
Dağıdıcı düşərgənin Vətən müharibəsində əldə edilmiş möhtəşəm tarixi qələbənin üzərinə kölgə salmaq cəhdləri iflasa məhkumdur
Məlum olduğu kimi, bu günlər bütün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın edildi. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməlidir. Eyni zamanda, bəyanata əsasən Rusiya sülhməramlıları Laçın dəhlizinə və Dağlıq Qarabağa 5 il müddətinə yerləşdirilir. Türkiyə və Rusiya razılaşmalara birgə yaradılacaq mərkəz vasitəsilə nəzarət edəcəklər.
Maraqlıdır ki, bu razılaşma Azərbaycanın maraqlarına cavab verdiyi halda radikal müxalifət ictimai rəyi çaşdırmağa çalışır. Onlar qazanılan qələbəyə, 10 noyabr razılaşmasına kölgə salmağa cəhd edirlər. Şübhəsiz, radikallar hazırkı yalançı təbliğat maşınını da müstəqil şəkildə deyil, yenə də xarici havadarlarının tapşırıqları ilə işə salıblar. Ancaq Azərbaycan xalqı reallığı, həqiqətləri çox yaxşı bilir.
Dövlətimizin başçısının noyabrın 25-də xalqa müraciətində də qeyd etdiyi kimi, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir. Heç kim unutmayıb ki, AXC-”Müsavat” cütlüyü 1992-ci il mayın 15-də qanunsuz hakimiyyətə gəldikdən üç gün sonra - mayın 18-də Laçın rayonu ermənilər tərəfindən işğal olundu. 1993-cü ilin aprel ayında isə Kəlbəcər rayonu işğala məruz qaldı. Həmin ilin yay aylarında AXC-“Müsavat” hakimiyyətinin səriştəsiz siyasəti nəticəsində yaranmış siyasi böhran səbəbindən digər torpaqlarımız da Ermənistan tərəfindən qəsb olundu.
Ümumiyyətlə, AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründə respublikada anarxiya hökm sürürdü, hərc-mərclik baş alıb gedirdi. Hakimiyyətdə olanlar xalqın, ölkənin taleyindən narahat deyildi, onları yalnız öz cılız maraqları düşündürürdü. Yüksək vəzifədə oturanların heç bir idarəetmə təcrübəsi yox idi, onları daha çox sərvət toplamaq maraqlandırırdı. Həmin hakimiyyət haqlı olaraq yürüdülən yanlış siyasətə etiraz edənləri təqib edir, zorakılığa məruz qoyur, azad mətbuatı boğurdu. 1993-cü ildə tətbiq olunmuş senzura da buna nümunədir.
Məhz bu cür siyasətin nəticəsi olaraq torpaqlarımız da ermənilər tərəfindən işğal olundu, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, Azərbaycan xalqı AXC-“Müsavat” iqtidarına etimadsızlıq göstərdi. Bütövlükdə, dövlətimiz və xalqımız AXC-“Müsavat” cütlüyünün bir illik hakimiyyətinin acı nəticələrini uzun illər yaşamalı oldu.
Yalnız 30 ildən sonra torpaqlarımız işğaldan azad edildi. Lakin bu gün xalqımız qazanılan qələbənin sevincini yaşasa da, o vaxt hakimiyyətdə olan indiki radikal müxalifət ictimai rəyi çaşdırmağa, böyük qələbəmizə kölgə salmağa çalışır. Amma bunlar heç bir nəticə verməyəcək. Çünki xalq onları yaxşı tanıyır. Bir sözlə, radikallar törətdikləri əməllərdən utanmalı və Azərbaycan xalqından üzr istəməlidirlər.
- Oxunub: 3330 |
- Tarix: 28-11-2020 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - “Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...(2021-01-22 09:17:47)
- - Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi(2021-01-20 09:45:03)
- - Radikal düşərgə xəyanət ənənəsinə sadiqdir(2021-01-18 09:31:26)
- - “Beşinci kolon” indi də Azərbaycan-Türkiyə birliyinə qarşı...(2021-01-15 08:53:35)
- - Cəmil Həsənlinin siyasi dialoq haqqında danışmağa mənəvi haqqı yoxdur(2021-01-14 09:20:45)
- - Marginal qruplaşma ermənipərəst qüvvələrlə sinxron hərəkət edir(2021-01-12 09:08:46)