Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin gəncləri Gürcüstanda ermənilərlə qədəh-qədəhə vurub

Radikal müxalifətin gəncləri Gürcüstanda ermənilərlə qədəh-qədəhə vurub

03.07.2013 [01:45]

Nadir Azəri

Bəxtiyar Həmidov: Gürcüstandakı forumda iştirak edən AXCP, “Müsavat” və “Ümid” partiyalarının nümayəndələri ermənilərlə dostluq münasibətləri tonunda danışır, onlara isti münasibət göstərirdilər
Kimsəyə sirr deyil ki, hazırda radikal müxalifət düşərgəsində təmsil olunan partiyalar ölkə daxilində heç bir elektorata və nüfuza malik deyillər. Bunun belə olmasının başlıca səbəbi elə həmin partiyaların sərgilədikləri mövqe ilə bağlıdır. Belə ki, ölkəmizin inkişafından narahat olan xaricdəki anti-azərbaycançı dairələrin buyruq quluna çevrilən bu partiyaların əsas fəaliyyəti Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə hesablanıb. Onu da vurğulamaq yerinə düşər ki, radikallar bu istiqamətdə hətta düşmənimiz olan ermənilərlə əməkdaşlıqdan belə çəkinmirlər. Hər halda istər bir neçə il əvvəl AXCP təmsilçisinin Gürcüstanda ermənilərlə işbirliyinin ifşa edilməsi, istərsə də Müsavat Partiyasının Erməni Ümummilli Hərəkatı ilə əməkdaşlıq sazişi imzalaması kimsəyə sirr deyil.
Sadəcə güman etmək olardı ki, bu partiyaların təmsilçiləri xalqın qınağından nəticə çıxararaq ermənilərlə əməkdaşlıq, onlarla isti təmaslar qurmaq siyasətindən əl çəkəcəklər. Lakin son günlər yayılan xəbərlər sözügedən düşərgədə məsələnin tamamilə fərqli istiqamətdə inkişaf etdiyini göstərir.
Belə ki, iyunun 29-30-da Niderland “Çoxpartiyalı Demokratiya İnstitutu”nun təşkilatçılığı ilə Gürcüstan parlamentində “Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumu” keçirilib. Publika.Az-a daxil olan məlumata görə, forumda Azərbaycandan iştirak edən bir sıra gənclər ermənilərlə həddən ziyadə dostyana və mehriban münasibətlərdə olublar. Forumda iştirak edən Ədalət Partiyasının üzvü Bəxtiyar Həmidov Publika.Az-a açıqlamasında bunu təsdiq edib. O deyib ki, forumda iştirak edən AXCP, “Müsavat” və “Ümid” partiyalarının nümayəndələri “ermənilərlə dostluq münasibətləri tonunda danışır, onlara isti münasibət göstərirdilər”.
“Forumda Cənubi Qafqazda mehriban qonşuluq siyasəti, regionun təhlükəsizliyi və Avropaya inteqrasiya məsələləri müzakirə olunurdu. 3 sessiyadan ibarət forumun əvvəlki sessiyaları normal keçdi. Lakin üçüncü sessiyada Azərbaycandan bəzi müxalifət partiyalarının gəncləri Ermənistanla barışıq əldə olunmasını, onlarla dostluq münasibətlərinin qurulmasını müdafiə edən çıxışlar etdilər. Xüsusilə, “Müsavat”, AXCP, “Ümid” partiyalarının nümayəndələri bu kontekstdən çıxış edirdilər. Forumda olan YAP-ın nümayəndəsi və mən bu barədə fikrimizi bildirərkən dedik ki, Ermənistanla istər siyasi, istər iqtisadi və digər əlaqələr yalnız Azərbaycan torpaqlarının qaytarılmasından və məcburi köçkünlərin öz evlərinə dönməsindən sonra baş verə bilər” – deyə, Bəxtiyar Həmidov qeyd edib.
Bəxtiyar Həmidov bildirib ki, forumun sonunda qeyri-rəsmi ziyafət təşkil edilib. Onun sözlərinə görə, bir sıra azərbaycanlı gənclər ermənilərlə qədəh-qədəhə vurur, rəqs edir, bir sözlə, əylənirmişlər: “Adını da qoymuşdular ki, düşməni məhv etmək üçün onunla dost olmaq lazımdır”.
B.Həmidov həmin şəxslərin konkret kim olduğunu demək istəməsə də, bildirib ki, sessiyalarda ermənilərlə əməkdaşlığı müdafiə edənlər ziyafətdə də onlarla isti münasibətlər qurmuşdu: “Konkret adlarını demək istəmirəm. Lakin onlar arasında AXCP, “Ümid”, “Müsavat” və digər partiyaların gəncləri var idi. Onlar Azərbaycan xalqının mənafeyinə uyğun olmayan çıxışlar edir, Avropanın gözünə girmək üçün ermənilərlə dostluq münasibətləri qurmağa çalışırdılar”.
B.Həmidov qeyd edib ki, ermənilərlə isti təmas quran həmin şəxslərlə onun arasında hoteldə mübahisə də düşüb: “Mən bildirdim ki, Azərbaycandakı problemləri, hansı narazılıqların olmasını burda ermənilərə demək olmaz. Özümüzün daxili müzakirələrimiz olur. Orda hər şeyi danışmaq olar, amma burda, ermənilərin yanında yox. Avropanın gözünə girmək üçün belə etmək lazım deyil. Bu mövzuda mübahisəmiz oldu”.
Beləliklə, görünən odur ki, radikal müxalifətin erməni sevgisi davam edir. Və Gürcüstandakı forumda radikal düşərgəni təmsil edən partiyaların, xüsusilə də, AXCP və Müsavat Partiyasının təmsilçiləri olan gənclərin ermənilərə mehriban, sıcaq yanaşmaları sözügedən partiyalarda “ənənənin” - ermənilərlə dostluq etmək, ermənilərlə isti münasibətlər qurmaq, ermənilərlə qədəh-qədəhə vurmaq ənənəsinin davam etdiyini göstərir.

Paylaş:
Baxılıb: 1427 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

“Milli şura”da dava düşdü

Əli Kərimlini təhqir edən...

20.08.2013 [08:57]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30