Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov Əkrəm Naibovun atasına rəhmət oxutdurdu
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov Əkrəm Naibovun atasına rəhmət oxutdurdu
Yazdı: Pərviz Sadayoğlu

Radikal müxalifətin “vahid namizəd”i yenə də erməniləri təriflədi, Azərbaycan xalqını təhqir etdi
Siyasi kimliyə malik olmayan, yalnız xəyanət planlarındakı iştirakı, satqınlığa söykənən fikirləri və tamahından qidalanan kin-küdurəti ilə gündəmə gələn Rüstəm İbrahimbəyovun ölkəmiz əleyhinə fəaliyyəti davam etməkdədir. Xarici ermənipərəst dairələrin “süfrəsinin artığı”na göz dikən, bu yolda öz xalqını, torpağını, dövlətini belə satan İbrahimbəyov bu dəfə də öz “milli kimliyini” dünyaya nümayiş etdirib. Bir məqama xüsusi toxunmaq lazımdır ki, onun yaratdığı “Milli şura”nın “millilik” dərəcəsi də elə İbrahimbəyovun özünün milliliyi ilə düzmütənasibdir. Yəni, İbrahimbəyov nə qədər millidirsə, onun “şura”sı da bir o qədər millidir.
Ümumiyyətlə, son dövrlərdə erməni lobbisinin sifarişi və pulu ilə Azərbaycan xalqının tarixinə, milli-mədəni irsinə, ərazi bütövlüyünə dil uzadan sapı özümüzdən olan baltalar yağışdan sonrakı göbələk kimi artır. Əkrəm Naibovun timsalında xalqına düşmən kəsilən, ermənilərə haqq qazandıran naqislərin yolunu sonradan Rüstəm İbrahimbəyov kimi yarımkonservantlar davam etdirir.
Erməni lobbisinin pulu ilə ortaya düşən İbrahimbəyov yenə də erməniləri tərifləyir, azərbaycanlıları aşağılayır
Adını radikal müxalifətin “vahid namizəd”i qoymuş, amma istər düşüncə, istərsə də milli bağlılıq etibarı ilə Azərbaycan dövlətindən və xalqından həddindən artıq uzaqlıqda olan Rüstəm İbrahimbəyov kavpolit.com-a (kavkaskaya politika) verdiyi müsahibədə bir daha özü öz maskasını yırtıb və kimliyini Azərbaycan cəmiyyətinə nümayiş etdirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala elə bir tərzdə cavab verib ki, sanki həqiqəti söyləməklə ermənilərin xətrinə dəyməkdən qorxur. İbrahimbəyov Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmədiyini söyləyib. Təsəvvür etmək belə dəhşətlidir ki, özünü prezidentliyə namizəd elan etdirmiş birisinin Azərbaycanın ən böyük probleminə münasibəti necədir.
Əslində, onun bu qorxaq, topuq vuran dillə danışması bir daha İbrahimbəyovun hansı maraqlara xidmət etdiyini göstərmiş olur. O bildirir ki, “mən hakimiyyətdə müvəqqəti adam olacam. Qoy bu məsələləri yeni seçilmiş parlament həll etsin. Ümumiyyətlə, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. Biz Qarabağı verməli deyilik, amma biz ermənilərə demokratiya, korrupsiyanın olmaması, azərbaycanlılarla real bərabərlik barədə zəmanət verməliyik. İş burasındadır ki, Qarabağ təkcə torpaq deyil, həm də bu bölgənin erməni əhalisidir. Buna görə də, biz Qarabağın erməni əhalisini sadaladıqlarımda əmin etməliyik. Ermənilər bacarıqlı və anlayan xalqdır. Düşünürəm ki, onlar bizi başa düşəcəklər”.
İbrahimbəyov öz kimliyini açıq şəkildə göstərir – o, azərbaycanlı deyil...
Birincisi, sərsəm xəyalların qanadlarında uçan, elə bu xəyalların təsiri altında məkrli erməni planlarının ön cərgəsində yer alan Rüstəm İbrahimbəyov hesab edir ki, prezident olacaq, amma Dağlıq Qarabağ məsələsi onun işi deyil. Yəni, ən ciddi milli problemə şəxsi müstəvidə açıq biganəlik nümayiş etdirir. Maraqlıdır ki, “prezident seçiləcəm” deyən birisinin milli problemə belə ötəri münasibəti onun Azərbaycana nə qədər bağlı olduğunu göstərmirmi?
İkincisi, R.İbrahimbəyova görə, Dağlıq Qarabağ probleminin həllinə əsas maneə Azərbaycandır. Küt məntiqə söykənərək çıxış edən Rüstəm İbrahimbəyov ermənilərə haqq qazandırmaq, bəraət əldə etmək üçün az qalır desin ki, ermənilər düz edib tarixi Azərbaycan torpaqlarını zəbt edirlər. İnandırıcıdır ki, bir azdan sonra İbrahimbəyovun dilindən bu fikirləri də eşidəcəyik. Çünki görünən budur ki, bu şəxs öz məntiqi və ağlı ilə idarə edilmir, kənar iradələrin təsiri altında çıxış edir. Həmin erməni iradəsinin gələcəkdə İbrahimbəyovdan nə tələb edəcəyi isə bəlli deyil.
Bundan başqa, İbrahimbəyov müsahibəsində bildirir ki, biz “bacarıqlı və anlayan” xalq olan erməniləri nədəsə əmin etməliyik. Əslində, bu fikirləri Dağlıq Qarabağla bağlı “Milli şura”nın “vahid namizəd”inin seçki platforması kimi də qəbul etmək olar. Erməni lobbisi bir milyard da pul qoysaydı, Azərbaycanda prezidentliyə bundan yaxşı və əlverişli namizəd çıxara bilməzdi. Çünki birmənalı şəkildə azərbaycanlı adını formal olaraq daşıyan, qaynayan hər erməni qazanının çömçəsinə çevrilməyə can atan Rüstəm İbrahimbəyov özünü erməni “dayılarına” şirin göstərmək üçün öz aləmində “siyasi priyomlara” əl atır. Amma İbrahimbəyov unudur ki, Azərbaycan cəmiyyəti hər zaman bu fikri işlədib ki, Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır və onlar gələcəkdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycan dövlətinin tanıdığı bütün hüquq və azadlıqlardan istifadə etməkdə azaddırlar. Deyəsən, İbrahimbəyov yenə də öz ermənipərəstliyinin girdabına sürüklənir. Çünki onun işlətdiyi hər ifadə onun siyasi imicini yüksəltməyə yox, erməni pulu ilə dingildədiyinə nümayiş etdirməyə xidmət göstərir.
İbrahimbəyov hələ də Bakıdan gedən ermənilərin xiffətini çəkir-1988-ci ildə azərbaycanlıların dədə-baba torpaqlarından qovulmalarından danışmır
Hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada xalqını aşağılayan, sanki bundan zövq alan və özünü “elita” sayaraq millətinə yuxarıdan aşağı baxmağa cəhd edən Rüstəm İbrahimbəyov deyirdi ki, Bakıdan ermənilərin çıxıb getməsindən sonra “buradakı mühit onu boğur”. İbrahimbəyov açıq şəkildə Azərbaycanın bölgələrindən paytaxta gələn vətəndaşlarımızı təhqir edir, onlara yuxarıdan aşağı münasibət sərgiləyirdi.
İndi bəlli olur ki, ötən 3 ildə İbrahimbəyovun ermənisevdalısı olan beyni hələ də bu cür naqolay fikirlərdən arıtlanmayıb. Radikal müxalifətin özünəyaraşan namizədinin erməni sevgisi hələ də ürəyinin dərin qatlarında köz kimi qaralmaqdadır. İbrahimbəyov hər müsahibəsində mütləq şəkildə ermənilərin Bakıdan getməsini göynərti ilə yad edir, amma bu günə qədər bir dəfə də olsun işğal altında olan rayonlarımz, Xocalı soyqırımı və başqa dərdlərimizlə bağlı bığını tərpədib bir kəlmə belə deməyib.
Budəfəki müsahibəsində də “ənənəsinə” sadiq qalan İbrahimbəyov rayon sakinlərinin Bakıya axışmasından narahatlığını ifadə edir: “Bakının görünüşü dəyişib, ənənələr məhv olub. 2 milyondan çox rayon sakininin Bakıya gəlməsi demoqrafik fəlakət yaradır. Çünki onlar Bakının ənənələrini bilmirlər”.
Bəli, onun məntiqincə, Bakının ənənəsini İbrahimbəyov, onun dostu Roman Balayan, şəriki İsa Qəmbərin dostu Aram Manukyan və başqa dost-qardaşları bilirlər. İbrahimbəyov hələ də ermənilərin Bakıdan köçüb getməsinin xiffətini çəkir, amma 1988-ci ildə öz dədə-baba torpaqlarından-İrəvandan, Zəngəzurdan, Dərələyəzdən qovulan soydaşlarının dərdini bir dəfə dilinə gətirmir. Görünür müxalifətin başbiləni seçilən bu cür küt beyinə malik erməni sevdalısı olan İbrahimbəyov üçün ermənilərin rahatlığı, onların yüksək komfortla əhatə olunması azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmalarından daha vacib məsələdir.
Buyursun, Azərbaycanın 20 illik radikal və ənənəvi müxalifət partiyaları və onun başçıları özlərinin “sənət əsərlərinə” diqqət kəsilsinlər. Erməni oyununun mühüm bir parçası qismində çıxış edən İbrahimbəyov özünü gizlətmir, əksinə, radikal müxalifəti o qədər aciz, bədbəxt bir nəsnə hesab edir ki, açıq-aşkar ermənilərlə işbirliyində olmasını ortaya qoyur.
Amma ola bilsin ki, İbrahimbəyov Azərbaycandan kənarda o qədər yaşayıb ki, bu elin, bu yurdun adətini, ənənəsini yaddan çıxarıb. Azərbaycan xalqı heç bir zaman satqınlıq yolu tutan, dövlətinə, xalqına yan gözlə baxan xəyanətkarları cəzasız qoymayıb. Yəqin ki, xalqın bu cəzası İbrahimbəyovun da yaxasını haqlayacaq. Bunun nə vaxt olacağını isə zaman göstərəcək.

 
  • Oxunub:  28500  |  
  • Tarix:  09-07-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA