Ana səhifə »  Müəlliflər »  Radikalların növbəti şousu, yaxud Əli Kərimli yenə də anti-Azərbaycan dairələrdən mədət umur
A+   Yenilə  A-
Radikalların növbəti şousu, yaxud Əli Kərimli yenə də anti-Azərbaycan dairələrdən mədət umur
Yazdı: Nardar Bayramlı

Azərbaycanda ötən illər ərzində həyata keçirilən uğurlu siyasət və davamlı islahatlar öz müsbət nəticəsini verməkdədir. Belə ki, məhz reallaşdırılan islahatlar nəticəsində ölkədə siyasi dialoqun və siyasi münasibətlərin inkişafında yeni mərhələ başlayıb. Bu amil Azərbaycanda vətəndaş həmrəyliyinin və milli birliyin güclənməsində də vacib rol oynayır.
Bununla belə, cəmiyyətdə dayaqlarını tamamilə itirmiş radikallar öz xislətindən əl çəkmir, ölkəmizdəki sabitlik və həmrəylik mühitinə kölgə salmaq üçün müxtəlif üsullara əl atırlar. Elə AXCP sədri Əli Kərimlinin bu günlərdə sosial şəbəkələrdəki yeni şousu da bunu bir daha təsdiqləyir. Belə ki, o, növbəti dəfə bəzi əsassız iddialar səsləndirməklə, o cümlədən “insan haqları və demokratiya” şüarının arxasında gizlənməklə ölkəmizə qarşı yenidən qara piar kampaniyası aparır. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının başladığı ərəfədə start verilən bu şou eyni zamanda, bir daha Ə.Kərimlinin əsl xislətini ortaya çıxarır. Yəni görünən odur ki, xarici ermənipərəst dairələrdən növbəti təlimat alan Əli Kərimli yenə də anti-azərbaycançı mərkəzlərin sadiq xidmətçisi rolunda çıxış edir.
Digər tərəfdən, hazırda Azərbaycanda gündəmin əsas mövzusunun milli birlik olduğunu nəzərə alsaq, Ə.Kərimlinin məqsədinin daxili proseslərə hesablanmadığını aydın şəkildə görmək mümkündür. Qeyd etdiyimiz kimi, son illərdə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar cəmiyyətdə siyasi dialoqun və siyasi münasibətlərin inkişafına da öz töhfələrini verib. Ötən ilin fevral ayında keçirilmiş parlament seçkilərindən sonra Milli Məclisin rəhbər strukturlarında müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, iqtidar nümayəndələri ilə partiya rəhbərlərinin mütəmadi olaraq görüşü və digər addımlar siyasi münasibətlərin əyani ifadəsidir. Bu islahatlar ölkədə milli birliyin güclənməsinə əhəmiyyətli təsir göstərib. Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuz əks-hücum əməliyyatlarına başlayarkən ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti, 50 partiya rəhbəri birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Ordumuza birmənalı dəstəyini ifadə etdi. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində bu siyasi partiyalar prinsipial, vahid mövqelərini nümayiş etdirdilər. Təəssüflə qeyd etmək lazımdır ki, radikal mövqedə olan partiyalar bu ümummilli məsələdə həmrəylik nümayiş etdirmədi, siyasi partiyaların birgə bəyanatına qoşulmadılar. Bu fakt onların qaranlıq, məkrli xislətini bir daha ortaya qoydu.
Ötən il noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu sənəd işğalçı Ermənistanın kapitulyasiyası idi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Erməni cəmiyyətində bu məğlubiyyəti həzm edə bilməyənlər hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər. Belə bir şəraitdə, konkret olaraq özlərini “Milli şura” adlandıran, əslində isə antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa çalışırlar. Onlar noyabrın 10-dan etibarən yanlış fikirlərlə ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən radikallar məhz 10 noyabr tarixindən sonra xaricdəki ermənipərəst qüvvələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməkdə davam edirlər.
Onu da qeyd edək ki, Ə.Kərimlinin son addımları həm xarici ermənipərəst mərkəzlərin sifarişini yerinə yetirməyə, həm də onun timsalında “beşinci kolon” təmsilçilərinin ölkəmizin düşmənlərinə “Azərbaycan əleyhinə yeni sifarişlərin yerinə yetirilməsinə hazırıq” mesajının verilməsinə hesablanıb. Amma bütün bunlar əbəs cəhdlərdir. Çünki Azərbaycan cəmiyyəti radikalların “narahatlığı”nın gerçək səbəbini bilir.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  27-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir

09 Mart 13:35
Martın 10-na gözlənilən hava proqnozu
09 Mart 13:31
Mikayıl Cabbarov: “Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin nəticələrini müzakirə edirik
09 Mart 13:25
Əliabbas Salahzadə: Partiyanın VII qurultayında qəbul olunan qərarlar ölkəmizin qarşısında yeni imkanlar açır
09 Mart 13:21
Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
09 Mart 13:15
Misirdəki diaspor mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib
09 Mart 13:09
Ağstafada Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub
09 Mart 13:06
ICESCO “Qadın İli” çərçivəsində ilk açılış tədbirini keçirəcək
09 Mart 12:55
Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb
09 Mart 12:45
DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
09 Mart 12:35
Sahibə Qafarova: Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər
09 Mart 12:10
Əldə edilən uğurlar görülən işlərin nəticəsidir
09 Mart 12:03
“Məni unutma” adlı rəsm sərgisi təşkil olunub
09 Mart 12:00
Katakombaların bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalanması ölkəmizin dünya mədəni irsinin qorunmasına mühüm töhfələrindən biri olacaq
09 Mart 11:57
Azərbaycanın xarici siyasətdə əsas prioriteti milli maraqların təmin olunmasıdır
09 Mart 11:53
Cənubi Qafqazın ən qüdrətli və sabit ölkəsi - Azərbaycan!
09 Mart 11:51
YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi ölkənin siyasi həyatına dinamizm gətirəcək
09 Mart 11:49
Azərbaycan regionda enerji asılılığı olmayan yeganə ölkədir
09 Mart 11:47
Azərbaycan və Türkiyənin Los-Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüblər
09 Mart 11:25
Futzal üzrə Azərbaycan millisi Moldova yığmasının qonağı olacaq
09 Mart 11:22
Yunus Əmrə İnstitutunun rəhbəri Beynəlxalq Muğam Mərkəzində olub
09 Mart 11:21
Milli Məclisin növbəti plenar iclası keçirilir
09 Mart 11:19
Müdafiə Nazirliyi Füzuli rayonunun Görazıllı kəndinin videogörüntülərini yayıb - VİDEO
09 Mart 11:13
Şəhid Məzahir Göyüşovun xatirəsi yad edilib
09 Mart 10:52
Azərbaycan neftinin bir barreli 69,38 dollara satılır
09 Mart 08:50
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət edilib
09 Mart 08:47
Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub
09 Mart 08:43
Bu gün Yel çərşənbəsidir
08 Mart 19:03
Azərbaycanda sutka ərzində koronavirusa 195 nəfər yoluxub
08 Mart 17:59
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
08 Mart 17:21
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur
08 Mart 16:31
“YAŞAT” Fondunun layihəsi davam edir
08 Mart 13:38
Qadın, Ana adı həmişə böyük ehtiramla tərənnüm olunur
08 Mart 13:02
Milli Məclisin sədri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
08 Mart 12:58
BMT-nin mötəbər Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi
08 Mart 10:08
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
07 Mart 16:42
Müdafiə Nazirliyi Ağdam rayonunun Suma kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 16:35
Azərbaycanda sutka ərzində koronavirusa 403 nəfər yoluxub
07 Mart 14:27
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
07 Mart 14:17
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir
07 Mart 13:17
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
07 Mart 12:46
Sevinc Fətəliyeva: Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisədir
07 Mart 11:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Qarakollu kəndindən videogörüntülər yayıb - VİDEO
07 Mart 11:07
Ülviyyə Həmzəyeva: Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub
07 Mart 11:01
Müzəffər Azərbaycan Ordusu tarix yazdı
07 Mart 10:55
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVID-19 peyvəndinə bərabər çıxışın təmin olunmasına dair sənəd qəbul olunub
07 Mart 10:50
6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü milli həmrəylik müstəvisində qiymətləndirilməlidir
06 Mart 22:31
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
06 Mart 22:21
Erməni vandalları Azərbaycanın təbiətinə ciddi ziyan vurub, ekoloji terror törədiblər
06 Mart 22:14
Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər
06 Mart 21:56
Azərbaycan Prezidentinin prinsipial mövqeyi hərb və diplomatiya meydanında olduğu kimi, informasiya məkanında da uğurlarımızı şərtləndirirdi
06 Mart 20:50
"Bu zəfər bütün türk dünyasının qələbəsidir"
06 Mart 18:58
YAP zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır
06 Mart 18:10
Deputat: Altı siyasi partiyanın YAP-a qoşulması milli və siyasi həmrəyliyin nümunəsidir
06 Mart 18:02
Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
06 Mart 17:57
Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Azərbaycanda və regionda yaranmış yeni reallıqlarla bağlıdır
06 Mart 17:54
Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub
06 Mart 17:53
Mövlud Çavuşoğlu: Türkmənistan, Azərbaycan və Türkiyə İpək yolunun canlandırılmasında aparıcı rol oynayır
06 Mart 16:38
Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
06 Mart 16:35
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa böyük önəm verir
06 Mart 16:30
YAP-ın qurultayı ölkəmizdə yaranan milli birlik və həmrəyliyin təzahürüdür
06 Mart 16:21
Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə elan verilib
06 Mart 16:19
Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
06 Mart 16:17
Misir portalı Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərindən yazıb
06 Mart 16:15
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
06 Mart 16:09
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb
06 Mart 15:28
Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir

06 Mart 15:03
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib

06 Mart 14:43
Deputat: “Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi”
06 Mart 13:55
Vətən müharibəsində Qələbə Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini təsdiqlədi
06 Mart 13:21
Prezident Rəcəb Tayyib Ərdoğan 2021-ci ili Türkiyədə “Məhməd Akif və İstiqlal marşı ili” elan edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5