Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət özünü normal siyasi proseslərdən təcrid edib
A+   Yenilə  A-
Radikal müxalifət özünü normal siyasi proseslərdən təcrid edib
Yazdı: Mübariz Abdullayev

Mayis Güləliyev: Rüstəm İbrahimbəyovun “Milli şura” ideyası müxalifəti qış yuxusuna vermək məqsədi güdür
Cəmiyyətin maraqlarından çıxış etməyən və buna görə də, cəmiyyətdən dəstək almayan radikal müxalifət təmsilçiləri saxta fəallıq görüntüsü yaratmaq və bu yolla gündəmdə qalmaq üçün müxtəlif manipulyasiya cəhdlərinə əl atırlar. Radikalların zaman-zaman təmtəraqlı adlar qoyaraq müxtəlif birliklər, təşkilatlar yaratmaları belə ucuz manipulyasiya cəhdlərinə nümunədir. Son 20 ildə onların ətrafına cəm olduqları SİDSUH, “Yes”, DUH, “İctimai palata”, “Ziyalılar forumu”, “El” hərəkatı və çoxlu sayda digər belə qurumun adını çəkmək mümkündür. Lakin bu təşkilatların hamısı cəmiyyətdə hansısa pozitiv funksiya yerinə yetirməkdən, ictimai fikrə müsbət təsir göstərməkdən çox uzaq olub, yeni ideyalarla çıxış etməyib, əksinə daha çox yalan, reallığa söykənməyən vədlərlə, insanları pozuculuq hərəkətlərinə çəkməyə, cəmiyyətə daim neqativ enerji ötürməyə göstərdikləri səylərlə yadda qalıblar. Ölkəmizdə mühüm ictimai-siyasi hadisələr, əsasən də müxtəlif illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ərəfəsində yaradılan belə birliklərin çoxusu həm də mövsümü xarakter daşıyıb və cəmiyyətin sosial-siyasi sifarişi kimi yaranmadığından tez də sıradan çıxaraq tarixin arxivinə qovuşub.
Bu cəhətdən qarşıdan gələn prezident seçkiləri ərəfəsi də istisna deyil. Radikal müxalifət düşərgəsində yenə də hansısa yeni “birlik” formatları yaradılmasına təşəbbüslər göstərilir. Radikallar elə hey birləşirlər, ayrılırlar, barışırlar, küsüşürlər. Beləcə, vaxt ötür, sürətlə inkişaf edən, qloballaşan dünyanın bir hissəsi olan Azərbaycan cəmiyyətində də bir sıra pozitiv dəyişikliklər baş verir, başlıcası ictimai şüur dəyişir, insanlar hadisələrə daha tələbkar və çevik yanaşırlar. Ölkəmiz sürətlə inkişaf edir, sosial-iqtisadi cəhətdən möhkəmlənir və dünya birliyinin layiqli üzvünə çevrilir. Radikal düşərgəni təmsil edən AXCP, “Müsavat” və bu qəbildən olan digər partiyalar isə dünyada və cəmiyyətimizdə baş verən dəyişikliklərlə ayaqlaşmaqdan çox uzaqdırlar, onlar yerlərində sayırlar, sanki heç nəyi görmürlər və heç nəyi başa düşmürlər. Bu qənaətə gəlməyə hər cür əsas var. Belə ki, radikal düşərgə təmsilçiləri səsləndirdikləri fikirlərdə, sərgilədikləri əməllərdə 20 il bundan qabaqkı eyni empirik səviyyəni nümayiş etdirirlər-nə həyata baxışlarında, nə də mübarizə vasitələrində heç bir dəyişiklik baş verməyib. Belə təsəvvür yaranır ki, cəmiyyətin müsbət mənada dəyişməsi, ictimai fikrin zənginləşməsi, müxalifətin sıralarına yeni qüvvələrin cəlb olunması radikalları əsla maraqlandırmır, onlar müəyyən maddi təminatların müqabilində, sadəcə illərin ötməsini gözləyirlər.
Bütün bu cəhətlər qarşıdan gələn prezident seçkiləri ərəfəsində kosmopolit, daha çox da ermənipərəstliyi ilə “şöhrətlənən” Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura” ətrafında radikalların sərgilədikləri manipulyasiya cəhdlərində də aydın şəkildə təzahür edir. Klassik müxalifətçilik anlamından yanaşdıqda biz qondarma “Milli şura” ətrafında süni ajiotaj yaradan qondarma “El” hərəkatının, AXCP-nin, “Müsavat”ın və digər partiyaların, qrupların əslində, siyasi səhnədə hadisələrə yalnız seyirçi mövqedən yanaşmalarının şahidi oluruq. Özlərini radikal düşərgənin əsas güc mərkəzi zənn edən Əli Kərimli, İsa Qəmbər və digərləri qondarma “Milli şura” söhbətləri ortaya çıxandan sonra bir növ ram olunmuş kimi görünürlər. Onlar sanki qurumun ideya müəllifi, sədri və artıq “vahid namizəd”i Rüstəm İbrahimbəyovun ağzına baxaraq dediklərini təkrarlayır, əl hərəkətlərinin tələbi ilə oturub dururlar.
