Ana səhifə »  Müəlliflər »  Görülən tədbirlər dövlətin sosial davranışından daha çox Prezident İlham Əliyevin öz vətəndaşlarına qayğısı kimi qiymətləndirilməlidir
A+   Yenilə  A-
Görülən tədbirlər dövlətin sosial davranışından daha çox Prezident İlham Əliyevin öz vətəndaşlarına qayğısı kimi qiymətləndirilməlidir
Yazdı: Hikmət BABAOĞLU

Son 16 ilin təcrübəsi göstərir ki, Azərbaycan dövləti öz siyasətinin prioritetlərini bir qayda olaraq milli maraqlara və meydana çıxan yeni çağırışlara əsasən müəyyənləşdirir. İndiki şəraitdə dünya miqyasında böyük narahatlıqlar yaradan yeni növ koronavirus (COVİD-19) pandemiyasının daha geniş miqyasda yayılmasının qarşısının alınması, eləcə də digər mənfi xarici tendensiyaların milli iqtisadiyyatımıza, əhalinin sosial vəziyyətinə təsirlərinin azaldılması ölkəmiz üçün əsas məqsədlər kimi müəyyənləşdirilib.  

 

Postpandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar  indidən qəbul edilir

 

Hazırda respublikamızın bütün resursları pandemiya ilə mübarizə tədbirlərinə səfərbər edilib. Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti Tədbirlər Planını təsdiqləyib, eyni zamanda, müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla on müxtəlif istiqaməti əhatə edən dəstək proqramları hazırlanıb və artıq onların bir qisminin icrasına start verilib. Mütəxəssislərin də bildirdikləri kimi, respublikamızda reallaşdırılan operativ tədbirlər pandemiya şəraitində milli iqtisadiyyatımızın funksionallığının saxlanılmasına, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına, eyni zamanda, əhalinin sosial müdafiəsinin təmin edilməsinə, həssas qruplardan olan vətəndaşların böhrandan qorunmasına hədəflənib.

Hazırda dünya miqyasında pandemiyanın ən ciddi fəsadları isə iqtisadiyyatda hiss olunur. Nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumları bildirirlər ki, pandemiya səbəbindən qlobal və milli itisadiyyatların geriləməsi hətta 2008-2009-cu illərin böhranından daha dərin olacaq.  Belə ağır vəziyyətdə dünyanın ayrı-ayrı ölkələri kəskin maliyyə çatışmazlığı ilə üz-üzə qalıblar. Bir sıra ölkələr açıq şəkildə etiraf edirlər ki, onların pandemiya ilə mübarizə aparmağa, artan sosial xərcləri qarşılamağa vəsaitləri çatışmır. Artıq 150-dən çox dövlət yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib.

Azərbaycanın isə adı bu siyahıda yoxdur. Respublikamız həmişə olduğu kimi, pandemiyaya qarşı mübarizədə də öz gücünə arxalanır. Azərbaycanın milli gücü, yaradılmış ehtiyatları pandemiyaya qarşı mübarizədə ölkəmizin imkanlarını artırır. Təbii ki, qısa zaman kəsiyində Azərbaycanın özünə güvənən güclü dövlətə çevrilməsi, iqtisadi və maliyyə müstəqilliyini təmin etməsi, necə deyərlər, sehirli çubuğun sayəsində baş verməyib, burada Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və məqsədyönlü siyasət həlledici rol oynayıb. Prezidenti İlham Əliyev bu günlərdə Onun Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ölkəmizdə aparılan siyasətin hər zaman xalqımızın və dövlətimizin maraqlarına xidmət etdiyinə diqqət çəkərək vurğulayıb: “Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır”, - deyə vurğulayıb.

Pandemiya, digər mənfi xarici tendensiyalar milli iqtisadiyyatımıza öz təsirini göstərməsinə, gəlirlərimizi azaltmasına baxmayaraq, ölkəmiz inkişafla bağlı səylərini bundan sonra daha da gücləndirmək əzmindədir. Prezident İlham Əliyev bəhs olunan müşavirədə ölkəmizin perspektiv inkişafı ilə  bağlı fikirlərini nəzərə çatdlraraq deyib: “Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə”.

 

Azərbaycan Prezidentinin Öz vətəndaşının yanında olmaq iradəsinin ifadəsi...

 

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Son 16 ilin təcrübəsində biz davamlı şəkildə onu müşahidə etmişik ki, çətinliklə - təbii fəlakətlə, yanğınla, digər belə bədbəxt hadisələrlə üzləşən vətəndaşların köməyinə tələsən, onların üzləşdikləri problemləri aradan qaldıran məhz Azərbaycan dövlətidir, şəxsən Prezident İlham Əliyevdir.

 Respublikamızın dövlət başçısı çətin vaxtlarda xalqın yanında olmaq iradəsini növbəti dəfə pandemiya şəraitində nümayiş etdirir. Məlum olduğu kimi, respublikamızda pandemiya səbəbindən xüsusi karantin rejimi tətbiq edilir. Sərt məhdudlaşdırıcı sosial təcridetmə tədbirləri, təbii ki, insanların gündəlik həyatına bir çıra çətinliklər də gətirib. Belə vəziyyətdə Prezident İlham Əliyev insanların sağlamlığının qorunmasını və sosial müdafiəsinin təmin edilməsini əsas şərt kimi müvafiq dövlət qurumlarının qarşısına qoyub. Dövlət başçısı aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasdakı çıxışında bu xüsusda mesajlarını bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”.

Azərbaycan dövləti Prezident İlham Əliyevin verdiyi tapşırıqları əsas tutaraq pandemiya şəraitində özünün humanist siyasətini davam etdirir və əhalinin sosial müdafiəsinin təmin edilməsinə hədəflənən tədbirlərin miqyasını genişləndirir.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı hazırlanarkən dövlət başçısının əhalinin sağlamlığının qorunması və sosial müdafiəsi ilə bağlı verdiyi tapşırıqlar əsas götürülüb. Bu məqsədlə operativ şəkildə həyata keçirilən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Qısa müddətdə COVID-19 infeksiyasının diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyektləri karantin məqsədilə ayrılıb. Ölkəmizin 20 ən yaxşı xəstəxanası COVİD – 19-a yoluxan xəstələrin müalicəsinə cəlb edilib. Respublikamızda həmçinin hər biri  200 yerlik 10 yeni modul tipli xəstəxananın inşasına başlanılıb, pandemiya ilə mübarizəyə cəlb olunan həkimlərin maaşı 3-5 misli qədər artırılıb...

Əminliklə söyləmək olar ki, görülən tədbirlər dövlətin sosial öhdəçiliyi çərçivəsini çoxdan aşıb. Bu, yalnız Azərbaycan Prezidenti İlham Əliyevin daim ölkə vətəndaşlarının yanında olmaq iradəsinin ifadəsi kimi izah edilə bilər. Sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minimum həddə endiyi, əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxta hər bir vətəndaşın hər bir problemini həll etmək əzmi sadəcə olaraq fədəkarlıq və hər bir vətəndaşın Prezidenti olmaq siyasətinin nəticəsidir.

 

Görülən tədbirlər dövlətin sosial öhdəçiliyi çərçivəsini çoxdan aşıb

 

Respublikamızda pandemiya şəraitində, həmçinin məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır və bu istiqamətdə görülən tədbirlər bütün həssas qruplardan olan vətəndaşları əhatə edir. Qeyd etmək yerinə düşər ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah proqramlarının icrasına 600 milyon manat vəsait ayrılıb. Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir. Əlavə olaraq Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zamanda növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Prezident İlham Əliyev yuxarıda bəhs olunan iclasda yaranmış çətin vəziyyətdə dövlətin aztəminatlı insaanların problemlərini öz üzərinə götürdüyünə diqqət çəkərək vurğulayıb: “İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”.

Alınan qərarlarla yanaşı, onların icra olunması mexanizmi də oladuqca vacibdir ki, hazırda müvaqfiq icra orqanı tərəfindən bu proses uğurla həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin verdiyi məlumata əsasən, Tədbirlər Planı çərçivəsində işsiz şəxslərə, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə, habelə aztəminatlı ailələrdən olan insanlara dəstək mexanizmi artıq aprelin 7-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Aprelin 9-dan isə ödənişlərə başlanıb. Qısa müddətdə ödəniş edilən vətəndaşların sayı 140 mini ötüb. Məlumat üçün bildirək ki, birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.

Pandemiya şəraitində xüsusi həssas təbəqələrin sosial müdafiəsi ilə bağlı  tədbirlərin gücləndirilməsinə daha həssas yanaşma sərgilənir. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişləri (pensiya, müavinət, təqaüd və s.) 2,3 milyon şəxs alır. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Yeri gəlmişkən, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat ayrılıb. Onu da qeyd edək ki, aprelin 1-dən ünvanlı dövlət sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə, hazırda ölkə üzrə  80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Respublikamızda, həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. 15 000-dən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb. Azərbaycan hökuməti xüsusi karantin rejimi dövründə əhalinin elektrik enerjisinə istehlakının artmasını da nəzərə alıb. Belə ki, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Bunun üçün tələb olunan 2 aylıq vəsaitin həcmi 10 milyon manatdır. Deyilənlərlə yanaşı, respublikamızda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi də nəzərdə tutulub. Bəhs olunan proqramın icrası üçün tələb olunan vəsaitin həcmi 40 milyon manat məbləğindədir.

 

Güclü maliyyə imkanlarına malik olan Azərbaycan istənilən böyükhəcmli sosial yardım paketini həyata keçirə bilir

 

Respublikamızda pandemiya şəraitində diqqət mərkəzində saxlanılan mühüüm məsələlərdən biri də iş yerlərinin və əməkhaqlarının qorunması ilə bağlıdır. Prezident İlham Əliyev indiki şəraitdə bütün dövlət və özəl qurumları işçilərin ixtisarına yol verməməyə və əməkhaqlarını qorumağa çağırıb. Eyni zamanda, dövlətin özü müvafiq proqramlar vasitəsilə pandemiyadan zərər çəkən sahələrdə iş yerlərinin və əməkhaqlarının qorunmasına geniş dəstək verir. Respublikamızda dövlət sektorunda çalışanların hamısının əməkhaqqı saxlanılıb. Eyni zamanda, Prezident İlham Əliyevin bildirdiyi kimi, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min işçinin əməkhaqqı dövlət tərəfindən ödənilir. Bundan başqa, 300 minə yaxın mikrosahibkara da dövlət tərəfindən vəsait ödənilir. İndiyədək respublikamızda dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Müvafiq dəstək proqramı 1 milyon 629 min işçini,o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min vətəndaşı əhatə edir. Belə bir müsbət məqamı da vurğulamaq yerinə düşər ki, pandemiya şəraitində  ölkə üzrə əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, 1 aprel-17 aprel tarixlərində 55 min yeni əmək müqaviləsi bağlanıb. 1 yanvar-17 aprel tarixlərində isə əmək müqavilələrinin bağlanmasında artım 77 min civarında olub.

Paralel şəkildə əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bütün ölkə miqyasında məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Beləliklə, ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək dövlət başçısının təşəbbüsü əsasında 38 min şəxs bu işlərə cəlb edilib və onlar hazırda da çalışmaqda davam edirlər.

Reallaşdırılan tədbirlər çərçivəsində işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə600 min manat ayrılıb.

Məlum olduğu kimi, respublikamızda əhalinin həssas qruplarının təmsilçilərinin əmək bazarına çıxış imkanlarının artırılmasını hədəfləyən səmərəli özünüməşöulluq proqramı həyata keçirilir. 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Əməkdaşlıq proqramı çərçivəsində hər il 250 ailə dəstəklə əhatə olunur. Eyni zamanda, proqram çərçivəsində banklarla da əməkdaşlıq həyata keçirlir. Bunun təsdiqi olaraq qeyd edək ki, aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsinə başlanıb. Paralel şəkildə, Dünya Bankı ilə layihəyə start veriləcək. Hər il bu proqrama uyğun olaraq 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Eləcə də BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. 

Bütün bunlar onu göstərir ki, güclü maliyyə imkanlarına malik olan Azərbaycan istənilən böyükhəcmli sosial yardım paketini həyata keçirə bilir.

 

Hazırkı tarixi mərhələdə dövlət himayəsi milli həmrəyliyi və xalq-iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır

 

Bütün ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi və yüksək həmrəylik göstərməsi Azərbaycan cəmiyyətinin böyük üstünlüyüdür. Eyni zamanda, sual yaranır: Azərbaycan cəmiyyətinin həm dövlət olaraq, həm də xalq olaraq bir-birinə qarşılıqlı inam, güvənc sərgiləməsini şərtəndirən amil nədir? Sualın cavabı olaraq ölkəmizdə həyata keçirilən siyasətin identikliyinə nəzər salmaq lazımdır. Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq xalqın istəyini, sosial sifrişlərini, bir qayda olaraq, ciddi şəkildə nəzərə alır və öz siyasətinin prioritetləri kimi müəyyənləşdirir. Öz növbəsində, belə praqmatik siyasət cəmiyyətdə təqdir edilir və yüksək əhval-ruhiyyə yaradır, dövlətin aprdığı siyasətə inamı artırır.   

Yaranmış pandemiya şəraitində də ölkəmizdə yüksək həmrəylik müşahidə edilir. İndiki tarixi mərhələdə dövlət himayəsi milli həmrəyliyi və xalq-iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır. Bunu biz müxtəlif məsələlərə yanaşmalarda, o cümlədən aşağıdakı nümunənin timsalında aydın şəkildə görə bilərik. Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Ötən dövrdə əhali və ayrı-ayrı təşkilatlar həmrəylik nümayiş etdirərək bu fonda könüllü şəkildə vəsait köçürüblər. Qısa müddətdə Fondda toplanan vəsaitlər 112 milyon manata çatıb.

Ümumiyyətlə, pandemiya şəraitində reallaşdırılan bütün operativ tədbirlər insanlar tərəfindən rəğbətlə qarşılanır. Bu günlərdə Azərbaycan vətəndaşları dövlət başçısına ünvanladıqları məktublarda onların sağlamlığının qorunması, sosial müdafiələrinin təmin edilməsi məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edirlər. Prezident İlham Əliyev yuxarıda bəhs olunan iclasdakı çıxışında pandemiya şəraitində cəmiyyətdə müşahidə edilən həmrəyliyi yüksək dəyərləndirib. “Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Şübhə yoxdur ki, dövlətin və cəmiyyətin birgə səyləri sayəsində Azərbaycan yaranmış pandemiya şəraitindən minimum itkilərlə çıxmağa nail olacaq.

Hikmət BABAOĞLU

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

 
  • Oxunub:  2190  |  
  • Tarix:  23-04-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA