Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qoca kinodramaturqun erməni sevgisi tükənmir

Qoca kinodramaturqun erməni sevgisi tükənmir

10.07.2013 [13:14]

Nardar Bayramlı

Tahir Kərimli: Rüstəm İbrahimbəyovun fikirləri həm tariximizə, həm vətənimizə, həm də torpaq uğrunda canlarını verən şəhidlərimizin ruhuna böyük həqarətdir
Qoca kinodramaturq Rüstəm İbrahimbəyov bu günlərdə növbəti dəfə erməni təəssübkeşliyini nümayiş etdirib. Əslində, “Milli şura”nın prezidentliyə “vahid namizəd”i R.İbrahimbəyovun erməni xislətli olması artıq bütün cəmiyyətə bəllidir. Doğrudur, “Milli şura”da cəmləşmiş radikallar qoca kinorejissoru “vətənpərvər ziyalı” kimi cəmiyyətə sırımağa çalışırlar. Amma R.İbrahimbəyov vaxtaşırı olaraq Rusiya KİV-lərinə ermənipərəst müsahibələr verməklə əsl simasını göstərir və buradakı fanatlarının “əziyyətini heçə endirir”. Axı vətənpərvər ziyalı Qarabağın kimə məxsus olduğunun müzakirə mövzusu olduğunu deməz və ya münaqişənin həllinin Azərbaycanın daxili problemləri ilə əlaqələndirməz. R.İbrahimbəyov isə bunun hamısını edir. Ona görə də, tərəfdarlarının ondan “vətənpərvər ziyalı” düzəltmək oyunu baş tutmur.
Ümumiyyətlə, ictimai rəydə belə fikir formalaşıb ki, R.İbrahimbəyovun “Milli şura”sı məhz xarici dairələrin təsirindədir. Bunu kinorejissorun özü inkar etməyə çalışsa da, faktlar və proseslər təsdiq edir ki, “Milli şura”, əslində, ermənipərəst dairələrin layihəsidir. Bunu R.İbrahimbəyovun erməni sevgisi bir daha təsdiqləyir.
Belə ki, R.İbrahimbəyov kavpolit.com-a (kavkaskaya politika) verdiyi müsahibədə bir daha özünün erməni təəssübkeşliyini ortaya qoyub. Qoca kinodramaturq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala elə ehtiyatla cavab verib ki, ermənilərin xətrinə dəyməsin. O, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmədiyini söyləyib. “Milli şura”nın “vahid namizəd”i problem haqqında belə deyib: “Mən hakimiyyətdə müvəqqəti adam olacam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də, biz Qarabağın erməni əhalisini sadaladıqlarımda əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər”.
Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. Bu, bariz erməni təəssübkeşliyinin nümunəsidir. Xatırladaq ki, bir müddət öncə də o, təxminən belə bir müsahibə vermişdi. Həmin müsahibədə də R.İbrahimbəyov antimilli və ermənipərəst mövqedə olduğunu sübut eləmişdi. Belə ki, o, Rusiya KİV-lərinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən, Dağlıq Qarabağın tarixən kimə məxsus olmasının müzakirə mövzusu olduğunu demişdi. Bu səbəbdən, Azərbaycan cəmiyyətində R.İbrahimbəyov ciddi və haqlı tənqidlərə məruz qalmışdı. Və bundan sonra guya o, bu tənqidlərə cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarı olduğunu bildirmişdi. Amma buna rəğmən, kinorejissor və “Milli şura”nın (əslində, antimilli şuranın) “vahid namizəd”i Qarabağın tarixən Azərbaycan torpağı olduğunu bəyan etmədi. Bununla da, bir daha ermənipərəstliyini gizlətmədi. Yəqin, R.İbrahimbəyov Qarabağın Azərbaycan torpağı olduğunu ona görə deməyib ki, ermənilərin xətrinə dəyə bilər.
Burada sual olunur ki, belə bir şəxin yaratdığı “Milli şura” milli mövqedə ola bilərmi? Əlbəttə ki, yox. Bu mənada “Milli şura”nın da erməni layihəsi olduğunu söyləmək olar. Axı R.İbrahimbəyovun ermənilərlə digər layihələri də var. 
Məsələn, bir müddət əvvəl sosial şəbəkələrdə və kinematoqrafiya məsələlərinin müzakirə edildiyi forumlarda ukraynalı istifadəçilər tərəfindən erməni rejissor Roman Balayan və azərbaycanlı ssenariya müəllifi Rüstəm İbrahimbəyovun yeni birgə işinin səbirsizliklə gözlədikləri barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda deyilirdi ki, İbrahimbəyov və Balayanın birgə filminin çəkilişlərinə Kiyevdə hazırlıqlar da gedir. Qeyd edək ki, bu Rüstəm İbrahimbəyov və Roman Balayanın ilk birgə işi deyil. R.Balayanın bir sıra filmlərinin ssenari müəllifi məhz R.İbrahimbəyovdur. Onların sırasında - “Cənnət quşları”, rejissor R.Balayan, ssenari müəllifi R.İbrahimbəyov (Rayskie ptiüı - 2008), “Gecə işıqlıdır” rejissor R.Balayan, ssenari müəllifləri R.İbrahimbəyov və R.Balayan (Noçğ svetla - 2004), “Filer” rejissor R.Balayan, ssenari müəllifləri R.İbrahimbəyov, R.Balayan, Aleksandr Serafimoviç (Filer - 1987), “Mənim talismanım, məni qoru” rejissor R.Balayan, ssenari müəllifi R.İbrahimbəyov (Xrani menə, moy talisman - 1986) filmlərini qeyd etmək olar.
Onu da qeyd edək ki, R.İbrahimbəyovun digər müsahibələrində olduğu kimi budəfəki müsahibəsi də ölkəmizdə narazılıqla qarşılanr. Məsələn, qəzetimizə açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli R.İbrahimbəyovun həmin müsahibəsini ürək ağrısı ilə oxuduğunu deyib: “Necə ola bilər ki, bir azərbaycanlı milli maraqlarımıza bu qədər zərbə vursun. Qarabağın Azərbaycan torpağı olmasına şübhə işə yanaşmaq yolverilməzdir. Hamıya məlumdur ki, Qarabağa ermənilər Türkmənçay müqaviləsindən sonra gəliblər, hətta bu münasibətlə Qarabağda abidə də qoyulmuşdu. Tarix təsdiq edir ki, ermənilər bu bölgəyə gəlmə xalqdırlar. Belə olan təqdirdə, R.İbrahimbəyovun Dağlıq Qarabağı Azərbaycan torpağı olmasına şübhə etməsi ermənilər üçün bayramdır, dəstəvuzdur. Təsadüfi deyil ki, erməni saytları onun fikirlərinə istinad edirlər. Burada bir məqam özünü göstərir ki, R.İbrahimbəyov Azərbaycan xalqına yuxarıdan aşağı, həqarətlə baxır. O Qarabağla bağlı fikirlərində Azərbaycanın milyonlarla vətəndaşının rəyini nəzərə almır, ermənilərin, Rusiyadakı bəzi dairələrin xoşuna gəlmək üçün işğalçıları müdafiə edir. R.İbrahimbəyov onlara xoş gəlsin deyə öz dövlətini aşağılayır. Axı biz bilirik ki, öz torpağımızda ermənilər insanların başına nə müsibətlər gətiriblər. Onu da bilirik ki, hələ çar Rusiyası dövründə erməniləri torpaqla təmin etmək üçün azərbaycanlılara nə cür təzyiqlər göstərilib. Yəni biz bilirik, ermənilər Azərbaycan torpaqlarına necə məskunlaşdırılıb”.
Vəhdət Partiyasının sədri deyib ki, R.İbrahimbəyov tərəfindən münaqişənin həlli ilə bağlı azərbaycanlılarla ermənilərin bərabər səviyyədə qoyulması, Qarabağın bizim torpağımız olmasını şübhə altına alınması əlbəttə ki, həm tariximizə, həm vətənimizə, həm də torpaq uğrunda canlarını verən şəhidlərimizin ruhuna böyük həqarətdir. Onun sözlərinə görə, torpaqlarımız işğal olunanda heç kim səsini çıxarmırdı, hərbi təcavuzün qarşısı alınmırdı. “İndi də deyirlər ki, münaqişənin həllində hərbi yol lazım deyil. Amma dövlətimizin başçısı İrəvanın qədim Azərbaycan şəhəri olduğunu, indiki Ermənistanın Azərbaycan torpağında yaradıldığını bəyan edib. Hazırda dövlətimiz münaqişənin həlli üçün nə mümkünsə edir. R.İbrahimbəyovun fikirləri ya bilməməzlikdən irəli gəlir, ya da bilərək populist fikirlər səsləndirir ermənilərə xoş gəlmək üçün” - deyə, T.Kərimli vurğulayıb.

Paylaş:
Baxılıb: 1284 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30