Əlbəttə, “cəbhəçilər”in və “Müsavat”çıların qoca kinodramaturqa münasibətdə özlərini “sözəbaxan uşaq” kimi aparmaları heç də səmimiyyətin ifadəsi deyil. Bir-birilərinə qarşı sərt və radikal mövqedən geri çəkilməyən, fürsət düşdükcə bir-birlərinə açıq və gizli şəkildə zərbələr vuran Əli Kərimlinin və İsa Qəmbərin, bütövlükdə isə AXCP ilə “Müsavat”ın fəaliyyətsizliklə barışmaları, Rüstəm İbrahimbəyovun dedikləri ilə oturub-durmaları müəyyən gözləntilərlə bağlıdır. Daha konkret ifadə etsək, radikal müxalifət təmsilçiləri siyasi ambisiyalarını maddi umacaqlarına qurban veriblər. Hələ ötən ildən “Cari seçkilərdə “vahid namizəd” mən olacağam” deyən İsa Qəmbərin qondarma “Milli şura”ya qoşularaq Rüstəm İbrahimbəyovun namizədliyini dildə də olsa dəstəklədiyini bildirməsini, “cəbhəçilər”in partiya sədri Əli Kərimlidən zorən namizəd düzəltmək istəklərindən geri çəkilmələrini başqa hansı amillərlə əsaslandırmaq mümkündür?
Qondarma “Milli şura”nın mahiyyəti, məramı və məqsədi bəllidir. Bu qurumun xaricdəki, o cümlədən də, Rusiyadakı antimilli dairələrin Azərbaycanın beynəlxalq miqyasdakı uğurlarına kölgə salmaq, ölkəmizin sürətli sosial-iqtisadi inkişafını əngəlləmək planlarının tərkib hissəsi kimi yaradıldığına dair təkzibolunmaz faktlar var. Qoca kinodramaturqun ümummilli maraqlarımızı hədəfə alan “Milli şura” layihəsinə asanlıqla qol qoyması başadüşüləndir. Çünki indiyədək biz onun zaman-zaman Azərbaycan cəmiyyətinə qarşı sərgilədiyi sayğısız münasibətin şahidi olmuşuq. Kosmopolit və ermənipərəst birisinin xaricdəki məlum dairələrlə əməkdaşlığa girməsi də elə qoca kinodramaturqun xarakterinin bu keyfiyyətləri və əlbəttə ki, ona vəd olunan gen-bol maddi təminatlarla bağlıdır. İndiyədək yeri gəldi-gəlmədi “biz milli mövqedən çıxış edirik” kəlməsini dilə gətirən Əli Kərimlinin, İsa Qəmbərin və bu qəbildən olan digərlərinin erməni lobbisinin təsir dairəsində olan mərkəzlərin mətbəxində hazırlanan “Milli şura” çağırışlarına “hə” demələri isə cəmiyyətdə ciddi qınağa səbəb olub.
Təxminən bir ay bundan əvvəl bəyan edilən qondarma “Milli şura”nın tezliklə tarixin toz basmış arxivinə gedəcəyi heç kəsdə şübhə doğurmur. Qurum daxilindəki proseslər onun gələcək aqibəti ilə bağlı bədbin proqnozlar söyləməyə əsas verir. Burada “vahid namizəd” məsələsi ilə bağlı yaranan qeyri-müəyyənlik, seçki ərəfəsində sədrin və “vahid namizəd”liyə təsdiqlənmiş şəxsin ölkəyə gəlməyə cəsarət etməməsi, bu və digər səbəblərdən yaranan narazılıqlar onu göstərir ki, qondarma “Milli şura” qarşıdan gələn seçkilərdə hər hansı bir rol oynamaq iqtidarında olmayacaq. Bu isə o anlama gəlir ki, hansısa gözləntilər müqabilində aldanaraq qondarma quruma qatılan radikal müxalifət təmsilçiləri də əslində, ölkəmizdə getdikcə dərinləşən demokratik proseslərə rəng qatmaq, normal qaydada siyasi mübarizəyə qoşulmaq, təcrübə toplamaq şansını növbəti dəfə fövtə vermişlər.
Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev də bu qənaətdədir ki, Rüstəm İbrahimbəyovun “Milli şura” ideyası müxalifəti qış yuxusuna vermək məqsədi güdür: “Milli şura”nın Rusiyadakı bəzi qüvvələrin layihəsi olduğunu, Azərbaycanın istiqlalına qarşı yönəldiyini və “Milli şura”nın antimilliliyini və dəyərsizliyini bir neçə dəfə təkrar etmişəm. “Milli şura”dakılar demokratik qüvvələr adını da monopoliyaya götürürlər, guya ki, demokrat ancaq bunlardır. Bunun özü antidemokratik düşüncədir. Bu qurumun ən adi texniki məsələləri belə düzgün deyil. Onu da deyim ki, “Milli şura”nın hakimiyyətə alternativ heç bir təklifi yoxdur və ola da bilməz”.

 
  • Oxunub:  23970  |  
  • Tarix:  09-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA