Ana səhifə »  Müəlliflər »  İnformasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələsi strateji faktor kimi...
A+   Yenilə  A-
İnformasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələsi strateji faktor kimi...
Yazdı: Hikmət BABAOĞLU

Milli təhlükəsizliyin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Xüsusilə də, internet resurslarından istifadənin qlobal xarakter aldığı – geniş yayıldığı, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması strateji vəzifələrdən biri kimi çıxış edir. Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn addımların atılması vacib amilə çevrilir. Belə bir şəraitdə, heç şübhəsiz, transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər platformalarda münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olduqca mühüm məsələlər sırasında yer alır.

 

Donald Trampın “Onlayn senzuradan müdafiə barədə” sərəncamında əksini tapan məqamlar nəyi ifadə edir?

 

Təbii ki, biz ayrı-ayrı ölkələrin nümunəsində bu istiqamətdə müxtəlif təşəbbüslərin irəli sürülməsini və addımların atılmasını müşahidə edirik. Son olaraq mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. sərəncama nəzər saldıqda bir sıra məqamlar xüsusilə diqqəti cəlb edir. İlk nüans odur ki, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “yumşaq güc” mexanizmi kimi “təhlükəli qüvvə” tətbiq edirlər. İkincisi, “Twitter”,“Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə ictimai rəyi istədikləri istiqamətdə formalaşdırmağa çalışır, xüsusilə də fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər. Sərəncamda əksini tapan digər məqam ondan ibarətdir ki, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi alət”i kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, informasiya təxribatları ilə məşğul olur. Bununla yanaşı, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Eyni zamanda, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar söz azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Sərəncamda bütün bunların ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmədiyi diqqətə çatdırılıb. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədlərinin aydınlaşdırılmasının zəruriliyi önə çəkilib.

 

Sosial şəbəkələrdə mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdi...

 

Əlbəttə, ABŞ Prezidenti Donald Trampın bəhs olunan sərəncamı, əslində, sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdidir. Məlumdur ki, “sosial şəbəkə” adlandırılan internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır. Hazırkı qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti özəl olmaqdan çoxdan çıxıb və sosial-iqtisadi, ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən institusional quruma çevrilib. Beləliklə də, vaxtilə media haqqında deyilən "dördüncü hakimiyyət"ifadəsi sosial şəbəkələrə aid edildikdə artıq ikinci, bəzi hallarda isə elə birincihakimiyyət kimi ifadə edilir. Dolayısıyla, “hakimiyyəti xalqın iradəsi təyin edir” hüquqi  ifadfəsi, az qala, “hakimiyyəti sosial şəbəkələr və media təyin edir” vəziyyətinə gəlib çatıb. Çünki bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir. Eyni zamanda, həmin ictimai-siyasi xadimlərin fəaliyyətini qiymətləndirərək, onu doqmatik olaraq ictimai fikirə təqdim edən də yenə sosial şəbəkələr və mediadır. Həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz, ya da siyasi portret bir çox hallarda heç də obyektivə uyğun olmur. Beləliklə, ictimai şüurla manipulyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil.

 

Onlayn platformalarda fəaliyyətin hüquqi tənzimlənməsi zərurətdir

 

Sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik sferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır. ABŞ Prezidentini də bu cür qərar qəbul etməyə vadar edən səbəblər bunlardır. Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin, yəni prezidentinin söylədiyi fikirləri “qeyri-dəqiq ola biləcəyi” etiketi ilə yaymaq, əslində, həmin prezidenti etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Bütövlükdə, istər bu sərəncamı şərh edən ekspertlər, istərsə də sosial medianın tədqiqi ilə məşğul olan araşdırmaçıların ifadə etdikləri yekun qənaət bundan ibarətdir ki, onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Ona görə də ABŞ Prezidentinin bəhs olunan yanaşması dəstəklənir, bu mövqe sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin beynəlxalq səviyyədə diqqətə çatdırılmasının nümunəsi kimi göstərilir. Əlbəttə, bu istiqamətdə beynəlxalq təcrübə mövcuddur. Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Önə çəkilən və xüsusilə diqqətə çatdırılan məqam ondan ibarətdir ki, sosial şəbəkələr barədə universal normativ standartlar mövcud deyil, bu səbəbdən burada feyk məlumatlar sərhədsiz olaraq – heç bir maneəyə məruz qalmadan geniş yayılır. Üstəlik, qeyd etdiyimiz kimi, zərərli informasiyalar sırasında mənəvi-əxlaqi dəyərələrə zidd materiallar, terrora, zorakılığa çağırışlar xüsusi yer tutur. Eyni zamanda, sərhədsizlik və hüquqi tənzimləmə mexanizmlərinin olmaması qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

 

Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması qlobal xarakterli aktual məsələdir

 

Göründüyü kimi, bu mülahizər və təsbitlər Trampın qərarının, əslində, düzgün olduğunu göstərir. Məsələ ondadır ki, sosial şəbəkələrin fəaliyyət təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oynayır. Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi-siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur.  Eyni zamanda, anti-Azərbaycan dairələr sosial şəbəkələrdən, onlayn platformalardan istifadə edərək ölkəmizə qarşı qərəzli informasiyalar yayır, “qara piar” kampaniyası aparır. Hətta terror çağırışları bu sırada xüsusilə nəzərə çarpır.

Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırkı vəziyyətdə isə Trampın  belə bir  qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir. Artıq beynəlxalq miqyasda və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdır. Şübhəsiz ki, sosial media və şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır, bu səbəbdən hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır.

Bütün hallarda,internet azadlığının heç bir haldadigər azadlıqları məhdudlaşdırmamalı olduğu nəzərə alınaraq onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmələrin həyata keçirilməsi labüddür. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı intensiv müzakirələr aparılır, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr edilir, yeni qanunların qəbulunun gündəmdə olduğu nəzərə çarpır. Təbii ki, qlobal xarakter və məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan da prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini vermək üçün müvafiq addımlar atmalıdır.

 

Hikmət BABAOĞLU

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

 
  • Oxunub:  2610  |  
  • Tarix:  01-06-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA