Radikal müxalifətin birlik şousu iflasa uğrayır
19.06.2013 [01:49]
Mübariz Abdullayev
Bu düşərgədə birinci olmaq savaşı getdikcə daha da şiddətlənir
Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifət düşərgəsində cəm olan partiyalar öz “ənənələrinə” uyğun tərzdə fəallıq nümayiş etdirmək cəhdlərində bulunurlar. Belə ki, bu partiyaların rəhbərləri müəyyən görüşlər keçirir, cəfəng fikirlər səsləndirir, bu və ya digər adlar altında yeni “birlik”lər yaradırlar. Lakin radikal düşərgədə cərəyan edən proseslərə nəzər saldıqda bəlli olur ki, bütün bunlar yalnız görüntü yaratmaq məqsədi daşıyır. Bəs, əslində, radikal müxalifət düşərgəsində nə baş verir?
Radikalların birincilik savaşı getdikcə daha amansız xarakter alır
Məlum olduğu kimi, AXCP və Müsavat Partiyası, həmçinin, onların dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbər radikal müxalifət düşərgəsini bir növ inhisara alıblar. Hər iki partiya təmsilçiləri özlərini radikal düşərgənin əsas güc mərkəzləri hesab edirlər. Onlar bu qənaətdədirlər ki, müxalifət adına gələn bütün imtiyazlar (məsələn, xaricdəki məlum mərkəzlərin göndərdikləri ianələr, qrantlar və s.-red) ilk növbədə, adıçəkilən iki partiyaya çatmalıdır.
Lakin AXCP və “Müsavat” oxşar yol keçmələrinə və bu gün eyni cəbhəni paylaşmalarına rəğmən, onların arasında hansısa birlik tellərindən danışmaq əbəsdir. Təsadüfi deyil ki, bu iki partiya arasındakı münasibətləri “mehriban düşmənlər”in davranışları kimi xarakterizə edirlər. Yəni, “cəbhəçilər” və “Müsavat”çılar müxtəlif tədbirlərdə yan-yana dayansalar da, gözləri bir-birlərinə sataşanda dodaqlarında süni təbəssüm oynatsalar da, əslində, qarşılıqlı nifrət və qısqanclıq hissləri ilə yaşayırlar.
Yeri gəlmişkən, AXCP və “Müsavat” təmsilçiləri arasında “mehriban düşmən” münasibəti onların qarşıdan gələn seçkilərlə bağlı planlarında daha qabarıq şəkildə özünü büruzə verir. Partiya təmsilçilərinin özlərinin də etiraf etdikləri kimi, onlar seçkilərdə hansısa uğura ümid bəsləmirlər. Buna görə də, bütün güclərini daxili cəbhədə-radikal düşərgədə rəqiblərindən bir baş üstün mövqeyə yüksəlmək uğrunda mübarizəyə yönəldiblər. Bu məqsədlə onlar ağla gələn və gəlməyən ən müxtəlif vasitələrə əl atmaqdan belə çəkinmirlər. Hər partiya öz nəzarətində olan media orqanlarında qarşı tərəfin, necə deyərlər, bostanına daş atır, rəqiblərini aşağılayır. İndi AXCP və “Müsavat” təmsilçilərinin sosial şəbəkələrdə bir-birlərini davamlı olaraq “status atəşinə” tutması adi hal alıb. Hər iki partiyanın təmsilçiləri tez-tez elektron “seçkilər” keçirərək gah Əli Kərimlini, gah da İsa Qəmbəri qalib elan edirlər.
Siyasi müşahidəçilər o qənaətdədirlər ki, AXCP və “Müsavat” təmsilçilərinin bu gedişləri radikal düşərgədə nüfuz, saxta imic qazanmaq məqsədi daşıyır. Yuxarıda vurğuladığımız kimi, AXCP ilə “Müsavat” arasında gedən savaşın əsas hədəfi radikal düşərgə üçün nəzərdə tutulan hansısa imtiyazları özlərindən ötrü əlçatan etməkdən ibarətdir. AXCP ilə “Müsavat” arasında illərdir davam edən bu çəkişmələr, əlbəttə ki, cəmiyyətdə onlara başucalığı gətirmir, əksinə həm “cəbhəçiləri”, həm də “Müsavat”çıları nüfuzdan salır.
Qondarma “El” hərəkatının radikal düşərgədəki ziddiyyətlərdən faydalanmaq cəhdləri baş tutmadı
AXCP ilə “Müsavat” arasında illərdir ki, davam edən və onların müəyyən mənada toparlanmasına imkan verməyən çəkişmələr radikal düşərgəyə bir qədər gec qatılan reneqat Eldar Namazovu “El” adlandırdığı yeni təşkilat yaratmağa sövq etdi. Reneqat o qənaətdə idi ki, bir-birləri ilə yola getməyən AXCP-nin və “Müsavat”ın iki cüt, bir tək elektoratını öz tərəfinə çəkə və bu yolla güclənib radikal düşərgədə təşəbbüsü ələ ala biləcək. Reneqat Eldar Namazov elə düşündüyü kimi də etdi. O, emissarlarını bölgələrə göndərib pul və başqa bu kimi şirnikləndirici vasitələrlə mövqeləri onsuz da sürüşkən olan “cəbhəçiləri” və “Müsavat”çıları qondarma “El”in çətiri altına yığmağa başladı.
Lakin tezliklə reneqatın “elektorat ovu”nun üstü açıldı və “cəbhəçilərlə” “Müsavat”çılar ona qarşı açıq savaşa start verdilər. Təbii ki, yerlərdə dayağı olmayan, cəmiyyətdə reneqatlığından başqa heç bir üstün keyfiyyəti ilə tanınmayan Eldar Namazov bu təpkilər qarşısında geri çəkilmək məcburiyyətində qaldı.
Artıq başlanğıcda ətrafında süni ajiotaj yaradılan qondarma “El” hərəkatı ilə bağlı söz-söhbətlər gündəmdən, demək olar ki, tamamilə çıxarılıb. “El” hərəkatı hay-küylə yaradılsa da, səssizcə unudulub. Hətta bildirilir ki, indi reneqat Eldar Namazov onun üçün daha bir üzqarasına çevrilən təşkilatının adını çəkməkdən belə çəkinir.
Beləliklə, deyə bilərik ki, reneqat Eldar Namazovun radikal müxalifət daxilindəki ziddiyyətlərdən bəhrələnmək planları daşlara dəyib parçalandı və onun özünün tamam nüfuzdan düşməsinə səbəb oldu.
“Milli şura” müxalifət daxilində və partiyaların özündə qarşıdurmalar yaradıb
Ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura” radikal müxalifətin yeni birlik formatı kimi təqdim olunsa da, reallıq ortadadır: Yeni qondarma qurum müxalifət düşərgəsini müxtəlif cəbhələrə bölməklə yanaşı, ayrı-ayrı partiyaların daxilində də qarşıdurmalar yaradıb. Məlumdur ki, AXCP, “Müsavat” kimi partiyalar müəyyən umacaqların müqabilində “Milli şura” nədirsə ondan pay götürmək naminə bu qondarma qurumun sıralarında yer alıblar. Bir sıra partiyalar isə “Milli şura” planının xaricdəki antimilli dairələrin mətbəxində məkrli məqsədlərlə hazırlandığını, onların maraqlarını ifadə etdiyini, Azərbaycan cəmiyyəti ilə hər hansı şəkildə bağlılığının olmadığını əsas tutaraq qondarma qurumun sıralarına qatılmaqdan imtina ediblər. İndi bu partiyalar haqlı olaraq israr edirlər ki, qondarma qurumun ümumilikdə müxalifətin adından danışmağa heç bir haqqı yoxdur.
“Milli şura”da təmsil olunan partiyalar isə öz aralarında bir növ mövqe savaşı aparırlar. AXCP və Müsavat Partiyası ənənələrinə uyğun olaraq “Milli şura”da daha geniş tərkibdə təmsil olunmağın davasını çəkirlər. Qondarma qurumun ideya müəllifi Rüstəm İbrahimbəyov ALP-ni və reneqat Eldar Namazovun “El” hərəkatını bir qədər ön sıraya dartmağa təşəbbüs göstərir. ACP isə “Milli şura” daxilində “böyük partiya-kiçik partiya” söhbətini tamam yığışdırmağı israr edir və o tələblə çıxış edir ki, qondarma qurumda bütün partiyalar eyni sayda tərkiblə təmsil olunmalıdırlar.
Qondarma “Milli şura”da partiyalararası savaşa partiyalardaxili çəkişmələr də əlavə olunub. Belə ki, bu qondarma qurumun elan edilməsi ACP, Milli İstiqlal kimi partiyalarda lider-sədr qarşıdurmalarına rəvac verib. Belə ki, hər iki partiyanın liderləri Rəsul Quliyev və Etibar Məmmədov “Milli şura”ya qatılmamaqda israr etsələr də, partiya funksionerləri bu məsələdə onlarla eyni mövqeyi paylaşmırlar. “Müsavat” daxilində isə “Milli şura”ya münasibətlə bağlı düz üç qruplaşmanın yarandığı bildirilir.
Göründüyü kimi, qondarma “Milli şura” cəmi müxalifəti parçaladığı kimi, partiyalar daxilində də təfriqələr salıb. Siyasi müşahidəçilər “Milli şura”nın fəaliyyətinin davam edəcəyi təqdirdə partiyalararası və partiyalardaxili ziddiyyətlərin parçalanma və açıq düşmənçilik səviyyəsinədək yüksələcəyini bildirirlər.
Müəllifin digər məqalələri:
Qubad İbadoğlunun növbəti manipulyasiyası
Faktları təhrif etmək, ucuz manipulyasiya...
26.06.2021 [08:29]
Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti
Bu günlərdə ötən il 44...
09.06.2021 [09:29]
Qubad İbadoğlu faktları təhrif etməyə çalışır
Xeyli vaxtdır ki, okeanın o tayında...
03.06.2021 [08:53]
Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır
Xaricdəki antimilli mərkəzlərin...
08.05.2021 [08:39]
Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır
Radikal müxalifət düşərgəsində...
28.04.2021 [09:40]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39