Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib

AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib

15.04.2021 [08:42]

Pərviz Sadayoğlu

Vaxtilə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasına görə birbaşa məsuliyyət daşıyan və bu gün də antimilli mövqeyindən əl çəkməyən radikal müxalifət xəyanətkar davranışlarını davam etdirməkdədir. Vurğulanmalıdır ki, 1990-cı illərin əvvəlində hakimiyyət hərisliyi ilə bütün yollara baş vuran “AXC-Müsavat” cütlüyünün xəyanətkar əməlləri Şuşa və Laçının Ermənistanın işğalı altına düşməsinə zəmin yaratdı. Həmin dövrdə bu xəyanətkar qruplaşma məhz Şuşa və Laçının işğalından siyasi dividend kimi istifadə edərək hərbi çevriliş nəticəsində hakimiyyətə gəldi. Onu da qeyd edək ki, bu cütlüyün antimilli mövqeyinin davam etməsi nəticəsində 1993-cü ilin aprelində isə Kəlbəcər rayonu işğal olundu. Lakin radikal müxalifət öz keçmişindən, xalqın, dövlətin başına açdığı oyunlardan utanmaq əvəzinə bu gün yenidən xəyanətkar əməllərini davam etdirir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar 29 il əvvəl məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Onun sözlərinə görə, Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-“Müsavat” cütlüyü bundan “tramplin” kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi: “Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, kəndlər işğal altına düşürdü, AXC-“Müsavat” hakimiyyəti isə Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu barədə videomateriallar, kadrlar var. Həmin illərdə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində blokadada olan Naxçıvan düşmənə qarşı qəhrəmanlıqla müdafiə olunurdu. Bununla belə, həmin vaxt AXC-“Müsavat” hakimiyyəti Naxçıvana kömək etmək əvəzinə Bakıdan Naxçıvana hərbi desant göndərirdi ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər”.
Deputat deyib ki, bu kimi əməllər AXC-“Müsavat” cütlüyünün hansı xislətə malik olduğunu bir daha ortaya qoyur. Vüqar İskəndərov əlavə edib ki, bu cütlüyün yarıtmaz idarəçiliyi 1993-cü ildə ölkədə vətəndaş müharibəsinə yol açdı və qardaş qanı töküldü: “Bütün bunlara dözməyən xalq isə onları qovdu”.
Milli Məclisin deputatı Sevinc Hüseynova isə bildirib ki, AXC-“Müsavat” hakimiyyətinin xəyanəti nəticəsində Azərbaycanda siyasi böhran pik həddə çatmışdı. Onun sözlərinə görə, cəmi bir il ərzində hakimiyyətdə olan AXC-“Müsavat” cütlüyü xalqın səbr kasasını daşırtdı: “Həmin dövrdə öz günahları və xəyanətləri ucbatından ölkənin müstəqilliyini təhdid altına salmışdılar. 1993-cü ilin yayında canlarını qurtarmaq üçün məcbur olub Ulu Öndər Heydər Əliyevə müraciət etdilər”.
“Lakin təəssüfləndirici haldır ki, xəyanəti özünə peşə seçmiş bu insanların mənfur xisləti yenidən özünü büruzə verir. 44 günlük Vətən müharibəsi dövründə ordumuza qarşı şər-böhtan kampaniyası aparan, düşmən dəyirmanına su tökən radikal müxalifət birmənalı şəkildə hansı qüvvələrə xidmət etdiyini cəmiyyətə göstərdi. Ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən radikal müxalifət Vətən müharibəsindəki qələbəmizə belə kölgə salmaq üçün min bir oyundan çıxır. Amma hər zaman xainlərə layiqli cavab verən xalqımız onların bu əməllərini də görür və qiymət verir”, - deyə Sevinc Hüseynova əlavə edib.

Paylaş:
Baxılıb: 356 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30