Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ortaqlığı bitirən “maraq savaşı”

Ortaqlığı bitirən “maraq savaşı”

26.02.2021 [09:06]

Pərviz Sadayoğlu

Deyəsən, “maddi gəlir” məsələsi radikal ünsürlərin daha bir ortaqlığına son qoyub. Son günlər ölkəmizdəki radikal müxalifətlə bu düşərgənin xaricdəki uzantılarının arasından keçən “qara pişik” Əli Kərimli-Sevinc Osmanqızı savaşına start verib. Xaricdəki ermənipərəst mərkəzlərin pulu ilə internet məkanında özünə “kanal” yaratmış və bəlli dairələrin dəstəyi ilə okeanın o tayında mənzillənmiş Sevinc Osmanqızı ilə onun dünənə qədər bəh-bəhlə tərifləyib göylərə qaldırdığı Əli Kərimli arasında başlanan bu savaşın hər keçən gün daha da şiddətləndiyini isə sosial şəbəkələri izləməklə görmək mümkündür. Belə ki, Sevinc Osmanqızı Əli Kərimlini öz “kanal”ında yaş yuyub quru sərir, Əli Kərimli isə trolları vasitəsilə Sevinc Osmanqızını hədələyir, onu linc etməklə qorxudur. Bəs görəsən, dünənə qədər “can deyib, can eşidən” bu iki şəxs arasındakı “müharibə”nin səbəbi haradan qaynaqlanır?
Sosial şəbəkələrdə özünə haqq qazandırmağa çalışan Osmanqızı açıq şəkildə etiraf edir ki, onun Kərimlinin siyasi gedişləri, hətta siyasi mövqeyi ilə bağlı əvvəlki fikirlərində dəyişiklik baş verib. Necə deyərlər, dünən yatıb, bu gün durub və fikirləşib ki, Əli Kərimli indiyə qədər nə edibsə, hamısını səhv edib. Məsələnin bu hissəsi anlaşılandır. Yəni onsuz da Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Əli Kərimlinin səhv yolda olduğunu, xəyanətkar mövqe sərgilədiyini, ermənipərəstlərin dili ilə danışdığını, ölkəmizə və xalqımıza qarşı aparılan kampaniyaların tərkib hissəsi kimi çıxış etdiyini dünən də deyirdi, bu gün də deyir. Bəs, necə olub ki, Əli Kərimlinin səhvlərini, daha doğrusu, xəyanətlərini sadaladığımız zaman onun “aydan arı, sudan duru” olduğunu iddia edən, necə deyərlər, AXCP sədrinin “qoruyucu mələyi”nə çevrilən Sevinc Osmanqızı bu gün öz mövqeyini 180 dərəcə dəyişib. Yəni dünənə kimi Əli Kərimlini ağızdolusu tərif edərək “göylərə qaldıran” Sevinc Osmanqızı bu gün AXCP sədrinin, onun partiyasının siyasi “manevr”lərini təftiş etməyə başlayıb. Belə yerdə cəmiyyət haqlı olaraq “görəsən gün hayandan doğub” deyə sual edir.
Əslində, radikal düşərgədə bu vaxta qədər baş qaldıran qarşıdurmaların nədən qaynaqlandığını, həmçinin Əli Kərimlinin öz düşərgədaxili müttəfiqlərini məhz “pay-püş” məsələsində incik saldığını xatırlasaq bu suala cavab tapmış olarıq. Bir sözlə, hər dəfə olduğu kimi, bu səfər də davanın “yorğan davası” olduğu şübhəsizdir. Yəni bu vaxta kimi ətrafındakıların “haqqını mənimsəməklə” məşhurlaşmış Kərimli, görünür, bu dəfə də dağıdıcı düşərgəyə verilən xarici “ənamlardan” Osmanqızına “pay” ayırmaq fikrindən vaz keçib. Osmanqızı da buna özünəxas tərzdə cavab verir. Əgər belə olmasaydı, AXCP sədrinin patoloji nifrət bəslədiyi şəxslər Osmanqızı TV-yə onlayn da olsa, ayaq basa bilməzdi. Tərəflər arasındakı düşmənlik o həddə çatıb ki, S.Osmanqızı nəinki üstüörtülü, elə açıq kontekstdə də Əli Kərimlinin və rəhbərlik etdiyi partiyanın heç bir gücə sahib olmadığını rahat şəkildə deyir, onu digər ölkələrdəki “müxalifət”lərlə müqayisə edir, yalnız sosial şəbəkələrdə boş-boş danışmaqda günahlandırır. Amma Əli Kərimli də dinc dayanmır. Osmanqızı özü etiraf edir ki, Əli Kərimli ona qarşı miqyasıölçülməz kampaniya başladıb. Sosial şəbəkə qruplarında S.Osmanqızının bəlli olan, olmayan bütün məziyyətlərini, “əziyyətlərini” aləmlə bir edib. Necə deyərlər, açıb sandığı töküb pambığı. İndi bu sandıqdan çıxan pambıqla kim kimin qəsdinə duracaq, bunu da zaman göstərəcək...

Paylaş:
Baxılıb: 354 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31