Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov diktator ritorikası ilə danışır
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov diktator ritorikası ilə danışır
Yazdı: Mübariz Abdullayev

Ermənipərəst kinodramaturq ona qarşı səslənən tənqidi fikirlərə aqressiv reaksiya göstərməklə demokratik düşüncə tərzindən uzaq olduğunu təsdiqləyir
Qondarma “Milli şura”nın sədri və artıq prezidentliyə “vahid namizəd”i Rüstəm İbrahimbəyov indiyədək cəmiyyətə müxtəlif rakurslardan təqdim olunub. Yəni, bu günə kimi, mətbuat onun xarakterinin dominant xüsusiyyəti olan kosmopolitliyindən, zaman-zaman çəkinmədən sərgilədiyi ermənipərəstliyindən, Azərbaycan cəmiyyətinə bəslədiyi ögey münasibətdən, doğma dilimizdə kələ-kötür danışmasından, üzə çıxan iqtisadi xarakterli cinayətlərindən və mənəvi düşkünlüyündən çox yazıb. Son vaxtlar isə bu siyahıya qoca kinodramaturqla bağlı olan və milli mentalitetimiz, dini inanclarımız baxımından heç də xoş ovqat yaratmayan üzdəniraq “donuz əhvalatı” da əlavə olundu. Xatırladaq ki, bu yaxınlarda Rusiya kanallarının birində canlı efirdə Rüstəm İbrahimbəyovun “donuz qonaqlığı əhvalatı”nı qəfildən xatırlaması o qədər yersiz alındı ki, hətta aparıcılar da təəccüblərini gizlətmədilər və şərh verməyə söz tapa bilmədilər.
Rüstəm İbrahimbəyov yeni “status” qazandıqdan dərhal sonra isə xarakterindəki indiyədək məharətlə gizlətməyi bacardığı digər mənfi keyfiyyətləri büruzə verməyə başlayıb. Yəni, qondarma “Milli şura”nın “vahid namizəd”i kimi müəyyənləşdirildikdən sonra səsləndirdiyi fikirlərdə, mətbuata verdiyi açıqlamalarda Rüstəm İbrahimbəyovun xarakterində diktatorluq xüsusiyyətləri də təzahür edir. Belə ki, əgər indiyədək onun çıxışlarında qorxaqlıq, cəsarətsizlik, tez-tez özünü təkzib etmə halları, siyasətdə diletantlığı diqqəti çəkirdisə, indi bütün bu mənfi cəhətlərin üstünə onun despotluğu, demokratik düşüncə tərzindən uzaq olması, özgəfikirliliyə tolerant yanaşa bilməməsi kimi keyfiyyətlər də əlavə olunub. Bir sözlə, qondarma “Milli şura”nın “vahid namizəd”i olandan sonra Rüstəm İbrahimbəyovun ritorikası çox kəskin şəkildə dəyişib. Belə ki, son açıqlamalarında və müsahibələrində Azərbaycan cəmiyyəti qoca kinodramaturqu özünü “burada mənəm, Bağdadda kor xəlifə” timsalında aparan, personasını radikal düşərgə təmsilçilərinin fövqündə qoyan, onlara amiranə şəkildə göstərişlər verməkdən çəkinməyən, azad mətbuata senzura gətirmək istəyən birisi kimi görür.
Bu cəhətdən Rüstəm İbrahimbəyovun “Azadlıq radiosu”nun “İşdən sonra” proqramına verdiyi müsahibə diqqəti çəkir. Yeni ampluada görünən qoca kinodramaturq onun qarşısına “Milli şura”nın “vahid namizəd”i olmaq istəyirsə, mütləq Vətənə dönməlidir” şərtini qoyan radikallara səslənərək onların “ya təxribatçı, ya da siyasətdən başı çıxmayan adamlar olduğunu” iddia edir və deyir: “Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır. Mən bu barədə çirkin məqalələr oxuyuram. Hamısı satqın adamlardır. Yeri gəlsə, o adamların ağzından özüm vuraram”.
Necə deyərlər, no komment! Qaradan tünd rəng yoxdur. Rüstəm İbrahimbəyovun daxilindəki diktatorluq, başqaları üzərində hakim-mütləq olmaq iddiasını sübut etməyə bundan artıq “əşyayi-dəlil” tapmaq mümkündürmü? Adi və həm də reallıqdan gələn bir fikirə görə öz çiyindaşlarının üzərinə belə qəzəb püskürən birisi hansı mənəvi haqla prezidentliyə namizəd olmaq iddiasında buluna bilər? “Siyasətçi” Rüstəm İbrahimbəyov dünyada gedən proseslərdən bu qədərmi bixəbərdir? Məgər bilmirmi ki, indi dünya düzəni dəyişib, onun vaxtilə tərbiyə aldığı və filmlərində təbliğ etdiyi hər cür özgəfikirliliyə “yox” deyən sovet ideologiyası puç olub, daha ölkələr insanlara barmaq silkələməklə idarə olunmur? Tərəfdarlarını onun kimi düşünmədiklərinə görə dərhal susdurmağa çalışan ermənipərəst kinodramaturq onsuz da hər ağızdan bir avaz gələn “Milli şura”da konsensusa necə nail olacaq?
Yeri gəlmişkən, özlərini “demokrat” adlandıranların yaratdıqları qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun bu günlərdə “Yeni Müsavat”a verdiyi müsahibəyə də başdan-ayağa demokratik dəyərlərdən çox uzaq olan bir diktator əhval-ruhiyyəsi hakimdir. Sözügedən müsahibədə qoca kinodramaturq “Milli şura”dakı tərəfdarlarına açıq mətnlə işarə edir ki, heç kəs onunla hansısa məsələləri müzakirəyə çıxarmaq həvəsinə düşməsin, hər bir məsələ yalnız onun iradəsindən keçərək həllini tapmalıdır. R. İbrahimbəyov deyir: “Mənə öyrətməsinlər ki, sən bu işi belə, onu belə elə... Mənim də dünyagörüşüm, təcrübəm, öz mövqeyim var”.
Göründüyü kimi, qoca kinodramaturq demokratik dəyərlərdən o dərəcədə məsafə saxlamaq yolu tutub ki, hətta radikal düşərgənin nəzarətində olan mətbuata da iradlar bildirməkdən çəkinmir, onları özünə sərf etməyən məlumatları tirajladıqlarına görə qınayır. Bununla da “Milli şura”nın “vahid namizəd”i cəmiyyətə mətbuat üzərində senzuranın bərpasına tərəfdar olduğu mesajını verir.
Bəs görəsən, qoca kinodramaturqda mənəmlik, özünü radikal düşərgənin digər təmsilçilərindən daha ağıllı hesab etmək iddiası haradan yaranıb? Bəlkə, “Milli şura” nədirsə ondan da hansısa pay qoparmaq xəyalı ilə yaşayan radikal düşərgə təmsilçilərinin hər kəlməbaşı qoca kinodramaturqa yarınmaq cəhdində bulunmaları, yeri gəldi-gəlmədi onun ünvanına “bəy tərifləri” söyləmələri Rüstəm İbrahimbəyovu özündənmüştəbehliyə gətirib çıxarıb?
Necə deyərlər, ya zəlzələdən, ya vəlvələdən, hər halda bu gün “Milli şura”nın “vahid namizəd”i Rüstəm İbrahimbəyov mətbuata verdiyi açıqlamalarda, müsahibələrdə ifadə etdiyi fikirlərdə göründüyü kimidir. Təkrar edirik, onun səsləndirdiyi fikirlərə bir diktator ritorikası, özündənmüştəbehlik, başqalarının fikirlərinə etinasızlıq əhval-ruhiyyəsi hakimdir. Bu isə o deməkdir ki, demokratik dəyərlərin, fikir plüralizminin bərqərar olduğu, azad mətbuatın gücləndiyi Azərbaycan cəmiyyətində “siyasətçi” Rüstəm İbrahimbəyova yer yoxdur və bundan sonra da olmayacaq.

 
  • Oxunub:  25170  |  
  • Tarix:  08-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA