Ana səhifə »  Müəlliflər »  Qurtuluş məfkurəsi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası
A+   Yenilə  A-
Qurtuluş məfkurəsi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası
Yazdı: Hikmət BABAOĞLU

Milli Qurtuluş Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni çağın başlanğıcı kimi
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Təbii ki, “sabitlik adası” kimi səciyyələndirilən ölkəmizin dayanıqlı inkişafını və müsbət reputasiyasını şərtləndirən strateji faktor milli maraqlara əsaslanan uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Bu strateji kursun əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə mövcud çağırışlara müvafiq surətdə uğurla davam etdirilir.
Müstəqilliyin ilk illərinin real mənzərəsi: xaos, anarxiya və tənəzzül
Ümumiyyətlə, müasir Azərbaycanın ötən müddət ərzində keçdiyi inkişaf yolunun, qazanılan nailiyyətlərin əhəmiyyətini daha yaxşı anlamaq üçün müstəqilliyin ilk illərindən bu günə qədər cərəyan edən bir sıra taleyüklü proseslərə xüsusi nəzər yetirmək lazımdır. Məlumdur ki, 1991-ci ildə SSRİ-nin süquta uğramasından sonra beynəlxalq hüququn yeni müstəqil subyektləri meydana çıxdı. 70 ilə yaxın bir müddətdə Sovet İttifaqının tərkibində olmuş xalqların müstəqilliyə qovuşması milli azadlıq mübarizəsində tarixi qələbə, nailiyyət kimi dəyərləndirilsə də, hələ bundan sonra bəhs edilən milli dövlətlərin qarşısında çox ciddi strateji vəzifələr dururdu. Keçid dövrü kimi səciyyələndirilən tarixi mərhələdə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsini dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə yerinə yetirmək üçün uzunmüddətli praqmatik siyasi strategiya hazırlanmalı və mərhələ-mərhələ həyata keçirilməli idi. Amma formal müstəqillik əldə etmiş bir çox postsovet ölkəsində müstəqilliyin ilk illərində bu vəzifəyə nail olmaq mümkün olmadı. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik qazanmış Azərbaycan da müstəqilliyin ilk illərində çoxsaylı problemlər və dərin kataklizmlərlə üzləşdi. Əvvəla, həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək verdikləri halda, o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi. Bununla yanaşı, 1992-ci ildə uzurpasiya vasitəsilə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlara zidd “idarəetməsi” sayəsində xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilən Azərbaycan ciddi xaos və kataklizmlərlə qarşı-qarşıya qaldı. Bu dövrdə ölkəmizin nisbi müstəqilliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu.
Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı, yaxud tarixi dönüş nöqtəsi
Təbii ki, bu şəraitdə Azərbaycan vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan parlamentinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin neytrallaşdırılmasına nail olundu. Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi
Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmiz tərəqqi yoluna çıxaraq tarixi nailiyyətlər əldə etməyi başladı. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
Qeyd etdiyimiz kimi, bundan sonra ölkədə siyasi sabitlik təmin edildi - xaos və kataklizmlərin qarşısı məharətlə alındı. Ulu Öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Bu tarix, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi kursun prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratdı.
Müstəqil dövlət quruculuğu Azərbaycanın qüdrətini artırdı, yeni inkişaf perspektivləri yaratdı
Bütövlükdə, Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Belə ki, Ümummilli Liderin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun təmin olunması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın gerçək müstəqilliyini təmin etdi.
Azərbaycançılıq ideologiyası universal ideoloji formula kimi milli həmrəyliyi təmin edən mühüm strateji faktor oldu
Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan dövlətçiliyinin əsaslarının gücləndirilməsi, milli həmrəylik və bütövlüyün təmin olunması kontekstində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasi müstəsna əhəmiyyət kəsb etdi. Məlumdur ki, 1990-cı illərin əvvəllərində ölkəmizin gələcək taleyi ilə bağlı problemlərdən biri də köhnə siyasi sistemin dağılması ilə cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran olub. Köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğrayıb. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qalıb. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi. Məhz belə bir mürəkkəb situasiyanın fonunda siyasi palitrada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara istinad etməyə çalışırdılar. Belə olduğu halda, konstruktivlik və milli həmrəylik naminə mövqelərin yaxşılaşdırılması əvəzinə maksimalistlik meyilləri artır, bir-birini inkar formulu aksiomaya çevrilirdi. Vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başlayıb. Bu, Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar olub. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən strateji faktor olub. Azərbaycançılıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrilib. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyi sayıldı. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Bunun da əsasında məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu universal ideoloji formula olan azərbaycançılıq ideologiyası dayanır.
Beləliklə, bütün bu faktlar və reallıqların fonunda əminliklə qeyd edə bilərik ki, bir əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı bilavasitə liderlik amili ilə bağlıdır. Müstəqilliyin ilk illərində hakimiyyətdə olan təcrübəsiz, səriştəsiz, antimilli qrupların milli maraqlara zidd fəaliyyəti nəticəsində xaos və anarxiya meydanına çevrilən Azərbaycanı böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Ona görə də Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir.
Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi növbəti tarixi mərhələdə də Azərbaycanın inkişafını şərtləndirir
Bu gün Heydər Əliyev siyasəti Onun layiqli davamçısı, hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyev tərəfindən milli maraqlara və müasir çağırışlara uyğun olaraq müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Prezident İlham Əliyev Azərbaycanın dinamik tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli - Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Bir sözlə, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycanın tərəqqisini təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Ölkəmizin xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni respublikamız tam müstəqil siyasət həyata keçirir. Buna görə də Azərbaycana olan rəğbət daim artır, ölkəmizə yüksək hörmət və etimad göstərilir.
Nəticə etibarilə, müasir, demokratik və qüdrətli ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza atır. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyir, Onu milli birliyin, dayanışmanın və həmrəyliyin simvolu kimi görür.
Hikmət BABAOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı

 
  • Oxunub:  8430  |  
  • Tarix:  13-06-2020  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür
17 May 20:23
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
17 May 20:11
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17 May 20:09
“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi
17 May 19:47
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb
17 May 19:31
Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib
17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA