Ana səhifə »  Müəlliflər »  Külək hayandan əsir?...
A+   Yenilə  A-
Külək hayandan əsir?...
Yazdı: Pərviz Sadayoğlu

Özünü “şimal-qərb” küləyinə qapdıranların son mənzili tarixin arxividir
Adını milli qoyub Rüstəm İbrahimbəyovun şurasına dürtüşənlər gördülər ki, “Rüstəmin şuraya yaxın gəlməsi” nağıldır. Bu üzdən də özləri şələ-külələrini yığışdırıb Rüstəmin yanına yol almağa qərar verdilər. Amma ən maraqlısı görüş yerinin dəyişməsidir. Bu dəfə onlar hər zaman olduğu kimi üzü şimala yox, bir az qərbə tərəf yeriməyə qərar veriblər.
Bu da bir oyundur. Yenə də, İsa Qəmbər Rüstəm “tovarişə” “tı kto takoy, davay do svidaniya” mahnısını ingilis dilində oxutdurmağa qərar verib. Amma bu İsa da düz eləmir da... Həm kişilərin pulunu ye, onların pulu ilə xarici ölkələri Bakı-Masazır reysinə döndər, həm də naz elə ki, mən Rusiyaya getmirəm. Güya bununla İsa Qəmbər özünün Qər(i)bdəki dayılarına nə qədər sadiq olduğunu nümayiş etdirir. Göstərir ki, Rüstəm “tovariş”in sözünün qabağına söz qoymaq iqtidarındadır. Özü də ingilis dilində...
Maraqlıdır ki, radikal düşərgə hər seçki qabağı özünü bir az yuxarı göstərmək üçün belə şoulara əl atır. Düzdür, hələ bilinmir ki, onların bu dəfəki oyunları da alayarımçıqdır ya yox, amma gah qurultaylarını xaricdə keçirəcəklərini deyirlər, gah da görüş yerlərini xarici ölkələrin paytaxtlarına təyin edirlər. Bunun da öz özəl sirrləri var.
Birincisi, pulu kim verirsə, o da, həmin şəxsləri öz ayağına gətirtməlidir. Yəni, məntiqlə kimə xidmət edirsənsə onun ayağına getməlisən. Radikal müxalifət qrupları da xalqa xidmət etmədikləri, Azərbaycana xidmət göstərmədikləri üçün nökəri olduqları dairələrin ayağına getməyə məcburdurlar. Axı, Azərbaycan xalqı ilə onları nə birləşdirir ki, onlar xalqın ayağına getsinlər? Onları birləşdirən yaşıl-yaşıl dollarlardır, Rüstəm “tovariş”in arxasında dayanan ermənipərəst dairələrdir. Elə bu üzdən də, radikal düşərgəyə əmr verilsə ki, görüşünüzü Antarktidada buz arxipelaqlarının arasında pinqivinlərin əhatəsində keçirin onu eləməyə məcburdurlar. “Eləmirəm” deyilən kimi Eldənizə ötürülən 100 min dolların haqq-hesabı çıxacaq ortaya, başqa partiya rəhbərlərinin balalarının təhsil haqları kəsiləcək, toy-düyün paraları geri tələb olunacaq. Bəs, bunlar havayı əmələ gəlmir axı...
Güya Vaşinqtona gedib nağarasıdırlar ki? Gedəcəklər, aeroportda onları anti-azərbaycançı dairələrin başçısının müavininin köməkçisinin yardımçısının qapıçısının əmisi oğlunun baldızının qaynı qarşılayacaq, bunlar da “şırt” bir şəkil çəkdirəcəklər. Yığışacaqlar “taksi”yə yol alacaqlar “qəstinə”. Gedib “qəstin”in restoranında “obed” eləyən yerdə də “şırt” bir şəkil, onun ardından düşəcəklər küçədə parkda bir qarabalanı tutub yanlarına salacaqlar “şırt” üçüncü şəkli çəkdirəcəklər. Axı, qayıdandan sonra qəzetləri bir səhifəlik yazı verməldir. Yazmağa bir şey olmadığı üçün də şəkil çəkdirmək lazımdır. Sonra yol alacaqlar univermağa alverə. Univermaqdakı alverlərini qurtarandan sonra gələcəklər onları “alıb-satan”ın yanına. Yəni, məntiqlə alver davam edəcək. Bunlar ha öz qiymətlərini qaldırmaq istəsələr də alınmayacaq. Çünki bunları “alan” bunların qiymətini bilir. Bilir ki, bunların cəmisi bir çürük kartof qiymətinə gedəsi deyil. Bazarlıq bitəcək və hərə öz payını alıb çəkiləcək otağına. Başlayacaqlar qohum-əqrəbaya yalvarmağa ki, “söz vermişəm, aksiyaya 15 adam çıxarmalıyam, gör neynirsən, hərənizə bir onluq məndə”.
Hələ mərəkə bunların qayıtmasından sonra başlayacaq. Gecə ikən kimsə-kimdənsə imtina edəcək (İsa Qəmbər bunu yaxşı bacarır), kimsə kimisə Azərbaycana “gətirəcək”, kimsə də qorxusundan xaricdəki aeroportda qarın ağrısına düşəcək və öz gəlişini təxirə salacaq.
Bunları görmək üçün nə Nostradamus, nə də Koperfild olmağa ehtiyac yoxdur. Beş-üç il əvvələ göz gəzdirsən bu ssenarini görmək olar. Sadəcə, İsa Qəmbərin, Əli Kərimlinin, Rəsul Quliyevin bu ssenarini təzədən oynamasının səbəbi əllərinə düşən yeni, türkün məsəli, kərizdir. Rüstəm “tovariş” nə bilir siyasət nədir? Bununki, donuz ətinin salasıdır, yesin ətdən, danışsın bərtdən-bərtdən...
Hə, budəfəki külək “şimal-qərb” istiqamətindən əsməyə çalışır. Bu küləyə əsir düşmüş “siyasi çör-çöplər” isə özlərini qapdırıblar bu yelə yellənirlər sağa-sola. Amma bu bədbəxt “çör-çöplər” anlamırlar ki, gözlərini açacaqlar və görəcəklər ki, həmin külək onları alıb töküb tarixin arxivinə. Yəni, son ünvanlarına...

 
  • Oxunub:  27420  |  
  • Tarix:  27-06-2013  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA