Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov siyasi cəhətdən nə qədər savadsız olduğunu bir daha göstərdi
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov siyasi cəhətdən nə qədər savadsız olduğunu bir daha göstərdi
Yazdı: Mübariz Abdullayev

Diletant kinossenaristin ziddiyyətli məntiqi və bir-birini tamamlamayan fikirləri onun hansı səviyyədə “siyasətçi” olduğunu təsdiq edir
Məlum olduğu kimi, radikal müxalifətin yeni birlik formatı kimi təqdim olunan, əslində isə burada cəmləşən partiyaların, qrupların, ayrı-ayrı şəxslərin bir-birlərinə qarşı açıq və gizli şəkildə ambisiyalar sərgilədikləri bir qurum olan “Milli şura” son sessiyasında qarşıdan gələn seçkilərdə iştirak etmək üçün özünün “vahid namizəd”ini müəyyənləşdirdiyini bəyan edib. Qurumda təmsil olunanlar bu və ya digər maraqlardan çıxış edərək “vahid namizəd”liyə ahıl yaşında öz sənətini, işini-gücünü ataraq siyasətə “kəllə vuran” qoca kinodramaturq Rüstəm İbrahimbəyovu dəstəkləyiblər.
Qondarma “Milli şura”nın “vahid namizəd” məsələsində qoca kinodramaturqa istinad etməsi, ümumiyyətlə onun heç kəsin gözləmədiyi halda siyasət səhnəsində “zühr etməsi” və indi radikal müxalifətin liderinə çevrilməsi heç də birmənalı qarşılanmır. “Milli şura”da AXCP, “Müsavat”, ALP, ACP, “El” hərəkatı və digərləri Rüstəm İbrahimbəyovu qurumun “vahid namizəd”i elan etsələr də, Azərbaycan cəmiyyəti qoca kinodramaturqun radikalların “ağ atlı oğlanı”na çevrilməsinə təəccüblənir və ümumiyyətlə onun “siyasətçiliyini” qəbul etmir.
Cəmiyyətin Rüstəm İbrahimbəyovun “siyasətçiliyinə” yönəlik ictimai qınağının ciddi əsasları var. Axı dünənədək yalnız film çəkməklə məşğul olan, özünün etiraf etdiyi kimi, “siyasətdən uzaq gəzən” birisinin cəmi bir neçə ayın içində radikal düşərgənin öndəgedəninə çevrilməsi, hətta “vahid namizəd” statusu “qazanması” təəccüblüdür. Dünya siyasətində hələ indiyənəcən belə bir nonses baş verməyib. Aydın görünür ki, Rüstəm İbrahimbəyovun “vahid namizəd” olması, ümumiyyətlə onun “siyasətçiyə” çevrilməsi müəmmalıdır. Burada uzun illərin sınağından çıxan məşhur xalq deyimini də xatırlamamaq mümkün deyil: “Qırxında öyrənən gorunda çalar”.
Həqiqətən də, qoca kinodramaturqun “siyasəti qırxında öyrəndiyi” onun radikalların sırasına necə qoşulmasından başlayaraq bu gün səsləndirdiyi, əksər hallarda da bir-birini təkzib edən, məntiqə və ardıcıllığa söykənməyən cəfəng fikirlərində üzə çıxır.
Beləliklə, Rüstəm İbrahimbəyov necə “siyasətçi” oldu? Qoca kinodramaturq və ondan zorən siyasətçi düzəltmək istəyənlər üçün acı həqiqət ondan ibarətdir ki, onun peşəsini dəyişməsi hansısa uzaq tarixdə və yaxud mücərrəd bir məkanda baş verməyib. Rüstəm İbrahimbəyovun kinodramaturqdan “siyasətçi”yə çevrilməsi ən azından indiki nəslin şahidliyi ilə baş verdiyindən ondan, necə deyərlər, utopik bir öndəgedən obrazı düzəltmək, “siyasətlə hələ uşaq yaşlarından məşğul olurdu” demək mümkün deyil. Bu gün Azərbaycan cəmiyyətində hamı bilir ki, dünənədək yalnız məhdud kino yaradıcılığı diskussiyalarına qoşulan, heç nədən narazılıq etməyən qoca kinodramaturq özünün düşüncə tərzi ilə desək, yalnız “ayağı tapdananda” ətrafındakı hər şeyi qara rəngdə görməyə, insanları qaralamağa və bunu siyasət kimi qələmə verməyə başladı. Bəli, yol verdiyi vergi cinayətlərinin, Bakıda təşkil etdiyi “Şərq-Qərb” kinofestivalına ayrılan maliyyə vəsaitini havaya sovurmasının üstü açılanda, milli-mənəvi dəyərlərimizə hörmətsiz yanaşaraq xaricdəki erməni əsilli iş adamları ilə işbirliyinə girib bizim üçün müqəddəs bir məkanda -Şəhidlər Xiyabanının ərazisində əyləncə obyekti yaratmaq istəyinin qarşısı alınanda Rüstəm İbrahimbəyov bir çoxları kimi öz yerini radikalların sırasında tapdı və “siyasətçi”yə çevrildi.
Siyasət meydanına gec atılıb, tez “şöhrətlənən” ermənipərəst qoca kinodramaturqun radikallar arasında “ulduzunun parlaması” isə Rüstəm İbrahimbəyovun sıx əlaqədə olduğu xaricdəki antimilli dairələrin Azərbaycana yönəlik məkrli planlarını həyata keçirmək istəkləri və 20 ildir ki, siyasət meydanında yalnız “o tərəfə, bu tərəfə getməklə” məşğul olan, buna görə də, “işə yaramayan” təsəvvürü yaradan radikalların məhdud korporativ maraqlarının əsiri olması ilə bağlıdır. Xaricdəki anti-Azərbaycan dairələr müəyyən maliyyə vəsaitləri xərcləyərək cəmiyyətin radikal düşərgəyə inamsızlığını bərpa etmək məqsədi güdür. Radikal düşərgəyə kosmopolit, Azərbaycana ögey münasibət bəsləyən Rüstəm İbrahimbəyovun timsalında yeni güc qatmaq bu planın tərkib hissəsidir. Gücdən, nüfuzdan düşən, ən əsası da etimadı doğrultmadığına görə maliyyə qaynağı məhdudlaşan AXCP, “Müsavat” kimi partiyaları qoca kinodramaturqun ətrafına toplayan səbəb də elə yeni maddi gözləntilərdir.
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “siyasətçiliyi”nin, necə deyərlər, anatomiyası bax bundan ibarətdir. Başqa sözlə desək, onun siyasətə zorən gəldiyi və yaxud gətirildiyi ortadadır. Bu həqiqət hər kəsə bəlli ikən onun qeyri-təvazökarcasına “mən siyasətçiyəm” deməsinin, radikal müxalifətin məlum səbəblər üzündən onu qondarma “Milli şura”nın “vahid namizəd”i elan etməsinin nə mənası var? Axı mahiyyətdə Rüstəm İbrahimbəyov siyasətdə piyadadır.
Qoca kinodramaturq siyasətdə diletant olduğunu atdığı hər addımda, səsləndirdiyi hər fikirdə bütün çılpaqlığı ilə büruzə verir. O, hər hansı bir məsələdə ardıcıllıq nümayiş etdirmir. Bu gün bir, sabah başqa fikir səsləndirməsi onun heç vecinə də deyil. Rüstəm İbrahimbəyovun indiyədək sərgilədiyi mövqedən də bəlli olduğu kimi, onda siyasətçiyə xas cəsarətlilik yoxdur. Məsələn, o, vergi cinayətlərinə görə məsuliyyətə alınmaqdan qorxaraq dərhal xaricə qaçdı və “Vətənə dönəcəyəm” desə də, hər dəfə bu tarixi təxirə salır.
Rüstəm İbrahimbəyovun mətbuata verdiyi son müsahibələrində də onun “siyasətçiliyi”nin heç üfüqdə də görünmədiyi aydın olur. Yaxın vaxtlaradək “mən namizəd olmaq istəmirəm” deyən qoca kinodramaturq qondarma “Milli şura”nın “vahid namizəd”liyini qazandıqdan dərhal sonra iç üzünü açıb göstərdi. İndi o radikallarla hədə tonunda danışır, onları ittihamlar atəşinə tutur. “Kim tələb edirsə ki, mən Bakıya gəlim, o təxribatçıdır. Mən o adamların məqsədini başa düşə bilmirəm”. Bu fikri “Milli şura”nın sədri və artıq “vahid namizəd”i olan Rüstəm İbrahimbəyov ifadə edib. O, fikirlərinə davam edərək daha sərt ifadələr işlətməkdən də çəkinməyib: “Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır. Mən bu barədə çirkin məqalələr oxuyuram. Hamısı satqın adamlardır. Yeri gəlsə, o adamların ağzından özüm vuraram”.
“Siyasətçi” Rüstəm İbrahimbəyov haqqında bəhs etdiyimiz açıqlamasının mürəkkəbi qurumamış bu xüsusda ona ünvanlanan suallardan yayınmağa, mətləbə aidiyyəti olmayan bəhanələr gətirməyə çalışır və beləliklə də, özü-özünü inkar edərək daha da gözdən salır. Belə ki, qoca kinodramaturq son müsahibəsində onu Vətənə dönməməkdə ittiham edənlərə üz tutaraq onlara öz işləri ilə məşğul olmağı tövsiyə edir və inandırmağa çalışır ki, guya xaricdə bərk məşğuldur, bu işləri qurtarandan sonra Bakıya dönəcək. Rüstəm İbrahimbəyov yuxarıda xatırlatdığımız ittihamları “Müsavat”ın başqanı İsa Qəmbərə ünvanlamadığını and-aman edir. Sual yaranır: elə isə bəs kimi nəzərdə tutursunuz və yaxud nə üçün, nə tez dediklərinizdən geri çəkilirsiniz, Rüstəm İbrahimbəyov? Axı qondarma “Milli şura”nın məlum sessiyasında “namizədin Vətənə dönmək” şərtini məhz İsa Qəmbər israr edib. Hələ bu da hamısı deyil. Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a sözügedən müsahibəsində “üzürxahlığından” cəmi bir neçə cümlə sonra yenidən xoşlamadığı “onun Vətənə dönməsi” şərtinin üstünə qayıdaraq bunun “təxribat olduğunu” vurğulayır və beləliklə də,”Müsavat”ın başqanına yönəlik ittihamlardan geri çəkilmədiyini nümayiş etdirir.
Qondarma “Milli şura”nın “vahid namizəd”i Rüstəm İbrahimbəyovun son müsahibəsində ifadə etdiyi aşağıdakı fikrə diqqət yetirək. Seçkilərin təşkili ilə bağlı özüsayağı mülahizələr bildirən qoca kinodramaturq deyir: “Xaricdən mütləq təzyiq olmalıdır. Bu təzyiqləri kim təşkil edir? Heç kəs. Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, bu problemlərlə sıx məşğul olsun. Ona görə də, mən Amerikada, Avropada, Rusiyada bu işləri görürəm”.
Rüstəm İbrahimbəyovun bu açıqlaması onun xaricdəki məlum dairələrlə milli mənafeyimizə qarşı yönələn əməkdaşlığının müəllif etirafı kimi qəbul olunmalıdır.
Rüstəm İbrahimbəyovun son müsahibəsində onun “vahid namizəd” olduqdan sonra radikallara “əlvida” deməyə hazırlaşdığı da aydın sezilir. O vurğulayır ki, xaricdəki məlum dairələri “Azərbaycanda doğrudan da təzə siyasi qüvvə yarandığına inandırmaq lazımdır”. Şübhə yoxdur ki, qoca kinodramaturq “yeni siyasi qüvvə” dedikdə məhz öz personasını nəzərdə tutur.
Eyni müsahibədə ziddiyyətli, bir-birini təkzib edən fikirlər səsləndirməsi Rüstəm İbrahimbəyovun ölkədəki siyasi mühiti dəyərləndirə bilmədiyini, ümumiyyətlə, onun siyasətdən çox uzaq olduğunu nümayiş etdirir.

 
  • Oxunub:  23070  |  
  • Tarix:  05-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24