilə tanışdır. Əslində, ABŞ səfəri sanki qoca kinodramaturqdan ötrü diqqəti Bakıya dönməməsinin əsl səbəblərindən yayındırmaq üçün bir növ göydəndüşmə fürsət olub. O, ABŞ-ın dövlət və qanunverici orqanlarında çoxsaylı görüşlər keçirdiyini vurğulayır, “mən burada mühüm işlərlə məşğulam, məndən savayı bu işləri burada kim görə bilər?” deyərək özündən “əvəzolunmaz” obrazı düzəltmək istəyirdi.
Doğrudur, Rüstəm İbrahimbəyovun həqiqətən də, xarici ölkələrdə müxtəlif instansiyaların qapıları arxasında saatlarla növbə gözləyərək hansısa 5-ci, 10-cu dərəcəli məmurun köməkçisi ilə görüşməsinə dair məlumatlar təkzib olunmur. Lakin həmin çox aşağı ranqlı məmurların 75 yaşlı kinodramaturqu ağarmış saç-saqqalından keçməyib 3-5 dəqiqəliyə qəbul etməsinin mətləbə nə aidiyyəti var? Rüstəm İbrahimbəyovun bundan özünüreklam düzəltməsi hansı mənəviyyata sığır?
Yeri gəlmişkən, Rüstəm İbrahimbəyov məlum turnesindən bəhs edərkən çox tez-tez “demokratiya” sözünə istinad edir. Lakin əsl diktator, qatı müstəbid ritorikası ilə danışan birisinin (buna əmin olmaq üçün qoca kinodramaturqun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəyə nəzər salmaq kifayətdir-M. A.) özünü demokrat libasında təqdim etməyə cəhd göstərməsi sadəcə istehza ilə qarşılanır. Görəsən, demokratik dəyərlərin dövlət maraqları səviyyəsinə qaldırıldığı ABŞ-da, Avropa ölkələrində “jurnalistin ağzından vuraram”, deyən Rüstəm İbrahimbəyovla demokratiya mövzusunda hansı müzakirələr aparıla bilər və bu, ümumiyyətlə, mümkündürmü? Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun KİV-ə açıqlamasında qeyd etdiyi kimi: “Öz tərəfdarlarının ağzının üstündən vurulmasını tələb edən, fərqli fikir dediyinə görə “təxribatçı” adlandıran bir adam sabah öz əleyhdarlarına necə divan tutar? “Milli şura” Azərbaycana diktator təqdim edir. Rüstəm İbrahimbəyovun bu ritorikası diktator ritorikasıdır. Namizədliyin dünən verilib, bu gün sən artıq camaatın ağzından vurmağı tələb edirsənsə, gör sabah sənin əlində hakimiyyət olsa, camaatın başına nə oyun açarsan? Rüstəm İbrahimbəyovun antidemokratik düşüncə tərzinə görə “Milli şura”dan Azərbaycanın sürpriz gözləmədiyi qənaəti hasil olur”.

 
  • Oxunub:  24510  |  
  • Tarix:  16-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA