Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun “Milli şura”sında böyük ruh düşkünlüyü
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun “Milli şura”sında böyük ruh düşkünlüyü
Yazdı: Mübariz Abdullayev

Ermənipərəst kinodramaturqun ABŞ-a uğursuz səfərindən sonra bu qondarma qurumdakı ruh düşkünlüyü daha da dərinləşib
Rüstəm İbrahimbəyovun “Milli şura”sı ilə bağlı bədbin proqnozlar özünü tamamilə doğrultmaqdadır. Yəni, bu qondarma qurum radikal düşərgənin yeni birlik formatı kimi təqdim olunsa da, başlanğıcda populist vədlər səsləndirilsə də, reallıq ortadadır. Belə ki, yeni “birlik” yaranmasından ötən bir ay ərzində daha çox nəticəsizliklə yadda qalıb. “Milli şura” qarşıdan gələn prezident seçkilərinə hesablanan bir qurum olsa da, seçkiqabağı dövrdə ölkənin siyasi palitrasında belə bir təşkilatın varlığı ilə yoxluğu əsla hiss olunmur. “Milli şura”da təmsil olunan AXCP-nin, “Müsavat”ın, ACP-nin, “El” hərəkatının üzvlərinin səsləndirdikləri cəfəng, əksər hallarda bir-birlərinə zidd fikirlərdən aydın görünür ki, qondarma qurumda böyük ruh düşkünlüyü yaşanır və onun hansısa perspektivinə heç təmsilçilərin özləri də ümid bəsləmirlər.
Beləliklə, qondarma qurumun acınacaqlı taleyi ilə bağlı bədbin proqnozlar lap əvvəldən verilirdi. Siyasi müşahidəçilər bu qondarma qurumu “ölü doğulan uşaq” adlandıraraq onun perspektivinə inamsızlıq ifadə edirdilər. “Azadlıq” partiyasının sədri Əhməd Oruc isə obrazlı şəkildə belə bir fikir ifadə etmişdi: “Milli şura” xatasını bizdən uzaq edin”.
Əslində, cəmiyyətin “Milli şura”ya inamsızlığının və cəmi bir ay mövcudluqdan sonra qurum daxilində yaşanan böyük ruh düşkünlüyünün, ziddiyyətlərin, qarşıdurmaların səbəbləri hər kəsə aydındır.
Belə ki, hər hansı bir qurumun, siyasi təsisatın özünü təsdiqləməsini, oturuşmasını və uzunömürlü olmasını təmin etməsi üçün müəyyən şərtlər tələb olunur. Bu şərtlər sırasına yeni qurumun cəmiyyətin sosial-siyasi sifarişi əsasında zərurət kimi meydana çıxması, onun konkret sosial bazaya istinad etməsi, gələcək fəaliyyətini milli maraqlar zəminində qurması kimi amillər daxildir. “Milli şura”nın fəaliyyətinə (daha doğrusu, fəaliyyətsizliyinə-M.A.) nəzər saldıqda aydın görünür ki, bu amillərdən heç birini kosmopolit, daha çox da ermənipərəstliyi ilə “şöhrətlənən” Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma quruma aid etmək mümkün deyil.
Həqiqətən də, Azərbaycanın yeni, başqa ölkələrə də model sayıla biləcək sosial-iqtisadi-mədəni intibah dövrünü yaşadığı bir vaxtda “Milli şura” yaradılmasının “zəruriliyini” hansı arqumentlərlə “əsaslandırmaq” mümkündür? Heç bir! Məlum olduğu kimi, Azərbaycanda xalqın iradəsinə söykənən səmərəli dövlət idarəçiliyi həyata keçirilir və bunun nəticələri qazanılan uğurlarda təzahür edir. Bütün bunların fonunda xarici anti-azərbaycançı dairələrin əlində alət olan Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü, müəyyən gözləntilərin müqabilində bu cütlüklə “əməkdaşlığa” qoşulan Əli Kərimli, İsa Qəmbər və digərləri öz korporativ planlarını reallaşdırmaq naminə “Milli şura”nın yaradıldığını bəyan etdilər. Fəqət, “Milli şura” cəmiyyətdə özünə sosial dayaq tapa bilmədi. Qurumun meydana çıxmasının təşəbbüsçüləri nə qədər süni ajiotaj yaratmağa çalışsalar da, insanlar onu qəbul etmir və əks-reaksiyalar göstərirlər. “Milli şura”nın bəyan edilməsi radikal düşərgəyə, ələlxüsus da zaman-zaman müəyyən iddialar səsləndirən Rüstəm İbrahimbəyova, Eldar Namazova, Əli Kərimliyə, İsa Qəmbərə, Rəsul Quliyevə çox böyük zərbə oldu. Kimin kim olduğu aydın şəkildə göründü. Bir daha bəlli oldu ki, radikal müxalifət müxtəlif dəbdəbəli adlarla yeni-yeni “birlik” təşkilatları yaratsalar da, sosium onlara inanmır və çağırışlarına hər hansı şəkildə məhəl qoymur. Beləliklə, cəmiyyətin istəyindən, obyektiv zərurətdən deyil, bir qrup siyasi avantüristin şəxsi maraqlarının təmin edilməsi məqsədilə yaradıldığından çox qısa bir müddətdə Rüstəm İbrahimbəyovun “Milli şura”sının blef olduğu üzə çıxdı və bu gün vəziyyət o həddə çatıb ki, artıq qurumun üzvləri də ruh düşkünlüklərini gizlədə bilmirlər.
Bir sıra siyasi qrupların və ayrı-ayrı şəxslərin “Milli şura”ya hansısa gözləntilərin müqabilində qoşulmaları və bu gözləntilər doğrulmadıqda qondarma quruma etinasızlıq nümayiş etdirmələri elə ilk sessiyadaca özünü büruzə verdi. Sözügedən toplantıda hər ağızdan bir avaz eşidildi. İclasda ayrı-ayrı partiya təmsilçilərinin bir-birlərinin fikirlərinə atmacalarla cavab vermələri, bir-birlərinin çıxışlarına qulaq asmağa belə hövsələlərinin çatmadığını açıq mətnlə dilə gətirmələri bütövlükdə qurum üzvlərinin “Milli şura”ya inamsız münasibətlərinin ifadəsidir. Məsələn, sessiyada hüquqşünas Ənnağı Hacıbəyli AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının uzun-uzadı çıxışından usandığını vurğulayaraq elə belə də deyib: “25 ildir saatlarla eyni şeyləri eşidirik, işimiz-gücümüz var”.
Sessiyada KXCP-nin sədri Mirmahmud Mirəlioğlunun çıxışı da təmsilçilərin böyük ruh düşkünlüyündən xəbər verir. O deyib: “25 ildir danışan siyasətçilər qarşılıqlı ittihamları kənara qoymalıdırlar”.
ACP-nin sədri Sülhəddin Əkbərin sessiyanın sədarətinə xitabən söylədiyi “Milli şura” öz qərarlarına hörmətsiz yanaşır. Belə getsə, mən iclası tərk edəcəm” sözləri də təmsilçilərin qondarma quruma inamsız münasibətlərinin ifadəsidir. “İctimai palata”nın koordinasiya şurasının və “Milli şura”nın üzvü Köçəri Nağıbəylinin mətbuata açıqlamasında ifadə etdiyi fikirləri isə “Milli şura” üzvlərinin narahatçılığının pik həddi adlandırmaq olar: “Milli şura” yaranıbsa, bunun “vahid namizədi” olmalıdır. Bu məsələdə yubandıqca vaxt gedir, qeyri-müəyyənlik qalır. Seçkiyə o qədər az vaxt qalıb ki, “vahid namizəd” məsələsinin həll olunmamış qalması “Milli şura”ya xeyir gətirmir”.
K.Nağıbəyli açıqlamasını ümidsiz notlarla tamamlayaraq deyib: “Seçkiyə 2-3 ay qalıb, biz heç nə etməmişik. Yığışırıq, iclas keçiririk, dağılışırıq”.
“Milli şura”da yaşanan böyük ruh düşkünlüyü Rüstəm İbrahimbəyovun ABŞ-a uğursuz səfəri ilə bağlı yayılan xəbərlərdən sonra daha da dərinləşib. Məlumdur ki, qoca kinodramaturqun ABŞ-da “bir sıra önəmli görüşlərə qatılacağam” deməsinə rəğmən, bu səfər mətbuatda rişxəndlə vurğulandığı kimi, “artistlərin qastrol səfərlərindən də uğursuz keçib”. Qoca kinodramaturq yaşının ahıl çağında saatlarla qapılar arxasında qalıb, onu ən yaxşı halda bu ölkənin 5-ci, 10-cu dərəcəli məmurlarının köməkçiləri və yaxud sözçüləri dinləyib. Heç “qara qəpiyimiz yoxdur” deyən Rüstəm İbrahimbəyova sədəqə verən də tapılmayıb. ABŞ-a səfərdən “əli ətəyindən uzun” dönən qoca kinodramaturq bunun əvəzini Avropa turnesində çıxacağını dönə-dönə təkrarlasa da, onun yeni vədləri ilə “Milli şura” təmsilçilərində yaranan ruh düşkünlüyünü çətin ki, bərpa etmək mümkün olsun.
Yeri gəlmişkən, bu xüsusda söhbət açan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, “Milli şura”nın yaradılmasının təşəbbüsçülərinin xarici ölkələrə səfərlərlə bağlı səsləndirdikləri fikirlər, əslində, piar xarakteri daşıyır və reallıqla heç bir əlaqəsi yoxdur. Partiya sədri vurğulayıb: “Əslində, “Milli şura”nı nə Avropa, nə də ABŞ dəstəkləmir”.

 
  • Oxunub:  26190  |  
  • Tarix:  02-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA