Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

20.05.2021 [09:15]

Nardar Bayramlı

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz bütün sahələrdə çox mühüm nailiyyətlərə imza atıb. Bunlarla yanaşı, həm sosial, həm iqtisadi, həm hüquqi, həm də siyasi sferada aparılan islahatlar müsbət nəticələr verir. Genişmiqyaslı islahatların nəticələri cəmiyyətimiz tərəfindən də yüksək dəyərləndirilir.
Təsadüfi deyil ki, Azərbaycanın yaratdığı inkişaf modeli dünyanın bir sıra ölkələri tərəfindən öyrənilir. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın nailiyyətləri xüsusi qeyd olunur və ölkəmiz dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Bütün bu faktları tanınmış beynəlxalq ekspertlər də vurğulayırlar. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 44 günlük müharibədə möhtəşəm qələbə qazanan Azərbaycan dövləti regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Azərbaycanın daha dinamik inkişafına təkan verəcək.
Bütün bu uğurların fonunda “beşinci kolon”un təmsilçiləri “ənənə”lərinə sadiq qalaraq Azərbaycanın qazandığı nailiyyətləri görməzdən gəlirlər. Antimilli ünsürlər sosial şəbəkələrdə yalan məlumatlar və absurd iddialar yaymaqla dövlətimizə qarşı çirkin kampaniya aparırlar. Bu məsələdə fəallıq göstərənlərdən biri də AXCP funksioneri Nurəddin Məmmədlidir. O, sosial şəbəkələrdə ölkəmizdəki mövcud vəziyyəti tamamilə təhrif edir, yüksək sürətlə inkişaf edən ölkəmizlə əlaqədar qərəzli, qeyri-obyektiv və qüsurlu müqayisələr aparmağa çalışır. N.Məmmədli nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı müsbət dəyərləndirmələrindən yan keçərək, reallıqları təhrif edərək, anti-azərbaycançı mərkəzlərə, erməni lobbisinə xidmət edən təşkilatların və “ekspert”lərin qərəzli fikirlərini təbliğ etməklə məşğul olur.
Ümumiyyətlə, “beşinci kolon”un təmsilçilərinin niyyəti ölkəmizin müsbət imicinə xələl gətirməkdir. Təbii ki, bu, milli maraqlarımıza tamamilə ziddir. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan möhtəşəm qələbənin sevincini, qürurunu yaşayan xalqımıza qarşı bu cür qərəzli mövqe sərgiləmək tamamilə qəbuledilməzdir. Amma onların bu cür təxribatçı fəaliyyəti hər zaman olduğu kimi, iflasa məhkumdur. Çünki cəmiyyətimiz onların xislətinə çox yaxşı bələddir.

Paylaş:
Baxılıb: 503 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur

Vətən müharibəsində qazanılan...

30.04.2021 [08:08]

Xəbər lenti

Hamısına bax

Siyasət

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31