Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun erməni sevgisi ciddi ictimai narazılıqla qarşılanır
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun erməni sevgisi ciddi ictimai narazılıqla qarşılanır
Yazdı: Nardar Bayramlı

Azərbaycan cəmiyyəti “Milli şura”nın vahid namizədinin anti-milli fəaliyyətini kəskin şəkildə pisləyir
Müxalifətin radikal qanadının toplaşdığı “Milli şura”nın “vahid namizədi” olan qoca kinorejissor Rüstəm İbrahimbəyov vaxtaşırı olaraq erməni sevgisini nümayiş etdirir. Onun ermənilərlə isti münasibəti, paytaxtımızın onlarsız sıxıcı olması haqda fikirləri hamıya məlumdur. Qoca rejissor Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etməsinə baxmayaraq bu günün özündə də erməni xiffətini çəkməkdədir. O, müxtəlif KİV-lərə, xüsusilə Rusiya mətbuatına verdiyi müsahibələrdə ermənilərə dostluğunu məmnunluqla xatırlayır, hətta Dağlıq Qarabağı ermənilərlə daha çox bağlayır.
Qəribədir ki, özlərini “demokrat”, “xalqını sevən”lər kimi cəmiyyətə təqdim etməyə çalışan radikal müxalifət partiyalarının rəhbərləri bu ermənipərəsti prezidentliyə vahid namizəd elan ediblər. Üstəlik, R.İbrahimbəyovdan “vətənpərvər ziyalı” obrazı yaratmağa çalışırlar. Amma əvəzində isə qoca kinorejissor hər müsahibəsində radikalların bu yöndə “zəhmətini” puç edir.
Bir neçə gün öncə R.İbrahimbəyovun “kavpolit.com”-a (Kavkaskaya politika) verdiyi müsahibə bunu bir daha təsdiqləyir. Qeyd edək ki, həmin müsahibəsində də, o bir daha özünün erməni təəssübkeşliyini ortaya qoyub. Qoca kinorejissor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala elə ehtiyatla cavab verib ki, ermənilərin xətrinə toxunmasın. O, problem haqqında belə deyib: “Mən hakimiyyətdə müvəqqəti adam olacam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də, biz Qarabağın erməni əhalisini sadaladıqlarımda əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər”.
Əlbəttə ki, bu fikirlər “Milli şura”nın vahid namizədinin erməni təəssübkeşliyinin əyani göstəricisidir.
Təbii ki, Azərbaycan cəmiyyəti “Milli şura”nın vahid namizədinin antimilli fəaliyyətini kəskin etirazla qarşılayır. Məsələyə münasibət bildirən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev R.İbrahimbəyovun bu fikirlərini vətənə xəyanət kimi qiymətləndirib. Onun sözlərinə görə, Qarabağın tarixən Azərbaycan torpağı olması bütün dünyaya məlumdur: “Ermənilər tarixin müxtəlif dövrlərində imperialistlər tərəfindən bizim ərazilərimizə köçürüblər. Onlardan hər zaman biz türklərə qarşı istifadə ediblər. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, indiki Ermənistan bizim tarixi torpaqlarımızda yaradılıb. Biz ikinci dəfə torpağımızda erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Yəqin ki, R.İbrahimbəyov bunun əksini düşünür. Onun ermənilərə olan sevgisi o qədər güclüdür ki, Qarabağ məsələsinin həllini ölkəmizin daxili vəziyyəti ilə əlaqələndirir. Təbii ki, bu yanaşma milli mövqeyimiz ilə daban-dabana ziddiyyət təşkil edir”.
İctimai Birliyin sədri deyib ki, R.İbrahimbəyovun ermənilərlə dostluq münasibətləri hər kəsə məlumdur. Bu yanaşma da, məhz onun satqınlığının göstəricisidir. Onun fikrincə, əgər “Milli şura”nın vahid namizədi belə ermənipərəst mövqedədirsə, yəqin ki, qurumun digər üzvləri də onunla həmrəydirlər: “Bu səbəbdən də, Azərbaycan xalqı onları qəbul etmir”.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli də bildirib ki, Ermənistanın beynəlxalq qanun-qaydalara əməl etmədiyini R.İbrahimbəyov yaxşı bilir: “Ermənilər müharibə qanunlarına da əməl etməyiblər, mülki insanları, uşaqları, qocaları qətlə yetiriblər, Xocalı soyqırımını törədiblər. Nə üçün R.İbrahimbəyov bu faktların üzərində dayanmır. Ağdamda 8 yaşlı Fariz Bədəlovu snayperlə öldürdülər, 13 yaşında qız partlayıcı maddənin qurbanı oldu. R.İbrahimbəyov bilmir ki, ermənilər Azərbaycanda 32 terror hadisəsi törədib? Bununla bağlı yaxşı ssenari yazardı, film təqdim edərdi. Amma indiyədək Azərbaycanın haqq işini dünyaya çatdırmayıb, əksinə münaqişənin həll olunmamasını ölkəmizdəki vəziyyətlə əlaqələndirir. Əgər dünyada ən ideal dövlət Azərbaycan olsaydı, guya ermənilər sülhə gələcəkdilər? Bu işdən heç vaxt əl çəkməyəcəklər, çünki xislətləri belədir. Azərbaycanın haqq işinə bu cür kölgə salmaq kimə xidmət edir? Moldova ombudsmanı Yerevanda parlamentdə cəsarətli çıxış etdi və belə çıxışlar gec-tez bütün ölkələrdə olacaq. Dünya parlamentləri Xocalı soyqırımını tanıyır, Quba məzarlığı erməni vəhşiliyinin göstəricisidir. R.İbrahimbəyov bu haqda ssenarilər yazıb film çəksə yaxşı olar. O, kino çəkməkdən durub indi siyasətçi olub. Siyasətə gəlməyi bəs deyil, hələ Azərbaycanın haqq işinə kölgə salır. Bu, qəbuledilməzdir”.
E.Həsənli deyib ki, belə bir adamın Azərbaycanda hakimiyyət iddiasına düşməsi məntiqsizdir. Onun sözlərinə görə, çətin bir regionda yerləşən Azərbaycanda sabitlik təmin olunub, iqtisadiyyat sürətlə inkişaf edir, güclü ordu yaradılıb, uğurlu xarici siyasət həyata keçirilir. “R.İbrahimbəyov yaxşı başa düşür ki, xalq ona səs verməyəcək. Amma yenə də soruşmaq lazımdır ki, bu namizəd xalq üçün nə edib. Kinonu bir tərəfə qoyaq, çünki o mədəniyyət sahəsidir. Onda bu məntiqlə idmançı da, müğənni də prezidentlik iddiasına düşə bilər. Amma dövlət idarəçiliyi tamam başqa məsələdir. Qəribədir, bilə-bilə ki, R.İbrahimbəyovun ikili vətəndaşlığı var, 10 ildən çoxdur Azərbaycanda yaşamır və s. onun namizədliyini irəli sürürlər. Yəni bilirlər ki, seçki qanunvericiliyi buna imkan vermir, qəsdən namizədliyini verirlər ki, qeydiyyata alınmasın. Yaxşı başa düşürlər ki, seçicilər ona səs verməyəcək. Sonra da Azərbaycanın milli-maraqlarına zərbə vurmağa çalışacaqlar. Deyəcəklər ki, bizim namizəd “güclü” olduğu üçün namizədliyini qeydə almırlar. Yəni vəziyyətdən belə çıxmaq istəyirlər. Onların seçkiyə yanaşmaları nə məntiqə, nə də hüquqa əsaslanmır” - deyən E.Həsənli əlavə edib ki, Azərbaycan prezidenti olmaq istəyən şəxs 9 milyonlq xalqa, şəhidlərin ruhuna, torpaq uğrunda əlil olan insanlara hörmət etməlidir. Bunu etmir, amma xalqın rəhbəri olmaq istəyir.
“Bu, sadəcə, şoudur. R.İbrahimbəyov ssenari yazmağı xoşlayır, bu da onun müxalifətlə birləşib yazdığı ssenaridir. Amma R.İbrahimbəyov unutmamalıdır ki, incəsənətlə siyasət ayrı-ayrı şeylərdir. Xalq praqmatik siyasəti dəstəkləyir və insanların seçkilərə münasibəti bəllidir” - deyə, İctimai Birliyin sədri vurğulayıb.

 
  • Oxunub:  29400  |  
  • Tarix:  11-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA