Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin növbəti özünüifşası

Radikal müxalifətin növbəti özünüifşası

25.11.2020 [09:07]

Pərviz Sadayoğlu

Ekspertlərin fikrincə, ölkəmizin qələbəsindən sonra dağıdıcı düşərgə təmsilçilərinin nümayiş etdirdiyi antimilli mövqe onların köhnə xislətlərindən əl çəkmədiklərini göstərir
Xalqımızın milli birliyi Vətənimizin azadlığı uğrunda gedən 44 günlük müharibədə möhtəşəm qələbəmizi şərtləndirən əsas amillərdən biri kimi çıxış etdi. Vurğulamaq lazımdır ki, sentyabrın 27-də ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Vətən müharibəsində ölkə Prezidentini dəstəkləməsi ilə bağlı bəyanatı milli həmrəyliyimizin daha da güclənməsinə öz töhfəsini verdi. Lakin təəssüfləndirici haldır ki, müzəffər qələbəmizdən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başladı. Hazırda marginal qruplar düşmənlə eyni mövqedən çıxış edir, ermənipərəst dairələrin tezislərinı təkrarlayırlar.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Məmmədov da qeyd edib ki, milli birliyimiz və ordumuzun gücü Vətən müharibəsində qələbənin təmin edilməsində həlledici rol oynadı. Onun sözlərinə görə, qələbənin əldə olunmasından sonra radikal müxalifət düşərgəsinin fərqli ritorikadan çıxış etməyə başlaması təsadüfi sayıla bilməz. Millət vəkili deyib ki, Vətən müharibəsinin başlandığı dövrdə özlərini xalqa vətənpərvər kimi təqdim edənlər artıq həm davranışlarında, həm də fikirlərində “fərqli ünvanlara” istinad etdiklərini açıq şəkildə büruzə verirlər: “Dünənə qədər “vətənpərvər” cilddə gizlənənlər əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa çalışırlar. Yəni radikallar cəmiyyətdə zərərli müzakirələrə yol açmaqla həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu isə onların dəyişmədiyini, ən azından, dövlətimizin, xalqımızın səyi ilə, şəhidlərimizin qanı bahasına əldə olunan qələbəyə belə sevinmədiklərini göstərir. Belə olmasaydı, xalqımıza qarşı düşmən kəsilənlərlə eyni tezislərlə çıxış etməzdilər. Lakin radikal müxalifət bu cəhdləri fiaskoya məhkumdur”.
Milli Məclisin deputatı Ramil Həsən də Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərimizin azadlığını təmin etmiş Azərbaycan dövlətinin öz tarixinin ən şərəfli səhifələrindən birini yazdığını deyib. Onun sözlərinə görə, qələbədən sonra yenidən şər-böhtanla “silahlanaraq” bu qələbəyə qarşı kampaniya aparmaq radikal müxalifətin xain xislətinin göstəricisidir: “Azərbaycan hakimiyyətinə qarşı yenidən əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtilə onların kreslo davası, özbaşınalıqları və qanunsuz şəkildə silahlı dəstələri özününküləşdirmələri bir milyona yaxın Azərbaycan vətəndaşının 30 il qaçqın və məcburi köçkün həyatı yaşamasına, torpaqlarımızın isə işğal altında qalmasına səbəb olmuşdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yüksək siyasi iradəsi, mətinliyi, diplomatik səriştəsi xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın işğaldan azad olunmasına sevinmir, bunu qiymətləndirmir. Onlar Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur”.

Paylaş:
Baxılıb: 336 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31