Ana səhifə »  Müəlliflər »  Radikallar anti-azərbaycançı dairələrin buyruq qulu olduqlarını bir daha təsdiqlədilər
A+   Yenilə  A-
Radikallar anti-azərbaycançı dairələrin buyruq qulu olduqlarını bir daha təsdiqlədilər
Yazdı: Mübariz Abdullayev

Və ya ermənipərəst Rüstəm İbrahimbəyovun “vahid namizəd”lik sifarişi xaricdəki anti-milli mərkəzlərdən gəlib
Nəhayət ki, qondarma “Milli şura”nın son toplantısında radikal müxalifət təmsilçilərinin uzun müddət baş sındırdıqları “vahid namizəd” məsələsinə aydınlıq gətirildi. Qurumda təmsil olunan partiyalar, qruplar, ayrı-ayrı şəxslər “Milli şura”nın “vahid namizəd”liyinə ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovu dəstəklədiklərini bəyan etdilər. Hərçənd ki, qondarma “Milli şura”nın “vahid namizəd” məsələsinin tam həll olunmadığı aydındır. Hər halda sessiyada “Müsavat”ın başqanı İsa Qəmbərin “Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirəm” deyə-deyə, eyni zamanda, “vahid namizəd”in Vətəndə olması” zərurətini xatırlatması, həmçinin, seçkilərdə namizəd kimi iştirak etmək iddiasından geri çəkildiyini dilə gətirməməsi hələ “xəmirin çox su aparacağından” xəbər verir.
Lakin bu, başqa bir söhbətin mövzusudur və mətləbdən uzaq düşməyək. Qeyd etdiyimiz kimi, qondarma “Milli şura” Rüstəm İbrahimbəyovun timsalında zahirən də olsa, öz “vahid namizəd”ini müəyyən edib. Elə suallar doğuran, Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradan da AXCP və Müsavat Partiyasının “vahid namizəd” məsələsində bu və ya digər səbəblərdən ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovu dəstəkləmələridir. Sual olunur: Radikallar hansı məntiqlə kosmopolit, daha çox da ermənipərəst kimi tanınan birisinə “stavka” edirlər və yaxud Rüstəm İbrahimbəyovun Azərbaycan cəmiyyətinin müəyyən bir kəsiminin prezidentliyə namizədi olmağa mənəvi haqqı çatırmı? (Onun buna hüquqi müstəvidə haqqının çatıb-çatmadığını müəyyənləşdirmək əlaqədar qurumların vəzifəsidir-M. A.)
Bu suala birmənalı şəkildə “yox” cavabını vermək mümkündür. Bunun səbəbini isə Rüstəm İbrahimbəyovun tərcümeyi-halının dünənində və bu günündə axtarmaq lazımdır. Belə ki, Rüstəm İbrahimbəyov kinodramaturq kimi fəaliyyət göstərib filmlər çəkəndə də, sonradan radikal düşərgənin “ağ atlı oğlan”ına çevriləndə də eyni bir ampluada olub. Yəni, Azərbaycan cəmiyyətinə bağlılığın az olması və yaxud heç olmaması Rüstəm İbrahimbəyovu səciyyələndirən əsas xüsusiyyətdir. Onun portretini müəyyənləşdirən cizgilər arasında ermənipərəstlik qırmızı xətlə keçir.
Gəlin, xatırlayaq. Ötən əsrin 90-cı illərinin əvvəllərində məlum hadisələr zamanı ermənilər Bakıdakı evlərini satıb başqa şəhərlərə köçəndə Rüstəm İbrahimbəyov psixoloji xəstəlik səviyyəsində nostalji hisslər yaşadı. Sonralar o, bu hisslərini Moskva mətbuatında “Bakıda ermənilərsiz darıxıram, nəfəs ala bilmirəm” kimi cümlələrin yer aldığı silsilə məqalələrdə bölüşdü.
Eyni zamanda, qoca kinodramaturqun yaxın çevrəsi bir qayda olaraq ermənilərdən təşkil olunurdu. O, yaradıcılıq planlarını ilk növbədə, erməni millətindən olan kino xadimləri ilə bölüşür, Bakıda təşkil etdiyi “Şərq-Qərb” festivallarında erməniləri bir qayda olaraq başda əyləşdirirdi. Görəsən, Rüstəm İbrahimbəyov xaricdəki bəzi iş adamları ilə əlaqəyə girərək Azərbaycan xalqı üçün müqəddəs bir məkan sayılan Şəhidlər xiyabanının ərazisində əyləncə obyekti-restoranlar şəbəkəsi yaratmaq cəhdində bulunarkən bunun hansı anlama gələcəyinin fərqində idimi? Onun bu cür həssas məqamlar barədə düşündüyünü təsəvvürə gətirmək belə çətindir.
Və yaxud Rüstəm İbrahimbəyovun yenə Moskva mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlərini yada salaq. Həmin müsahibədə qoca kinodramaturq heç bir mənəvi ağrı hiss etmədən vurğulayıb ki, Dağlıq Qarabağın kimə məxsusluğunun aydınlaşdırılması müzakirələrin mövzusudur.(?!) Torpaqlarının müəyyən hissəsi işğala məruz qalan, vətəndaşları işğaldan əziyyət çəkən bir ölkənin “ziyalısı” bu sözləri necə dilinə gətirə bilərdi? Gərək, kosmopolitliyin son həddinə çatasan, vətənpərvərlik hisslərindən, milli duyğulardan tamam məhrum qalasan ki, tarixi belə eybəcər şəkildə mənsub olduğun xalqın əleyhinə çevirməyə özündə cəsarət tapasan. “Dağlıq Qarabağın ərazi mənsubiyyəti müzakirə predmetidir”, deyən Rüstəm İbrahimbəyovla bədnam “Daş yuxular” romanını qələmə alan nankor yazıçı Əkrəm Naibov arasında hansısa fərq varmı? Yeri gəlmişkən, həyat həqiqətlərinə, tarixi faktlara, Ermənistanın Azərbaycana qarşı başladığı elan olunmamış müharibəyə erməni təxəyyülündən yanaşılan, başdan-ayağa uydurmalardan və xalqımıza qarşı qarayaxmalardan ibarət olan “Daş yuxular”ın ən qızğın müdafiəçilərindən biri də elə Rüstəm İbrahimbəyov idi.
Rüstəm İbrahimbəyovun kosmopolit, daha çox da ermənipərəst portretinə başqa naqis mənəvi keyfiyyətləri də əlavə etmək mümkündür. Məlumdur ki, qoca kinodramaturq ona göstərilən etimaddan sui-istifadə edərək, xüsusilə, külli miqdarda vergi yayınmalarına yol verib, son vaxtlarda isə onun mənəvi cəhətdən də düşkün olduğu aşkarlanıb. Başqa belə faktlar da sadalamaq mümkündür. Lakin elə bu deyilənlər də adı qondarma “Milli şura”nın “vahid namizəd”liyinə təsdiqlənən Rüstəm İbrahimbəyovun portretinə ştrixləri tamamlamağa, onun milli kimliyini müəyyənləşdirməyə kifayətdir.
Bütün bu və digər səbəblərdən Azərbaycan cəmiyyətində tamam nüfuzdan düşdüyünün fərqində olan, həm də yol verdiyi iqtisadi xarakterli cinayətlərə görə məsuliyyətə cəlb edilməkdən qorxan (bunu onun özü dəfələrlə etiraf edib-M. A.) kosmopolit Rüstəm İbrahimbəyov nicatını yenə xaricdə tapıb. Dabanına tüpürüb Azərbaycandan qaçan qoca kinodramaturqun indi bir ayağı Moskvada, digər ayağı Vaşinqtondadır. O, əsasən erməni lobbisinin təsir dairəsində olan məlum anti-azərbaycançı mərkəzlərlə sıx əlaqələr quraraq müxtəlif ölkələrə turnelərə çıxır, ahıl yaşında qapılar arxasında saatlarla növbələr gözləyir, “bir qara qəpiyimiz də yoxdur” deyərək sədəqələr toplayır, yeni təlimatlar alır və bütün bunları radikal müxalifət təmsilçilərinə qondarma “Milli şura”nın təxirəsalınmaz işləri” kimi təqdim edir. “Xaricdə “Milli şura”nın işləri ilə məşğulam”, deyən Rüstəm İbrahimbəyov Azərbaycanla bağlı məsələləri xarici dəhlizlərdə-məlum antimilli mərkəzlərdə müzakirəyə çıxarılmasını özünə rəva bilir. Bu isə o deməkdir ki, qoca kinodramaturq yenə öz kosmopolit ampluasındadır və onun namizədlik “xeyir-duası” elə həmin mərkəzlərdən gəlib.
Biz kosmopolit, həyatının müxtəlif mərhələləri ermənilərlə sıx təmaslarda keçən, bu gün də xaricdə oturub belə təmasları davam etdirən, Azərbaycana qarşı fəaliyyətlə bağlı antimilli mərkəzlərdən təlimatlar və maddi dəstək alan Rüstəm İbrahimbəyovun portretinin ştrixlərinə nəzər saldıq. Bəs nədən 20 ildən çoxdur ki, özlərini radikal düşərgənin başbilənləri kimi təqdim edən AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər və digərləri “Milli şura”nın “vahid namizəd”i kimi milli-mənəvi dəyərlərdən uzaq olan, Azərbaycan cəmiyyətinə həmişə, yumşaq desək, sayğısız yanaşan, bu gün də fəaliyyət meydanı kimi xaricdəki məlum dairələrin dəhlizlərini seçən, ən nəhayət, Dağlıq Qarabağın ərazi mənsubiyyətinin müzakirə predmeti olduğunu deyən Rüstəm İbrahimbəyovu dəstəkləyirlər? Əslində, bu sualın da cavabı bəllidir. Yəni AXCP-nin, “Müsavat”ın, ALP-nin, ACP-nin və digərlərinin kosmopolit, ermənipərəst Rüstəm İbrahimbəyovu özlərinə mənəvi lider hesab etmələri həmin partiyaların da xaricdən idarə olunan dirijor çubuğundan asılı olduqları anlamına gəlir. Siyasətdə naşı, diletant olan, kosmopolit düşüncə tərzinə malik birisinin namizədliyinə əl qaldıran Əli Kərimli, İsa Qəmbər və onların sırasında olan digərləri bundan sonra hansı üzlə və hansı haqla “biz radikal düşərgənin əsas güc mərkəziyik” deyəcəklər?

 
  • Oxunub:  26490  |  
  • Tarix:  04-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA