Ana səhifə »  Müəlliflər »  Milli dirçəliş və qurtuluşun əsası: Siyasi sabitliyin təmin edilməsi və milli inkişafın başlanğıcı; lider faktoru
A+   Yenilə  A-
Milli dirçəliş və qurtuluşun əsası: Siyasi sabitliyin təmin edilməsi və milli inkişafın başlanğıcı; lider faktoru
Yazdı: Hikmət BABAOĞLU

Ulu öndər Heydər Əliyev: Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun günündə Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi, Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ölkənin mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən və mütəmadi eskalasiya vəziyyətində qeyri-müəyyənliklə təzahür olunan destruktiv proseslərin mərhələli şəkildə neytrallaşdırılmasına nail olundu. Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, Ümummilli lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu.
Hakimiyyətin uzurpasiyası, yaxud “zorən prezident”
Həmin ərəfədə hökm sürən destruktiv situasiyanın fonunda mövcud problemlərin xarakteristikasını anlamaq üçün bir neçə fakta toxunmaq kifayət edir. Belə ki, ölkəmizdə o zamankı prezident Əbülfəz Əliyevin paytaxtı tərk edərək ucqar bir əyalətin əlçatmaz bir kəndinə getməsi hakimiyyət böhranının yeni mərhələyə transfer olunmasını şərtləndirdi. Məhz belə bir mürəkkəb situasiyanın fonunda ölkədə yeni prezident seçkilərinin keçirilməsi zərurəti var idi. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkiləri demokratiklik səviyyəsi və hüquqi prosedurlarına görə əvvəlkilərdən birmənalı şəkildə kəskin surətdə fərqləndi. Məlum olduğu kimi, Azərbaycanda keçirilən ilk prezident seçkiləri təyinat xarakterli idi. Başqa sözlə, respublikanın ilk prezidenti Ayaz Mütəllibovun hakimiyyətin ən yüksək pilləsində əyləşməsi xalqın ali iradəsi əsasında baş tutmamışdı. Üstəlik, mövcud situasiyanın fonunda prezident olmasına onun özü belə şübhə ilə yanaşırdı. Bunun nəticəsi idi ki, A.Mütəllibovun siyasi karyerasının son akkordları istefalar və yenidən dönüşlərlə zəngin oldu. 1992-ci ildə keçirilən növbəti prezident seçkiləri də, şübhəsiz, bir qrup hərəkatçının siyasi iradəsi və qrup mənafelərinə müvafiq surətdə reallaşdırıldı. Başqa sözlə, prezident olmağı arzu etməyən və uyğun olaraq xalq tərəfindən arzu olunmayan şəxs bəhs etdiyimiz bir qrup siyasi avantüristin iradəsi və təzyiqi ilə “zorən” prezident elan edildi. Məntiqi olaraq bu siyasi şou da qısa bir müddətdən sonra başa çatdı. Bundan sonra Azərbaycan xalqı ölkənin ayrı-ayrı subyektlər üçün siyasi təcrübə laboratoriyası olmasına qəti etiraz edərək öz siyasi iradəsini ortaya qoydu. Nəticə etibarilə, bunun məntiqi yekunu 3 oktyabr 1993-cü il seçkiləri ilə başa çatdı. Məhz bundan sonra mövcud problemlərin həll edilməsi istiqamətində ardıcıl strateji addımlar atıldı.
Formalizmdən qeyri-formal müstəviyə doğru
Həmin ərəfədə milli həmrəylik və bütövlüyə, ümummilli inkişaf və siyasi sabitliyə təhdid yaradan və mane olan başlıca amillərdən biri də müxtəlif xarici subyektlərin göstərişi və daxili qüvvələrin iştirakı ilə həyata keçirilməyə cəhd edilən dövlət çevrilişləri idi. Məhz bu cəhdlər xaricdən idarə edilən daxili antimilli qüvvələrin formal müstəqilliyə malik olan milli dövlətimizin mövcudluğu və təhlükəsizliyinə qarşı etdiyi mənfur sui-qəsd idi. Xarici güclərin milli və transmilli maraqları əsasında baş tutan çevriliş cəhdləri ilk zamanlarda ölkədə hökm sürən xaotik durumu daha da kəskinləşdirən amil qismində çıxış etməklə yanaşı, ölkədaxili qüvvələrarası antaqonist münasibətləri də olduqca şiddətləndirmişdi. Məhz bu cür dağıdıcı hallar ölkə daxilində bütün strukturların işini iflic etməklə dərin institusional kataklizmləri daha da kəskinləşdirmişdi. Bütün bunlar 1991-ci ildən 1993-cü ilədək davam edən hakimiyyət böhranı və boşluğunun, anarxiyanın doğurduğu faciəvi olaylar idi. Mövcud hakimiyyətin siyasi irrasionallığı, qeyri-praqmatik fəaliyyət mexanizmi məlum çevriliş cəhdlərinin baş tutmasına real zəmin və imkan yaradan başlıca faktorlardan idi.
Dövlət çevrilişinə cəhdlərin sonu
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da dövlət çevrilişlərinə cəhdlər edilsə də, onların qarşısı siyasi rasionallıqla zamanında atılmış addımlar və görülmüş tədbirlər sayəsində alındı. Digər tərəfdən, əgər 1991-1993-cü illər ərəfəsində edilmiş çevriliş cəhdləri hakimiyyət boşluğu və böhranından, ölkəyə rəhbərlik edən şəxslərin siyasi irrasionallığından qaynaqlanırdısa, 1993-cü ildən sonrakı cəhdlər Ümummilli lider Heydər Əliyevin siyasi sabitliyi və ümummilli bütövlüyü təmin etmək üçün gördüyü tədbirlərə əks reaksiya idi. Başqa sözlə, Ulu öndərin sistematik tədbirlər planının fonunda məlum çevriliş cəhdlərinin arxasında və əsasında duran dağıdıcı daxili və xarici qüvvələr ölkəmizdə siyasi sabitliyin təmin edilməsinə yönəlik strateji tədbirlərin qarşısını almağa və ölkədə yenidən anarxiya mühitini bərpa etməyə çalışırdılar. Amma ölkədəki situasiya əvvəlki kimi deyildi. Ulu öndər Heydər Əliyevin sürətli strateji tədbirlər planı və milli siyasəti sayəsində ictimai-siyasi palitrada kardinal səciyyə daşıyan mərhələli reformativ tədbirlər görülmüşdü və bunun sayəsində bölücü faktorların neytrallaşdırılması mümkün idi. Bütün bu strateji tədbirlər sayəsində məhz bu cür də oldu, yəni, bölücü faktorların neytrallaşdırılmasına və ictimai-siyasi müstəvidə siyasi sabitliyin təmin olunmasına nail olundu.
3-4 oktyabr 1994-cü il hadisələrinin müvafiq profilaktik tədbirlərin görülməsi sayəsində qarşısının alınmasından sonra ölkəmiz bölücü xarakterli çevriliş cəhdlərinin son halqası olan 16 mart 1995-ci il hadisələri ilə qarşı-qarşıya qaldı. Bu qiyam, əslində, 3-4 oktyabr hadisələrinin məntiqi davamı idi. Çünki hər iki akt eyni bir mərkəzdən idarə olunurdu və analoji məqsədlərə xidmət edirdi. Son məqsəd isə 70 illik fasilədən sonra öz müstəqilliyini yenidən əldə etmiş Azərbaycanı müxtəlif spontan qüvvələrin iştirakı ilə parçalamaq, ölkəni xarici qüvvələrin transmilli maraqlarına müvafiq surətdə zəiflədərək idarə olunan qeyri-suveren subyektə çevirmək idi. Məhz belə bir mövqeyin fonunda isə son hədəf Azərbaycanı federativ dövlət formasına çevirmək və belə bir konfederasiya şəraitində ölkəni periferiyaya döndərmək idi.
Xarici faktorlar
O zaman təbii strateji müttəfiq kimi qəbul etdiyimiz milli aktorlardan birinin məhz bu çevriliş cəhdinə göstəriş verməsi bir daha sübut etdi ki, məhz belə bir situasiyanın fonunda milli həmrəyliyin və ictimai-siyasi sabitliyin təmin edilməsi bilavasitə milli qüvvələr və resurslar hesabına baş tuta bilər. Çünki həmin təşəbbüs bir daha göstərdi ki, milli maraqlar milli-etnik identiklik və ortaq tarixi keçmişdən öndə duran dəyişməz strateji istinad nöqtəsi və məfhumudur. Belə ki, xalqımızla eyni tarixi keçmişə və ortaq dəyərlərə, milli etnik identikliyə malik olan dövlətlərdən birinin ölkəmizdə xaos və anarxiya ilə müşayiət ediləcək çevrilişə cəhd etməsi bütün ortaq dəyərlərin üstündən xətt çəkilməsinə və korporativ səciyyəli strateji maraqların təmin edilməsi naminə milli-etnik identiklik faktorunun arxa plana keçirilməsinə dəlalət edirdi. Azərbaycanı federasiya ilə konfederasiyanın bir sıra xüsusiyyətlərindən təşkil edilmiş siyasi təsisatda periferiyaya çevirmək istəyən həmin qüvvələr, əslində, ölkəmizə qarşı yeni növ istismarçı müstəmləkə siyasəti yeridirdilər. Məhz bu cür siyasətin uzantısı kimi ölkəmizi “arxa bağça”ya çevirmək üçün “Cənubi Qafqaz şahmat taxtası”nda ardıcıl həmlələr edilir və ölkədaxili siyasi proseslərə xaotik və anarxik oriyentasiya verilməyə çalışılırdı.
Azərbaycan təsir altına düşmədi
Amma “Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik, çıxarmalıyıq və çıxaracağıq” deyən Ulu öndər Heydər Əliyevin realist təfəkkürün fonunda etdiyi ardıcıl strateji və taktiki həmlələr sayəsində bölücü aktlar neytrallaşdırıldı və ölkə daxilindəki antaqonist qüvvələr arasında ümumi konsensusa nail olunmaqla siyasi sabitlik bərpa edildi. Bütün bu prosesləri və olayları rasional və praqmatik təfəkkürün fonunda dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir. Bunun üçün də hamı bir yolla getməlidir. Burada başqa bir yol yoxdur. Burada başqa yolla gedən adam, demək, məqsəd daşıyır. O məqsədlərə bu gün Azərbaycanda yer yoxdur”.
Ümumxalq toplantısı xalqa hesabat idi
1996-cı il aprel ayının 5-də və 6-da Respublika sarayında ölkəmizin ictimai-siyasi həyatının təhlilinə həsr edilmiş ümumxalq nümayəndələrinin toplantısında bütün bu proseslərin və olayların bir sıra məqamlarına bir daha aydınlıq gətirildi. Çıxışlar zamanı ifadə edilən faktlardan və aşkar olunan bir sıra reallıqlardan məlum oldu ki, 1990-cı il 20 yanvar müsibəti ilə başlayan və 1995-ci ilin mart ayınadək davam edən, xalqımızın müstəqilliyi, azadlığı əleyhinə yönəldilmiş hadisələr arasında zəncirvari bağlılıq olmuşdur. Toplantıda məhz bütün bu olayların mahiyyətini aşkar edən bir neçə istiqamətli məsələlərə toxunuldu. Bunlardan biri də həmin dağıdıcı, bölücü olaylara daxildən dəstək verilməsi və bir sıra antimilli qüvvələrin ölkəni parçalamaq niyyətlərini gerçəkləşdirmək istəmələri faktı oldu. Belə ki, ümumxalq toplantısında bəzi müxalifət qüvvələrinin 1995-ci il mart qiyamını dəstəkləməsi faktının səsləndirilməsi və bütün hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən bu faktın üzərində xüsusi şəkildə durulması bir daha onu göstərdi ki, cəmiyyətimizdə silah gücünə zor işlətməklə-uzurpasiya vasitəsilə hakimiyyətə gəlməyə çalışan dağıdıcı qüvvələr mövcuddur. Onların içərisində AXC və Müsavat partiyalarının bəzi liderlərinin olması faktı isə özlərini “demokratik” müxalifət adlandıran bu qüvvələrin, əslində kim olmaları haqqında cəmiyyətdə geniş və aydın təsəvvür yaratdı. Bu məsələylə bağlı digər bir maraqlı fakt isə ondan ibarət idi ki, bu zamanadək bir-birinə qarşı barışmaz mövqedə olan bir sıra siyasi qüvvələr təşkil edilən illeqal siyasi hərəkatların fonunda iqtidarı devirmək və ölkə prezidentini fiziki baxımdan məhv etmək məsələsində işbirliyi yaratmışdılar. Onların təməl məqsədi hakimiyyəti uzurpasiya vasitəsilə ələ keçirdikdən sonra Dövlət Şurası yaratmaq, Şuraya bütün eks-prezidentləri dəvət etmək, “demokrat” imici yaradılmış Əbülfəz Əliyevi isə bu quruma sədr seçmək idi. Əbülfəz Əliyev isə gizli məşvərət zamanı, hətta keçmiş baş nazir Surət Hüseynovun da Şuraya salınmasını istəmişdi. Məhz bütün bunlar və hadisələrin sonrakı inkişafı bir daha belə bir məqamı sübuta yetirdi ki, Azərbaycan siyasi palitrasında həmin zaman kəsiyində müxalifət statusunda təmsil olunan bir sıra subyektlər xarici güclərin avantürist geosiyasi layihələri və ssenariləri əsasında ölkədə xaos mühiti yaratmaq, daha sonra isə bu situasiyadan istifadə edərək özlərinin korporativ maraqlarını gerçəkləşdirməyə çalışırdılar. Məhz belə bir situasiyada milli maraqlar və milli dəyərlərin dəfələrlə zərbə altına qoyulması, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi kimi hallar və faktlar müşahidə edildi.
1996-cı il aprel ayının 5-də və 6-da Respublika sarayında keçirilən ümumxalq toplantısında Ümummilli lider Heydər Əliyev yekun nitqində bu məsələyə məhz bu cür birmənalı qiymət verdi: “Əgər 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi həqiqətən xalqın cəbhəsi idisə, nə üçün 1993-cü ilin may-iyun aylarında xalq onu müdafiə etmədi? Deməli, onlar bir il müddətində xalqın inamını itirdilər və hesab edirəm ki, artıq Xalq Cəbhəsi adını daşımaq hüququnu da itiriblər... O vaxt Azərbaycan cəmiyyətinə düşmüş həmin yoluxucu xəstəlik-xalqı, ölkəni, idarə etmək üçün yox, öz şəxsi məqsədlərinə nail olmaq, şəxsi imtiyazlar əldə etmək üçün hakimiyyət, vəzifə hərisliyi Azərbaycanı belə ağır vəziyyətə gətirib çıxardı”.
Beləliklə, ölkə daxilində olduqca mürəkkəb kataklizmlərin hökm sürməsinə və siyasi böhranın pik nöqtəyə çatmasına baxmayaraq, Ulu öndər Heydər Əliyevin rasional və praqmatik tədbirləri sayəsində siyasi sabitliyin təmin olunması missiyasına nail olundu.
Siyasi sabitlik hakimiyyətin legitimliyi və səmərəliliyi ilə müəyyən olunur
Siyasət nəzəriyyəsində siyasi sabitlik “siyasi sistemin daxili və xarici ətraf mühitin təsiri altında özünün strukturunu və ictimai dəyişikliklər prosesinə nəzarət etmək qabiliyyətini saxlamaqla səmərəli işləməyə və inkişaf etməyə imkan verən davamlı durumu” kimi səciyyələndirilir. Araşdırmaçı Seymur Lipset bildirir ki, siyasi sabitlik hakimiyyətin səmərəliliyi və legitimliyi ilə müəyyən olunur. Onun qənaətincə, hər iki göstəricinin olmaması siyasi sistemin qeyri-sabitliyini şərtləndirir, onlardan birinin olması isə nisbi sabitliyə imkan yaradır. Məhz bu təsbitdən yola çıxaraq qeyd edə bilərik ki, 1991-1993-cü illərdə hakimiyyətin fəaliyyət mexanizminin səmərəsizliyi və qeyri-legitimliyi siyasi sabitliyin təmin edilməsini mümkün etmədi. Amma 1993-cü ildən-Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra hakimiyyətin fəaliyyət mexanizminin effektivliyinin artırılması və sürətli legitimləşdirmə tendensiyası ictimai-siyasi müstəvidə sabitliyin təmin edilməsini şərtləndirdi.
Bununla yanaşı, S.Lipset bildirir ki, qeyri-sabitlik mənbəyi qismində çıxış edən problemlərin aradan qaldırılması siyasi sabitliyin təmin edilməsində başlıca strateji faktor kimi səciyyələndirilməlidir. O, qeyri-sabitlik mənbəyi kimi çıxış edən amillərə məhz bunları aid edir: hakimiyyətin delegitimasiyası və fərdiləşdirilməsi, dövlətin siyasətində hakim elitanın korporativ maraqlarının fundamental faktor kimi çıxış etməsi, milli-etnik zəmində qarşıdurma meyilləri və hallarının mövcud olması, siyasi hakimiyyətin varisliyinin təmin edilməsi ilə bağlı çətinlikləri, müxalif qüvvələrin silahlı müqavimət və hücum kimi qeyri-leqal mübarizə üsullarından istifadə etməsi və sair. Araşdırmaçı belə bir qənaət ifadə edir ki, hakimiyyətin fəaliyyət mexanizminin effektivliyi də bilavasitə yuxarıda əks olunmuş problemlərin həll edilməsi səviyyəsindən asılıdır. Dolayısıyla, siyasi sabitliyin təmin edilməsi hakimiyyətin effektivliyinin başlıca göstəricisi və şərtidir.
Sabitlik həm də təhlükələrdən qorunmağı bacarmaq kimi səciyyələndirilir
Bunlarla yanaşı, empirik faktlarla təsbit edilmiş siyasət nəzəriyyəsində sabitlik daxili siyasət nöqteyi-nəzərindən dövlətin və iqtidarın zorakılığa və təhlükəyə məruz qaldığı zaman özünü qoruya bilmək qabiliyyəti kimi təsvir edilir. Bir sıra araşdırmaçılar isə sabitliyi effektiv fəaliyyət mexanizminə malik olan hakimiyyətin uzunmüddətli fəaliyyəti kimi səciyyələndirirlər.
