Ana səhifə »  Müəlliflər »  Müxalifət partiyalarından “Milli şura”ya veto
A+   Yenilə  A-
Müxalifət partiyalarından “Milli şura”ya veto
Yazdı: Mübariz Abdullayev

Ayrı-ayrı partiyaların təmsilçiləri ermənipərəst kinodramaturqun qondarma qurumu ilə əməkdaşlıqdan imtina etdi
Hər hansı siyasi təşkilatın yaşama qabiliyyətini və uzunömürlülüyünü şərtləndirən amillərdən biri onun cəmiyyətin sosial-siyasi sifarişi əsasında yaranması və reallığı əks etdirməsi ilə bağlıdır. Bu mənada tərəddüdsüz demək mümkündür ki, kosmopolit, daha çox da ermənipərəstliyi ilə ad çıxaran Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən və bir neçə radikal müxalifət partiyasının dəstəyi ilə yaradılan “Milli şura”nın Azərbaycan cəmiyyətinə hər hansı şəkildə aidiyyəti yoxdur və bu səbəbdən də onun ömrü çox qısa olacaq.
“Milli şura” ilə bağlı belə bədbin proqnozlar səsləndirməyə hər cür əsas var. Qondarma qurumu Azərbaycan cəmiyyətində “yad element”ə çevirən, onu yaşamaq qabiliyyətindən məhrum edən əsas cəhətlərdən biri burada xarici təsir amillərinin dominant mövqeyə sahib olması ilə bağlıdır. Qondarma qurumun konturlarının xaricdəki, o cümlədən də Rusiyadakı anti-Azərbaycan dairələrin mətbəxində cızıldığı artıq heç kəsdə şübhə doğurmur. Sözügedən dairələr bu qurum vasitəsilə ölkəmizlə bağlı çirkin niyyətlərini reallaşdırmaq, respublikamızın sürətli sosial-iqtisadi inkişafına, möhkəm daxili sabitliyinə xələl gətirmək niyyətindədirlər.
Belə bir antimilli layihənin kinodramaturq Rüstəm İbrahimbəyovun dili ilə gündəmə gətirilməsi də tamamilə təbiidir. Yuxarıda vurğuladığımız kimi, Rüstəm İbrahimbəyov kosmopolit təbiətlidir və daha çox da ermənipərəstdir. Xatırladaq ki, o, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər Bakıdan köçüb gedəndə ağır psixoloji xəstəlik səviyyəsində nostalji hisslər yaşamış və “ermənilərsiz Bakıda nəfəs ala bilməməsi” ilə bağlı etiraflarını Moskva mətbuatında dərc etdirmişdi. Belə birisinin müəyyən vədlərin, yüksək maddi təminatların müqabilində “Milli şura” kimi yad layihənin əsas iştirakçısına çevrilməsi su içmək qədər asandır və hadisələrin inkişafı göstərir ki, qoca kinodramaturq ona həvalə olunan tapşırığın öhdəsindən can-başla gəlmək niyyətindədir.
“Milli şura”da qondarma qurumla bağlı planlarda kosmopolit Rüstəm İbrahimbəyovla ortaq mənəvi dəyərləri paylaşan, eyni zamanda Rusiyadakı məlum dairələrlə şübhəli əlaqələr quran reneqat Eldar Namazova xüsusi “stavka” edilir. Məqsəd onu radikal düşərgədə bir baş üstün mövqeyə yüksəltməkdən ibarətdir və belə görünür ki, onun dalından itələyən qüvvələr bu istəklərinə müəyyən qədər nail olublar. Belə ki, dağıdıcıların sıralarına gec qatılan və Azərbaycan cəmiyyətində yalnız “dönük” kimi tanınan Eldar Namazov artıq radikal düşərgəni bir növ inhisara alan Əli Kərimli və İsa Qəmbərlə eyni sırada dayanmağa və müxalifətin hansısa ümumi məsələlərinin müzakirələrinə qatılmağa nail olub.
Başlanğıcda müzakirələrə tərəddüdlə yanaşan AXCP, “Müsavat” kimi partiyaların sonradan mövqelərini dəyişərək “Milli şura”ya qoşulmaqla bağlı çağırışlara “hə” demələri isə sırf korporativ maraqlarla, maddi gözləntilərlə bağlıdır. Əli Kərimli, İsa Qəmbər “Milli şura”ya dəstək verməklə bir tərəfdən sıfır həddinə düşmüş reytinqlərini bir qədər də olsa, yüksəltmək, digər tərəfdən isə qondarma qurum nədirsə ondan pay qoparmaq niyyətindədirlər.
Beləliklə, xaricdəki məlum dairələrin diktəsi və “sapı özümüzdən olan baltalar”ın onların çaldıqları havaya qol götürüb oynamaları sayəsində “Milli şura” deyilən qurumun yaradıldığı bəyan edildi. Lakin məsələ hansısa bəyanat səsləndirməkdə deyil. Qondarma qurumla bağlı əvvəlcədən verilən proqnozlar özünü doğruldur. “Milli şura” bəyan edilsə də, onun fəaliyyəti hər hansı şəkildə hiss olunmur. Əksinə, verilən açıqlamalardan da bəlli olur ki, radikal düşərgənin yeni birlik formatı kimi təqdim olunan “Milli şura” partiyalar arasında onsuz da isti olmayan münasibətləri daha da soyudub.
Bu cəhətdən “Milli şura”da təmsil olunan partiyaların say tərkibi, “vahid namizəd”, quruma yeni üzvlər qəbul olunması və digər məsələlər ətrafında yaranan qalmaqallar diqqəti cəlb edir. Aydın görünür ki, AXCP, “Müsavat” kimi partiyalar, ayrı-ayrı qruplar və şəxslər quruma ümumi məqsədlər naminə deyil, sırf özəl maraqlar güddüklərinə görə qatılıblar. “Milli şura”da AXCP-dən, “Müsavat”dan və reneqat Eldar Namazovdan ibarət azlıq çoxluq üzərində hegemonluq etmək iddiasındadır. Bütün məsələlər yalnız üçlüyün iştirakı ilə müzakirə olunur və qərarlar da onların iradəsi əsasında qəbul olunur. Bu isə təbii ki, qondarma qurumda təmsil olunan çoxluqda narazılıq yaradır. Onlar bildirirlər ki, söhbət kollegial bir qurumdan gedirsə, “Milli şura” daxilində “böyük partiya-kiçik partiya” söhbətləri yığışdırılmalı, burada hamının paritet təmsilçiliyi təmin olunmalı və məsələlərin müzakirəsi də separat şəkildə yox, hamının iştirakı ilə aparılmalıdır.
Lakin qondarma qurumun ilk sessiyası bir daha göstərdi ki, özəl maraqlar üzündən məcburən bir dam altına yığılan partiyalar, qruplar, ayrı-ayrı şəxslər hansısa məsələdə ortaq məxrəcə gəlməkdən çox uzaqdırlar. Toplantıda hər ağızdan bir avaz gəldi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. İlk sessiya qeyri-ciddi söhbətlərlə yadda qalıb. Toplantıda AXCP təmsilçisi Fuad Qəhrəmanlının uzun-uzadı çıxışına hüquqşünas Ənnağı Hacıbəyli “25 ildir saatlarla eyni şeyləri eşidirik” replikası ilə cavab verib. KXCP-nın sədri Mirmahmud Mirəlioğlu AXCP sədri Əli Kərimli ilə aralarında illərdir ki, davam edən inciklikdən, qarşılıqlı ambisiyalarından danışıb. İsa Qəmbər onun yanaşmasını “qeyri-ciddi və mübahisəli” adlandırıb. ACP sədri Sülhəddin Əkbər quruma yeni üzvlərin qəbul olunmasına qarşı çıxaraq “əgər belə davam edərsə, mən iclası tərk edəcəyəm” deyib. Qondarma “Ziyalılar forumu”nun təmsilçisi Cəmil Həsənlinin sözü komissiyaların çoxluğu məsələsində çəp gəlib və s.
Bütün bu və digər cəhətlər cəmiyyətdə qondarma quruma adekvat münasibət formalaşdırıb. Ayrı-ayrı partiyaların təmsilçiləri ermənipərəst kinodramaturqun qondarma qurumuna ümidsiz yanaşdıqlarını açıq mətnlə dilə gətirirlər. Ümid Partiyasının sədri İqbal Ağazadə qondarma qurumla əməkdaşlıq perspektivlərini inkar edərək deyib: “Milli şura” ilə əməkdaşlıq perspektivləri görünmür. Çünki onların mövqeyi ilə bizim mövqeyimiz üst-üstə düşmür. Hələlik “Milli şura”da olanlar bir sıra məsələlərə aydınlıq gətirməlidirlər. Əgər gətirməsələr, bizim onlarla əməkdaşlığımız olmayacaq. Belə görünür ki, gətirməyəcəklər. Onların birləşməsi aydın və şəffaf deyil. Bir sıra suallar var”.
ADP sədri Sərdar Cəlaloğlu qondarma “Milli şura”ya inamsızlıq ifadə edərək deyib: “Belə “şura” ilə bir şey alınan deyil. Bu proseslərdən açıq görünür ki, “Milli şura” ilə seçkidə hara qədər getmək olar. Ümumiyyətlə, “Milli şura”nın bu tərkibdə təşkil olunması əvvəlcədən onun dağılacağına dəlalət edirdi”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə “Milli şura”nın ümumiyyətlə baş-ayaq yaradıldığını bildirib. O deyib: “İstər nizamnamə, istərsə də namizəd məsələsində dartışmalar daha da güclənir. Tərəflərin hər biri bu məsələlərdən sırf öz siyasi maraqları naminə yararlanır və konsensusa meyilli deyil”.

 
  • Oxunub:  24120  |  
  • Tarix:  27-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA