Ermənistanda seçki düyünü
31.03.2021 [08:47]
Qaşqay ZİYƏDDİNOĞLU
Məlum olduğu kimi, baş nazir Nikol Paşinyanın 20 iyun tarixində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etməsindən sonra məğlub Ermənistanda siyasi böhran bir qədər fərqli məcraya yönəlib. Yerli KİV-in yazdığına görə, hakimiyyət bundan sonra ölkədə gərginliyin səngiməsini gözləsə də, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının birləşdiyi “Vətənin xilası naminə hərəkat” indiki hökumət istefa verənə qədər mübarizəni davam etdirmək fikrindədir.
Parlamentdən kənarda olan bəzi siyasi qüvvələrin belə seçkilərdə iştiraka hazır olduqları barədə bəyanatlarına baxmayaraq, bir çox ekspertlər hələ də Paşinyanın indiki şəraitdə seçkiyə gedəcəyinə inanmırlar. Hətta belə bir iddia səslənir ki, baş nazir son anda növbədənkənar seçki keçirmək niyyətindən imtina edəcək. Məsələn, “Aysor.am” yazır ki, həmişə sensasiyalı və tənqidi çıxışları ilə seçilən Ermənistan parlamentinin müstəqil deputatı Gevork Petrosyan da Paşinyanın hamını aldatdığını və seçkiyə getmək fikri olmadığını deyib: “Paşinyan növbədənkənar seçki keçirməyəcək. Çünki o, xalqın dəstəyinə malik olmadığını başa düşür”.
Deputat onu da əlavə edib ki, baş nazir yenidən ondan başqa hamının günahkar olduğunu nümayiş etdirmək istəyir.
Yeri gəlmişkən, Paşinyanın komandasında istefalar da davam edir. “News.am” yazır ki, hakim “Mənim addımım” blokunun parlament fraksiyasından olan daha bir deputatı mandatından istefa barədə ərizə təqdim edib. Qeyd edək ki, “Mənim addımım” fraksiyasının deputatı Suren Qriqoryan istefasının əsas səbəbini açıqlamayıb.
Bu arada, erməni mediası yazır ki, indiki şəraitdə növbədənkənar seçkilərə getməyə qarşı çıxanlardan biri də ölkə prezidenti Armen Sarkisyandır. Belə ki, “Aravot” qəzetinə verdiyi müsahibədə prezidentin bəzi fikirləri məğlub ölkənin gündəmini zəbt edib. Sözügedən müsahibədə A.Sarkisyan indiki şəraitdə seçkilərin baş tutmasının Ermənistanda yeni bir böhrana səbəb ola biləcəyini deyib. Prezident belə bir qənaət də ortaya qoyub ki, hazırkı durumda bir və ya iki partiya ölkəni bu vəziyyətdən təkbaşına çıxara bilməz. Buna görə də A.Sarkisyan mövcud hökumətin istefasında və milli barışıq hökumətinin qurulmasında israr edir.
Beləliklə, siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar seçkilərin elan olunması məğlub ölkədə daha da xaotik vəziyyət yaradıb. Ekspertlərin fikrincə, Ermənistanda seçki prosesi düyünə düşə və Paşinyan son anda seçkilərə getməkdən imtina edə bilər.
Müəllifin digər məqalələri:
Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir
Məlum olduğu kimi, məğlub Ermənistanda...
15.02.2021 [08:44]
Ekspertlərin fikrincə, sosial...
18.07.2020 [09:20]
Onlar əhali arasında dezinformasiya...
17.07.2020 [09:22]
Ekspertlərin fikrincə, əsas...
02.06.2020 [09:14]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27