Müvəqqəti və daimi sabitlik məsələsi empirik kontekstdə
Politoloq Samuel Hantinqtonun qənaətincə, sabitlik müvəqqəti və daimi olmaq etibarilə iki istiqamətdə dəyərləndirilməlidir: “Siyasi sabitlik hakimiyyətin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini göstərən başlıca amillərdəndir. Hakimiyyət mövcud resurslarının fonunda sabitliyin təmin edilməsi üçün müxtəlif vasitə və metodlara istinad etməklə siyasi sabitliyə nail ola bilər. Ancaq istifadə edilən metodların xarakterinə və mahiyyətinə görə siyasi sabitlik müvəqqəti və ya uzunmüddətli olur. Başqa sözlə, siyasi sabitliyin dayanıqlılığı hakimiyyətin istinad etdiyi resurslar və vasitələrin səciyyəsindən asılıdır. Mütəmadi surətdə zorakı metodlara istinad edilən, tez-tez konstitusiyası formal surətdə dəyişdirilən, fövqəladə vəziyyət elan edilən, parlamenti buraxılan, dövlət başçısı və ya hökumətləri istefaya göndərilən, hərbçiləri mülki və inzibati vəzifələri həyata keçirən, dini, etnik və irqi zəmində qarşıdurmalar yaranan ölkələrdə siyasi sabitlik uzurpasiya metodları vasitəsilə təmin edilir ki, bu da uzunmüddətli ola bilməz. Amma siyasi-hüquqi islahatların davamlı şəkildə aparıldığı, siyasi qüvvələrarası münasibətlərin rəqabət əsasında formalaşdırıldığı və hakimiyyətin effektivliyinin maksimum səviyyədə təmin edildiyi ölkələrdə uzunmüddətli sabitliyə nail olunması mümkündür. Bunların əsasında isə siyasi idarəetmənin səmərəliliyi və lider faktoru dayanır. Başqa sözlə, praqmatik fəaliyyət mexanizminə malik olan siyasi liderin həyata keçirdiyi effektiv idarəetmə siyasi sabitliyin təmin olunmasının əsasını təşkil edir”.
Ümummilli lider Heydər Əliyev təməl strateji məsələləri həll etdi
Beləliklə, bütün bu təsbitlərin fonunda bir daha məlum olur ki, Ulu öndər Heydər Əliyevin praqmatik strateji kursunun fonunda yuxarıda sadalanan problemlərin həll edilməsi və təməl strateji vəzifələrə nail olunması, yəni sürətli legitimləşdirmə tendensiyasının əsasının qoyulması, milli siyasətdə ümummilli maraqların və mənafeyin əsas götürülməsi, milli-etnik zəmində qarşıdurma meyilləri və hallarının qarşısının alınması kimi fundamental işlər siyasi sabitliyin əldə edilməsini şərtləndirmiş oldu.
Beləliklə, 1991-1993-cü illər arasındakı zaman kəsiyindən fərqli olaraq, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra görülən sistematik və kompleks strateji tədbirlərin sayəsində hakimiyyətin effektivliyi təmin edildi və qeyri-formal milli dövlət quruculuğu prosesinin mərhələli surətdə həyata keçirilməsi mümkün oldu.
Əlbəttə, ölkəmizdə hökm sürən xaotik və anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz o cür mürəkkəb situasiyanın fonunda milli-etnik və subyektlərarası barışmaz ziddiyyətləri aradan qaldırmaq, simmetrik sosial inteqrasiyanı və onun davamlılığını təmin etmək, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji funksiyaları müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla bir daha sübut etdi.
Siyasi lider meyarı və təsnifatı
Siyasətşünaslıq elmində siyasi liderlər müxtəlif meyarlar əsasında bir neçə qrupda təsnif edilir. İlk növbədə, təsdiqinə görə siyasi liderlər formal və qeyri-formal olmaq etibarilə iki qrupda təsnif edilir. Formal liderlər inzibati qayda və resurslarla müəyyən quruma rəhbərlik edən şəxslərdir ki, onların rəhbərliyi rəsmi xarakter daşıyır və nüfuz-təsir imkanları bilavasitə rəsmi, inzibati resursların fonunda müəyyən edilir. Qeyri-formal liderlərin isə rəsmi, inzibati resurslarla quruma rəhbərlik etməsi şərt deyil. Onlar şəxsi keyfiyyətləri və nüfuzları, xarizmatik xüsusiyyətləri ilə müəyyən qurum və qrup tərəfindən lider kimi qəbul edilirlər. Bəzən bir şəxs həm formal, həm də qeyri-formal lider statusu daşıya bilir. Məsələn, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev formal və qeyri-formal lider statusu daşımağa başladı. Əgər müstəqilliyin ilk iki ilində, O, ölkəyə rəhbərlik etmədiyi zaman kəsiyində şəxsi nüfuzu, keyfiyyətləri və xarizması ilə qeyri-formal lider idisə, 1993-cü ildən sonra xalqın seçimi nəticəsində həm formal, həm də qeyri-formal lider statusu daşımağa başladı.
Bundan başqa, funksiyalarına görə siyasi liderlər “bayraqdar”, “təmsilçi”, “yanğınsöndürən”, “faydalı”, “sahibkar” “aktyor”, “tacir” rəhbərlər kimi səciyyələndirilərək təsnif edilir. “Bayraqdar” lider cəmiyyətdə ali, nəcib şəxsi keyfiyyətlərə malik olan əsl rəhbər kimi qəbul və müdafiə edilir. Onun uğurlarının əsasında həmin şəxsə qarşı olan yüksək dəstək amili dayanır. Məhz bu cür siyasi liderlər olduqca realist, rasional və praqmatik təfəkkürə malik olurlar və qarşılarına qoyduqları dərk edilmiş məqsədlərə uğurla çata bilirlər. Bir sözlə, “bayraqdar” liderlər sözün əsl mənasında yeganə və əsas aparıcı qüvvə qismində çıxış edirlər.
“Yanğınsöndürən” liderlər isə mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə milli həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Bir çox liderlərdən fərqli olaraq onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və xalqının ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər.
“Sahibkar” imicli liderlər isə özlərinə bənzərlik effektinə xüsusi diqqət yetirir və öz davamçılarını məhz bənzərlik əsasında müəyyən edirlər. Siyasət nəzəriyyəsində bu cür liderlər irrasional xüsusiyyətlərin məcmusu kimi təsvir edilsə də, bir çox situasiyalarda onların fəaliyyət mexanizmi inkişaf mənbəyi kimi çıxış edir.
“Faydalı” liderlər özlərində xüsusi keyfiyyətləri cəmləşdirmiş və bir çox lider modellərinin xüsusiyyətlərini sintez etmiş rəhbər qismində səciyyələndirilir. Məhz bu cür siyasi liderlər ictimai-siyasi proseslərin dərinliklərinə nüfuz edir və sözün əsl mənasında sabitləşdirici və inkişafetdirici qüvvə önəmi kəsb edirlər. Rasional liderlər qrupuna aid edilən bu şəxslər zaman və məkanın bütövlüyünü lokal surətdə təmin edərək cəmiyyətin və xalqın ali maraqlarının ifadəedicisi qismində çıxış edirlər.
“Təmsilçi” liderlərin isə fəaliyyət mexanizminin əsasında təmsil etdiyi qrup və subyektlərin maraqlarının təmin edilməsi prinsipi dayanır. Onlar sahib olduqları bütün resurslardan xalqın mənafeyinin təmin edilməsi və tələbatlarının ödənilməsi istiqamətində istifadə etməyi zəruri strateji prinsip kimi qəbul edir və fəaliyyət fəlsəfələrini məhz bu nöqteyi-nəzərdən müəyyən edirlər.
Heydər Əliyev bayraqdar, “təmsilçi”, “yanğınsöndürən”, “faydalı”, nəhayət Ümummilli lider kimi
Beləliklə, bütün bu liderlik növləri və modellərinə nəzər yetirdikdə məlum olur ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev fəaliyyət mexanizminin substratlarına görə “bayraqdar”, “təmsilçi”, “yanğınsöndürən”, “faydalı” lider kimi səciyyələndirilməlidir. Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev həm də rasional-leqal və xarizmatik liderlər qismində dəyərləndirilməlidir. Təsadüfi deyil ki, bütün bu xüsusiyyətlərin daşıyıcısı kimi çıxış etmiş Heydər Əliyev xalqımız tərəfindən ÜMUMMİLLİ LİDER statusu ilə qiymətləndirilir.

 
  • Oxunub:  26220  |  
  • Tarix:  18-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+2 +5